Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Silah qaçaqmalçıları həbs edilib
Bankomatı qarət etmək istədi
Prezidentin qəbulları
Heydər Əliyev Fondunun daha bir töhfəsi
Həmsədrlər regiona apreldə gələcək
Bəxtiyar Sadıqov Musa Musayevdən danışdı
Əfv Komissiyasının iclasları davam edir
Məcburi köçkünlərə torpaq tapılmır
Allahşükür Paşazadə orden aldı
Türkiyə ilə viza rejimi bu il ləğv oluna bilər
Birlik alınmayacaq
İki ayda istehsalatda 29 bədbəxt hadisə
"5-10 ildən sonra müharibə başlayacaq"
"Azərbaycan böyük iqtisadi potensiala malikdir"
Ukraynada baş nazir Nikolay Azarov oldu
Ədliyyə Nazirliyində qanvermə aksiyası
Obama narahatdır
Polşanın baş naziri İçərişəhərdə oldu
Qətldə təqsirləndirilirdi, bəraət aldı
BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB, MÜDAFİƏ NAZİRİ İSƏ ONUN ÜSTÜNƏ ATILIB
Novruz bu il daha təntənəli qeyd olunacaq
Ötən il 16 hərbi qulluqçu həbs edilib
Dünyanın ən zənginləri
ABŞ səfirliyi qarşısında aksiya
Azərbaycanlılar niyə teatra getmir?
Sərvətim bir qələm, bir vərəq
"İRAN TÜRKLƏRİNİN QƏDİM TARİXİ"
Müəllimlərə 6300-dən çox kompüter verilib
Neftin qiyməti 82 dollara çatıb
Rövnəq Abdullayev UEFA prezidenti ilə görüşəcək
Hiddink İstanbulda millimizdən danışacaq
Ramin Musayev: "Zəhmət çəkib, bayram günü də futbol oynasınlar"
Millimiz Hondurasla iyunun 2-də qarşılaşacaq
"BÜLƏND QORXMAZA BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRİK"
Orxan Pamuk sevgilisiylə çimərlikdə yaxalandı!
Araş "Eurovision"u şərh edəcək
Vaqif Balakişiyev: "Stadionumuz "vısşi" vəziyyətdə olacaq"
Sərvət Çətindən sevgilisinə yüz min avroluq hədiyyə
DJ Devid Vendetta: "Alim Qasımova minnətdaram"
Ekranda Azərbaycan filmləri
İradə İbrahimova: "Keçmişim çox qaranlıqdır"
Natəvan Həbibi köçür
GÜNÜN LƏTİFƏSİ
   
İrana sanksiyalar Avropadan başlayır
ABŞ bu dəfə də ikibaşlı siyasət yürütdüyünü ortaya qoydu
Avropa ölkələrinin və ABŞ-ın İrana sanksiyalar tətbiq edəcəyi ilə bağlı informasiyalar illərdir gündəmi məşğul etsə də, hələ ki, qara buludlar rəsmi Tehranın başı üzərində görünmür. Dünən isə məlumat yayıldı ki, Hollandiyanın məşhur neft şirkəti "Şell" (Royal Duch Shell) İrana benzin ixracını dayandırdığını bəyan edib. Bu hadisəni sanksiyanın başlanğıcı hesab edənlər də var.
   
   "Media forum" saytının məlumatına görə, "Şell" şirkətinin sözçüsü martın 10-da jurnalistlərə açıqlamasında deyib: "Biz artıq İrana benzin satmırıq".
   
   Şirkətin sözçüsü İrana benzin ixracının dayandırılmasının əsas səbəbini açıqlamayıb. Amma bunun İranın apardığı nüvə fəaliyyətinə görə ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqəli olduğu güman edilir.
   
   Martın 8-də dünyanın uç böyük neft şirkəti ABŞ-ın İrana qarşı sanksiyalarına əməl edərək İrana benzin ixracını dayandırdıqlarını bəyan etmişdi. "Vitol", "Trafiqura" və "Glinkor" şirkətlərinin bu haqda yaydığı məlumatda İrana benzin satışının siyasi baxımdan riskli olduğu bildirilmişdi.
   
