GÜNÜN LƏTİFƏSİ
İt öz küçüyünə kimə necə hürməyi öyrədir; vəzifəliyə belə hür, qara camaata belə hür, prokurora belə hür... Bir gün görür ki, küçük bir mollaya təpinib, özü də lap qara camaata hürən kimi hürür. Yadına düşür ki, mollaya necə hürməyi öyrətməyib axı. Tez küçüyünün qulağından tutub çəkir həyətə və deyir:
- Başın xarab olub, mollaya ən vəzifəliyə hürən kimi, quyruğunu bulaya-bulaya hürməlisən!
Küçük təəccüblə:
- Elə niyə?
-Belə lazımdı bala, birdən ətimizi halal buyurar, olarıq kolbasalıq...