Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
2627282930
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Məşhurlar regionlarda konsert verəcək
Ən çox satılan kitablar
Mirzə Cəlil sevdası
Aqil Abbas: "Qurban Qurbanov və futbolçular "Qarabağ"ı bu çətin vəziyyətdən çıxaracaqlar"
Qurban Qurbanov: "Rəşad Sadıqov Azərbaycandan getmək istəyir"
Yığmamızdan qovulan boksçular danışdı
"Bakı" "Qalatasaray"a qarşı
Vaqif Cavadovdan təzə xəbər
AFFA və PFL problemlə üzləşdi
Salyan imtahanlar qarşısında
"ÜRƏK YANMASA..."
Zərif duyğular tərənnümçüsü
GÜNÜN LƏTİFƏSİ
   
HƏR ŞEY VAR, AMMA NƏSƏ ÇATMIR...

...Şoru tərifləmək, dolayısı ilə pendiri təhqir etməkdi...
   
   ...Ceyran öz incəliyi ilə öyündüyü kimi eşşək də öz eşşəkliyi ilə fəxr etməyə haqlıdı...
   
   
   
   Müəllifsiz.
   
   
   
   ... Mart yazın ilk ayıdır. Güllərin, çiçəklərin ilk tumurcuqlarının dünyaya gəlişidir. Bir sözlə, gözəlliklərin oyanışıdır. Çox keçməz ki, gül-bülbülü, bülbül-bülbülü səsləyər, sular coşub çağlayar, laləli dərələr qıpqırmızı yaylığa dönər... Gülün vəfasızlığından bülbülün göz yaşları yandırıb yaxar bağları... Necədi?
   
   ... Amma mənə bir şey çatmadı ki, əgər gül bülbülün sevgilisidirsə niyə gül gülü, bülbül bülbülü çağırar, deyirlər?.. Mən bu yaşa çatmışam sevgisi yolunda xəzan yellərinə qismət olan gülü, ağlamadan kor olmuş bülbülü görməmişəm.
   
   ... Sovet - bahar şairləri yazardılar belə şeirləri... Baharın gəlişindən iki boy da ucalan, köksü dəniz dalğalarına dönən sovet adamları da bu şeirləri oxuyub dönərdilər Məcnuna, Leyliyə, Kərəmə, Əsliyə... Həmişə məni bir məsələ düşündürüb və xeyli də rahatsız edib. Bu fəslin niyə iki adı var? Yaz, yoxsa Bahar?
   
   ... Bizim kənddə bir Dadaş var idi, ona hamı Dodu deyirdi. Soruşanda ki, niyə sənin adın ikidi, deyirdi ki, Dadaş xeyir-şər adımdı, Dodu ortalıq adım...
   
   ... "Bahar çox yaraşır bizim ölkəyə"... Guya bu ölkə deyilən yerə nə qış, nə payız, nə də yay qətiyyən yaraşmır... Bahar ən çox başqa millətlər yaşayan ərazilərdə uzun ömürlü idi. Ruslar yaşayan yerlərdə ilin doqquz ayı qış olurdu... deməli, şair rusların yaşadığı əraziləri öz ölkəsi hesab etmirmiş... Bütün bu təxribat xarakterli düşüncələrimlə demək istəiyrəm ki, baharı, yaxud da yazı sevmirəm... Bəndənizi də yaradan aprel ayında yaradıb. Yaz təkcə Leninin və Leninə dastan bağlamış "böyük klassiklərimizin" deyil ki...
   
   ... Görülən işdən gül iyi gələr, deyiblər. Bu deyim guya yüz illərin sınağından çıxıb və işi-gücü "atalar sözü" istehsal etməklə məşğul olan atalarımız da möhürləyib, təsdiqləyiblər... Axı hər görülən işdən gül iyi gəlmir. O qədər zir-zibil iyi verən işlər olub ki... İş var ki, görənin sümükləri çürüyəndən sonra da üfunəti baş çatladır...
   
