Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Silah qaçaqmalçıları həbs edilib
Bankomatı qarət etmək istədi
Prezidentin qəbulları
Heydər Əliyev Fondunun daha bir töhfəsi
Həmsədrlər regiona apreldə gələcək
Bəxtiyar Sadıqov Musa Musayevdən danışdı
Əfv Komissiyasının iclasları davam edir
Məcburi köçkünlərə torpaq tapılmır
Allahşükür Paşazadə orden aldı
Türkiyə ilə viza rejimi bu il ləğv oluna bilər
Birlik alınmayacaq
İki ayda istehsalatda 29 bədbəxt hadisə
"5-10 ildən sonra müharibə başlayacaq"
"Azərbaycan böyük iqtisadi potensiala malikdir"
Ukraynada baş nazir Nikolay Azarov oldu
Ədliyyə Nazirliyində qanvermə aksiyası
Obama narahatdır
Polşanın baş naziri İçərişəhərdə oldu
Qətldə təqsirləndirilirdi, bəraət aldı
BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB, MÜDAFİƏ NAZİRİ İSƏ ONUN ÜSTÜNƏ ATILIB
Novruz bu il daha təntənəli qeyd olunacaq
Ötən il 16 hərbi qulluqçu həbs edilib
Dünyanın ən zənginləri
ABŞ səfirliyi qarşısında aksiya
Azərbaycanlılar niyə teatra getmir?
Sərvətim bir qələm, bir vərəq
"İRAN TÜRKLƏRİNİN QƏDİM TARİXİ"
Müəllimlərə 6300-dən çox kompüter verilib
Neftin qiyməti 82 dollara çatıb
Rövnəq Abdullayev UEFA prezidenti ilə görüşəcək
Hiddink İstanbulda millimizdən danışacaq
Ramin Musayev: "Zəhmət çəkib, bayram günü də futbol oynasınlar"
Millimiz Hondurasla iyunun 2-də qarşılaşacaq
"BÜLƏND QORXMAZA BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRİK"
Orxan Pamuk sevgilisiylə çimərlikdə yaxalandı!
Araş "Eurovision"u şərh edəcək
Vaqif Balakişiyev: "Stadionumuz "vısşi" vəziyyətdə olacaq"
Sərvət Çətindən sevgilisinə yüz min avroluq hədiyyə
DJ Devid Vendetta: "Alim Qasımova minnətdaram"
Ekranda Azərbaycan filmləri
İradə İbrahimova: "Keçmişim çox qaranlıqdır"
Natəvan Həbibi köçür
GÜNÜN LƏTİFƏSİ
   
Azərbaycanlılar niyə teatra getmir?

Biz öyrəşmişik ki, bir az bərkə-boşa düşəndə xalqı günahkar çıxaraq. Kitab satılmır - günahkar oxucudur. Teatrlar boş qalıb - günahkar tamaşaçıdır. Ciddi musiqinin dinləyicisi yoxdur - günahkar yenə xalqdır. Heç kim bu sadaladıqlarımızın daha dərin səbəbləri üzərində düşünmür. Heç kim özünə sual vermək istəmir: məgər cəmi 20 il əvvələdək bu ölkədə kitablar 100-200 min tirajla satılmırdımı? Opera və Balet Teatrının kassaları önündə uzun-uzadı növbələr yaranmırdımı? İnsanlar üçün ən gözəl və mənalı istirahət teatrlara getmək deyildimi? Birdən-birə nə baş verdi ki, xalq mədəniyyətdən bu qədər uzaq düşdü?
   
   Məsələn, gəlin görək bu gün azərbaycanlılar axı niyə teatra getməlidir? Sizi bilmirəm, üç-dörd il əvvələdək mən Azərbaycan teatrlarında heç bir tamaşanın premyerasını qaçırmazdım. Doğrudur, o vaxt qəzetlərin birində mədəniyyət yazarı kimi çalışırdım, elə teatrlara tez-tez getməyimin səbəbi də daha çox işimlə bağlı idi. Amma hər halda Azərbaycan teatrlarının hər biri haqqında təsəvvürə malik olmaq üçün bu, yaxşı fürsət idi.
   