   İranın gündəlik benzin ehtiyacı 65 milyon litrdir. Bunun 22 milyon litri xaricdən idxal edilir.
   
   Bu arada ABŞ prezidenti Barak Obama Vaşinqtonun İrana tətbiq etdiyi birtərəfli iqtisadi sanksiyaların müddətini daha 1 il uzadıb.
   
   "İTAR-TASS"ın məlumatına görə, Konqresə göndərilmiş sənəddə Tehranın "əvvəlkitək ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına ciddi təhlükə yaratdığı" bildirilir.
   
   Xatırladaq ki, bu sanksiyanın tətbiqi haqda qərar 1995-ci il martın 15-də Bill Klinton administrasiyası tərəfindən qəbul edilib. Sənədə əsasən, ABŞ şirkətlərinin Tehranla praktiki və iqtisadi-maliyyə əməliyyatları aparması qadağan edilib. Amerika şirkətləri İranın neft-qaz yataqlarının işlənməsində də iştirak edə bilməz.
   
   
Anar
Oxunub: 157
Ukraynada baş nazir Nikolay Azarov oldu
Ukrayna Ali Radası baş nazir vəzifəsinə Nikolay Azarovun namizədliyini qəbul edib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, prezidentin bu barədə təqdimatı 242 millət vəkili tərəfindən dəstəklənib.
   
   Baş nazir Yuliya Timoşenko 237 səs, onun başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri isə 238 səslə vəzifələrindən kənarlaşdırılıblar. Parlament 240 səslə yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Xatırladaq ki, Ukrayna Ali Radasında qərar qəbul etmək üçün azı 226 səsə ehtiyac var.
   
   Nikolay Yanoviç Azarov 1947-ci ildə Rusiyanın Kaluqa şəhərində dünyaya gəlib. Moskva Dövlət Universitetini bitirib. İxtisası geoloq-geofizikdir. Ukrayna Nazirlər Kabinetinin Valyuta-Kredit Şurasının üzvü, Ali Radanın Büdcə komitəsinin sədri, Ukrayna Dövlət Vergi Administrasiyasının sədri, maliyyə naziri, baş nazirin 1-ci müavini vəzifələrində çalışıb. 2001-ci il martın 5-də Regionlar Partiyasının sədri seçilib, lakin yarım il sonra sədrlikdən istefa verib. Son prezident seçkilərində Viktor Yanukoviçin seçki qərargahının rəhbəri olub. Geologiya-mineralogiya elmləri doktoru, professor N. Azarov Ukrayna Elmlər Akademiyasının müxbir üzvüdür.
Oxunub: 140
Obama narahatdır
ABŞ prezidenti Barak Obama dağıdıcı zəlzələdən zərər çəkmiş Haitidə vəziyyətin hələ də təhlükəli olduğunu bildirib. APA-nın INTERFAX-a istinadən verdiyi xəbərə görə, Obama Haiti prezidenti Rene Prevalla Vaşinqtonda keçirilmiş görüşündə bü ölkə sakinlərinin humanitar yardıma kəskin ehtiyacı olduğunu dilə gətirib.
   
   "Hamı bilməlidir ki, böhran hələ başa çatmayıb. İndi əsas məsələ yeni fəlakətin qarşısını almaqdır", - deyə Obama Atlantikada başlanan yağışlar mövsümünü qeyd edib.
Oxunub: 144
Polşanın baş naziri İçərişəhərdə oldu
Azərbaycanda səfərdə olan Polşanın baş naziri Donald Tusk İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Qoruq İdarəsindən APA-ya bildiriblər ki, gəzinti zamanı D. Tuska dünya şəhərsalma sənətinin nadir nümunəsi, UNESCO-nun "Dünya irsi" siyahısına daxil edilmiş İçərişəhər və burada aparılan təmir, abadlaşdırma, restavrasiya işləri barədə geniş informasiya verilib.
   