   
   
   ...Yabançı çıraqlar, yabançı şamlar,
   
   Yuxusuz qoydular gecələri də.
   
   Küçə söyüşləri söyən adamlar,
   
   Abırdan saldılar küçələri də...
   
   
   
   ...Yüz yol murdarlanmış yaş divarların,
   
   Dibində çürüyən nəm döşək üstə,
   
   Tökülər bir gülün son ləçəkləri.
   
   ...Xəyanət gizlədən daş divarların,
   
   İkiqat pərdəli pəncərəsində,
   
   Zibil yeşiyidi - gül dibçəkləri...
   
   ...Çiçəklər dibçəklərdə,
   
   Qadınlar dörd divar arasında
   
   xəzəlləyir...
   
   Xəzəllənmiş yarpaqların örtdüyü
   
   meyvələr dimdiklənmiş olar...
   
   
   
   ...Var ev söyüşləri, var küçə söyüşləri. Ev söyüşün küçədə, küçə söyüşün evdə işlətmək olmaz. Bu bir mentalitetdir... Düzdü, bizim malik olduğumuz milli söyüşlərin tərkibi və məzmunu o qədər bir-birinə sıx bağlıdır ki, onları küçə və ev şəraitinə uyğun sistemləşdirmək mümkün deyil. Amma küçədə söyülən söyüşlər evə nisbətən daha ictimai, daha kütləvi xarakterə malikdir... Daha dəqiqi küçədə söyülən söyüşlər yüz faiz effektlidir... Söyüşlər də əslində folklordan gəlir...
   
   ... Kişilər kişi kimi kişilənirdilər, arvadlar arvad kimi arvadlanırdılar... Doğan da var idi, doğulan da. uşaqlar papalarına ata, mamalarına ana deyirdilər... Kişilərin kişilənməyi artdıqca arvadların da arvadlanmağı artırdı... Hökm , məsləhət bilənindi... bir saçını qara, bir saçını ağ hörüb gözəlləri qocaltdıq. Evlərin küncündə un kisələrinə tay etdik. Üzü göyçək, sözü göyçək, baxtı, taleyi kifir gözəllər... İki düymə tikə bilməyənlər ev oldular, oğul-uşaq sahibi oldular... Heyf, arvad oldular...
   
   ...Çağrılan yenə genişlik var, çağrılmayan yerdə darlıq. Harda ki, taleyimiz həll olunub bizi ora nə çağıran olub, nə də dəvət edən. Özgə toyunda hamıdan çox oynamışıq, yad yasında ölü yiyəsindən çox ağlamışıq...
   
   ...Getdiyin yer səni çəkmirsə, görməyə tələsdiyini adamların həsrəti qollarını çiyin bərabərində qaldırmırsa... Yaman pafoslu oldu deyəsən...
   
   ... Elgün deyir ki, əmimin, əmim uşaqlarının sifəti yadımdan çıxıb... Soyuqluqdu, yoxsa laqeydlik?
   
   Bilmirəm... Bayramdan-bayrama, kövrələndən-kövrələnə telefon nömrələrində yaşayan doğmalarım...
   
   
   
   ...İllər unutdurur, düşmürsə yada,
   
   Dinər xatirələr çənli, dumanlı.
   
   Uzaq qohumlarım var, bu dünyada,
   
   Qışda çiçəkləyən ağac gümanlı...
   
