Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
XRİSTİANLAR İKİNCİ BİR NATO YARADIR
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
DÜNYA DAĞILACAQ
Əsgər anası etiraz edir
Baş Prokurorluqda kollegiya iclası
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Müəllimlərlə məşğələlər keçiriləcək
Banklar niyə ipoteka kreditləri vermir?
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Ən təhlüükəli avtomobillər
Norveç nümayəndə heyəti Bakıdadır
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan səfirliyi etiraz etdi
Bir dəfəyə 18 qılınc uddu
SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Nobel mükafatçısı Britaniyaya qarşı
Mübariz Mənsimov: ""Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm"
Şahmatçılarımız erməni rəqiblə üz-üzə
QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Seçki məntəqəsində striptiz
Aygün Kazımova həbs olunub?
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
Röya: "Mən onlara insan kimi pis olmamışam"
GÜNÜN LƏTİFƏSİ
   
İlham Əliyev: "Bizim səbrimizin həddi var"
Azərbaycan prezidenti İlham Əliyev Euronews telekanalına müsahibə verib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi, danışıqların gedişi və perspektivi, regional və digər məsələlər barədə suallara cavab verib. Prezident Əliyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağa dair sülh danışıqlarına böyük ümidlər bəsləyir. "Çünki artıq neçə ildir ki, davam edən proses məhz sülh vasitəsilə həllə gətirməlidir. Lakin, əlbəttə ki, bu Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməyə və öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarmağa hazır olub-olmamağından asılı olacaq. Yalnız o halda sülhə nail olmaq olar", deyə prezident bildirib.
   
   İlham Əliyev əlavə edib ki, ATƏT Minsk Qrupu həmsədrlərinin təklifləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və bütün kommunikasiya xətlərinin açılmasına əsaslanır. Azərbaycan prezidenti həmçinin işğal olunmuş ərazilərin hərbi yolla qaytarılmasının Azərbaycanın müstəsna hüququ olduğunu və bu hüququn ona həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən verildiyini bildirib: "Biz Qarabağ münaqişəsinin daha 15 il dondurulmuş vəziyyətdə qalmasına imkan verə bilmərik. Buna son qoyulmalıdır. Biz buna sülh yolu ilə son qoymaq istəyirik və bu istiqamətdə işləyirik. Lakin eyni zamanda bizim səbrimizin həddi var. Ümid eləyirəm ki, artıq əldə olunmuş baza razılaşmaları və bu il razılaşdırmağı planlaşdırdığımız məqamlar münaqişəyə son qoyacaq və Qafqaza sülh gələcək".
   
   Eyni zamanda prezident Əliyev qeyd edib ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq və onun ayrılmasına gətirib çıxaracaq heç bir mexanizm və proseduraları qəbul etməyəcək: "Həll variantlarından biri vilayətə müvəqqəti status verilməsi ola bilər. Biz hamımız yan-yana yaşayırıq: Azərbaycanda ermənilər yaşayır, Ermənistanda azərbaycanlılar olub və keçmişdə bu sahədə heç bir problem yaşanmayıb. Ona görə də barışıq vacibdir: və ondan sonra əlbəttə ki, əlaqələr qurula bilər və son nəticədə Dağlıq Qarabağın statusu müəyyənləşə bilər".
   
   Türkiyə-Ermənistan yaxınlaşmasına toxunan İlham Əliyev bu yaxınlaşmanın Dağlıq Qarabağ prosesindəki tərəqqiylə uzlaşdırılmamağı halında münaqişənin sülh yolu ilə həll şanslarının azalacağını bəyan edib. "Bizim fikrimizcə, bu yalnız bölgədə əlavə çətinliklər gətirəcək. Ona görə də hesab edirəm ki, bizim qarşımızda indi unikal imkan açılır: hazırda davam edən Türkiyə-Ermənistan prosesinin fonunda biz Ermənistan-Azərbaycan danışıqlarında həlledici mərhələyə çatmışıq. Gəlin bu iki prosesin enerjisini birləşdirək. Onda bölgədəki heç bir ölkə özünü unudulmuş hiss etməyəcək və fikirləşməyəcək ki, onun milli maraqlarıyla hesablaşmırlar: Əks halda gərginlik qaçılmazdır", deyə dövlət başçısı qeyd edib.
   