   Tamaşalar bitirdi və mən böyük bir peşimançılıq hissi ilə geri - redaksiyaya qayıdırdım. Peşəkarlığı - rejissor və aktyor işini bir kənara qoyuram. Adamı dəhşətə gətirən səhnələşdirilən əsərlərin məzmunudur. Əksəriyyəti günümüzün reallıqlarının min ağac uzaqlığında olan bu tamaşalar mənasız fəlsəfəçiliklə, saxta və düşük sentimentallıqla doludur. Heç bir ictimai yük daşımayan, sosial sifarişə tabe olmayan belə tamaşalara insanlar niyə gəlməlidir axı? Bir halda ki, Azərbaycan teatrı Azərbaycan cəmiyyətindən yerlə göy qədər uzaq düşüb, zalların boş qalmasına görə yalnız xalqı qınamaq, xalqı asıb-kəsmək nə qədər insaflı və nə qədər məntiqlidir, əziz dostlar?
   
   Təsəvvür edin: cəmiyyətin böyük hissəsi ən kiçik məişət problemlərinin cəngində çabalayır, ictimai və sosial qayğılar xirtdəyəcən yığılıb, ətrafımızda qalın-qalın romanların mövzusu ola biləcək çirkinliklər yaşanır, sizsə "indeyski" filmləri xatırladan tamaşalar hazırlayırsınız. Üstəlik, insanları o tamaşalara gəlməyə səsləyirsiniz. Bundan gülməli nə ola bilər?
   
   Xalq onun həyatına, hisslərinə, üzbəüz qaldığı acı gerçəklərə işıq tutmayan kitabı oxumadığı, filmi seyr etmədiyi kimi, tamaşanı da boykot etməkdə haqlı deyilmi? Sizcə, məsələn, çölün ortasında selləmə yağışın altında qalan insan, türkün sözü, "neyi merak etməlidir": növbəti hava proqnozunu, yoxsa Əslinin düymələrinin niyə açılmadığını? Ya da təsəvvür edin ki, tufanlı havada gəmi sizi bilmədiyiniz bir istiqamətə aparır, siz isə o anlarda bir kompasınızın olmasından çox, "Qurdlar vadisi"nin növbəti seriyasında nələrin baş verəcəyini düşünürsünüz? Absurddumu? Əlbəttə, absurddur.
   
   Bax, bugünki Azərbaycan teatrı həmin absurdun canlandığı bir məkan rolunu oynamaqdadır. Reallığın tamamilə dəfn olunduğu, həyat gerçəklərinin fövqünə çıxmış bir ünvana çevrilib Azərbaycan teatrı.
   
   Və biriləri bütün bu həngamədən sonra tamaşaçı qıtlığından şikayətlənirsə, mənim artıq heç bir sözüm qalmır. Bəylər, siz hələ zəhmət çəkin buludların üstündən düşün, reallığa, həyata dönün, ondan sonra baxarıq azərbaycanlılar tamaşalara getməməkdə, teatrları Allah ümidinə buraxmaqda günahkardır, ya yox?
   
   
Milli.az
Oxunub: 144
Natəvan Həbibi köçür (135)
İradə İbrahimova: "Keçmişim çox qaranlıqdır" (145)
Ekranda Azərbaycan filmləri (149)
DJ Devid Vendetta: "Alim Qasımova minnətdaram" (168)
Araş "Eurovision"u şərh edəcək (145)
Orxan Pamuk sevgilisiylə çimərlikdə yaxalandı! (152)
"İRAN TÜRKLƏRİNİN QƏDİM TARİXİ" (151)
Sərvətim bir qələm, bir vərəq (144)
Azərbaycanlılar niyə teatra getmir? (144)