Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Silah qaçaqmalçıları həbs edilib
Bankomatı qarət etmək istədi
Prezidentin qəbulları
Heydər Əliyev Fondunun daha bir töhfəsi
Həmsədrlər regiona apreldə gələcək
Bəxtiyar Sadıqov Musa Musayevdən danışdı
Əfv Komissiyasının iclasları davam edir
Məcburi köçkünlərə torpaq tapılmır
Allahşükür Paşazadə orden aldı
Türkiyə ilə viza rejimi bu il ləğv oluna bilər
Birlik alınmayacaq
İki ayda istehsalatda 29 bədbəxt hadisə
"5-10 ildən sonra müharibə başlayacaq"
"Azərbaycan böyük iqtisadi potensiala malikdir"
Ukraynada baş nazir Nikolay Azarov oldu
Ədliyyə Nazirliyində qanvermə aksiyası
Obama narahatdır
Polşanın baş naziri İçərişəhərdə oldu
Qətldə təqsirləndirilirdi, bəraət aldı
BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB, MÜDAFİƏ NAZİRİ İSƏ ONUN ÜSTÜNƏ ATILIB
Novruz bu il daha təntənəli qeyd olunacaq
Ötən il 16 hərbi qulluqçu həbs edilib
Dünyanın ən zənginləri
ABŞ səfirliyi qarşısında aksiya
Azərbaycanlılar niyə teatra getmir?
Sərvətim bir qələm, bir vərəq
"İRAN TÜRKLƏRİNİN QƏDİM TARİXİ"
Müəllimlərə 6300-dən çox kompüter verilib
Neftin qiyməti 82 dollara çatıb
Rövnəq Abdullayev UEFA prezidenti ilə görüşəcək
Hiddink İstanbulda millimizdən danışacaq
Ramin Musayev: "Zəhmət çəkib, bayram günü də futbol oynasınlar"
Millimiz Hondurasla iyunun 2-də qarşılaşacaq
"BÜLƏND QORXMAZA BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRİK"
Orxan Pamuk sevgilisiylə çimərlikdə yaxalandı!
Araş "Eurovision"u şərh edəcək
Vaqif Balakişiyev: "Stadionumuz "vısşi" vəziyyətdə olacaq"
Sərvət Çətindən sevgilisinə yüz min avroluq hədiyyə
DJ Devid Vendetta: "Alim Qasımova minnətdaram"
Ekranda Azərbaycan filmləri
İradə İbrahimova: "Keçmişim çox qaranlıqdır"
Natəvan Həbibi köçür
GÜNÜN LƏTİFƏSİ
   