   İlham Əliyevin sözlərinə görə, bəzən Azərbaycan beynəlxalq KİV-in və beynəlxalq hüquq-müdafiə qruplarının tamamilə əsassız, qərəzli tənqidi hücumların hədəfinə çevrilir. "Azərbaycanı qeyri-demokratik ölkə kimi göstərməyə yönəlmiş bütün bu cəhdlər qəbuledilməzdir", deyə prezident Əliyev bəyan edib.
   
   Söhbətin sonunda ölkənin demokratik inkişafı barədə suala cavab verən İlham Əliyev "Azərbaycanda demokratik prosesin çox aktiv getdiyini, lakin demokratiya meyarlarından öz şəxsi məqsədlərinə nail olmaq üçün istifadə olunmasının yolverilməz olduğunu" bəyan edib.
   
   
Oxunub: 113
Əhməd Davudoğludan xəbərdarlıq
"24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən protokolları təsdiqləyəcəyimizi gözləməsinlər"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsinə kəskin etirazını bildirib.
   
   APA-nın "Hürriyet" qəzetinə istinadən yaydığı məlumata görə, Ə. Davudoğlu ermənilərin saxta "soyqırım"ın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılmasının təsadüf olmadığını deyib.
   
   Münhendən qayıdarkən təyyarədə media mənsublarına açıqlama verən nazirin fikrincə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Serj Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırım" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb.
   
   Ə. Davudoğlu narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırdığını söyləyib: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi. Sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə erməni tərəfi konstruktiv mövqeyindən geri addım atdı. İndi də Amerika Konqresinə bu cür qərar layihəsi gətirilir. Bu üç olayın bir-birinin ardınca baş verməsi bizdə bunun təsadüf olmadığı qənaətini yaradır. Niyə bu layihə indi gündəmə gəlir? 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər. Bu layihənin gündəmə gətirilməsi nə ABŞ, nə Türkiyə, nə də Ermənistanın mənafeyinə uyğundur. Bu proses həm ABŞ-la ikitərəfli əlaqələrimizə, həm də böyük əziyyətlə bu səviyyəyə gətirdiyimiz Türkiyə-Ermənistan yaxınlaşması prosesinin tıxanmasına səbəb ola bilər. Vaşinqton bizim həssaslıq duyduğumuz məsələlərdə diqqətli olmalıdır".
   
   Qeyd edək ki, Nümayəndələr Palatasına təqdim edilmiş "soyqırım" layihəsinə 435 konqresmendən 137-si imza atıb. Layihə martın 4-də 46 üzvdən ibarət Xarici Əlaqələr Komitəsində səsə qoyulacaq. Layihə qəbul olunarsa, Nümayəndələr Palatasının gündəminə gətiriləcək.
   
   
Anar İsaoğlu
Oxunub: 116
İlham Əliyev Mənuçehr Mottəki ilə görüşdü
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Münhendə İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəki ilə görüşüb.
   
   APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional və digər məsələlər müzakirə edilib.
Oxunub: 110
Elxan Poluxov: "Azərbaycanın haqlı mövqeyini dəstəkləyən konqresmenlərin sayı artır"
Amerikalı konqresmen Mayk MakMahonun Azərbaycan üzrə İşçi Qrupuna qoşulması Azərbaycanın ABŞ-dakı səfirliyi və diasporunun birgə uğurudur. Bunu Milli.Az xəbər portalına açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.
   
   Onun sözlərinə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi və diaspor təşkilatlarının fəaliyyəti nəticəsində ABŞ-ın qanunverici orqanının üzvləri arasında Azərbaycanla bağlı daha dəqiq və obyektiv təsəvvür yaranır: "Reallıq Amerika konqresmenlərinin mövqeyində öz əksini tapmaqdadır. Bununla da Azərbaycanın haqlı mövqeyini dəstəkləyən konqresmenlərin sayı artır. Baxmayaraq ki, ermənilərdən fərqli olaraq, biz bu işləri o qədər də uzun müddət deyil aparırıq. Amma Azərbaycan kimi yeni müstəqillik qazanmış bir ölkə üzrə İşçi Qrupa 42 konqresmenin qoşulması kifayət qədər böyük göstəricidir".
   
   Xatırladaq ki, bu ilin əvvəlində konqresmen Robert Vekslerin istefasından sonra Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin sayı 41-ə enmişdi. Konqresmen Mak Mahonun İşçi Qrupuna qoşulması isə Qrupun üzvlərinin sayını yenidən 42-yə yüksəldib.
   
