Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
AVROPA BİRLİYİ SABUN KÖPÜYÜYMÜŞ
İlham Əliyev türkiyəli həmkarına başsağlığı verdi
Prezident İraq səfirini qəbul etdi
Nazirlər Kabinetinin hesabatı hazırdır
Zakir Həsənov: "Azərbaycan əsgəri torpaqları işğaldan azad etməyə qadirdir"
Medvedev və Putinə qarşı qiyam
"The Guardian" konqresmenləri ələ saldı
Bülənt Arınc: "Konqresdəki səsvermə komediya yox, tragikomediya idi"
Səlim Müslümov: "Minimum əmək pensiyasının artırılması üçün tədbirlər görülür"
Türkiyənin hakim partiyası reytinqini itirir
Eldar İbrahimov: "Bu cür şüarlarla seçkiyə getmək olmaz"
Ağ Ev "hərəkət eləməsə", Türkiyə səfiri ABŞ-a qayıtmayacaq
TQDK təqdim edir
Vahid Ərdəm: "Protokolların Məclisdən keçməsi mümkün deyil"
Denktaş "erməni soyqırımı" qərarını tənqid etdi
CİZƏ-TANRININ BƏŞƏRİYYƏTƏ SUALI
Qatillər yaxalandı
Mahmud Əhmədinejad: "11 sentyabr böyük bir uydurmadır"
Ötən ay 117 əcnəbi deportasiya edilib
Avropa Komissiyası: Azərbaycanda təhsilin maliyyələşdirilməsi artıb
Pensiyaçı gimnast xanımlarla görüş keçirildi
"Virtual universitet" yaradılır
Bakıda beynəlxalq konfrans keçiriləcək
Neft bahalaşıb
Nəzakət Teymurova: "Bizim kişilərdən kim düz yol gedir ki?"
Vaqif Cavadov: "Meydana çıxacağım günü hamıdan çox özüm gözləyirəm"
Maradona azərbaycanlı futbolçuya "lom" dedi
Nazpəri Dostəliyevadan Faiq Ağayevə dostluq jesti
Qadının buynuzu çıxdı
Samir Cavadzadə: ""Eurovision"da bizdən qorxurlar"
NƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN VƏ SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
TÜRKİYƏ CUMHURİYYƏTİNİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ CƏNAB HÜLUSİ KILICA
GÜNÜN LƏTİFƏSİ
   
Məktəblərin yaz tətilinin vaxtı dəyişdi
Orta ümumtəhsil məktəblərində yaz tətilinin müddəti dəyişdirilib. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, qrafikə görə, məktəblilərin yaz tətili martın 16-dan 23-nə qədər olmalı idi.
   
   Lakin Azərbaycan Nazirlər Kabinetinin (NK) bayram günləri ilə bağlı qərarına uyğun olaraq orta məktəblərdə də yaz tətilinin günlərində dəyişiklik edilib: "Orta məktəblərdə yaz tətili martın 16-dan başlayacaq. Beş günlük qrafiklə təhsil alan uşaqlar məktəbə martın 29-da gedəcəklər. Altı günlük qrafiklə tədris verən məktəblərdə isə dərslər martın 26-da başlayacaq. Yəni, martın 26-sı və 27-si həmin məktəblərdə iş günüdür".
Oxunub: 202
Bankların başı üzərində qara buludlar
Alim Quliyev: "Ərazisi və əhalisi Azərbaycan kimi olan ölkələrdə 15-20 bankın fəaliyyəti normaldır"
Mərkəzi Bankın cari ildəki ən önəmli işlərindən biri bank sistemini optimallaşdırmaq olacaq. Bu gün Azərbaycanda 46 bank fəaliyyət göstərir və bu ölkəmiz üçün çoxdur.
   
