Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
XRİSTİANLAR İKİNCİ BİR NATO YARADIR
İŞIQLAR KEÇƏNDƏ MİLLƏTİMİZİN YEGANƏ TƏSƏLLİSİ O OLDU Kİ,
DÜNYA DAĞILACAQ
Əsgər anası etiraz edir
Baş Prokurorluqda kollegiya iclası
Yuri Merzlyakov: "Azərbaycan və Ermənistan təkliflərini hələ təqdim etməyib"
Müəllimlərlə məşğələlər keçiriləcək
Banklar niyə ipoteka kreditləri vermir?
Andreas Herkel: "Azərbaycanla bağlı hesabatın iyulda hazır olacağını güman edirik"
Ən təhlüükəli avtomobillər
Norveç nümayəndə heyəti Bakıdadır
10 ton yararsız ərzaq məhv edildi
Azərbaycan kosmik sənayeyə "maya qoyur"
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Milli Ensiklopediyanın I və II cildləri nəşrə hazırdır
Azərbaycan səfirliyi etiraz etdi
Bir dəfəyə 18 qılınc uddu
SEÇMƏ MƏRHƏLƏNİN PÜŞKÜ ATILDI
Nobel mükafatçısı Britaniyaya qarşı
Mübariz Mənsimov: ""Beşiktaş"a bir dünya ulduzu hədiyyə edəcəm"
Şahmatçılarımız erməni rəqiblə üz-üzə
QARTOPU OYUNU TOP OYUNUNU TƏXİRƏ SALDI
"Eurovision" təmsilçilərimizin səhhətində problemlər yarandı
Samira: "Sənətçilərə boş-boşuna verilən titullarla razı deyiləm"
Seçki məntəqəsində striptiz
Aygün Kazımova həbs olunub?
Pişik Günel: "Qardaşım mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir
Röya: "Mən onlara insan kimi pis olmamışam"
GÜNÜN LƏTİFƏSİ
   
"BU MİLLƏT QARATELİN QEYRƏTİNƏ AND İÇMƏLİDİR"
Bazar günü İctimai Televiziyanın "Səhər sovqatı" proqramında xalqımızın çox istedadlı şairi Məmməd İlqarı dinlədim. Çox gözəl şeirlərinə qulaq asdım, maraqlı fikirlərini eşitdim. Və Məmməd İlqar millətimizin XX əsrin sonlarındakı Tomrislərindən biri Qarateldən yanıqlı-yanıqlı danışdı. Təbii ki, oxucularımız Qarateli tanımırlar. Çünki o, nə şoumendi, nə yeni ulduzdu, nə köhnə ulduzdug Hardan tanısınlar? Qaratel erməni işğalçıları ilə son gülləsi qalana qədər vuruşan və sonda əsir düşəcəyini görüb özünü qumbara ilə partladan bir Türk qızıdı.
   
   Və Məmməd İlqar bir şeirində dedi:
   
   Qeyrətinə qurban olduğum bu millət
   
   Qaratelin qeyrətinə and içməlidir...
Oxunub: 253
20 YANVARDA DA İŞIQLARI SÖNMƏYƏN NƏŞRİYYATIN İŞIQLARI SÖNDÜ
Oxucular şənbə günü qəzet ala bilmədilər. Niyə? Burda "Azərbaycan" nəşriyyatı işçilərinin heç bir günahı yoxdu, çünki onlar elektrik enerjisi istehsal eləmirlər, qəzet-jurnal, kitab istehsal edirlər. Qəzetlər də ona görə nəşr olunmadı ki, nəşriyyatın elektrik enerjisi kəsilmişdi.
   
   Hətta 20 Yanvarda belə nəşriyyat işıqsız qalmamışdı.
   
   Təbii fəlakətdi, bunu başa düşürük. Hətta dünyanın ən sivil ölkələri təbii fəlakətdən sığortalanmayıb. Amma məsələ ondadır ki, nəşriyyat işıqsız qalanda Hüseyn Cavid prospektində, İnşaatçılar prospektində işıq vardı. Əgər enerji az idisə, həmin işığı kəsib nəşriyyata vermək mümkün idi.
   