   
   
   ... Hər şey ənənədən, hər şey adətdən gəlir. Az da olsa, çox da olsa özündən əvvəlkinə oxşamağa, arxada qalana bənzəməyə çalışıram. Biz qabaqda gedəni zəncirli, arxada qalanı ağıllı hesab etmişik... Soğanın nağdılığı, balın nisyəsindən irəlidi... Represiyalardan salamat çıxanlar elə o illərdə də dəfn olunası, elə o illərdə rədd ediləsi ənənələri çəkib gətirdilər əlli ilin, altmış ilin sonuna... Özlərinə oxşatdılar özlərindən törəyənləri... Yaxşı oğul olduq, dayılarımıza oxşaya-oxşaya... Represiya əslində meyvəli ağacların doğranması idi... Söyüd şeytan ağaclarına toxunmadılar... Son otuz ilin ədəbiyyatı əslində pis bir məktəbin əzbərçi şagirdləri idi... Ənənələr yerində addımlamaqdan başqa bir şey deyil... Yasxana mərsiyələri, yazıqlıq, mütilik təbliğ edən oxşamalar, bayatılar, laylalar... Qürurun və mənliyin tapdalandığı mədhiyyələr, mədhiyyələr...
   
   ...Xoruz yerdən götürdüyü çöpü dən görkəmində göstərir toyuqlara... Dimdiyində orden-medal tutmuş qırımızı xoruz... Dənə və orden-medala yüyürən ədəbi və bədii toyuqlar... Xoruzların və toyuqların rəngi başqa olsa da, yumurtalar eynidi... Eyni yumurtaların eyni cücələri...
   
   ... Bu dolaşıq və bir-birinə qarışmış düşüncələr yaza, yaxud da bahara yaraşmır, bəlkə də... Bəyəm hər şey yaraşıq və yaraşdırmaq üçün nəzərdə tutulub?...
   
   ... Amma bütün dediklərimizin və demək istədiklərimizin başlanğıcı və axırı bir həqiqətə, bir tumara, sığala yatımı olmayan bir həqiqətə bağlanır...
   
   ...Uzun illər rayonun ticarət aləminə başçılıq etmiş şəxs rayon mərkəzində hər cür şəraiti olan malikanə tikdirəndən sonra qayıtmışdı doğulduğu kəndə. Kənddə orta əsr şah saraylarına oxşayan bir bina ucaltmışdı. Binada və binanın ətrafında ağıla gələn, gəlməyən hər şey var idi. Bir gün həmin şəxs ortalıqda, söhbət əsnasında Əvəz əmidən soruşdu:
   
   - Əvəz əmi, mənim ev-eşiyimdən xəbərin var, də? Tay nə qalmayıb bu evə yapışdırmayam. Yenə də baxıram ki, nəsə çatmır, nəsə yoxdur... Əvəz əmi bir az fikirləşib dedi:
   
   - Düz deyirsən, bala. Tikdirdiyin evdə hər şey var. bircə şey yoxdu. O da o evin halallığıdır...
   
   ... Halallıqsız tikəni udmaq olar, amma halal kişilər demişkən sinirmək olmaz...
   
   
   