Əli Həsənov BMT-ni ittiham etdi
Baş nazirin müavini Əli Həsənov jurnalistlərə verdiyi eksklüziv müsahibədə narkotik vasitələrin 3 istiqamət üzrə daşındığını deyib. Onun sözlərinə görə sözügedən həmin istiqamətlər üzrə daşınan əfqan narkotiki Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan və Əfqanıstan-Pakistan-İran-Azərbaycan beynəlxalq nəqliyyatı BMT-nin sənədlərində əksini tapıb. Ancaq bir istiqamət-İran-Dağlıq Qarabağ bu hesabatda hallandırılmayıb: "Təəssüflər olsun ki, İran-Dağlıq Qarabağ istiqaməti BMT-nin sənədlərində yer almır. Biz çalışmalıyıq ki, bu istiqamət də BMT-nin sənədlərinə düşsün. Bu elə qəbul oluna bilər ki, biz narkotik vasitələrin daşınması istiqamətlərini artırmaq niyyətindəyik, amma bu belə deyil. Bu real istiqamətdir və onun nə üçün BMT sənədlərinə salınmaması bizə aydın deyil. Hesab edirəm ki, dövlət komissiyası bu istiqamətdə iş aparmalıdır və BMT hesabatlarına salınmasına nail olmalıyıq". Əli Həsənov hesab edir ki, bu istiqamət qəsdən beynəlxalq sənədlərə salınmır: "Dağlıq Qarabağ ərazisində narkotika əkilir və bu fakt sputnik vasitəsilə çəkilən materiallar vasitəsilə artıq sübuta yetirilib. Oradan narkotik maddələr MDB-yə, Aropaya çıxarılır və bu bir beynəlxalq istiqamətdir. Birinci əkilib-becərmə,ikinci tranzitdirsə, üçüncü məsələ oranın silahlı dəstələrin, terror qruplarının hazırlanma düşərgələrinə çevrilməsidir. Deməli, orada bu üç problem var və ola bilsin elə bu problemlərə görə də BMT-nin hesabatına həmin istiqamət salınmır. Bəlkə bu işlərlə məşğul olan mafioz qruplar narkotiki orda əkib-becərməklə, daşımaqla və orda terrorçu qrupların hazırlanması ilə məşğul olanlar bizim problemimizin həllinə mane olanlardan biridir. Yaxud da bəlkə bu problemlə məşğul olanlar da maraqlıdır və ona görə də həmin istiqamətə diqqət yetirilmir. Azərbaycan prezidenti dəfələrlə beynəlxalq tədbirlərdə narkotikin işğal olunmuş Dağlıq Qarabağda əkilib-becərildiyini və oradan daşındığını, silahlı dəstələrin hazırlandığı barədə məsələ qaldırıb. Bəs, niyə buna reaksiya verilmir? Buradan çıxan məntiq odur ki, yəqin bu problemin həll olunması ilə məşğul olan beynəlxalq qurumların da bu məsələlərdə maraqları var. Əks halda ona reaksiya verilməlidir. Necə ola bilər ki, dünyada nəzarətsiz belə bir ərazi olsun və ermənilərdən başqa heç kim də ora gedə bilməsin? Dünyada terrorizmə qarşı mübarizə apardıqlarını deyirlər, bəs, niyə Dağlıq Qarabağda qruplaşan terrorçularla mübarizə aparmırlar? Bir tərəfdən BMT özünü dünyanın nüfuzlu qrumu olduğunu, digər tərəfdən də ATƏT özünü hər şeyə qadir olduğunu göstərməyə çalışır. Əgər belədirsə o zaman nə üçün işğal olunmuş Dağlıq Qarabağ məsələsini həll edə bilmirsiniz?"
   
   Bununla bağlı rəsmi müraciətin olduğunu vurğulayan Əli Həsənov dedi ki, BMT-nin narkotikaya qarşı mübarizə idarəsi-Vyanada yerləşən ofisi bu məsələni araşdırmalıdır: "Onlar bir dəfə buna cəhd etdilər, amma ermənilər onları ora buraxmadı. Dünyada nakotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə üzrə BMT-nin böyük bir idarəsi var və onlar bütün dünyada bu problemlə məşğuldurlar. Bəs, nə üçün onlar həmin əraziyə gedə bilmədilər? Bu çox ciddi məsələdir və bu üç prbolemlə bağlı BMT-yə yenidən müraciət ünvanlanmalıdır".
   
   
Gültəkin
Oxunub: 156
Suat Kınıklıoğlu: "PROTOKOLLARIN RATİFİKASİYASI MÜMKÜNSÜZDÜR"
Türkiyə baş nazirinin müavini Suat Kınıklıoğlu bildirib ki, indiki şəraitdə Ermənistan-Türkiyə protokollarının ratifikasiyası çox çətindir. Milli.Az xəbər portalının məlumatına görə, o, bunu "Azadlıq" radiosuna müsahibəsində bildirib. "Xüsusilə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbulundan sonra Sürix protokollarının ratifikasiyası çox çətindir, demək olar ki, mümkünsüzdür", - deyə baş nazir Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasında xarici siyasi məsələləri üzrə müavini olan Kınıklıoğlu bildirib.
Oxunub: 126
Kəmaləddin Heydərov İndoneziya, Sinqapur və Malayziyada səfərdə oldu
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 5-10-da İndoneziya, Sinqapur və Malayziyada işgüzar səfərdə olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı İndoneziya daxili işlər nazirinin müavini Aqunq Mulyana və İndoneziya energetika və təbii sərvətlər naziri Darvin Zahedi Saleh, Sinqapur baş nazirinin xüsusi müşaviri Fillip Yeo, Sinqapurun xarici işlər naziri Corc Yeo və Malayziya xarici işlər nazirinin müavini Datu Lee Çi Leonq ilə görüşlər keçirilib.
   
   Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin təşkili üçün zəruri olan xüsusi fərdi mühafizə və yanğın təhlükəsizliyi vasitələrinin, müxtəlif növ yanğınsöndürən və texniki avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə də görüşlər keçirilib.
Oxunub: 127
Prezidentin qəbulları
Azərbaycan prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikası prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, energetika sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   
   
   
   ***
   
   
   
   Azərbaycan prezidenti İlham Əliyev martın 11-də Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Koreyalı nazirin azərbaycanlı həmkarları ilə yaxşı əlaqələr yaradacağına ümidvar olduğunu bildirən dövlət başçısı əməkdaşlığı genişləndirmək üçün görüləcək əlavə tədbirlərin müəyyənləşdirilməsi baxımından səfərin əhəmiyyətli olduğunu qeyd edib. Prezident İ. Əliyev Azərbaycanda Koreya ilə birgə fəaliyyəti inkişaf etdirmək üçün böyük planların olduğunu vurğulayıb. Artıq Koreyadan olan bir sıra şirkətlərin ölkəmizdə fəal çalışdıqlarını qeyd edən dövlət başçısı onların sayının artacağına ümidvar olduğunu bildirib. Öz növbəsində, qonaq Azərbaycan prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafına böyük maraq göstərməsinin əhəmiyyətini vurğulayıb.
Oxunub: 129
Heydər Əliyev Fondunun daha bir töhfəsi
Gürcüstanın Marneuli şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni təmir olunmuş məktəbin açılış mərasimi olub. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov məlumat verib. Onun məlumatına görə, məktəbin açılışında Gürcüstanın təhsil və elm naziri Dimitri Şaşkin və Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov da iştirak edib. Sonra məktəbə baxış keçirilib. Yeni təmir edilmiş məktəbdə təhsil üçün hər cür şərait yaradılıb.
   
   Məktəb kompüter və dərs ləvazimatları və digər əyani vəsaitlərlə təchiz olunub. 200 şagird üçün nəzərdə tutulan məktəbdə hələlik 100 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, onun müavini Hüseyn Yusifov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov, məktəbin pedaqoji kollektivi və jurnalistlər iştirak ediblər.
   
   
Oxunub: 138
Joao Suareş: "ATƏT-in fəaliyyətinin nəticələri gözlənilən qədər yaxşı olmayıb"
"ATƏT-in Cənubi Qafqazda fəaliyyətinin nəticələri gözlənilən qədər yaxşı olmayıb". APA-nın məlumatına görə, bu fikirləri İrəvan Dövlət Universitetində tələbələrlə görüşü zamanı ATƏT Parlament Assambleyasının sədri Joao Suareş söyləyib. O bildirib ki, ATƏT ən mühüm effektli beynəlxalq institutlardan sayılır: "ATƏT-in Balkanlarda münaqişələrin nizamlanması prosesində iştiraka dair yaxşı təcrübəsi var".
   
   Xatırladaq ki, bu, Joao Suareşin Cənubi Qafqaz regionuna ilk səfəridir. ATƏT Parlament Assambleyasının nümayəndə heyəti martın 13-16-da Azərbaycanda səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə qurumun Gürcüstandakı münaqişələr və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də daxildir.
   
   
Oxunub: 116
Həmsədrlər regiona apreldə gələcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri martın sonu, aprelin əvvəllərində regiona səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko dünən keçirdiyi mətbuat konfransında deyib.
   
   O bildirib ki, vasitəçilər mövqeləri yaxınlaşdırmağa cəhd etmək məqsədi ilə Bakı, İrəvan və Dağlıq Qarabağa gedəcəklər. Diplomat həmçinin deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması il bağlı danışıqların gedişini müsbət qiymətləndirir: "Danışıqların gedişini normal qiymətləndiririk. Nizamlanmanın əsas prinsiplərinə münaqişə tərəflərinə iki ay əvvəl təqdim olunmuş və "yeniləşmiş Madrid sənədi" adını almış həmsədrlərin işçi təkliflərinin müzakirəsi gedir. Vasitəçilər tərəflərin bu təkliflərə reaksiyasını öyrənir".
   
   
Oxunub: 142
ABŞ səfirliyinin əməkdaşı Nazirliyə çağırıldı
"ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda rəsmi 23 min, qeyri rəsmi isə 300 min narkotik istifadəçisinin olduğu qeyd edilib. Özü də onların 35-40 faizini tələbələrin təşkil etdiyi deyilir. Azərbaycanda 120 min tələbə var, onun 40 faizi o deməkdir ki, hər dörd tələbədən 3-ü narkomandır".
   
   APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Elmar Qasımov Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasında çıxışı zamanı deyib. E. Qasımov bildirib ki, hesabatda səsləndirilən faktlarla bağlı ABŞ səfirliyinin əməkdaşı Təhsil Nazirliyinə dəvət olunub: "Bizə dedilər ki, onlar yerli QHT-lərin məlumatlarına istinad ediblər. Qrant layihəsinin keçməsinə görə ölkəyə aid faktların belə şişirdilib təqdim edilməsi Azərbaycanın imicinə ziyan gətirir".
   
   
   
   
   
   
Oxunub: 130
Birlik alınmayacaq
Cümşüd Nuriyev: "Müsavat üzdə guya AXCP ilə iş birliyi istəyir, ancaq arxada başqa şey danışırlar"
"Onlar bir-birinin qanını içməyə hazır olan şəxslərdir"
Müsavat başqanı İsa Qəmbərin Müsavat-AXCP-KXCP birliyinin yaradılması təklifini irəli sürməsindən sonra bəzi şəxslər bu formatda ittifaqın yaranacağına ümid bəsləyirdilər. Ən azı adıçəkilən rartiyalara yaxın olan qəzetlərdə bu istiqamətdə təbliğat işinin qurulması belə düşünmək üçün əsas verir. Ancaq eksrertlərin bir çoxu Əli Kərimlinin şəxsi iddialarının həddindən artıq böyük olduğunu əsas gətirərək birliyin baş tutmayacağını proqnozlaşdırırdı. "Azadlıq" qəzetində sonradan İsa Qəmbərin əleyhinə səslənən ittihamlar da eksrertlərin qənaətini gücləndirirdi. Artıq Müsavat-AXCP-KXCP formatında birliyin baş tutmayacağı dəqiqləşib.
   
   Müsavat Partiyasının İcra Araratının rəhbəri Arif Hacılı bildirib ki, AXCP nümayəndələrinin açıqlamaları onu göstərir ki, onlar daha çox "Azadlıq" bloku tərkibində, həmin blokla birgə fəaliyyət göstərməyə üstünlük verirlər.
   
   Xeyli müddətdir, təbliğ olunan birliyin baş tutmamasının səbəbləri barədə danışan politoloq Cümşüd Nuriyev "Xalq Cəbhəsi"nə verdiyi açıqlamada bildirib ki, Müsavatla AXCP-nin bir arada olmasının mümkünsüzlüyü əvvəldən bəlli idi: "Müsavatla AXCP tamam əks qütblərdə dayanmış, bir-birinin qanını içməyə hazır olan qüvvələrdir. Əli Kərimlinin İsa Qəmbərlə birliyi baş tutan deyil. İndi onların bir araya gəlməsini ABŞ istəyir. Bildiyiniz kimi qarşıdan seçki gəlir. ABŞ isə seçki öncəsi müəyyən məqsədlərlə Azərbaycana təzyiq göstərmək niyyətindədir. Bu ölkənin Azərbaycana səfir təyin etməməyi, ölkəmiz haqqında erməni metodundan istifadə edərək tələbələrimizin 30-35 faizinin narkoman olması barədə məlumat yaymasında əsas məqsəd seçki öncəsi Azərbaycana təzyiq göstərməkdir. Təzyiq vasitələrdən biri də özünü müxalifət adlandıran qüvvələri fəallaşdırmaqdır. Ancaq indiki halda Müsavatla AXCP-nin bir araya gəlməsi mümkün deyil. Nə qədər ki, Əli Kərimlinin yerə-göyə sığmayan iddiaları var, bu birlik alınmayacaq. Nəzərə almaq lazımdır ki, İsa Qəmbər də iddialı adamdır. Onu da deyim ki, AXCP bir siyasi qüvvə olaraq tamamilə sıradan çıxıb və bu rartiyanın yenidən dirilməsi mümkün deyil. İndi ola bilər, ABŞ Əli Kərimlini birtəhər xortlatsın, ancaq mən bunu mümkün saymıram. AXCP-də nə qədər normal adam vardı, hamısı çıxıb getdi. Öz abırına qısılıb təşkilatda qalanlar isə hazırda üzdə deyil. Müsavat üzdə guya AXCP ilə iş birliyi istəyir, ancaq arxada başqa şey danışırlar. Üəni təkcə ideoloyi ayrılıq deyil, şəxsi maraqlar da birliyin baş tutmasına mane olur. Eyni zamanda, Müsavat başqanı, rartiyanın bəzi funksionerləri tamam fərqli mövqedən çıxış edirlər. Bütün bu amilləri nəzərə alsaq, birliyin baş tutması real görsənmir".
   
