Aygün Kazımova
həbs olunub?
Son sutka ərzində Day.Az-a xalq artistinin həbs edildiyinə dair bir neçə məlumat daxil olub. Əvvəlcə bu məlumatlara ciddi yanaşmayan Day.Az onların intensiv xarakter almasından sonra müğənni ilə əlaqə saxlamaq qərarına gəlib. Kazımova deyilənləri təkzib edib: "Görürsüz, 4-5 gün efirdə görünməyən kimi həbs olunduğumu söyləyirlər. Sonra da deyirlər ki, efirə çox çıxıram".
Hər eşyin qaydasında olduğunu deyən xalq artisti pərəstişkarlarına xəbərdarlıq da edib: "Hamının nəzərinə çatdırıram ki, xarici səfərlə əlaqədar hələ bir müddət də efirdə görünməyəcəyəm".