   Hörmətli oxucular, günahı nə bizdə, nə də nəşriyyatda görün, günahı Bakımızın İşıq Allahı Baba Rzayevdə görün.
Oxunub: 245
CANIM AY HƏSƏNQULU
Dünənləri Herkel, yanında da adını bilmədiyim bir kərtənkələ gəldilər Azərbaycana, görsünlər burda insan haqları pozulur, yoxsa yox?
Oxunub: 230
Jurnalistika institutu yaranacaq?
Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcək.
   
   "Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yeni institutun yaradılmasına çox ehtiyac olduğundan, indi bu layihə ilə bağlı müzakirələr aparırıq", - Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
   
   Amaşovun sözlərinə görə, Azərbaycanda jurnalistika sahəsindəki problemlərə kompleks şəklində yanaşılmasa, ciddi uğurlar əldə etmək mümkün olmayacaq.
   
   "Mətbuatın iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Biz KİV-lərin reklamla bağlı problemlərinin həlli üçün də layihə hazırlayacağıq. Düşünürəm ki, xüsusən gənc jurnalistlərin peşəkarlığının artırılması məqsədilə də ayrıca layihə həyata keçirilməlidir", - Şura sədri əlavə edib.
   
   Onun fikrincə, jurnalistlərin bir hissəsi keçmiş SSRİ dövründə, bir hissəsi müstəqilliyimiz bərpa olunandan sonra təhsil alıblar. "Amma indi jurnalistika ilə məşğul olanların bir hissəsinin nəinki jurnalistika ixtisası üzrə, hətta humanitar fənlər üzrə təhsilləri yoxdur. Bunu nəzərə alaraq gənc jurnalistləri ixtisasartırma kurslarına cəlb etmək vacibdir", - o xatırladıb.
   
   Şura sədri deyib ki, layihə baş tutacağı halda jurnalistlərə 1 il, yaxud ilyarım təcrübəli mütəxəssislər ixtisasartırma ilə bağlı mühazirələr oxuyacaqlar.
   
   
   
   
Anar
Oxunub: 224
YIXILAN AYLARA KİMLƏR AĞLAR?
MƏZAHİR ƏHMƏDOĞLU
"Əlimi hara atıram... mövzu azadlığı !" adlı köşəmin sonluğu əslində belə bitməli idi: Onlardan biri də Mahir idi...
   
   ... Çünki arxivimin "Əsgər məktubları" bölməsində əlimə gələn fotolardan başqa birisindən onun uşaq qədər sadəlöhv, işıqlı və utancaq, həm də simpatik, bir az da niskilli baxışları süzülürdü. Fotoda da həyatdakı kimi görünmək, necə var, olduğu kimi "təsdiqlənmək" hər insanda bu qədər təbii və doğma alınmır. Götürüb bir xeyli baxıram. Özüm də həmin o şirin gənclik illərinə, dostluğu bir sevgi kimi yaşaya bildiyimiz qeyri-adi günlərə dönürəm. Tez-tələsik o biri fotoları da (əsgər məktubları ilə bağlı) nəzərdən keçirirəm ki, düşüncələrim, xəyallarım bir az yüngülləşsin, adiləşsin. Ancaq hisslərin, duyğuların sən arzuladığın rezeksiyası mümkün deyil. İstər gül qoxusun, istərsə də qançırlaşsın, zədələnmiş olsun. (Sən hansısa bir ruha əl toxundura bilərsənmi?)
   
   Yox, baxıb görürəm ki, bütün bunların da Mahirə dəxili yoxdur, heç yoxdur. Şəklini, məktublarını ən qaranlıq bir küncə də atsam, unutmaq istəsəm,bacarmaram. Həm də insafsızlıq olar. Bəzi laqeyidliklərin incimək məqamları da var. Ondan inciyə bilmirəm. O, saflığını,əxlaqını daha çox qoruyub saxlaya bilən dostlardandır.
   
