Ermənilər
atəşkəsi pozdu
Ermənistan Silahlı Qüvvələri Xocavənd cəbhəsində atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri iyulun 27-də saat 05.10-dan 06.15-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.