NATO generalı
əfqan xalqından üzr istədi
ABŞ generalı Stenli Makkristal keçən həftə Uruzqan vilayətindəki hava hucumları nəticəsində 27 mülki vətəndaşın öldürüldüyünə təəssüfləndiyini bildirib və əfqan xalqından üzr istəyib.
APA-nın məlumatına görə, Əfqanıstan höküməti, NATO quvvələrinin ötən həftə sonu Uruzgan yaxınlığında bir maşın konvoyuna qarşı həyata keçirdiyi hücumda 27 mülki vətəndaşın öldüyünü, 12 nəfərin də yaralandığını açıqlamışdı.