QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
Növbəti turun oyunları bu gün keçiriləcək
Ötən həftə ölkə ərazisində hökm sürən qarlı hava şəraiti futbol üzrə milli çempionatın gedişinə də təsirsiz ötüşməyib. Bazar gününə planlaşdırılan XIX turun bütün görüşləri təxirə salınıb.
UNİBANK premyer-liqasının təşkilinə cavabdeh qurum - Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalıb. Turun oyunları bu gün keçiriləcək. Əsas görüş isə "Neftçi" və "Bakı" arasında qarşılaşma hesab edilir.
PFL XX turun bütün oyunlarını fevralın 13-nə təyin edib. XXI tur da başqa vaxtda keçiriləcək. Həmin tur qarşılaşacaq klublar fevralın 17-də meydana çıxacaqlar.
Turan İSMAYILZADƏ