   
VÜSAL
Oxunub: 114
İran yenə Azərbaycan ərazisinə göz dikdi
Ərdəbildə təşkil olunacaq kofnransda Cənubi Azərbaycan "Aran" kimi əksini tapır
İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyininin təşəbbüsü ilə Ərdəbildə "Azərbaycan və Aranın öyrənilməsində mənbələrdəki problemlər" adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.
   
   Qaynar.info ekskluziv olaraq xəbər verir ki, qeyd olunan tədbir Ərdəbil Universitetinin böyük rəhbər administrasiyasının nümayəndəsinin və "Müasir İran tarixinin öyrənilməsi" İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Tədbirin təşkilatçıları tərəfindən internetdə yerləşdirilmiş məlumatda konfransın məqsədi kimi "qədim zamanlardan indiki vaxtadək Azərbaycan və "Aran" barədə dərc edilmiş ədəbiyyatın baxılması, Azərbaycan və "Aran"ın coğrafı məkanı, hər iki regionun dili və danışıq tərzi, xalqların dini (oda sitayişlik, islam, şiəlik, xristianlıq), "Aran" xalqları (talış, tat, ləzgi, avar və s.), hər iki regionun oxşar mədəniyyəti (novruz bayramı, adət ənənələri, dəfn mərasimləri və s.), "Aran"ın İrandan ayrılması üçün tarixin təhrif olunaraq nəzəriyyənin yaradılması və mədəni mühitin formalaşdırılması (sovet dövründə dinə münasibətin yoxlugu, şiəliyin azalması, fars dilinin tədricən məhdudlaşdırılması, yerli danışıq tərzlərinin zəifləməsi (talış, tat və s.), adların, terminlərin, yer adlarının dəyişdirilməsi), Azərbaycandakı xalqların kökü və etnoqrafiyanın öyrənilməsi, Azərbaycanın elmi ədəbiyyatında İran-Rusiya müharibəsi, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycanda və "Aran"da sosial-siyasi hərəkatlar, Arazın hər iki tərəfinin arxeoloji tapıntılarının eyniliyi" barədə müzakirələrin aparılmasının nəzərdə tutulması göstərilib.
   
   Qeyd olunanlardan konfransın ümumən ölkəmizə qarşı yönəlməsi məlum olur. Belə ki, konfransda müzakirə olunacaq yuxarıda qeyd olunmuş mövzularda tədbir təşkilatçıları cənubi Azərbaycanı "Aran" kimi qeyd edərək onu Azərbaycandan ayırır (qədim tarixlərdən indiki vaxtadək Azərbaycan və Aran barədə dərc edilmiş ədəbiyyatın baxılması, Azərbaycan və Aranın coğrafı məkanı, hər iki regionun dili və danışıq tərzi, xalqların dini), cənubi Azərbaycanın azərbaycanlılardan deyil, digər milli azlıqlardan ibarət olmasını (Aran xalqları (talış, tat, ləzgi, avar və s.)) və cənubi Azərbaycanın İranın torpağı olmasını (Aranın İrandan ayrılması üçün tarixin təhrif olunaraq bu istiqamətdə nəzəriyənin qurulması və mədəni irsin yaradılması) dolayısı ilə qeyd etməyə çalışırlar.
   
   Konfransda Azərbaycana aid məsələlərin müzakirə olunmasının nəzərdə tutulmasına baxmayaraq azərbaycanlı alimlərə və ziyalılara bu barədə müraciət edilməyib və onlar tədbirə dəvət olunmayıblar. Göstərilənlər İran İslam Respublikasının qədim cənubi Azərbaycan torpaqlarının özününküləşdirilməsi məqsədi ilə həmin ərazilərin İrana mənsub olması barədə dünya ictimayətinə həqiqətə uyğun olmayan məlumatlar çatdırması istiqamətində siyasət aparmasını təsdiq edir.
   
   
   
   
Anar
Oxunub: 123
Pənah Hüseynin təklifi müxalifətdə də keçmədi
Deputatın qəribə məntiqi: Demokratiya Uğurunda İttifaq müxalifətin birləşməsini istəməsin
Dünən Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.
   
   DUİ SŞ qar yağması nəticəsində baş verənləri biabırçılıq adlandırır və ölkənin əksər hissəsində yolların bağlanması, elektrik enerjisinin olmaması, Bakı şəhərində çörək təminatında fasilələr olmasını hakimiyyətin qışa hazır olmaması, dövlətin idarə olunmaması, rüşvət və korrupsiya nəticəsində hakimiyyət strukturlarının iflic vəziyyətə düşməsi ilə bağlayır.
   