   
A.İsaoğlu
Oxunub: 126
"5-10 ildən sonra müharibə başlayacaq"
Tomas de Vaal: "Dağlıq Qarabağ problemi isə mürgüləyən münaqişədir"
"Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" adlandırmaq olmaz. Qafqazda "dondurulmuş münaqişələr" yoxdur, Dağlıq Qarabağ problemi isə mürgüləyən münaqişədir" - bu fikirləri britaniyalı ekspert Tomas de Vaal səsləndirib. "Panarmenian"ın məlumatına görə, o bildirib ki, sözügedən münaqişənin həllində başlıca məqam Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsidir. Münaqişə bölgəsində sülhə nail olmaq üçün tərəflər arasında tək sülh sazişinin imzalanması kifayət deyil: "Ermənistan və Azərbaycan xalqları arasında əlaqələr qurulmalıdır. Danışıqlar prosesində Qarabağa tam müstəqillik yox, müvəqqəti statusun verilməsi planlaşdırılır. Bu, yalnız təhlükəsizlik tam təmin edildikdən sonra mümkündür.
   
   Lakin bölgənin həddən çox silahlandığı bir halda, mən bu status ətrafında da razılığın əldə olunacağını düşünmürəm". Onun sözlərinə görə, münaqişənin həlli ona cəlb olunmuş xalqların öz əlindədir. Ekspertin qənaətincə, tərəflər arasında etimad mühiti gücləndirilməlidir. Bakı isə mövcud status-kvo ilə barışmaq niyyətində deyil. Ona görə də qısa müddət üçün Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması mümkün deyil:
   
    "Lakin bunu yaxın perspektiv üçün söyləmək olmaz. 5-10 ildən sonra Azərbaycan hərbi yolla münaqişənin birdəfəlik həllinə səy göstərə bilər". T.Vaal türk - erməni münasibətlərinin normallaşdırılması prosesinə də toxunub. Vurğulayıb ki, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında ixtilaf olmasaydı, Azərbaycanla Ermənistanın barışması real olardı. Ekspert rəsmi Bakının danışıqlara meyilli olduğunu vurğulayıb. Bununla yanaşı, o, müharibə variantının da istisna edilmədiyini bildirib. Vaalın fikrincə, ATƏT-in Minsk Qrupu münaqişəni tək həll etmək iqtidarında deyil: "Avropa Birliyi bu münaqişənin tənzimlənmə prosesinə fəal cəlb olunmalıdır. Vəziyyətin kəskinləşəcəyi təqdirdə Avropa münaqişənin törətdiyi fəsadların aradan qaldırılmasında iştirak etmək məcburiyyətində qalacaq. Çünki Avropa maraqları dedikdə əsasən eneryi daşıyıcılarının tranziti və əldə olunması nəzərdə tutulur. Bütün bunlara baxmayaraq ictimaiyyətin iştirakı olmadan tərəflər münaqişəni nizamlaya bilməyəcəklər". Onun qənaətincə, türk - erməni münasibətlərinin normallaşdırılması prosesi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə müqayisədə daha dinamik inkişaf edir. Lakin Ankaranın birbaşa olaraq münaqişənin həlli iştirakçısına çevrilmək cəhdləri Qarabağ probleminin çözümü üçün aparılan danışıqları zədələyəcək.
   
   
Anar
Oxunub: 133
Arif Yunus: "Müxalifət çox gecikib"
"Müxalifət qüvvələri birləşsə də, birləşməsə də nəticə dəyişməyəcək"
"Müxalifət düşərgəsində hansısa proseslərin getdiyini düşünmürəm". Bu sözləri Milli.Az xəbər portalına müxalifətin seçki öncəsi durumunu şərh edən politoloq Arif Yunus bildirib.
   
   "Müxalifət düşərgəsində bundan əvvəl hər şey necə idisə, indi də elə qalıb. Hansısa proseslərin getdiyini hiss etmirəm. Ara-bir söz-söhbətlər, bəyanatlar olsa da, bu, hələ fəaliyyət demək deyil. Ortada real heç nə yoxdur. Yəni konkret bloklaşma ilə bağlı heç nə hiss olunmur"- o, deyib.
   
