Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
XRİSTİANLAR İKİNCİ BİR NATO YARADIR
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
DÜNYA DAĞILACAQ
Əsgər anası etiraz edir
Baş Prokurorluqda kollegiya iclası
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Müəllimlərlə məşğələlər keçiriləcək
Banklar niyə ipoteka kreditləri vermir?
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Ən təhlüükəli avtomobillər
Norveç nümayəndə heyəti Bakıdadır
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan səfirliyi etiraz etdi
Bir dəfəyə 18 qılınc uddu
SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Nobel mükafatçısı Britaniyaya qarşı
Mübariz Mənsimov: ""Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm"
Şahmatçılarımız erməni rəqiblə üz-üzə
QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Seçki məntəqəsində striptiz
Aygün Kazımova həbs olunub?
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
Röya: "Mən onlara insan kimi pis olmamışam"
GÜNÜN LƏTİFƏSİ
   
Əhməd Davudoğludan xəbərdarlıq
"24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən protokolları təsdiqləyəcəyimizi gözləməsinlər"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsinə kəskin etirazını bildirib.
   
   APA-nın "Hürriyet" qəzetinə istinadən yaydığı məlumata görə, Ə. Davudoğlu ermənilərin saxta "soyqırım"ın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılmasının təsadüf olmadığını deyib.
   
   Münhendən qayıdarkən təyyarədə media mənsublarına açıqlama verən nazirin fikrincə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Serj Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırım" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb.
   
   Ə. Davudoğlu narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırdığını söyləyib: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi. Sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə erməni tərəfi konstruktiv mövqeyindən geri addım atdı. İndi də Amerika Konqresinə bu cür qərar layihəsi gətirilir. Bu üç olayın bir-birinin ardınca baş verməsi bizdə bunun təsadüf olmadığı qənaətini yaradır. Niyə bu layihə indi gündəmə gəlir? 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər. Bu layihənin gündəmə gətirilməsi nə ABŞ, nə Türkiyə, nə də Ermənistanın mənafeyinə uyğundur. Bu proses həm ABŞ-la ikitərəfli əlaqələrimizə, həm də böyük əziyyətlə bu səviyyəyə gətirdiyimiz Türkiyə-Ermənistan yaxınlaşması prosesinin tıxanmasına səbəb ola bilər. Vaşinqton bizim həssaslıq duyduğumuz məsələlərdə diqqətli olmalıdır".
   
   Qeyd edək ki, Nümayəndələr Palatasına təqdim edilmiş "soyqırım" layihəsinə 435 konqresmendən 137-si imza atıb. Layihə martın 4-də 46 üzvdən ibarət Xarici Əlaqələr Komitəsində səsə qoyulacaq. Layihə qəbul olunarsa, Nümayəndələr Palatasının gündəminə gətiriləcək.
   
   
Anar İsaoğlu
Oxunub: 39
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik" (37)
Ceyms Steynberq: "İki prinsipi bir araya gətirmək mümkündür" (27)
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib" (35)
Pənah Hüseynin təklifi müxalifətdə də keçmədi (29)
Deputatın qəribə məntiqi: Demokratiya Uğurunda İttifaq müxalifətin birləşməsini istəməsin
İran yenə Azərbaycan ərazisinə göz dikdi (37)
Ərdəbildə təşkil olunacaq kofnransda Cənubi Azərbaycan "Aran" kimi əksini tapır
Elxan Poluxov: "Azərbaycanın haqlı mövqeyini dəstəkləyən konqresmenlərin sayı artır" (31)
İlham Əliyev Mənuçehr Mottəki ilə görüşdü (30)
Əhməd Davudoğludan xəbərdarlıq (39)
"24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən protokolları təsdiqləyəcəyimizi gözləməsinlər"
İlham Əliyev: "Bizim səbrimizin həddi var" (36)