Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
XRİSTİANLAR İKİNCİ BİR NATO YARADIR
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
DÜNYA DAĞILACAQ
Əsgər anası etiraz edir
Baş Prokurorluqda kollegiya iclası
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Müəllimlərlə məşğələlər keçiriləcək
Banklar niyə ipoteka kreditləri vermir?
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Ən təhlüükəli avtomobillər
Norveç nümayəndə heyəti Bakıdadır
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan səfirliyi etiraz etdi
Bir dəfəyə 18 qılınc uddu
SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Nobel mükafatçısı Britaniyaya qarşı
Mübariz Mənsimov: ""Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm"
Şahmatçılarımız erməni rəqiblə üz-üzə
QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Seçki məntəqəsində striptiz
Aygün Kazımova həbs olunub?
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
Röya: "Mən onlara insan kimi pis olmamışam"
GÜNÜN LƏTİFƏSİ
   
"QATIR MƏMMƏD" FİLMİNDƏ ƏN GÖZƏL FRAQMENTLƏRDƏN BİRİ
ANS-də "Qatır Məmməd" filmi müzakirə olunurdu. Hər kəs bu film haqqında öz sözünü dedi. Kim haqlı idi, kim haqsız, verilişə baxanlar özləri nəticə çıxarsın.
   
   Sonra film nümayiş etdirildi. Filmdə belə bir yer vardı.
   
   Həbibə "Qatır Məmməd"ə deyir:
   
   - Görən gələcək nəsillər bizi xatırlayacaq?
   
   Qatır Məmmədin cavabını gözləmədən çox qəribə də olsa ailəmlə mən bir ağızdan dedik:
   
   - Hə. Gorunuza söyəcəklər.
Oxunub: 162
Nobel mükafatçısı Britaniyaya qarşı
Vole Soyinka yeni termin: "Terror inkubatoru"
Nobel ödüllü Nigeriya yazıçısı Vole Soyinka Britaniyanı radikal islamçılar yetişdirən "terror inkubatoru" adlandırıb.
   
   Yazıçını narazı salan odur ki, əslən Nigeriyadan olan tələbə Umar Faruk Abdulmutallabın milad bayramı zamanı Amerikada təyyarə partlatmağa cəhd etməsindən sonra ABŞ Nigeriyanı terrorçuların yetişməsinə şəraitin olduğu ölkələr siyahısına salıb.
   
   Yəni Əfqanıstan, Somali, Yəmənlə eyni siyahıya.
   
   Yazıçı əmindir ki, Abdulmutallab heç də Nigeriyada radikallaşmayıb, terrorçulara ali təhsil aldığı Londonda qoşulub.
   
   Soyinka Qərb ölkələrində terror aktları törətmiş bir neçə başqa Afrika əsilli şəxsə də eyni cür yanaşılmasının tərəfdarıdır və hesab edir ki, onların radikallaşmasında Londondakı yaşamaqlarının birbaşa təsiri olub":Əgər Nigeriya ABŞ-ın həmin siyahısına uyğun gəlirsə, onda Britaniya uyğun gəlməkdən də "o yana keçir".
   
   
   
   Soyinkanın fikrincə, Afrika əsilli gənclər Britaniyadakı bəzi məscidlərlə bağlı olan müsəlman məktəblərində İslam təməlçilərinin təsiri altına düşür və orada onlara başqa dinlərə nifrət aşılanır.
   
   Yazıçı Britaniyanın müsəlman mühacirlərə açıq cəmiyyət prinsiplərinə uyğun olaraq sığınacaq verdiyini anlayır, amma onun fikrincə, bu məsələdə məsuliyyət də yaddan çıxmamalıdır.
   
   Vole Soyinka Nobel mükafatına 1986-cı ildə layiq görülüb.
   
   Onun əsərlərində Nigeriya hökuməti açıq şəkildə tənqid edilir, 1960-cı illərdəki vətəndaş müharibəsi zamanı o, 2 illiyinə həbs edilib.
   
   Daha sonra Soyinka mühacirətə gedib və hazırda Amerikada yaşayır.
   
   
Anar
Oxunub: 180
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Azərbaycanı bu ilin mayında "Eurovision-2010" müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və "Milk&Kisses" qrupu kəskin hava şəraiti ilə əlaqədar bir gün Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub. Fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib.
   
   Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər.
   
   "Eurovision" müsabiqəsi üzrə Azərbaycanın musiqi koodinatoru Zəhra Bədəlbəyli APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hava reysləri təxirə salındığından finalçıların Kiyevə uçmasında problem yaranıb: "Bu səbəbdən onlar gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdilər. Xəstəxanaya aparılmalarına gəlincə, finalçıların boğazları müayinə olunub. Həkim müayinəsindən sonra onlar otelə aparılıblar".
   