   Mən elə buradaca qəti qərara gəlirəm ki, "Əsgər məktubları" mövzusunda üzərimə götürdüyüm öhdəliyə əməl etməyəcəyəm, bu mövzunu elə Mahirlə də qapadacağam.
   
   ... Mahirin əsgərlik fotosunun arxasını oxuyuram: "Heç vaxt unuda bilməyəcəyim ən istəkli dostum olan Məzahirə yadigar. M.Qarayev, 20 iyun, 77". On doqquz yaşlı bir gəncin özündən yeddi yaş böyük olan dostuna göndərdiyi əsgər məktubu, əsgər fotosu. Məktubları da çox yığcam olurdu. O mənə orada yazdığı şerlərini göndərirdi. Başqaları kimi "Generalın qızıyla gəzməsindən, generalın qızının ondan ötrü özünü öldürmək istəməsindən" və sair və ilaxir mövzulu orta statistik azərbaycanlı əsgərin nağıllarını uydurmurdu. "Payız köç düşübdür rus çöllərinə..." başlıqlı şerini oxuyanda necə sevinmişdim, necə fərəhlənmişdim...
   
   Biz səksəninci illərin sonunda Azərbaycan Yazıçılar İttifaqının Əli Kərimlə bağlı keçiriləcək tədbirlərin hazırlanmasına aid yaradılan komissiyada bir müddət birgə fəaliyyətimizdən sonra (Bakıda və Göyçayda), demək olar ki, heç ildə bir-iki dəfə də əməlli-başlı görüşə bilmədik. Təbii ki, mən onun haqqında maraqlandığım kimi, o da mənim yaşamımı, fəaliyyətimi izləmiş və bütün bunlar nadir hallarda rastlaşıb görüşərkən və ürək qızdırdığımız dostlarla salam göndərərkən öz səmimiliyini, doğmalığını həmişə qorumuşdur.
   
   Arxayınca görüşüb dərdləşmək məqamları son illər tamam yoxa çıxıb. Görün işin harasıdır ki, əsasən eyni şəhərdə yaşaya-yaşaya neçə müddətdir, təsadüfdən də rastlaşmırıq. Hərdən-hərdən telefon danışıqları, günü dəqiqləşdirilə bilinməyən görüş istəkləri ... vəssəlam. Bütün ağrı-acılarımıza baxmayaraq, şükür, sağ-salamatıq. Hərdən qismətimizə xoş günlər də düşür. Belə günlərdən biri keçən ilin elə bu vədələrində əldən-ələ keçərək və hər dəfə də kiminsə arxayınçılığından ünvanına ləngiyən üstündə kiçik məktub (yenə də kiçik məktub!) olan bağlamanın sevinci idi. Mahirin kiçik məktubu,bağlamada da 4 eyni kitab.İstedadlı, təvazökar, yüksək mədəniyyət və əxlaq sahibi olan dostum Mahirin ilk və son kitab adlandırdığı nəfis şəkilli "Tənhalıq" ! 2008-ci ilin sentyabrında çap olunan bu kitab haqqında, səhf etmirəmsə, 2 ay sonra xəbər tutsam da, mənə göndərilən aftoqraflı (biri) kitabları bir də fevralın ortalarında əldə etdim. Kitabda şerlərin, poetik silsilələrin-hekayələrin,tərcümələrin əksəriyyətini əvvəllər oxusam da yenidən "Tənhalıq"a qovuşdum. Baxmayaraq səhhətimdə çox mürəkkəb və anlaşılmaz dəyişmələr baş verirdi, öz-özümü də anlaya bilmirdim.Tezliklə ağır cərrahi əməliyyat olunacağım ağlıma gəlmirdi. Ancaq kitabı başdan-başa böyük zövqlə oxudum. Mahir bircə sözümdən də inanar. Ancaq qoy ikimizə məlum olan bir sirri açıqlayım ki, daha korrekt alınsın.
   