   Ərazisi və əhalisi Azərbaycan kimi olan ölkələrdə 15-20 bankın fəaliyyəti normaldır. Qaynar.info xəbər verir ki, bu haqda dünən jurnalistlərə məlumat verən Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, Mərkəzi Bank artıq 2010-cu ildə konsolidasiya strategiyasını hazırlamaq və həyata keçirməyə başlamaq niyyətindədir: "Hesablaşma, aktivlər və digər göstəricilərə görə indiki 46 bankdan yalnız 20 bank sistem əhəmiyyətli banklar hesab oluna bilər. Digərləri isə maliyyə göstəricilərinə və bazardakı payına görə sistem yarda bilməyiblər. Biz çalışacayıq ki, bu il bir sıra zəif banklar birləşmə yolu ilə iri banklara çevrilsinlər. Bunun bir istiqaməti ondan ibarət olacaq ki, sözügedən bankların lisenziyasının məhdudlaşdırılması yolu ilə bank olmayan kredit təşkilatlarına çevrilməsi, digər istiqamət isə həyat qabiliyyəti olamayan bankların sistemdən çıxarılması olacaq".
   
   A.Quliyevin sözlərinə görə, strategiyanın tələbləri artıq hazırlanır və təbii ki, təklif olunan yollardan birini seçmək üçün banklara müəyyən vaxt veriləcək: "Ümumilikdə, bu proses uzunmüddətlidir və bir neçə il davam edə bilər. A.Quliyevin fikrincə, həmin prosesin gedişi və nəticəsində heç bir əmanətçinin mənəfeyinə xələl gəlməyəcək.
   
   Mərkəzi Bank rəsmisi qeyd edib ki, əhalinin pos-terminallardan istifadə etmək vərdişinin az olması və bir sıra ticarət mərkəzlərinin pos-terminallardan istifafdə etməmək istəyi, vergidən yayınmaq istəmələri bu ödəniş vasitəsinə marağın az olması ilə nəticələnib:
   
   "Mərkəzi Bank bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün sistemli işlər görməyi planlaşdırır. Biz Vergilər Nazirliyi ilə bu istiqamətdə çoxsaylı məsləhətləşmələr aparırıq, hökumətə müəyyən təkliflər verməyi planlaşdırırıq".
   
   İpoteka kreditləşməsi ilə bağlı vəziyyətə toxunan A.Quliyevin sözlərinə görə, Mərkəzi Bank hazırki ipoteka kreditlərinin verilməsi mexanizmi ilə parallel olaraq digər resurslardan istifadə etməklə əhaliyə ipoteka kireditlərinin verilməsi üçün beynəlxalq maliyyə təşkilatlarlı ilə əməkdaşlıq edir:
   
   "Hesab edirəm ki, bu təşkilatların Azərbaycanda ipoteka kreditlərinin verilməsi prosesinə cəlb olunması bu il ərzində reallaşacaq. İpoteka bazarının aktivləşdirilmə istiqamətində Mərkəzi Bankın geniş tədbirlər planı var".
   
   Mərkəzi Bank rəsmisi "Bank of Azerbaijan"nın fəaliyyətidəki çətinliklərin daxili idarəetmə sistemi ilə bağlı olduğunu bildirib
   
   
Anar
Oxunub: 199
Səlim Müslümov: "Minimum əmək pensiyasının artırılması üçün tədbirlər görülür"
2010-cu ildə Azərbaycanda pensiyanın minimum həcminin artırılması Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari dövlət sosial sığorta ödənişlərindən daxilolmaların səviyyəsindən asılı olacaq.
   
   Bunu Fondun rəhbəri Səlim Müslümov deyib. Onun sözlərinə görə, hazırda DSMF icbari sosial sığorta üzrə ödənişlərdən vəsaitlərin daxil olmasının səmərəliliyinin təminatı üçün tədbirlər həyata keçirir.
   
   Səlim Müslümov deyib ki, tədbirlər əməyin ödənişinin leqallaşdırılması, əhalinin əmək fəaliyyəti ilə məşğul olan hissəsinin qeydiyyatı ilə bağlıdır: "Əməkhaqqı fondundan 25 faiz ayırmalar (Azərbaycanda icbari sosial sığorta üzrə ödənişlərin həcmi) ölkədə pensiyaların səviyyəsinin artırılması üçün rezerv yarada bilər".
   
   Qeyd edək ki, ölkədə minimal pensiyanın səviyyəsi 75 manat təşkil edir. 2010-cu il yanvarın 1-dən Azərbaycanda əmək pensiyalarının əmək stajından asılı olaraq hesablanması üzrə yeni mexanizm tətbiq olunur. Yeni mexanizmə görə, gələcəkdə pensiya ilə 10 il iş stajı olanlar təmin ediləcək.
   
