
Uzun, çox uzun vaxt ərzində mistikaya qətiyyən inanmamışam. Amma bilmirəm yaşla, yoxsa başıma gələnlərlə əlaqədar olaraq son vaxtlar içimdə mistik bir səksəkə var. Haqqında danışacağım şəkli ilk dəfə görəndə özümü çox qəribə və naqolay hiss elədim. Yazısını oxuyanda isə, düzünü deyim, haradasa panikaya düşmüşdüm. Məhz buna görə də əsəbləri zəiflərin və bu kateqoriyadan olan digər adamların bu yazıya çox aludə olmasını və şəkilə artıq dəfə baxmasını müsbət qəbul eləmirəm. Ola bilsin ki, qəzetdə rəsmin ağ-qara təsviri onun keyfiyyətini nisbətən azaltmış olsun. Əslində elə mən də bunu istəyirəm. Rənglisini, daha təsirlisini tapmaq istəsəniz internet saytlarına baxın. Qəsdən saytın adını demirəm. Mətn isə, təbii ki, tərcümədə verilir.
Şəkili Bill Stounxem çəkmişdir. Qalmaqal onun qoyulduğu sərgilərdən birindən sonra başlandı. Əsəbləri mükəmməl tarazılıqda olmayan adamlar şəkilə baxandan sonra özlərini pis hiss edir, huşlarını itirir, ağlayırdılar...
Hər şey 1972-ci ildə Bill Stounxemin o vaxt Çikaqoda yaşadığı mənzildən tapdığı özünün 5 yaşı olarkən çəkdirdiyi foto əsasında bu rəsmi çəkməsindən başlandı. Şəkil ilk dəfə Los-Angeles Tayms-ın sahibinə , sənətşunasa göstərilir. Bundan sonra həmin adam ölür. Bəlkə də təsadüfdür, bəlkə də yox. Sonra şəkil aktyor Con Maprli tərəfindən alınır (1984-cü ildə ölur). Sonra daha maraqlısı başlanır. Şəkili zibillikdə, zibil tığının arasında tapırlar. Şəkili tapan ailə onu evlərinə aparır və elə birinci gecə evin 4 yaşlı balaca qızı qışqıra-qışqıra valideynlarinin otağına soxulur ki, şəkildəki uşaqlar dalaşırlar. Növbəti gecə şəkildə olan uşaqlar artıq qapının arxasında idilər. Daha sonrakı gün ailə başçısı şəkil asılmış otaqda hərəkət olarkən işə düşən videokamera qurur. Videokamera bir neçə dəfə işə düşür...
Şəkil eVay internet-hərracına qoyulur. Tezliklə eVay-ın ünvanına əhval-ruhiyyənin pisləşməsi, huşun itirilməsi, hətta ürək tutmaları ilə bağlı şikayət məktubları gəlməyə başlayır. eVay-da (bu postda olduğu kimi) xəbərdarlıq qoyulmuşdu. Amma məlumdur ki, xalq qadağalara daha meyllidir və çoxları xəbərdarlığa əhəmiyyət vermir. Məlumatın mətni şəkillərin birində verilmişdi.
Şəkil 1025 dollara satılır. İlkin qiymət 199 dollar qoyulmuşdu. Şəkilin yerləşdirildiyi səhifəyə 30000 dəfədən çox baxılmışdı, amma əsasən sadəcə, maraq xatirinə baxırdılar. Onu Çikaqo yaxınlığında kiçik şəhərcikdə yaşayan Kim Smit alır. O özünün yenicə təmirdən çıxmış bədii qalereyası üçün internetdə bir şey axtarırdı. "Hands Resist Him"-ə rast gələndə (şəkilin adı belə qoyulub) əvvəlcə düşünür ki, onu qırxıncı illərdə çəkiblər və bu şəkil eksponat kimi onun işinə yaxşı yarayar.