   
Oxunub: 151
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Qalmaqaldan uzaq gəzən müğənni Samiranın fikrincə, həmkarları arasında olan umu-küsülülüklərin, dava-dalaşların əsas səbəbi daha çox titullar və adlar üstündədir. Müğənni bu barədə jurnalistlərə açıqlamasında deyib: "Necə olursa-olsun, qalmaqalları heç bir şəkildə qəbul etmirəm. Səhnədə olan dostlarıma da tövsiyə edirəm ki, mənim kimi yersiz söz-söhbətlərdən uzaq olsunlar".
   
   Müğənni sənətçilərin özünə verdiyi qondarma titulların da əleyhinədir: "Sənətçilərə boş-boşuna verilən titullarla da razı deyiləm. Yalnız dövlət tərəfindən verilən fəxri mükafatları qəbul edirəm. Neçə ildir ki, sənətdəyəm, hələ adımın qarşısında heç bir titul, mükafatlar olmayıb. Mənim üçün ən vacibi də budur ki, sadə olub insanların sevgisini qazanmaqda davam edim".
   
   
   
   
Vüsal
Oxunub: 164
Aygün Kazımova həbs olunub?
Son sutka ərzində Day.Az-a xalq artistinin həbs edildiyinə dair bir neçə məlumat daxil olub. Əvvəlcə bu məlumatlara ciddi yanaşmayan Day.Az onların intensiv xarakter almasından sonra müğənni ilə əlaqə saxlamaq qərarına gəlib. Kazımova deyilənləri təkzib edib: "Görürsüz, 4-5 gün efirdə görünməyən kimi həbs olunduğumu söyləyirlər. Sonra da deyirlər ki, efirə çox çıxıram".
   
   Hər eşyin qaydasında olduğunu deyən xalq artisti pərəstişkarlarına xəbərdarlıq da edib: "Hamının nəzərinə çatdırıram ki, xarici səfərlə əlaqədar hələ bir müddət də efirdə görünməyəcəyəm".
Oxunub: 171
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
"Pişik Günel" kimi tanınan müğənni Günel Ələkbərova qardaşı ilə dost olduqlarını bildirib. Trend Life-a müsahibəsində o, sənətinə verdikləri dəstəyə görə, ailəsinə, xüsusilə də qardaşı Nurməmmədə minnətdarlıq edib. "Qardaşımla əla münasibətlərimiz var. O, mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir. Qardaşım mənə ən yaxın insandır", - deyə ifaçı qeyd edib.
   
   Qardaşının özündən 5 yaş kiçik olduğunu xatırladan Günel tez-tez ona məsləhət verdiyini söyləyib: "Qardaşım hələ çox gəncdir. Ona daim məsləhət verirəm ki, heç kimin qızını aldatmasın".
   
   
Oxunub: 202
Röya: "Mən onlara insan kimi pis olmamışam"
Müğənni Röya Ayxan keçmiş mətbuat katibi Ülviyyə Alovlu ilə münasibətlərinə aydınlıq gətirib. Trend Life-a açıqlama verən müğənni keçmiş işçisi ilə dostluq münasibətlərinin qaldığını deyərək, gəzən söz-söhbətlərə son qoyub. "Mənimlə işləyən insanlar məndən ayrılsalar da, həmişə dostluq münasibətlərimiz qalır, qalacaq da. Çünki mən onlara insan kimi pis olmamışam, əksinə, çox yaxşı olmuşam. İndi hamımızın səhvi var. Demirəm ki, mən idealam, kimsə sıfırdır. Ona görə də bu gün Ülviyyə mənimlə çalışmasa belə, zəng vurub deyir ki, hansısa saytda, jurnalda və ya forumda hansısa həqiqətə uyğun olmayan məlumat yazıblar. Ona sual edirəm ki, sənin fikrincə bu, düzdür, deyir ki, yox. Mən də deyirəm ki, cavab verə bilər. Yenə sual edir ki, axı mən sənin mətbuat katibin deyiləm. Cavabım o olur ki, sən mənim böyük bacımsan. Deyir kifayətdir, başa düşdüm, yaxşı."- deyə müğənni münasibətlərini şərh edib.
   
   Müğənni keçmiş mətbuat katibinin indi ona bacı kimi olduğunu söyləyib. "Ülviyyəyə başa salmaq istəyirəm ki, bu gün sən mənim ştatnı işçim deyilsənsə, mənə ondan da artıqsan. Sən mənim evimin içisən. Burada nə var ki? Əvvəl pul verirdim işləyirdin, indi sən gəlirsən, biz çörək kəsirik, sirrimizi bölürük. Deməli, o mənə işçidən də yaxındır. Bəlkə də onun nə vaxtsa işçi kimi məni vurmağı mənə pis təsir etməzdi. Amma dost kimi məni vursa, bunu unuda bilmərəm. Ona görə də istəyirəm ki, bu açıqlamamdan sonra media tərəfindən bu söz-söhbət bağlansın."- müğənni qeyd edib.
   
   
VÜSAL
Oxunub: 156