Ən təhlüükəli avtomobillər
"Forbes" jurnalı ilin ən təhlükəli avtomobillərin reytinqini tərtib edib. "APA-Economics"in Rusiyanın RBK agentliyinə istinadən verdiyi məlumata görə, reytinq ABŞ-ın Təhlükəsiz Yol Hərəkti Sığorta İnstitutu tərəfindən keçirilən kreş-testlərin nəticələrinə əsasən tərtib olunub. Siyahıda testdə öz kateqoriyalarında ən az bal toplayan avtomobil modelləri yer alıb. Buna baxmayaraq, "Mitsubishi Galant" və "Nissan Titan" kimi modellər öz kateqoriyalarında 12 mümkün baldan 10 bal toplayaraq ən təhlükəli avtomobillər siyahısına daxil olunub.
Ümumiyyətlə, siyahıda əsasən ən təhlükəli kompakt və orta həcmli sedanlar yer alıb. Belə ki, reytinqdə 2010-cu ilin modeli olan və 12 baldan 7 bal toplayan "Chevrolet Aveo", həmçinin "Chrysler PT Cruiser" (6 bal), "Mercury Grand Marquis" (8 bal), ikiqapılı "Jeep Wrangler" (7 bal), dörd qapılı "Jeep Wrangler" (8 bal) və "Cadillac STS" (8 bal) modelləri yer alıb.