   P.S. Biz hələ də sovetlərə nifrət edib onun tör-töküntülərini balalarımıza yedirtməkdə, namaz qıla-qıla İslamın düşmənlərinə səcdə etməkdə...
Vahid ƏLİFOĞLU
Oxunub: 360
QÜRUR MƏNBƏYİ (212)
-Yazarın arxivindən- (154)
MİRZƏ VƏ GÜLÖYZƏ (301)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
MİRZƏ VƏ GÜLÖYZƏ (335)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
HƏR ŞEY VAR, AMMA NƏSƏ ÇATMIR... (360)
KUKLA (440)
DİNDİRMƏ QƏMLİ KÖNLÜMÜ... (503)
ATA ÇATMAĞA BİR GÜN QALMIŞ... (376)
...QIŞDA QAR TAPILMAZ YAD QAPILARDA... (412)
QALOŞ (435)
QAYTANLANMIŞ KİTAB (390)
ANOMALİYA (428)
BAZAR GÜNÜ (496)
LAL İTLƏRİN ƏHATƏSİNDƏ (439)
... Bəyin yanından it, itin yanından bəy kimi keçə-keçə bir gün gördülər ki, bəy itə oxşayır, it də bəyə
... SAQİ, BU MƏCLİSƏ BADƏ DOLANDIR... (492)
... İçki adamı yazıçı etsəydi, indi şərab zavodlarında işləyənlərin yarısı Tolstoy idi...
BAŞLADIQ (345)
(İlin ilk yazısı)
İLİN SON YAZISI (211)
YOLDƏYİŞƏN (209)
... Vətəni sərvətinə görə sevmirlər...
SABAH NƏ VAXTSA OLMAYACAQ... (223)
Səlnaməçi yazır: ... Çingiz xan sonuncu dənizə çatana qədər atlılara çapmağı əmr etdi... Vahid Əlifoğlu yazır: ...Üzün qızartısı artdıqca suyu azalır...
BU DÜNYA BİR DOLMA QAZANIDI... (265)
... Biz yaşamaq üçün yemirik, yemək üçün yaşayırıq
BÜTÜN YOLLAR QÜRBƏTƏ APARIR... (263)
BAŞ TUTMAYAN BAYRAM KONSERTİ (275)
(Ərəb Çadır şəhərciyində Minsk həmsədrləri ilə vida mərasimindən Aqil Abbasın hazırladığı reportajın bədii hissəsi)
DİŞ AĞRILARI (248)
...Adam var miləltin, millət də var dünyanın diş ağırsıdı
ŞAİRLƏR KİMSƏSİZ OLUB, HƏMİŞƏ... (259)
HEÇ KİMİN ADI ÖZÜNÜN DEYİL... (308)
KRESLO (337)
ŞƏCƏRƏ (327)
DƏRİN HÜZNLƏ... (325)
... Biz çox vaxt xoşbəxtliyi olmadığı yerdə axtarırıq. Və ümumiyyətlə o varmı?...
SAĞSAĞAN (318)
Qarıldamaq xeyir xəbər gətirsəydi sağsağanların günü toy-bayramla keçərdi... Minsk qrupunun həmsədrlərinə ithaf olunur.
DAĞLARA QAR YAĞIR... (317)
AVTORİTET (345)
QEYDİYYAT YERİNDƏN UZAQDA (355)
AVTOBUS DAYANACAĞI (369)
MÜQƏVVA (387)
GECƏ SEANSLARI (459)
Kino ən yaxşı təbliğat və təşviqat vasitəsidir V.İ.Lenin.
HƏR İMZA BİR BARMAQ İZİDİ... (429)
... Döyüşdə qırılanlar, yaralananlar əsgər olur, zəfər generalların adına yazılır
ARADAN NƏ KEÇDİ Kİ?... (441)
(Qarabağa səfər etmək istəyən jurnalistələrə təlimat əvəzi)
ÇADIR PƏLƏNGİ (500)
ƏLVERİŞSİZ HAVA ŞƏRAİTİ... (592)
ŞAHIN QAYITMASI (600)
("Aldanmış Kəvakib" əsərinin motivləri əsasında)
DAŞ (454)
DEPUTAT ƏVƏZİN HƏYATI (445)
(Boyat sovet ədəbiyyatı)
DANIŞMAQ MƏSLƏHƏT DEYİL... (491)
("Rəmiş" hekayəsinin müəllifinə)
