Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Temperatur yenidən yüksələcək
KEMPBELL MÜQAVİLƏSİNİ UZADIR
"QARABAĞ" İDDİALIDIR
Eşqin Quliyev meydana çıxacağı günü gözləyir
"MANÇESTER SİTİ" İQUAİNI ALMAQ İSƏYİR
KAVANİ "NAPOLİ"DƏ
Etimadı doğrultdular
Belçikalı Azərbaycana gəlməkdən imtina etdi
"REAL" NEMANYEYƏ TƏKLİF GÖNDƏRMƏYİB
Mənsum İbrahimov: "Torpaqlarımızı bizim özümüzdən başqa heç kim azad edə bilməyəcək"
Kişilər qadın sürücülərdən niyə qorxur?
"Nəvəmin sorağını gözləyirəm"
"Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri"
Ağdam haqqında yeni sayt
"ƏDALƏT"" QƏZETİNİN BAŞ REDAKTORU XANIM İRADƏ TUNCAYA
Sürücülərə xəbərdarlıq
GÜNÜN LƏƏTİFƏƏSİ
   
HƏYATIMIN ""ƏDALƏT""İ

Açıq etiraf edirəm, hər kəs eşidib bilsin. Mən sovet vətəndaşı olmuşamgmən sovet dövrünün insanıyam...mən kommunist erasının yetirməsiyəm!!!
   
   Bu etirafı elə-belə etmirəm. Çünki bütün etiraflar saflaşmağa, həqiqətin üzə çıxmasına, günahsızlıq deyilənin nə olduğunu göstərmək üçündür. Bax, bu mənada mən də öz etirafımı edirəm. Ona görə ki, bu zərurətdir... ona görə ki, bu həyatın tələbidi və bir də ona görə ki, mən indi müstəqil Azərbaycanın vətəndaşıyam!!!
   
   Yaşıdlarım kimi mənim də bəxtimə qarışıq bir zamanda yaşamaq düşdü. Qarışıq deyəndə ki, bu zamının payına düşən ilk 30-40 ili sovetin qılıncının kəshakəs vaxtı idi. Və mən bu gözəlim dünyaya qədəm qoyanda o illərin bütün uşaqları kimi içimdə arzular böyütdüm. Günlərin birində də həmin arzuların dalınca düşüb yol gəldim üzü Bakıya doğru. Doğrudur, ilk gəlişimi Bakı dəyərləndirmədi, əlim ətəyimdən uzun oldu və mən də qəbul imtahanlarından istədiyim nəticəni əldə edə bilmədiyimdən doğulduğum kəndə qayıdıb təsərüfatda çalışdım. Onsuz da kənd uşağı idim. Əl qabarının, alın tərinin nə olduğunu bilirdim. Sonra orduya getdim - sovet ordusunda xidmət çəkdim və elə bu ordunun zəmanəti ilə o vaxtkı Azərbaycan Dövlət Universitetinə daxil oldum. Arzumun çin olması üçün üzümə qapı açıldı.
   
   Bütün bunları söz xatirinə, nəyisə xatırlatmaq üçün yazmıram, məqsədim var. Demək istəyirəm ki, içimdəki ən böyük istək, bəlkə də mənim üçün ən əlçatmayan arzu yazılarımın dərc olunması, mətbuatda görünmək istəyim idi. Doğrudur, ilk şeirlərim, məqalələrim Füzulidə, Hadrutda nəşr olunan rayon qəzetlərində işıq üzü görmüşdü. Bunun da öz sevinc, öz fəxarət payı var idi. Lakin respublika mətbuatı fərqli bir dünya, fərqli bir müstəvi idi. Ora hər adamın səsi, sözü çatmırdı. Bax, belə bir vaxtda oxuduğum dövlət universitetində ilk redaktorumla tanış oldum. Bu universitetin o vaxtlar "Lenin tərbiyəsi uğrunda" adı ilə nəşr olunan tələbə qəzetinin baş redaktoru Ağamusa Zeynalov idi. O məni qəzetə məsul katib ştatına götürdü. Əli çox yüngül oldu Ağamusa müəllimin. Qısa bir zamanda respublikanın, yəni dövrün hegemon partiyasının nəşrlərindan olan "Təşviqatçı" jurnalına işə düzəldim. Mərhum Əlisəfa Məmmədov sözün həqiqi mənasında yüksək qayğı göstərərək əyani təhsil alan bir tələbəni müqavilə ilə jurnalda işə qəbul etdi...
   
   Beləcə başladı mənim sözlə, qələmlə baş-başa, nəfəs-nəfəsə üzü sabaha gedən yolum. Və mən bu yolda bir neçə qəzetin əməkdaşı oldum. "Araz" (redaktor - Məcnun Namazəliyev), "Qarabağ" (redaktor- Çingiz İsmayılov), "Azərbaycan ordusu" (redaktor - Üzeyir Cəfərov) və nəhayət 1993-cü ilin baharı...
   