   Qalan şəxslər isə sosial müavinətlər alacaq. 2009-cu ildə əmək pensiyaçılarının sayı 27 min nəfər artaraq 1,302 milyon təşkil edib. Bunun 59 faizini yaşa, 35 faizini əlilliyə, 6 faizini isə ailə başçısını itirdiyinə görə pensiyaya çıxanlar təşkil edib.
Oxunub: 194
Ötən ay 117 əcnəbi deportasiya edilib
Bu ilin fevral ayı ərzində Azərbaycanda 955 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, cari ilin fevral ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığı qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 min 334 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
   
   Ötən ay ərzində, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində 955 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 204 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 634 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 117 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. Miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxunub: 202
Pensiyaçı gimnast xanımlarla görüş keçirildi
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda pensiyaçı gimnast xanımlarla görüş keçirilib. "APA-Economics"ın məlumatına görə, gimnast xanımları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edən DSMF sədri Səlim Müslümov onlara cansağlığı, səadət və gözəllik arzulayıb.
   
   O, bir neçə gün öncə Azərbaycanda Bədən Tərbiyəsi və İdman gününun də qeyd olunduğunu xatırladaraq bildirib ki, ölkəmizdə idmanın sürətli inkişafı və qazanılan nailiyyətlər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub.
   
   Görüşdə son illər idmanın gimnastika növünün inkişafında ciddi dönüşün baş verdiyi qeyd edilib. DSMF sədri vurğulayıb ki, Gimnastika Federasiyasının səmərəli fəaliyyəti sayəsində gimnastika idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilib. S.Müslümov Azərbaycanda gimnastika ənənələrinin yaşamasında pensiyaçı gimnastların rolunun danılmaz olduğunu bildirib.
   
   Görüşdə çıxış edən pensiyaçı gimnast xanımlar Azərbaycanda idmançıların sosial problemlərinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Bir neçə idmançı pensiyaçı müavinətinin minimal pensiya səviyyəsində (75 manat) olduğunu və bu məbləğin tələbatlarını ödəmədiyini bildirdilər. S.Müslümov öz növbəsində bu cür problemlərin həlli istiqamətində çıxış yollarının araşdırıldığını qeyd edib. Sonra DSMF sədri pensiyaçı gimnast xanımlara xatirə hədiyyələri təqdim edib və onlarla xatirə şəkli çəkdirib.
   
   
Oxunub: 217
"Virtual universitet" yaradılır
Elektron Təhsil Mərkəzi Azərbaycanın ali məktəblərinin virtual versiyalarının yaradılması üzrə işlərə başlayır. Bakı Dövlət Universitetindən "APA-Economics"ə verilən məlumatına görə, BDU-nun http://eu.bsu.az internet ünvanında yerləşən "virtual universitet"inin yaradılması üzrə işlər artıq başa çatıb.
   
   Hazırda bu resursdan BDU-nun tələbə, müəllim və inzibati heyəti istifadə edə bilər. Çünki saytda materialların açıq şəkildə yerləşdirilməsi peşəkar etika və müəllimlərin hüquqlarının qorunması üzrə qəbul edilmiş normalara cavab vermir. Bununla yanaşı, "virtual universitet" proqram təminatı tələbəyə ancaq tədris keçdiyi fənlər üzrə materiallardan istifadə etməyə imkan verir. Saytda xəbər lenti, forumlar, çat, daxili e-mail fəaliyyət göstərir.
   
   Qeyd edək ki, resurs Boloniya Bəyannaməsinin şərtlərinə uyğun hazırlanıb. Hazırda saytda 4 mindən çox tələbə qeydiyyatdan keçib, 590 fənn və hər mövzu üzrə 4800 müvafiq konspekt yerləşdirilib.
   
