
"Pişik Günel" kimi tanınan müğənni Günel Ələkbərova qardaşı ilə dost olduqlarını bildirib. Trend Life-a müsahibəsində o, sənətinə verdikləri dəstəyə görə, ailəsinə, xüsusilə də qardaşı Nurməmmədə minnətdarlıq edib. "Qardaşımla əla münasibətlərimiz var. O, mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir. Qardaşım mənə ən yaxın insandır", - deyə ifaçı qeyd edib.
Qardaşının özündən 5 yaş kiçik olduğunu xatırladan Günel tez-tez ona məsləhət verdiyini söyləyib: "Qardaşım hələ çox gəncdir. Ona daim məsləhət verirəm ki, heç kimin qızını aldatmasın".