   Həmin gün "Azərbaycan" nəşriyyatının 4-cü mərtəbəsində çox hörmətli Aqil Abbasla qarşılaşdım. Görüşdük. Nə ilə məşğul olduğumu soruşdu. Müdafiə Nazirliyinin sərəncamında olduğumu dedim. Elə ordaca mənə tapşırıq verdi:
   
   - Sərəncamın müddəti qurtaran kimi olursan "Ədalət"in cəbhə müxbiri!
   
   Beləcə "Ədalət"də "Ədalət"in baş redaktorundan ilk tapşırıq aldım. İndi 18 ilə yaxındır ki, "Ədalət"də bir həyat yaşayıram, "Ədalət"li bir həyat!..
   
   Bu 18 ilin hər günü, hər anı, hər saatı özü-özlüyündə bir kitablıq yazıdı. Və bu yazının arxasında mənimlə yanaşı, qəzetin bütün əməkdaşlarının dayandığını görmək çox asandı. Çünki bu qəzetdə heç nə heç kimdən gizli deyil və bəlkə də yeganə qəzetdi ki, yarandığı gündən bu qəzetdəki özəl demokratiya dünyanın heç bir yerində mövcud olmayıb və inşallah olmayacaq da. Çünki "Ədalət"in özünəməxsusluğu budur! Əməkdaşların hay-küyü, bir-birinə həm doğma, həm də bir az köntöy münasibəti, eləcə də daxili bir özəl dünyanın olması, bunu bir az da çılpaqlasam hər bir əməkdaşın içərisində özünün fərqli bir "Ədalət"inin olması qəzetin, onun kollektivinin spesifik xüsusiyyətidir. Elə bil ki, burdakı insanlar hardasa, hansı zamandasa bir yerdə işləmək üçün hazırlıq keçiblər. Yəni cəmi iki-üç gün qəzetdə əməkdaşlıq etməyə başlayan istənilən insan artıq 4-5-ci gün qəzetin havasına oynamağı bacarır. Çünki bu hava demək olar ki, hamının sümüyünə düşür. Ən çox da əsəbi ayaqüstə olanların, qəlbi naziklərin, sözü eşitməyi bacaranların və nəhayət sözdən söz çıxaranların...
   
   Mən 18 ildi ki, axtardığım ədaləti axtara-axtara "Ədalət"də yol gedirəm. Demək olar ki, bu qəzetdə adıynan üst-üstə düşən ədalətlər də görmüşəm, qəlbimə toxunan məqamlar da. Bünsuz mümkün deyil. Çünki hamı eyni işi görürsə, orda mütləq bir nöqsanlı yer qalır. Ona görə ki, hamı bir-birinə arxayındı. Ona görə ki, hamı bir-birinə güvənir, ona görə ki, hamı yanındakının onun nöqsanını aradan qaldıracağına inanır. Bax, bu da sonda müəyyən bir arxayınçılıq yaradır və...
   
   Və onda baş redaktor Aqil Abbasın özünəməxsusluğu ortaya çıxır. Bu barədə hər kəs öz istəyini, öz düşüncələrini yəqin ki, iç dünyasında dəfələrlə saf-çürük edib. Başqalarını deyə bilmərəm, şəxsən mən sonda bu qərara gəlimşəm ki, biz "Ədalət"ə oxşadığımız kimi, "Ədalət" də Aqil Abbasa bənzəyir. Deməli, sonda biz hamımız elə bir adamıq. Bir olduğumuza görə də bu qəzetdən müxtəlif kürsülərə irəliləyən, rütbə qazanan, imtiyaz sahibi olanlar da, bu qəzetdə qalanlar da özünü hər yerdə "Ədalət"çi kimi hiss edirlər.
   
   Bəli, belə götürəndə 18 il böyük bir ömürdü. Deməli, Allahın verdiyi bu 18 ili "Ədalət"lə çiyindaş olmaq mənim nəsibim imiş. Və mən də bütün hallarda Allahımdan, onun verdiyi qismətdən razı bir bəndəyəm. O razı bəndənin "Ədalət"də olması bəlkə də Allahımın barəmdə çıxardığı ən dürüst qərarlardan biridi. Mən o qərara Allahıma olan sevgimlə yanaşıram.
   
