Bir dəfəyə 18 qılınc uddu
Avstraliyalı artist eyni vaxtda 18 qılıncı udmaqla yeni dünya rekordu müəyyənləşdirib. Milli.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Çeyni Haltrin adlı bu şəxs elə özünün 2008-ci ildəki rekordunu yeniləyib. O, Sidneydə düzənlənmiş tədbirdə insanların gözü qarşısında 72 santimetr uzunluğunda olan 18 qılıncı bir dəfəyə udub.
Onun adı bu "qəhramanlıq"la əlaqədar, "Ginnesin rekordlar kitabı"na salınıb.