   Bəzi şerlər yenidən və çox uğurlu işlənərək çapa verilib. Məsələn, "Qaraçı qızı".
   
   Mahir N.Qarayevin "Tənhalıq" kitabı mənə böyük sevinc bəxş etməklə yanaşı, tələsik görüşməyə səslədi. Telefonla danışıb onu təbrik etdim. Məxsusi gün müəyyənləşdirməyə çalışdıq. Çünki bizim görüşümüzə güman ki, heç bir günün özü də bəs etməyəcəkdi. Mən ayrı bir məqsədimi qələm dostumuz Etibar Cəbrayıloğluna ehmalca bildirmişdim. O günlər Mahir yenidən "tapılmadı" və yenə də xeyli müddət keçəndən sonra biz telefonla danışıb həmin o görüş gününü "axtarmağa" yollandıq.
   
   ... Mahirin kitabında tərcümeyi -hala bənzər qovuşuq hisslər də var.Mahir məni bir neçə yerdə xatırlayır, bəzi qayğılarımdan söz açır.Bunların məhz bu yazıya bir elə dəxli yoxdur. Sadəcə dəqiqləşmə üçün yada salıram. Mahir yazır :... Məktəb komsomol komitəsinin katibi Məzahir Əhmədoğlu Şer yazdığımı bilib məni tapdı, mən də fürsəti qaçırmayıb "dərdimi" ona açdım. Məzahir bəy şerlərə baxıb redaksiyanın haqlı olduğunu bildirdi, di gəl o yazılarda nə tapdısa, elə o gündəncə başladı məni əməlli -başlı işlətməyə; onun xidmətiydi ki, üstündən heç bircə ay keçməmiş-1975-ci ilin martın 22-də həmin qəzetdə "Bir payız gecəsi" adlı ilk şerim çap olundu.
   
   Daha iki ay keçdi-qəzet "Sənsizlik" adlı ikinci şerimi çap edib son zəng ərəfəsində məni əməlli -başlı məşhurlaşdırdı.Və heç yadımdan çıxmaz ki, Məzahir bəy bildirdi ki, ədəbiyyat səhifəsi hazırlanarkən (O vaxtlar Göyçayda Əli Kərim poeziya klubu fəaliyyət göstərirdi, klubun fəxri sədri Rəsul Rza idi, təşkilati işləri mən aparırdım- M.Ə.), Rəsul Rza təsadüfən Göyçayda imiş; yazıları gözdən keçirib və mənim şeirimin üsütünə "Çox yaxşıdır!" sözlərini yazıb".
   
   Mahir Rəsul Rzanın xoş sözlər qeyd etdiyi həmin o əlyazmanı gedib redaksiyadan götürə bilməməyinin peşmançılığını çəkir. Deyəsən özü də ciddi şəkildə.
   
   Mahir, qardaşım, sənin o qürurlu əlyazman da, Ədalətin əlyazmaları da, burada adlarını çəkmədiyim və indi çox məşhur olmuş bəzi dostların ilk şerlərinin saralmış vərəqləri də məndədir. Mən onların hamısını saxlayıram. Çoxunda da böyük şairimiz Rəsul Rzanın qeydləri. Mən həmişə istedadlı gənclərin dövrü mətbuatda dərc olunması üçün bütün imkanlardan istifadə etməyə çalışmışam-sən ki bunu yaxşı bilirsən.
   
   Elə başa düşülməsin ki, mən bu yazıda Mahir Qarayevin "Tənhalıq"kitabı və ya "Əsgər məktubları" silsiləsindən ona aid olan bitkin bir söhbət açmaq istəyində olmuşam. Əsla belə deyil və son olaraq bunu duymaq da mümkündür. Onsuz da tanıyanlar, oxuyanlar bilir ki, Mahir gözəl şairdir, ziyalı insandır, şəxsən məni təəcübləndirə biləcək dərəcədə bənzərsiz tərcüməçidir. Mənsə bunları lap çoxdan bilirəm.
   
