Meşədən meyit tapıldı
Lənkəran rayon sakininin meyiti tapılıb. APA-nın cənub bürosunun xəbərinə görə, 1954-cü il təvəllüdlü Qurumba kənd sakini Nəriman Balağa oğlu Cahangirov srağagün səhər saatlarında mal-qara otarmaq üçün meşəyə gedib.
N. Cahangirovun axşam evə dönmədiyini görən yaxınları onun meyitini meşədə tapıblar. Meyit ekspertizadan keçirilib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Lənkəran rayon şöbəsinin rəhbəri Rafiq Qasımov meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmadığını deyib. Yaxınları mərhumun ürək çatışmazlığından əziyyət çəkdiyini bildiriblər. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.