Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
İlham Əliyev Peru Respublikasının prezidentini təbrik etdi
Müsabiqə elan edildi
İşçi qrupu yaradılacaq
Həbs olunan azərbaycanlının vəziyyəti ağırlaşıb
Varlı ilə kasıbı səhv salanlar
TQDK magistraturaya təkrar qəbul keçirir
Sadıq Sadıqov: "Everton" rəsmilərinin səfərini gözləyirik"
Şou-biznesimizin ən zövqsüz simaları
Millimiz Çernoqoriya ilə qarşılaşacaq
Maradonanın baş məşqçilik erası sona çatdı
"Qalatasaray"ın yeni formaları
Ancelina Coli Tokionu da fəth etdi
Berti Foqts "Qarabağ"ın oyunçularını milliyə çağırmadı
"Turan" Gürcüstan çempionuna da uduzdu
Çempionlar Liqasında III təsnifat mərhələsi
Çingiz Mustafayev zirvəsinə yürüş başa çatdı
Flora Kərimova: "Faiq Ağayevi bağışlasam, qızımın namusunu ayaqlar altına atmış olaram"
Aybəniz Haşımova ilk dəfə qızı ilə oxuyacaq
GÜNÜN LƏƏTİFƏƏSİ
   
Şou-biznesimizin ən zövqsüz simaları
"Brilliant Dadaşova, Nazpəri Dostəliyeva yaşlarına uyğun geyinmirlər"
   
   Qalmaqallarla yanaşı, fərqli səhnə geyimləri ilə diqqət çəkməyə çalışan müğənni və aktrisalarımız hər zaman dəblə ayaqlaşmağa çalışırlar. Düzünü deyək ki, bu, onlarda heç də hər zaman uğurlu alınmır. Modelyer Xəyalə Hüseynova şou-biznes nümayəndələrinin geyimlərində olan çatışmazlıqlarla bağlı danışdı.
   
   "Elnur geyimlərində qadın rənglərindən çox istifadə edir"
   
   O, sənət adamlarının hətta adi günlərdə belə həddən artıq dəbdəbəli geyinməkdə və kosmetik vasitələrdən ifrat istifadə etdiklərini önə çəkdi: "Düşünürəm ki, bəzi sənətçilərimizin zövqünü maarifləndirmək lazımdır. Bilirsiz, Nura Surini Avropanın öndə gedən ulduzları ilə müqayisə eləmək olar. Çünki bu xanım adi günlərdə olduqca sadə və düzgün geyinir. Nuranın zövqünü yüksək qiymətləndirirəm. İradə İbrahimova ilə Tünzalə Ağayevanı da zövqlü müğənnilər sırasına aid etmək olar".
   
   "Məleykə Əsədova fərli makiyaj etməyi bacarmır, gözünün quşunu qaşına qədər uzadır"
   
   X.Hüseynova aktrisa Məleykə Əsədovanın istər geyimlərində, istərsə də kosmetik vasitələrdən istifadə qaydalarında xeyli qüsur gördüyünü deyir: "Məleykə xanım fəxrlə deyir ki, makiyajımı özüm edirəm. Onun makiyajı baş ucalığıdır ki? Gör Məleykə nə gündədir?! Gözünün quşunu qaşına qədər uzadır, fərli makiyaj etməyi bacarmır. O qadın nə geyimlərini, nə də makiyajını düzgün seçmir. Az qala 40 ildir ki, eyni saç düzümündədir".
   
   "Elza Seyidcahanın qeyri-adiliyi zövqünün pis olmağındadır"
   
   Şou-biznesin avanqard geyimli müğənnisi Elza Seyidcahan da modelyerin qınağına tuş gəldi: "Elza Seyidcahanı hər zaman qeyri-adi zövqə malik müğənni kimi təqdim edirlər. Onun qeyri-adiliyi zövqünün pis olmağındadır. Elza xanım rəngləri, parçaları çox qarışdırır, bir-birinə calayır. Mən onun geyim tərzini qəbul etmirəm".
   
   "Zülfiyyə Xanbabayeva artıq çəkisi gözə girməsin deyə boş geyimlərə üstünlük verir"
   
   Xalq artisti Zülfiyyə Xanbabayevanın geyim tərzi isə modelyerin ürəyincədir: "Zülfiyyə xanım da avanqard stildə geyinir, amma onda olduqca uğurlu alınır. Onun ən çox sevdiyi rənglər ağ-qaradır. İndi arıqladığına görə rəngləri çoxaldıb... Zülfiyyə xanım boş geyimlərə üstünlük verir ki, artıq çəkisi gözə girməsin. Bu xanımın modadan başı çıxır".
   