   Ancaq Mahir haqqında geniş söhbətə qayıdacağım da istisna deyil. Çünki başqa mətləblər də var.
MƏZAHİR ƏHMƏDOĞLU
Oxunub: 269
BƏYAZ İMTAHAN...
BİZ ONDAN YENƏ "KƏSİLDİK"...
Ölkənin bütün informasiya mənbələri hava məlumat bürosunun ölkə ərazisində havanın qəflətən kəskinləşəcəyi ilə bağlı xəbərləri yaymışdı. O da bildirilmişdi ki, bu kəskin soyuqlar bir neçə gün davam edəcək. Hamıya elə gəlirdi ki, yəqin aidiyyatı təşkilatlar bu xəbərdarlıqdan sonra az da olsa öz tədarüklərini görərlər. İnsanlara ona görə elə gəlirdi ki, "Azərenerji"də, rabitə sistemi də, nəqliyyat təssərüfatı da, "Azərsu" ASC də, çörək istehsalı ilə məşğul olan müəssisələr də... ümumiyyətlə bütün xidmət sahələri, kommunal xidmət təşkilatları bildirmişdilər ki, biz qışa hazırıq.
   
   Amma Bakı, eləcə də ölkənin əksər rayonları hər tərəfdən qarın və şaxtanın mühasirəsinə düşdü və ayın 5-6-da əsl cəhənnəm əzabını yaşadılar. İndi bu haqda yazmaq kimlərəsə qəribə görünə bilər, yəni toydan sonra nağara. Amma mən xidmət sahələrinin əksəriyyətinin insanları hansı vəziyyətə saldığını hər kəsə, hökumətin yuxarı çinli, səlahiyyət sahiblərinə duyurmaq istəyirəm. Qoy, bu gün öz vəzifə borcunu layiqincə yerinə yetirməyən təşkilatlardan hesab sorsunlar. Çünki bu çovğun heç də sonuncu deyil və yəqin ki, oxşar situasiyanı, yaxud bir az da ağırını bir də yaşaya bilərik.
   
   Gecə 4-dən başlayan çovğun getdikcə şiddətini artırdı. Və insanlar cümə günü yuxudan ayılanda artıq hər kəs özünü mühasirədə gördü. Bir sıra vacib avto-trasslar bağlandı. Şəhərin
   
   
   
   MARŞRUT SİSTEMİ
   
   
   
   iflic vəziyyətinə düşdü. Mərkəzin ətraf yaşayış məntəqələri ilə əlaqəsi kəsildi. Günəşli, Yeni Günəşli, Əhmədli, Sabunçu, Hövsan, Zığ, Türkan... qəsəbələrinə gedən yollar bağlandı. Səhər tezdən vacib işləri ardınca gedənlər və ya işdə olmaq məcburiyyətində qalanlardan çoxu günorta keçəndən sonra geri qayıda bilmirdilər. Hövsan yolunun üstündə keçilməz "sədd" yarandığından qəsəbəyə geri qayıdan maşınlar həmin dondurucu çovğunun altında batıb qalmışdılar.
   
   İnsanlar binaların bloklarına toplaşıb vəziyyətdən çıxış yolu arayırdı. Çünki kiminin övladı, kiminin qardaşı, kiminin həyat yoldaşı geri qayıtmırdı. Hövsan yolunun dəhşətindən necəsə xilas olub qayıdan tək-tük adamlar oranın vəziyyətini təsvir edəndə vəziyyət daha da gərginləşdi.
   