   Həyatımın "Ədalət"ində çox şeylər qazandım. Onların ən böyüyü, ən birincisi sözümü Tanıtmaq, sözümün Azadlığıdı! Bu gün 20 yaşını qeyd edən həyatımın "Ədalət"ində Azərbaycanın ədəbi ictimaiyyəti ilə ünsiyyət qurmaq haqqını əldə etdim... Və son olaraq mən həyatımın "Ədalət"ində bu gün yazılarıma münasibət bildirən, məni sevən və mənim sevdiyim oxucuları kəşf etdim. Düşünürəm ki, bu sevgi yaşamağa, yazmağa və təkrar-təkrar ilham pəriləri ilə baş-başa qalmağa yetər. Yaxşı ki, "Ədalət" var, yaxşı ki, Sevgi var, yaxşı ki, Biz varıq!!!
   
   "Ədalət"in ad günü mübarək!
Əbülfət MƏDƏTOĞLU abulfatmadatoglu@adalet-az.com
Oxunub: 228
NİYƏ ÖLMƏYƏ VƏTƏN?.. (192)
Niyə gəzib, görməyə yox?..
Dağsız, dərdsiz məmləkət (297)
Özüm və sözüm üzbəüz...
Axtarış (334)
Bizdə nə çatmır?..
HƏYATIMIN ""ƏDALƏT""İ (228)
MƏNƏ DƏNİZ VERİN... (346)
Havasız şəhərin ölən sevgiləri...
GÜNÜN ƏN BÖYÜK GÜNAHI... (519)
Ağıllı olmaqdı
ÜMİD SORAĞINDA (546)
Onu öldürmək istəyənlər həmişə hazırdılar...
ÖMÜRDƏN FRAQMENTLƏR (567)
Bunları yaşamışam
YAŞA DƏXLİ OLMAYAN SÖHBƏT (564)
Hərənin öz dünyası...
İNDİ BİR XATİRƏDİ... (695)
GERİDƏ QALAN HƏR AN
DAĞLAR DAĞIMDI MƏNİM... (586)
Həsrət qaldığım gündən
RUHUMUN AZADLIĞI... (464)
Bütün savaşlar sənin üçündü
Gözlərimə ağ damır... (635)
Yollarına baxmaqdan...
TƏKİ SƏN SƏSLƏ MƏNİ (554)
Bu təkcə çağırış deyil
İYİRMİ BEŞƏ BİR QALMIŞ (428)
DÜYÜNÇƏ (475)
Düyünlərin çözümü ömür istəyir...
ÇÖRƏK - YAŞAMAQ ÜÇÜN (516)
Bəzən o boğazdan keçmir
CƏRRAH BIÇAĞI (584)
Əriyən ömür...
APAR MƏNİ ÖZÜNLƏ... (751)
Əgər apara bilsən...
ULDUZLAR DA BU AXŞAM... (885)
Təkcə ulduzlarmı?
YAŞAMAQ İSTƏYİRƏM (1262)
Böyük müəllim, yazıçı Qulu Xəlilovun və Vahid Əlifoğlunun ruhuna
BİR AZ QƏMİ DANIŞDIR... (773)
Dünyanın ən müşkül məsələsi
SEVGİ ETİRAFLARI (1051)
Bunu bacarmaq da sevmək deməkdi...
QARANLIĞI YARAN CÜT İŞIQ... (812)
Əsəb yaradan narahat yol...
DÖZÜM MƏQAMI (838)
Vahidin ruhu məni bağışlasın
GƏLƏNİ PEŞİMAN, GEDƏNİ PƏRİŞAN (876)
Limon əkdim ləyəndə...
AYRILIQ ANI (973)
Sarı simdəg
MƏN SƏNİ SEVƏCƏM... (1060)
Bəs sən?..
SEÇİM ANI (864)
İtlə işıq arasında məsafə, qaşla göz arasındakı məsafə qədərdi
ANLAŞMAQ PROBLEMİ (584)
Dünya dağılmasın, neyləsin?..
Sonuna çatdığım il (358)
SÖZ VAXTINA ÇƏKƏR (292)
Bu yazı gecikməsəydi...
Mən belə dünyanın... (302)
Ovqatla baş başa
SÜKUTLA SÖHBƏT (345)
Bu söhbəti anlamaq üçün ancaq kitab oxumaq lazımdı
SÖZÜMÜZÜ UNUTMAYAQ (286)
Depresyona düşsək də...
BƏRAƏT KAĞIZI (367)
Yaşamaq haqqını sübut etmək get-gedə çətinləşir
KÖLGƏLƏR... (295)
Kəsilən ağacların balladası
YAD ADAM SEVGİSİ (308)
QAPI ARXASINDAKI ADAM (328)
YARPAQ TÖKÜMÜ (402)
Və yaxud adı Son Bahar olan payız
"BURDA YER SÜRÜŞKƏN, GÖY ÜN YETMƏZDİ..." (388)
QARANLIĞI YARAN İŞIQ.... (465)
CAVABSIZ SUALLAR (338)
Məni qınamayın, məni duyanlar...
OXUCUNU ARDINCA APARAN BÖYÜK ƏDİB (396)