Bu şəkillə olan əhvalatların sonu ola bilərdi, amma indi məktublar Smitin ünvanına gəlməyə başlayır. Bu məktubların əksəriyyəti əvvəlkilər kimi şəkilə baxandan sonra yaranan pis əhval-ruhiyyədən bəhs edirdi. Amma çoxları şəkildən yayılan şər, pislik haqda yazırdılar. Başqaları isə tələb edirdilər ki, şəkili sadəcə olaraq yandırmaq lazımdır. Hətta 1979-cu ildə Amitivillər evində bəd ruhları qovmuş Ed Lorrey Uorenin xidmətlərindən istifadəni təklif edənlər də var idi. Bəziləri hətta Kaliforniya ştatında meşə təpələrində baş vermiş məşhur Satillonun qətlini yada salırdı. Deyilənə görə, iki uşağın kabusu (əslində "prizrak" kabus deyil, bu söz həyulə kimi tərcümə edilir, amma çoxlarına nabələd söz olduğu üçün ruh, kabus kimi saxladım-O.S.) təpəlikdəki evə tez-tez gəlirlər. Ekstrasenslər deyirlər: "Biz oğlanı görmüşük. O yüngül futbolka və şortik geyinirdi. Onun bacısı həmişə kölgədə qalırdı. Elə bil oğlan bacısını müdafiə edirdi. Onların adları Tom və Laura idi və onlar iki damcı su kimi şəkildə çəkilmiş uşaqlara bənzəyirlər".
Bu şəkildə nə var axı? Bəlkə hər şey mütanasiblik və formanın düzgün olmamasında, yüngül amma təlqinedici və baxmağa məcbur etməsindədir? Oğlanın başına baxın; onun ənsəsi yastı və formasızdır, elə bil xam xəmir parçası ilə örtülmüş sifəti var. Qapıya baxın. Sizdə elə hiss yaranmır ki, oğlanın boyu yaşlı adam boyundan hündürdür, qapı isə sadəcə, nəhəngdir? Görünməyən maneə arxasındakı əllər çox kiçikdir. Oğlanın ayaqları, onlar da nə isə çox qəribədir.
Dəhşətli qeyri-mütənasiblik. O qorxudur.
Sözsüz ki, bu şəkli başa düşmək üçün rəssamın özü kimi düşünmək lazımdır. Axı o, özünü çəkib.
Təsəvvür edin ki, siz parlaq günəşdən gözlərinizi qıyaraq bağlı qapı qarşısında dayanmısınız. Sizi qapıdan içəri buraxmırlar və buna görə ağlamaq istəyirsiniz (hətta dodaqlarınızı da dişləmisiniz). Amma ağlamayacaqsınız, axı siz artıq yaşlısınız.
Yanınzda duran qız qətiyyən düşməniniz deyil, bu qapı arxasında sizin yeganə yol yoldaşınızdır. Baxmayaraq ki, o kukladır və onun gözləri yoxdur, içərisi də boşdur, amma əvəzində o hara getmək lazım olduğunu bilir- axı o qapı arxasındakı dünyanın sakinidir. O sizi həmişə o yolla aparacaq ki, orada əllər sizi qova bilməyəcək. Hər şey yaxşıdır, sadəcə olaraq o dəqiqə sizi içəri buraxmadıqları üçün bir az inciksiniz...
Küçə- yuxudur, ev- bizim dünyamız. Qapı- yuxu və olan arasında sərhəddir, əllər isə- "başqa canlılardır". Ola da bilsin ki, ONLAR uşaqları özlərinə buraxmırlar, uşaqlar isə ONLARI özdərinə buraxmırlar? Uşaqlar qorxurlar, əsasən də oğlan, amma o daha böyükdür, qorxduğunu göstərmir. Qız qorxa bilmir, çünki onun hissləri yoxdur. Amma onlar- həm oğlan, həm də qız dəqiq bilirlər ki, O DÜNYADAN OLAN ƏLLƏR onlara çatmayacaq, soxulmayacaqlar. Çünki bu tamam başqa dünyadır. Amma qorxmalı şey var... ən azından qəfillik. Bəlkə birdən?...
Müəllif özü şəkil haqda belə yazır: The boy in the picture being himself, the hands being other lives, the windows/door being a thin veil between waking and dreaming with the small doll like girl being the guide through.
Bu isə həmin o "dəhşətli" şəkildir.
Mənbə: zavorot.com