   Gəzinti Qız Qalası ilə tanışlıqdan başlayıb. Daha sonra D. Tusk Bazar Meydanı, Buxara və Multanı karvansaraları, Qoşa Qala qapıları, Şirvanşahlar Sarayı kompleksi ilə tanış olub. Gəzintinin sonunda Filarmoniya bağında qonağın şərəfinə çay süfrəsi təşkil edilib. Sonda Polşanın baş naziri İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Oxunub: 135
BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB, MÜDAFİƏ NAZİRİ İSƏ ONUN ÜSTÜNƏ ATILIB
İtaliyanın baş naziri Silvio Berluskoni martın 10-u Romada keçirdiyi mətbuat konfransında jurnalist Rokko Karlomanyonu təhqir edib. "Media forum" saytının məlumatına görə, jurnalistin korrupsiya ilə bağlı sulaına əsəbiləşən baş nazir deyib: "Siz nəinki yaxşı tərbiyə almamısınız, eyni zamanda gülüncsünüz. Mən başa düşürəm, niyə bu qədər acıdilsiniz, çünki hər gün səhər aynaya baxanda əhvalınız pozulur".
   
   Berluskoninin təhqiramiz nitqindən sonra müdafiə naziri İnyatsio La Russa jurnalistin yaxasından yapışaraq onu "otur yerində tərbiyəsiz" ifadəsiylə susdurmaq istəyib.
   
   Rokko Karlomanyo müdafiə nazirini məhkəməyə verəcəyini bildirib.
   
   
Anar
Oxunub: 137
Dünyanın ən zənginləri
Nüfuzlu "Forbes" jurnalı dünyanın ən zəngin adamlarının ənənəvi illik siyahısını açıqlayıb. "APA-Economics"in məlumatına görə, siyahıya meksikalı mediamaqnat Karlos Slim başçılıq edir. "Forbes" onun varidatını 53,5 mlrd. dollar həcmində qiymətləndirib. Ekspertlərin fikrincə, təkcə son 12 ay ərzində K.Slimin sərvəti 18,5 mlrd. dollar artıb. O, həm də 1994-cü ildən bəri siyahıya başçılıq edənlər arasında ABŞ vətəndaşı olmayan ilk şəxsdir.
   
   Ötən il dünyanın ən varlı adamı seçilən "Microsoft"un banisi Bill Geyts ikinci yerdə qərarlaşıb - 53 mlrd. dollar. Son bir ildə onun varidatı 13 mlrd. dollar artıb.
   
   2008-ci ildə "Forbes"in siyahısına başçılıq edən amerikalı maliyyəçi Uorren Baffet üçüncü yerlə kifayətlənməli olub - 47 mlrd. dollar. Ötən bir il ərzində onun sərvəti 10 mlrd. dollar artıb. Ümumiyyətlə, "Forbes"in reytinq cədvəlində dünya üzrə varidatının həcmi 1 mlrd. dolları ötən 1011 nəfərin adına rast gəlinir. Onların 218 nəfərinin adı siyahıda ilk dəfədir yer alır. Siyahının ilk onluğunda yer alan milyarderlər bir il ərzində sərvətlərinin ümumi həcmini 254 mlrd. dollardan 342 mlrd. dollara çatdıra biliblər.
   
   Maraqlıdır ki, Avropa ölkələri arasında ən çox milyarderlə bu il Rusiya təmsil olunur - 62 nəfər. Ötən il bu rəqəm 32 olub. "Forbes"in siyahısında adına ilk rast gəlinən rusiyalı milyarder isə Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisindir. 32-ci yerdə qərarlaşan V.Lisinin sərvəti 15,8 mlrd. dollar həcmində qiymətləndirilib.
   
   "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç Mixail Proxorov (39 - 13,4 mlrd. dollar) və Mixail Fridman (42 - 12,7 mlrd. dollar) kimi həmyerlilərindən sonra 50-ci yerlə kifayətlənməli olub - 11,2 mlrd. dollar.
Oxunub: 145