Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
XRİSTİANLAR İKİNCİ BİR NATO YARADIR
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
DÜNYA DAĞILACAQ
Əsgər anası etiraz edir
Baş Prokurorluqda kollegiya iclası
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Müəllimlərlə məşğələlər keçiriləcək
Banklar niyə ipoteka kreditləri vermir?
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Ən təhlüükəli avtomobillər
Norveç nümayəndə heyəti Bakıdadır
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan səfirliyi etiraz etdi
Bir dəfəyə 18 qılınc uddu
SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Nobel mükafatçısı Britaniyaya qarşı
Mübariz Mənsimov: ""Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm"
Şahmatçılarımız erməni rəqiblə üz-üzə
QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Seçki məntəqəsində striptiz
Aygün Kazımova həbs olunub?
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
Röya: "Mən onlara insan kimi pis olmamışam"
GÜNÜN LƏTİFƏSİ
   
Daha "Əzizbəyov" metrosu olmayacaq
Məşədi Əzizbəyovun Bakıdakı abidəsinin götürülməsinin ardından tarixçilər Əzizbəyovu xalq düşməni elan etdilər
   
   Bakı şəhərində bolşevik komissar Məşədi Əzizbəyovun heykəlinin uçurulmasından sonra onun adının metro stansiyasından da götürülməsi məsələsi gündəmə gəlib. Qaynar.info xəbər verir ki, Bakı Metropolitenindən Modern.az-a bildirilib ki, bu günlərdə müəssisədə bununla bağlı müzakirələr də aparılıb. Mümkündür ki, Bakı Metropoliteni yaxın zamanlarda Məşədi Əzizbəyov stansiyasının adının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət etsin.
   
   Qeyd edək ki, bir müddət öncə Məşədi Əzizbəyov Bakıdakı abidəsinin götürülməsinin ardından tarixçilər Əzizbəyovu xalq düşməni elan etdilər. Ötən həftə Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov isə Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib ki, aparılan tədqiqatlar sübut edir ki, M.Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib.
   
   Bakı Metropolitenindəki mənbənin bildirdiyinə görə, "Əzizbəyov" stansiyasının adının dəyişdirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. "Ola bilsin ki, yaxın vaxtlarda yeni adla bağlı təklif hazırlansın".
   
   Məşədi Əzizbəyov 1918- ci ildə Bakı Xalq Komissarları Sovetində quberniya komissarı, sonra xalq daxili işləri komissarının müavini işləyib. O, 1918-ci il mart ayının sonlarında Bakı şəhərində erməni-rus quldur birləşmələri tərəfindən türk-müsəlman əhalisinin qətliamı törədilərkən Bakı Kommunasında məsul vəzifə tutub və faktiki olaraq öz millətinin qırğınında erməni və bolşevik ünsürlərlə birgə iştirak edib. O, 1918-ci il sentyabrın 20-də Bakı Komissarları sırasında güllələnib. 1967-ci ildə memar Tokay Məmmədov tərəfindən M.Əzizbəyovun heykəli hazırlanıb və Bakıda qoyulub. Bunun ardınca Bakı Metropolitenin yeni istifadəyə verilən stansiyalarından biri M.Əzizbəyovun adı ilə adlandırılıb.
   
   
Anar
Oxunub: 131
AY QARDAŞ, DEYİRLƏR YOLA ÇIXMA, ÇIXMA DANA!
Azərbaycanda nə qədər əlaqədar təşkilat vardı, milləti uyardı ki, tufan olacaq, çovğun olacaq, şaxta olacaq və sair və ilaxır, imkan daxilində şəxsi avtomobillərdən istifadə eləməyin və yollara çıxmayın.
   
   Kimə deyirsən?
   
   Sonra televizyonlarda baxırıq ki, hamı gileylənir, yolda qalmışıq köməyə gələn yoxdu və sair və ilaxır. Halbuki ən ağır vaxtlarda belə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Dövlət Yol Polisinin əməkdaşları, hətta Sərhəd Qoşunlarının əsgərləri Bakı-Şamaxı, Bakı-Hövsan, Bakı-Mərdəkan, Bakı-Sumqayıt yollarında qalan yüzlərlə insanı donmaqdan xilas elədilər.
   
   Vaşinqtonda şaxta ilə əlaqədar fövqəladə vəziyyət elan olunmuşdu. Amma Bakıda Bakı Şəhər İcra Hakimiyyəti və "Azəravtoyolservis" bütün gücünü işə salıb şəhərin ən işlək yollarını təmizləyirdi. Əgər Amerika kimi bir dövlət bu şaxtanın əlində əsir-yesir qalmışdısa, Bakı şəhərində hansısa nöqsanlara görə televizyonlarda kimlərisə söymək nə qədər doğru idi?
   
   Belə bir söz var: "İki adam dedi sərxoşsan, get yıxıl yat da".
   
