Hiddink İstanbulda
millimizdən danışacaq
Türkiyə milli komandasının yeni baş məşqçisi Qus Hiddink martın 15-də İstanbula gedəcək. Qol.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilir ki, hollandiyalı mütəxəssis federasiya prezidenti Mahmud Özgenerlə birlikdə mətbuat konfransı keçirəcək.
Tədbirdə Hiddinkin "Avro 2012"nin seçmə qrup mərhələsində Türkiyə millisinin rəqibləri, o cümlədən Azərbaycan komandası haqda fikirlər bildirəcəyi gözlənilir.