   "Brilliant Dadaşova qocalsa da, yaşına uyğun geyinmir"
   
   X.Hüseynova deyir ki, Zülfiyyə Xanbabayeva kimi Brilliant Dadaşovanın da zövqü yaxşıdır. Amma: "Düşünürəm ki, Brilliant Dadaşovanın yaşı çoxalıb, artıq bir qədər qocalıb. Amma buna baxmayaraq o, yaşına uyğun geyinmir. Etiraf etməliyəm ki, bədən ölçüləri yaxşıdır. Seçdiyi geyimlər isə əksinə, Brilliant xanımın yaşını büruzə verir. Artıq yaşlaşıb də..."
   
   "Zamiq kişiyə xas geyinmir, çox bəzənir"
   
   Kişi müğənnilərin geyim tərzi ilə bağlı fikirlərini söyləyən modelyer "Azərbaycan şou-biznesində olan kişilərin geyim zövqlərində fərqli-fərqli qüsurlar var" -deyir: "Məsələn, Zamiq kişiyə xas geyinmir. O mənada ki çox bəzənir. Elnur da geyimlərində qadın rənglərindən çox istifadə edir. Bununla belə, barmaqla sayılacaq zövqlə geyinən sənət adamları da var. Namiq Qaraçuxurlu pis geyinmir. Murad Dadaşovun kostyumları çox maraqlı və dəbə uyğun olur".
   
   "Aygün Kazımova silikonlarla özünü pis günə qoydu"
   
   Hər zaman birincilik arzusunda olan xalq artisti Aygün Kazımovanın da geyim tərzi modelyerin ürəyincə deyil: "Aygün Kazımovanın zövqü belə dəg Aygün silikonlarla özünü pis günə qoyub. Mənə elə gəlir ki onun silikonlara ehtiyacı yoxuydu. Düzdü, sonra bəzi slikonlarını ixtisar elədi... Aygün Kazımovaya idman stili yaraşdırmıram. Çünki qabaritli xanımdır".
   
   "Rəqsanə əvvəllər bədən quruluşuna uyğun geyinmirdi"
   
   "Rəqsanə çox dəyişib, artıq dəblə ayaqlaşır"- deyə söyləyən X.Hüseynova: "Yadıma gəlir, o, əvvəllər heç bədən quruluşuna uyğun geyinmirdi. İnsan nəyisə geyinəndə, kənardan gərək özünə baxsın"- söylədi: "Nazpəri Dostəliyeva da yaşına uyğun geyinmir. Bilirsiz, müğənnilərimiz nəyi əldə əsas tuturlar? Mən müğənniyəm, müğənni də allı-güllü geyinər. Onsuz da camaat məni bu geyimlərdə də qəbul edəcək. Onlar dəbi fikirləşmirlər. Düşünürlər ki, fərqlənim, insanlar deyəcəklər ki, müğənnidirsə buna olar".
   
   Milli.Az
Oxunub: 79
Ancelina Coli Tokionu da fəth etdi
Hollivud ulduzu Ancelina Coli Rusiyadan sonra Yaponiyada da yeni filminin təqdimatını keçirib. Milli.Az xəbər potalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Solt" filmini təqdim edən Coliyə Tokioda da maraq Moskvadakından heç də az olmayıb.
   
   O, yeni filmin tamaşaçılar tərəfindən bəyəniləcəyinə ümid etdiyini və bunu çox arzuladığını söyləyib.
Oxunub: 75
Çingiz Mustafayev zirvəsinə yürüş başa çatdı
Aksiyada 11 nəfər iştirak edib
Milli Qəhrəman,tele-reportyor Çingiz Mustafayevin 50 illik yubiley tədbirləri çərçivəsində daha bir aksiya başa çatıb. ANS Şirkətlər Qrupu, Hava və Ekstremal İdman Növləri Federasiyasının əməkdaşlarından ibarət ekspedisiya qrupu Böyük Qafqazın Tufandağ silsiləsindəki Çingiz Mustafayev zirvəsini ziyarət edib.
   
   İki gün davam edən aksiyada 11 nəfər iştirak edib. Ziyarətçilər Çingiz Mustafayev zirvəsində onun xatirəsinə qoyulmuş lövhəni xüsusi məhlulla silərək ekspedisiya qrupunun orada olmasını əks etdirən mətni xüsusi kapsulun içində torpağa basdırıblar.
   