   SŞ-nın yığıncağında Pənah Hüseyn DUİ-nin müxalifətin bir araya gəlməsi ilə bağlı təklifinin geri çəkilməsi təklifi ilə çıxış edib. Müzakirələr nəticəsində təklif qəbul edilməyib.
   
   SŞ DUİ-yə daxil olan partiyaların rəhbərliklərinin iştirakı ilə 2010-cu il parlament seçkilərində namizədlikləri müəyyənləşdirilmiş şəxslərin seçki dairələri üzrə siyahılanması ilə bağlı müşavirə keçirilməsi barədə qərar qəbul edib.
   
   DUİ SŞ KİV haqqında qanuna Azərbaycan prezidenti tərəfindən göndərilən dəyişikliklərin antidemokratik və bunun parlament seçkiləri öncəsi mətbuatın susdurulması istiqamətində növbəti addım kimi qiymələndirir.
   
   Toplantıda 15 fevral 2010-ci ildə saat 12-də KXCP-nin mənzil qərargahında keçiriləcək növbəti Qarabağ forumuna hazırlığın gedişi ciddi müzakirə olunub.
   
   Toplantıda DUİ -yə daxil olan 5 partiyanın - Klassik Xalq Cəbhəsi , Böyük Azərbaycan, Azadlıq, Xalq Azadlıq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
   
   
Anar
Oxunub: 115
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Azərbaycan və Ermənistan "Madrid prinsipləri"nin razılaşdırılmamış bəndləri üzrə təkliflərini hələlik vasitəçilərə təqdim etməyib. Bu barədə dünən APA-ya eksklüziv açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.
   
   "Regiona səfər planlaşdırırsınızmı" sualının cavabında diplomat tərəflərin təqdim edəcəyi təklifləri gözlədiklərini deyib: "Əvvəlcə tərəflərin təkliflərini alaq, sonra səfər barədə düşünərik".
Oxunub: 137
Ceyms Steynberq: "İki prinsipi bir araya gətirmək mümkündür"
ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq bildirib ki, Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyinetmə prinsipini bir araya gətirmək olar. "Əminəm ki, bu mümkündür", deyə Steynberq Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib. Jurnalistin "nə vaxt Qarabağ tərəfi danışıqlar prosesində birbaşa iştirak edəcək?" sualına isə Steynberq belə cavab verib: "Hazırda bizdə düzgün çərçivədir. Həmçinin düşünürəm ki, Minsk Qrupu prosesi effektivdir və bu yolla gedəcəyi təqdirdə düzgün olacaq". Steynberq qeyd edib ki, Amerika tərəfi Qarabağla bağlı danışıqlara çox böyük əhəmiyyət verir.
   
   "Düşünürəm ki, Dağlıq Qarabağ kimi çətin məsələlərdə əldə ediləcək irəliləyiş regionun bütün xalqlarının xeyrinə olar. Buna görə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ tərəflərə həll yolu tapmaqda kömək etmək üçün üzərinə götürdüyü öhdəliyə sadiq qalacaq".
   
   
V.Məmmədli
Oxunub: 122
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Gəncədə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Cozef Debono Qrex Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüblər.
   
   APA-nın Qərb bürosunun məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Andreas Herkel Azərbaycana səfəri çərçivəsində Gəncəyə gəldiyini bildirib: "Gəncə çox qürur duyulası tarixə malik olan qədim şəhərdir. Biz ona görə buraya səfər etmək qərarına gəlmişik. Biz hələlik yalnız şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmüşük. Sabah isə biz qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti üzvləri və müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirəcəyik. Səfərimiz haqqında ümumi nəticələri səfərin son günündə keçirəcəyimiz mətbuat konfransında açıqlayacağıq".
   
   Andreas Herkel Azərbaycan haqda hesabatın iyul ayında hazır olacağını güman etdiklərini bildirib: "Bu sənəddə ölkənin inkişafına və mövcud problemlərə dair məsələlərin öz əksini tapacağını bildirib: "Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, kütləvi informasiya vasitələrinin azadlığı sahəsində problemlərin olduğunu görürəm, amma digər problemlər də bu hesabatda əksini tapmış olacaq".
   
   Andreas Herkel görüşdən sonra Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. O həmçinin bu gün 2 saylı istintaq təcridxanasına baş çəkəcək, Gəncə şəhər prokurorluğunda və Apellyasiya Məhkəməsində olacaq.
Oxunub: 145