Şahmatçılarımız erməni rəqiblə
üz-üzə
Azərbaycan qrossmeysterləri Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Həştərxan Qran-Prisində iştirak edəcəklər. Turnirə ümumilikdə 11 zəka sahibi qatılacaq.
Şahmatçılarımızın rəqibləri Boris Qelfand (İsrail), Ruslan Ponomaryov (Ukrayna), Vasili İvançuk (Ukrayna), Van Yue (Çin), Pyotr Svidler (Rusiya), Peter Leko (Macarıstan), Dmitri Yakovenko (Rusiya), Pavel Elyanov (Ukrayna), Yevgeni Alekseyev (Rusiya), Vladimir Akopyan (Ermənistan) və Ernesto İnarkiyev (Rusiya) olacaqlar. Xatırladaq ki, yarış mayın 9-dan 25-dək keçiriləcək.