İlyas Əfəndiyev öz əsərləri ilə hər kəsi cəlb etməklə yanaşı, düşündürməyi də bacarırdı
BİR AN (458)
Ömür də bəzən göz qırpımıdı...
BİR GÖZÜ AĞLAYIB, BİR GÖZÜ GÜLÜR... (461)
BİZƏ TANIŞ DÜNYANIN
HƏFTƏMİN ACISI (475)
QƏMİN AĞLADIĞI GÜN... (484)
Ümumiyyətlə, belə bir gün ola bilər?..
KÜÇƏYƏ DÜŞƏN AĞ İŞIQ (537)
O, övlad izi axtarır
TƏLAŞLI GÜNÜN UĞURLU SONU... (608)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
İNTİHARDAN ÖNCƏ (629)
ÇİÇƏKLƏRİ BARINDAN ÇOX GİLƏNAR AĞACI (486)
DƏLİ BİR AĞLAMAQ... (471)
Mərhum telejurnalist Alı Mustafayevin ruhuna
BAKIDAN SUMQAYITA SƏYAHƏT (472)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
XOCALI TOYU (433)
HAVASI BİLİNMƏYƏN YAZI (453)
Zamanın köynəyindən və zamanı köynəyindən keçə bilməyəndə...
UZUN BİR GÜN... (518)
YUXU KİMİ SEVDA... (514)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
VAXTINDA (530)
"Ölüm haqdı, çıxmaq olmaz əmrdən..."
Ömürdən bir gün (504)
AĞLAYAN BULUDLAR (596)
İQLİM DƏYİŞİKLİYİ... (573)
Qan təzyiqi fəsadı
ÖMRÜN SOLAN ÇİÇƏKLƏRİ (595)
GƏL SƏNİ "DÖYÜM" (576)
Mən dəliyə oxşayıram?..
Hərdən elə istəyirəm ki... (675)
"BƏXTƏVƏRLİK" (602)
ANAMA MƏKTUB... (626)
ADİ RİYAZİYYAT (623)
İndi onsuz da vurma cədvəlini əzbərləyən yoxdur
BİZİM DÜNYA... UŞAQ ŞILTAQLIĞI... VƏ ƏL ÇATMAYAN KEÇMİŞ (659)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
XOŞBƏXTLİYİN ANATOMİYASI (675)
(Yuxuda gördüklərim çin çıxacaqmı?)
ÖLÜNÜN DƏ XÜSUSİ HÖRMƏTLİSİ... (689)
Ya da göbəyi ağ dələmə...
CAN AĞRISI (723)
Dilim-dilim olasan...
"ƏZABSIZ ANLAR (698)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
"HƏ!" "YOX!" ARASI (736)
BƏHANƏ (723)
Bazarlıq (773)
"Yolumdan çəkil!" necə deyilir? (721)
SAHİLDƏ YAŞANAN ŞİRİN ANLAR (774)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
DƏLİ ADAM (803)
FAYDASIZ QAZINTI (812)
MƏNİM DÜNYAMIN SAKİNİ (818)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
PULUN VAR? (809)
Pulun var, gələrəm...
QALXANIN ENMƏSİ (889)
Qalxan nədisə enənin nə olacağını ayağa düşəndə görəcəyik..
HAVALANMIŞ BAKI HAVASI (879)
Bizdən qabaqda gedən də var, arxamızca gələn də...
YUXULU XATİRƏLƏR (819)
(Olmuşlar və olacaqlar barəsində hekayəvari)
BİR QOM BƏNÖVŞƏ (854)
(Kamal Abdullanın "Hekayələr" kitabı barəsində ilıq fikirlər)
ÖMRÜN BİR ANI (852)
PAYIZ YAĞIŞLARI (878)
BAXIŞ BUCAĞI
ÇİNAR DİBİ... ÜRƏK AĞRISI... VƏ... (815)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
MƏKTUBLAŞMA (828)
VAHİD SALAM DEDİ (828)
Gözdən uzaq olanda
GÜNAHA BATAN GÜN (866)
Olmuşlar və olacaqlar barəsində hekayəvari
QAYNAR QAZAN (855)
ERA (817)
OVCUMDA YANAN OD (824)
(Hekayəvari olmuşlar və olacaqlar barəsində)
RUHLARA SALAM OLSUN (839)
GÜL KİMİ GÜLDÜRÜR?.. (872)
Səni sevməyəcəm, sən sevsən də
QARIŞIQ YAZI (892)
Müxtəlif məsələləri özündə birləşdirən düz xətt
"PUL"KƏSƏN MAŞIN (902)
BAKI KƏNARI... TÜRK ƏSGƏRİ... ŞAMAXI MEŞƏSİ... (906)
Olmuşlar və olacaqlar barəsində hekayəvari