GÜNÜN LƏTİFƏSİ
Ağır işlərə dair məhkəmədə hakim Ənvər Seyidov cinyayət işinə baxır. Prosesin sonunda Allah bilir neçənci məhkumluğu olan müttəhimə son söz verilir. Müttəhim deyir:
-Olar mən son sözümü yazıdan oxuyum?
Allah bilir neçə belə işlərə baxmış Ənvər müəllim deyir:
- Gəl əvvəlcə bir lətifəni xatırladım, sonra oxuyarsan. Sənin kimi bir özünü çoxbilmiş sayan müttəhim məhkəmədə cavan hakimə deyir ki, olar mən son sözümü kağızdan oxuyum? Hakim deyir, olar. Müttəhim deyir, söz verin ki, sözümü kəsməyəcəksiniz. Hakim söz verir. Müttəhim başlayır: Lev Nikolayeviç Tolstoy, "Hərb və sülh" Birinci hissə... Hə, indi sən son sözünü de!..