
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, seminarlar qurumun Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək. Seminar-məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid filmin də nümayiş etdiriləcəyi bildirilir.
Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
Seminarlar 2010-11-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə aparılan qəbul imtahanlarına cəlb olunacaq nəzarətçilərlə keçiriləcək. İlk olaraq paytaxtın Binəqədi rayonunda yerləşən 276 saylı məktəbində başlanacaq seminar - məşğələlər daha sonra BakınınXətai 138, Əzizbəyov 136, Suraxanı 278, Sabunçu 98, Nizami 214, Qaradağ 166, 319, Nərimanov 45, Səbail 51, Nəsim 211, Yasamal 53 saylı məktəblərdə davam etdirilək. Daha sonra Abşeron rayonunda yerləşən Xırdalan şəhər 2 saylı məktəbdə öz işini davam etdirəcək TQDK-nın seminar məşğələləri Sumqayıt 31, Ləkəran 1, Şirvar 16, Naxçıvan regional bölməsinin inzibati binası, Şəki regional bölməsinin inzmbati binası, Mingəçevirdə 18 saylı məktəbdə və son olaraq Quba regional bölməsində başa çatdırılacaq.