   İndi dövlətin dörd qurumu deyir ki, ay bala, yola çıxma da! Çıxma da, get yıxıl yat.
Oxunub: 146
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
nə yaxşı işıqlar dördüncü gün deyil, beşinci gün keçdi. Yoxsa millət "Kurtlar vadisi"nə baxa bilməyib dilxor olacaqdı. Millət bu gün Polad Ələmdarın o uça-uça yeriməyindən ləzzət alır.
Oxunub: 162
Əsgər anası etiraz edir
Müdafiə Nazirliyi isə etirazı qəbul etmir
Müdafiə Nazirliyinin mətbuat xidməti həbsdə yatan əsgər Mərhəmət Hüseynovun anası Zəminə Hüseynovanın Azadlıq Radiosunun saytında yer alan və efirdə səslənən şikayətlərinə münasibət açıqlayıb.
   
   Əsgər anası iddia edirdi ki, oğlu Mərhəmət Hüseynov bağırsaq keçirməzliyindən əziyyət çəksə də, onu hərbi xidmətə aparıblar. Hərbi xidmətdə olarkən xəstəliyi ilə əlaqədar ona hər hansı tibbi yardım göstərilməyib. Daşkəsəndəki N saylı hərbi hissədə xidmət edərkən zabitlər tərəfindən incidilib. Zabitlər başqasının törətdiyi cinayəti onun oğlunun üzərinə yıxaraq günahsız həbsinə səbəbkar olublar. Hazırda Gəncədəki İstintaq Təcridxanasında saxlanılır.
   
   Müdafiə Nazirliyi isə məsələyə açıqladığı rəsmi münasibətdə əsgər anasının iddialarını əsassız hesab edir. Mətbuat Xidmətinin Azadlıq Radiosuna göndərdiyi açıqlamaya görə, Zəminə Hüseynova oğlunun Bakıdakı hərbi hissədən Daşkəsəndəki hərbi hissəyə göndərilməsi ilə barışmadığından belə mövqe tutur:
   
   "Guya əsgər Mərhəmət Hüseynova Daşkəsəndə yerləşən N saylı hərbi hissədə işgəncələr verilib və o ağır xəstə olmasına baxmayaraq qayğısına qalan olmayıb. Əslində isə əsgər Mərhəmət Hüseynov hərbi xidmətə gələrkən ilk vaxtlar Bakıda yerləşən N saylı hərbi hissədə olub və həmin ilin dekabr ayında əsgərin anası 3 uşaq valideyni olduğunu və başqa məsələləri əsas gətirərək oğlunun səhhətinin yoxlanması və Bakıda qalıb qulluq etməsi üçün hərbi hissəyə yazılı müraciət edib. Bundan sonra Mərhəmət Hüseynov Mərkəzi Hərbi Klinik Hospitalda və Mərkəzi Hərbi Poliklinikada tibbi müayinədən keçib və onun stasionar müalicəyə ehtiyac olmadığı və hərbi xidmətə yararlılığı barədə qərar çıxarılıb. Bundan sonra əsgər Daşkəsəndəki N saylı hərbi hissəyə göndərilib. Əsgərin anasına isə bildirilib ki, Mərhəmət Hüseynovun xidmət etdiyi Bakıdakı N saylı hərbi hissədə müəyyən qədər hazırlıqdan sonra əsgərlər başqa hərbi hissələrə göndərilir, o cümlədən onun oğlu da. Məhz bu məsələdən sonra əsgərin anası başqa tədbirlərə əl atmağa başlayıb və incikliyini Müdafiə Nazirliyinin əleyhinə müsahibələr verməklə təmin etməyə çalışıb".
   
   
   
   
Anar İsaoğlu
Oxunub: 160
Müəllimlərlə məşğələlər keçiriləcək
TQDK nəzarətçiləri maarifləndirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
   
    TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, seminarlar qurumun Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək. Seminar-məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid filmin də nümayiş etdiriləcəyi bildirilir.
   
   Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
   
   Seminarlar 2010-11-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə aparılan qəbul imtahanlarına cəlb olunacaq nəzarətçilərlə keçiriləcək. İlk olaraq paytaxtın Binəqədi rayonunda yerləşən 276 saylı məktəbində başlanacaq seminar - məşğələlər daha sonra BakınınXətai 138, Əzizbəyov 136, Suraxanı 278, Sabunçu 98, Nizami 214, Qaradağ 166, 319, Nərimanov 45, Səbail 51, Nəsim 211, Yasamal 53 saylı məktəblərdə davam etdirilək. Daha sonra Abşeron rayonunda yerləşən Xırdalan şəhər 2 saylı məktəbdə öz işini davam etdirəcək TQDK-nın seminar məşğələləri Sumqayıt 31, Ləkəran 1, Şirvar 16, Naxçıvan regional bölməsinin inzibati binası, Şəki regional bölməsinin inzmbati binası, Mingəçevirdə 18 saylı məktəbdə və son olaraq Quba regional bölməsində başa çatdırılacaq.
   