   Layihənin vacib komponentlərindən biri "Lecturnity" proqram təminatı əsasında multimedia kurslarının hazırlanmasıdır. Multimedia kursları ənənəvi təhsilə əlavədir və tələbələrə fənləri sistem şəkildə öyrənməyə imkan verir. Bununla yanaşı, "Virtual Universitet"ə inzibatçılıq etmək üçün Elektron Təhsil Mərkəzi (ETM) 50 tyutor (tələbələr üçün akademik məsləhətçilər) dəvət edib. Bunlardan yalnız 38 nəfəri ETM-in imtahanlarından keçərək müvafiq sertifikat alıb.
Oxunub: 213
Bakıda beynəlxalq konfrans keçiriləcək
Bu ilin aprel ayının 13-14-də Bakıda VI Beynəlxalq Banklar və Maliyyə Konfrans-Sərgisi keçiriləcək. Konfrans-sərginin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, tədbirə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstək veriləcək. Azərbaycanın "Amrahbank" ASC və "PriceWaterhouseCoopers" beynəlxalq audit şirkəti isə tədbirin sponsorları qismində çıxış edirlər.
   
   Banklar və Maliyyə Konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin mərkəzi bankları, maliyyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından olan yüksək səviyyəli qonaqlar da daxil olmaqla 200-dən artıq nümayəndənin iştirak edəcəyi gözlənilir. Konfransda EBRD, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara dəniz Ticarət və İnkişaf Bankı, Gürcüstan və Rusiya Banklar assosiasiyalarının nümayəndələri çıxış edəcək.
   
   "Qlobal iqtisadi böhranın fəsadlarının Xəzər regionu ölkələrinin bank sisteminə təsiri" mövzusunda keçiriləcək konfransda kommersiya bankları və müəssisələr üçün kapitalın səfərbər edilməsi üzrə alternativ və effektiv mənbələr qismində regional pul bazarları, habelə regional kapital bazarlarının inkişafı perspektivləri də müzakirə ediləcək. Tədbirdə regionda gələcək bank sektoru modelinin formalaşdırılması mövzusuna ayrıca sessiya keçiriləcək.
   
   Konfransın ikinci gününün əsas mövzusu "Böhran dövründə İslam bank fəaliyyəti prinsiplərinin yüksək effektivliyi və bunun üçün əsaslar" olacaq. Bu müzakirənin əsas iştirakçıları xüsusi olaraq dəvət edilmiş bu sahənin mütəxəssisləri - Yaxın Şərq ölkələrindən olan bank nümayəndələri olacaq.
Oxunub: 194
NƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN VƏ SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Hər il yanvar ayının 1-dən oktyabr ayının 31-dək respublikada nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.
   
   Nəqliyyat vasitələrinin sahibləri, eləcə də səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitəsini dövlət texniki baxışına həmin nəqliyyat vasitəsinə 2009-cu ildə təhkim olunmuş texniki baxış talonunda müəyyən edilmiş aydan gec olmayaraq, təqdim etməlidir. Nəqliyyat vasitələri qeyd olunan müddətdən əvvəl dövlət texniki baxışına təqdim oluna bilərlər.
   
   Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs nəqliyyat vasitəsini aşağıdakı sənədlərlə Dövlət Yol Polisinə təqdim etməlidir:
   
   1) Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
   
   2) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
   
   3) Azərbaycan Respublikasında nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə;
   
   4) Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş rüsum və vergilərin ödənilməsi barədə qəbzlər.
   
   Bakı şəhərində və Abşeron rayonunda qeydiyyatda olan fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin sahibləri nəqliyyat vasitələrini dövlət texniki baxışından keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Xırdalan-Binəqədi şossesi-4 ünvanında yerləşən Müayinə Mərkəzinə və ya Sabunçu rayonu Maştağa şossesində yerləşən Təchizat İdarəsinin Avtomobil Təsərrüfatında fəaliyyət göstərən Müayinə Mərkəzinə təqdim etməlidirlər.
   
   Qeyd olunan Müayinə Mərkəzləri şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 20:00 qədər fəaliyyət göstərir.
   
   Respublika Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərdən xahiş edir ki, nəqliyyat vasitələrini texniki baxışa vaxtında, texniki cəhətdən saz vəziyyətdə təqdim etsinlər. Müəyyən edilmiş müddətdə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin yol hərəkətində iştirakı dayandırılacaq, onların sahibləri və sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
   
   
   
   Azərbaycan Respublikası Daxili İşlər
   
   Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi
Oxunub: 197