FASYE TEOREMİ (487)
OT KÖKÜ ÜSTƏ BİTƏR... (486)
MİRZƏ VƏ GÜLÖYZƏ (488)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
MİRZƏ VƏ GÜLÖYZƏ (501)
("Abbas və Gülgəz" dastanının motivləri əsasında)
ÇÖL HAVASI (477)
QÜRUR MƏNBƏYİ (490)
QOYUN ƏFSANƏSİ (549)
PALTARSIZ (556)
(Şeir məqamı)
BAŞ TUTMAYAN KİRVƏLİK (549)
ŞAHIN QAYITMASI (542)
("Aldanmış Kəvakib") əsərinin motivləri əsasında)
SİRRİN AÇILDIĞI GÜN (657)
(Hollivud üçün ssenari)
XURMA AĞACLARI (589)
NAMƏLUM QADINA MƏKTUB (610)
- Çadırdan görünən dünya -
XINA RƏNGİ (649)
BAYQUŞ (637)
BAŞDAŞI (675)
- Çadırdan görünən dünya -
DAR ÇAĞI (661)
- Çadırdan görünən dünya -
"ATLI" LOBYA (686)
(Çox gec olsa da)
AĞRI (697)
- Çadırdan görünən dünya -
NƏLƏR QALDI ARXADA... (663)
(2008-ci ilə azca gecikmiş son söz)
ÇIXAQ, GEDƏK EVİMİZƏ... (724)
KƏNDİMİZ YADIMA DÜŞƏNDƏ AĞLAYIRAM.. (760)
OCAQ DAŞI (719)
- Çadırdan görünən dünya -
AZAD ƏDƏBİYYAT SEVDASI (744)
Hər demokratın daxilində bir diktator var
ƏYALƏT BƏYİ (791)
MƏN GƏZƏN ÇİÇƏKLƏR PAYIZDA BİTİR (807)
- Çadırdan görünən dünya -
BİLƏCƏRİDƏN O TƏRƏFDƏ NƏ VAR Kİ?.. (840)
- Çadırdan görünən dünya -
ARI QUŞU (828)
PAYIZA NƏ QALDI?... (767)
SUSMAĞIN QIZIL OLMADIĞI İLLƏR... (772)
Mən ciddi yazılar yazmıram, amma bu o demək deyil ki, mən ciddi adam deyiləm. V.Əlifoğlu
Adda-budda (812)
İKİLƏŞMƏ (804)
- Çadırdan görünən dünya -
QURBAĞA SƏSİYLƏ DOLU BİR GECƏ... (785)
ARXADAN ƏVVƏLƏ DOÜRU... (802)
Köçün arxasında gedənlərin hamısı axsaq olmur
OSETİN FAMİLİYASI (813)
Eşşək minməklə baxt açılsaydı şərqdə subay qalmazdı S.Baqapş - Abxaz filosofu
QURUMUŞ AĞACLARIN KÖLGƏSİ OLMUR... (831)
"YANIQ" KƏRƏM (826)
("Əsli və Kərəm" dastanının motivləri əsasında)
"YANIQ" KƏRƏM (773)
("Əsli və Kərəm" dastanının motivləri əsasında)
"YANIQ" KƏRƏM (790)
("Əsli və Kərəm" dastanının motivləri əsasında)
MƏMMƏD ARAZIN QIZINA (831)
GÖRƏNLƏRDƏN XAHİŞ OLUNUR Kİ... (822)
MƏN NƏ VAXTSA BELƏ YAZILAR YAZMIŞAM (816)
YANIQ KƏRƏMİ (839)
"Əsli və Kərəm" dastanının motivləri əsasında)
YANIQ KƏRƏMİ (832)
"Əsli və Kərəm" dastanının motivləri əsasında)
OLMAYAN ŞEYİ YA TƏRİFLƏ, YA DA... (856)
ON BEŞ İLİN QONAQLARI (822)
SAMAN SİYASƏTİ (809)
Siyasət saman altından su yeritməkdir "Molla Nəsrəddin" jurnalı
... MƏDƏNİYYƏTİN İNKİŞAFINDA XİDMƏTLƏRİNƏ GÖRƏ... (846)
İncəsənət xalqa məxsus deyil Müəllifsiz
FİL HƏKİMİ (803)
DƏRDİN CANA QAPISI VAR... (785)
ŞİR ŞƏKLİ (829)
MONİTORİNQ (782)
CİDDİ YAZI (801)
...DÜŞMƏN AŞAÜI SEYİDƏHMƏDLİ KƏNDİ İSTİQAMƏTİNDƏN... (815)
MƏNİM İTİRMƏLİ NƏYİM QALDI Kİ?.. (843)
ÇƏRÇİVƏ (730)
QÜRBƏTDƏ DEYİRDİN Kİ... (830)