   Ziyarətçilərin səfərinə ətraflı ANS Şikətlər Qrupunun vitse-prezidenti, jurnalist Mirşahin Ağayevin bu yaxınlarda efirə gedəcək "Ruh Yüksəkliyi" filmində baxa bilərsiniz.
   
   Xatırladaq ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
   
   Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz Mustafayev jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
   
   Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
   
   Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
   
   Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
   
   
Anar
Oxunub: 69
Flora Kərimova: "Faiq Ağayevi bağışlasam, qızımın namusunu ayaqlar altına atmış olaram"
İki xalq artisti arasında kəskin münasibətər davam edir. Uzun illərdir aralarında "düşmənçilik" hökm sürən xalq artistləri Faiq Ağayev və Flora Kərimova yenidən üz-üzə gəldilər. Artıq neçənci mərasimdir ki, Flora Kərimova mahnı ifa edən zaman Faiq Ağayev heç nə olmamış kimi qol qaldırıb oynayır. SİA bu məsələni araşdırmaq üçün ilk olaraq Flora Kərimovanın münasibətini öyrənib. Flora xanım da hər zaman olduğu kimi emosiyalarını cilovlaya bilməyib və kəskin açıqlama verib.
   
   "Faiq Ağayev mən oxuyanda rəqs edir. Bu hal son zaman daha tez-tez baş verir. Bunun da bir səbəbi var, o, mənimlə barışmaq istəyir. Bunu özü də etiraf edib. Faiq bu etirafı mənim özümə olmasa da, çox yaxın dostuma deyib. Ancaq mən heç vaxt onunla barışmaram. Bir çoxları deyir ki, ikiniz də xalq artistisiniz, barışın! Amma heç vaxt! Bu mümkünsüzdür! O bəlkə də "xalq artisti" ola bilər, amma xalqın artisti heç vaxt ola bilməz. Faiq nə qədər yalanlar danışıb. İndi mənimlə barışmaq istəyir? Niyə? O, məni söyəndə, yalanlar danışıb, şər atanda düşünərdi də. Mən ona heç nəyi bağışlamayacağam. Onun mənə dediyi sözləri necə keçə bilərəm? Faiq mənə hər sözü deyib. Qulağım nələr eşitmədi. Mən daha heç nədən utanmıram. Mənim 70 yaşım var. Faiq Ağayevi bağışlasam, qızımın namusunu ayaqlar altına atmış olaram. Mən sulardan, odlardan keçdim, öhdəmdən gələn olmadı. Faiq, sən də gələ bilməyəcəksən. Mən nə qədər əziyyət çəkmişəm, amma alnıaçıq yaşamışam"- deyə o, bildirib.
   
   "Cənab qızıl şlyager " Faiq Ağayev isə məsələyə sakit bir tərzdə münasibət bildirib: "Karın könlündəki" məsələsi. Mən kiminlə, harada, hansı musiqi sədaları altında rəqs etməkdə ixtiyar sahibiyəm. Heç kim buna öz mənafelərinə uyğun, onu qane edəcək, bir sözlə, öz xeyrinə görə don geyindirməsin. Gülüncdür! Mən zəif insan deyiləm ki, kimisə özümdən güclü hesab edib, qorxudan "yaltaqlıq" edim".
   
   
   
   
Anar
Oxunub: 77
Aybəniz Haşımova ilk dəfə qızı ilə oxuyacaq
Xalq artisti Aybəniz Haşımova səhnəni ilk dəfə qızı Aynişanla bölüşəcək. Ana və balanın çıxışı Aybəniz xanımın yaradıcılıq gecəsində baş tutacaq. A.Haşımovanın Milli.Az xəbər portalına bildirdiyinə görə, tədbir onun yaradıcılığının 32 illiyinə həsr edilib. Eyni zamanda yaradıcılıq tədbirində Aybəniz xanımın rəhbərlik etdiyi "Bülbüllər" qrupunun 10 yaşı qeyd ediləcək.
   
   "Konsert yaxın aylara planlaşdırılıb və hazırda məşqləri başlamışıq. İfaçıları konsertdə Teymur Göyçəyevin rəhbərlilk etdiyi Kamera Orkestri müşayiət edəcək. Qızımla bir yeni mahnını duet şəklində ifa edəcəyik. Eyni zamanda münsifi olduğum "Xalq ulduzu" tele-layihəsindən bir neçə iştirakçı ilə birgə çıxışım planlaşdırılıb" - deyən sənətçi konsertdən öncə bir neçə həftəlik istirahət proqramı seçəcəyini bildirdi.
Oxunub: 71