   
Gültəkin
Oxunub: 151
Banklar niyə ipoteka kreditləri vermir?
Bu gün Azərbaycan İpoteka Fondu bazardan daha 3 milyon manat cəlb edəcək. Fondun məlumatına görə, istiqrazlar Bakı Fond Birjasında cari qiymətlərlə -100 manat dəyərində satışa çıxarılıb. İstiqrazlar üzrə gəlirlik 3,25 faizdir. Həmin qiymətli kağızların son ödənilmə tarixi 2019-cu il dekabrın 11-nə qədərdir.
   
   Bu il üçün emissiyanın ümumi məbləği 75 milyon manatdır. Ötən il isə fond bazardan 55 milyon manat cəlb edib. Bütün bunlara baxmayaraq, bəzi müvəkkil banklar ipoteka kreditlərinin verilməsini dayandırıb. Həmin banklardan ANS-ə verilən məlumata görə, kreditlərin dayandırılmasına səbəb, vəsait çatışmazlığı və müraciətlərin çoxluğudur. Bəzi banklar isə yalnız büdcədən ayrılmış vəsait hesabına sosial ipoteka kreditləri verir.
   
   Xatırladaq ki, hələ ötən il ipoteka kreditlərin yenicə verilməyə başlananda fond belə problemin 2-3 ay davam edəcəyini bildirmişdi.
   
   
   
   
Vüsal
Oxunub: 177
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində "Venera" MMC-yə məxsus anbarda, Yasamal rayonunun N.Nərimanov prospekti, 522-ci məhəllə, ev 2 ünvanında Namiq Eynəliyevə məxsus mağazada, H.Məcidov küçəsi, ev 7 ünvanında Mirsahib Cəfərova məxsus mağazada, B.Bağırova küçəsi, ev 5, mənzil 2 ünvanındakı "Aygün mini-market"də, H.Cavid prospekti, 549-cu məhəllə, ev 91, mənzil 16 ünvanında Dəyanət İsayevə məxsus mağazada, M.Rahim, ev 22 ünvanında Nazim Osmanlıya məxsus mağazada, Ak. Ş.Əzizbəyov, ev Q, mənzil 1 ünvanında Elbrus Nəsirova məxsus "Kazbek market"də ümumi çəkisi 10 tona yaxın saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan və üzərində istehsal tarixi göstərilməyən ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, çay, kofe və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
   
   Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
Oxunub: 173
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Azərbaycan hökuməti qarşıdan gələn illərdə əsas diqqəti kosmik sənayenin yaradılmasına və inkişafına yönəltməyi planlaşdırır. Artıq ötən ilin avqust ayında dövlət başçısı tərəfindən təsdiqlənmiş "Kosmik sənayenin inkişaf Proqramı"na uyğun olaraq, hazırlıq işlərinə start verilib. Bu il proqramın icrası ilə bağlı bir sıra sənədlərin və hüquqi normativ bazanın yaradılması və bəzi avadanlıqların Azərbaycanda istehsalına başlanılması nəzərdə tutulur.
   
   Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyindən (MAKA) əldə etdiyi məlumata görə, artıq ötən ilin sonlarından dünyanın tanınmış şirkətlərinin layihələri və lisenziyası əsasında bir sıra avadanlıqların və texnologiyaların Azərbaycanda yığılması üçün danışıqlara start verilib. Danışıqlar müsbət nəticələnərsə, bu ilin ortalarından Azərbaycanda peyk qəbuledicilərinin və mikropeyklər üçün avadanlıqların istehsalına başlanacaq. İlk mərhələdə Azərbaycanda istehsal olunacaq avadanlıqlara VSAT və digər terminal stansiyaların element və hissələri, internet, direkt TV, GPS və s. olmaqla müxtəlif tipli və funksiyalı peyk qəbulediciləri daxildir. Artıq Agentlik Rusiyanın müvafiq qurumları ilə Kosmik Məlumatların Qəbuledici Kompleksi üçün avadanlıqların quraşdırılmasına dair də danışıqlara da başlayıb. Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında imzalanmış saziş çərçivəsində 2007-ci ilin əvvəlində MAKA-da "Uniscan-24" Kosmik Məlumatların Qəbuledici Kompleksi quraşdırılıb.
Oxunub: 158
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən hazırlanan çoxcildli universal Milli Ensiklopediyanın "A" hərfinə aid olan I və II cildləri nəşrə hazırlanıb. Bu barədə AMEA-ya istinadən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.
   
   Yaxın günlərdə I cild oxuculara təqdim ediləcək. "Şərq-Qərb" nəşriyyatında çap olunacaq ilk 25 min nüsxə pulsuz olaraq kitabxanalara və digər təşkilatlara paylanacaq. Kitabın abunə variantı (10 min nüsxə) isə Almaniyada nəşr olunacaq. 25 cilddə nəşrə hazırlanan Milli Ensiklopediyanın I cildinə 4281, II cildinə 4000 söz daxil edilib. Çoxcildli universal Milli Ensiklopediyanın üçüncü cildi üzərində paralel işlərin aparılması məqsədilə "B" hərfi ilə başlayan terminlərin ümumi sözlüyü hazırlanıb və redaksiyalar tərəfindən "B" hərfinə aid məqalələrin bir qismi tərtib edilib.
Oxunub: 179