   Politoloq müxalifətin bu proseslərdə çox gecikdiyini bildirsə də, əlavə edib ki, müxalifət qüvvələrinin birləşib-birləşməməsindən asılı olmayaraq, nəticə dəyişməyəcəyək: "Çünki Azərbaycanda situasiya elədir ki, proseslərin gedişatı tam olaraq müxalifətdən asılı deyil. İnsanlar heç kimə inanmır. İnsanları həmişə aldatmaq mümkün deyil. Siyasətə, seçkilərə marağın azalması da faktdır və bu, onu göstərir ki, vətəndaşlar nəyisə seçki mexanizmi ilə dəyişəcəyinə inanmırlar. Əgər inam olsaydı, əhali daha çox maraq göstərər, daha aktiv olardı. Nəticədə bəlkə də bu, yox, digər müxalifət ortaya çıxardı".
   
   Politoloq vurğulayıb ki, müxalifətin sosial bazasının zəifliyinin əsas səbəblərindən biri də onların birbaşa əhaliyə çıxışının olmamasıdır: Əhali qəzet oxumur, internetə isə çox az adam girir".
   
   Yeni müxalifətin yaranması ilə bağlı sualı şərh verən politoloq qeyd edib ki, bu söhbətləri 2003-cü ildən eşidir...
   
   "Amma yeni müxalifət elə-belə yaranmır. Onu təyin etməklə yaratmaq olmaz. Əhalinin, hakimiyyətin vəziyyəti necədirsə, müxalifətin də vəziyyəti elədir. Hər şey bir-birinə adekvatdır. Hər şey bu günki vəziyyətimizə uyğundur"- bildirib.
   
   Ölkədə fəaliyyət göstərən əksər partiyaların ideoloji bazalarının yaxın olduğuna və ideoloji fərqlərin nəzərə çarpmamasına toxunan A.Yunus vurğulayıb ki, Azərbaycanda əslində heç vaxt möhkəm ideoloji prinsiplər olmayıb. "Hətta bizdəki kommunistlərin fəaliyyəti ilə dünyadakı kommunist partiyalarının fəaliyyətini müqayisə etsək, görərik ki, bunların bir-birinə heç bir aidiyyatı yoxdur. Bizdə partiyalar yalnız adlarıyla fərqlənir. Hamı başa düşür ki, demokratiyadan, Avropaya inteqrasiyadan danışmalıdır və danışırlar. Yalnız bu qədər".
   
   
   
   
Anar İsaoğlu
Oxunub: 127
Nikola Sarkozi: "Ermənistan və Azərbaycan kompromisə gəlməlidir"
"İrəvan və Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh dinamikasını bərpa etmək üçün kompromisə gəlməlidir". APA-nın məlumatına görə, bu fikirləri Fransa prezidenti Nikola Sarkozi Ermənistan prezidenti Serj Sərkisyanla danışıqlar zamanı söyləyib. O qeyd edib ki, bu istiqamətdə il yarım əvvəl başlanmış təşəbbüs zəifləyib.
   
   Xatırladaq ki, bu, Sarkozi və Sərkisyanın sayca ikinci görüşüdür. Ermənistan prezidenti bu vəzifəyə təyin olunduqdan sonra Parisə ilk işgüzar səfərini 2008-ci ilin noyabrında edib.
Oxunub: 123
Əli Əhmədov: "Avropa Birliyinin münaqişənin həllinə təsir imkanları var"
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin iştirakının mümkün olduğunu bildirib. APA-nın məlumatına görə, sədr müavini partiyanın rəsmi saytına açıqlamasında bildirib ki, AB qitənin ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır.
   
   Azərbaycanın Avropanın bir hissəsi olduğunu deyən Ə. Əhmədov hesab edir ki, Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir: "Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olduğunu açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə ötən illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində üzə çıxan bir sıra problemlər Azərbaycanın bu baxımdan rolunu əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, Avropa Birliyinin Cənubi Qafqazda münaqişələrin nizama salınmasına təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi üzərində düşünülməlidir. Avropa Birliyinin prosesə təsir rıçaqlarının olması açıq şəkildə özünü göstərir. Amma söhbət ədalətin bərpa olunmasına dövlətlərin nə dərəcədə hazırlığından gedir. Hesab edirəm ki, təşkilata üzv dövlətlər buna maraqlı olsalar, münaqişənin həlli tez baş verə bilər".
   
   
Oxunub: 123