   
   
   MOBİL TELEFONLAR
   
   
   
   - nə Azərcell, nə də Bakcell işləmirdi. İnsanlar bunu bilsələr də "bəlkə birdən işlədi" ümidi ilə görəsən neçə dəfə yaxınlarının telefonuna zəng vurub üzüntü içərisində biri-birinə baxarmış. Heç cür anlaşılmır, əgər bu cür ekstremal şəraitdə bu mobil telefon sistemləri işləməyəcəksə, onda bu telefonlar nəyə və kimə lazımdı? Bəlkə hökumət həmin rabitə sistemlərindən ciddi hesabat tələb etsin. İki gün ərzində İnsanlara vurduqları mənəvi ziyanın kompensasiyasını ödətsin. Axı, bütün sivil ölkələrdə xidmət sahələri bu qaydalar əsasında işləyir. Məgər biz sivil ölkə deyilik? Amma dərd heç də mobil telefonlarla bitmirdi. Bir sıra yaşayış məntəqələrində şəhər telefonlarında da problem yaşandı. Hər dəfə işlərinin çox yaxşı qurulduğundan danışan
   
   "Azərenerji" çox bərbad vəziyyətdə işlədi. Əslində buna işləmək yox, işləməmək deyərlər. Ölkənin bu çovğunlu günlərində yüzlərlə yaşayış məntəqəsi - bir sıra Qərb rayonları, eləcə də Cənub bölgəsində Astara, Lənkəran, Masallı, Lerik rayonları elektrik enerjisiz qaldı. Paytaxtın Binə, Qala, Günəşli, Hövsan, Yeni Suraxanı, Mərdəkan, Suraxanı, Əhmədli, Sabunçu, Binəqədi (qismən), Zığ, Xətai (qismən) yaşayış massivlərində bir sutkadan çox elektrik enrjisi olmadı. Bəs deyirdilər yarımstansiyalar qurulub, köhnələri əsaslı təmir olunub? Hanı bəs?! Bəlkə bu stansiyaların, yarımstansiyaların üzərinə çəkilən ucuz "kraska"nı onlar əsaslı təmir hesab edirlər, hə?
   
   Həmin işıqsız günlərdə mən inanmıram ki, Bakı sakinlərindən kimsə yerli işıq idarələri və ya
   
   
   
   "Bakıelektrikşəbəkə"
   
   
   
   ilə əlaqə yaradıb nəyisə öyrənə bilib. Çünki bütün sutka boyu onların telefonları "zanit" göstərib. Şəxsən mən sayını-hesabını belə itirdiyim dəfə işıq idarələrinə, "Bakıelektrikşəbəkə"yə zəng vurdum. Axırda robot "xanım" mənə xəbərdarlıq etdi: ""Bakıelektrikşəbəkə"yə xoş gəlmisiniz. Amma iş vaxtı bitdiyi üçün"... bizə heç nə deyə biləməyəcəklər. Amma onların təbirincə işıqda QİSMƏN problemlər yaşanıb və guya onlar da bunu aradan qaldırmaqla məşğuldurlar. Elə mənim yuxarıda sadaladığım yaşayış massivlərində bir milyona yaxın əhalinin yaşadığını nəzərə alsaq bu "qismən" söhbəti heç uyğun gəlmir. Guya bütün ölkə zülmətə bürünməliymiş.
   
   Yeri gəlmişkən, birinci ABŞ-İraq müharibəsindəki situasiyanı xatırlayanda adam utanır. Həmin dövrdə Amerika hərbi aviasiyası Bağdadı saatlarla bombalayırdı, enerji qovşaqlarını sıradan çıxarırdı, amma hava hüçumu bitəndən iki-üç saat sonra şəhərin enerji təchizatı bərpa olunurdu. Bəs biz müharibə şəraitində yaşayan ölkə deyilik? Məgər Bakı bu dövlətin paytaxtı deyil? Yəni bir ölkənin baş şəhəri iki gün qar yağandan sonra da bu günə düşəcəksə, onda vay bizim halımıza. Ona görə vay halımıza ki, bir çox yerlərdə çörək problemi başladı. Bu qıtlığı ən çox Xətai, Yasamal, Sabunçu, Suraxanı... hiss etdi.
   
   Paytaxtımızın aeroportu işini dayandırdı. Avtomobil yolları bağlandı. Gəncədən çıxan bütün avtobus reysləri saxlandı. Evlərin su ilə təminatı həyata keçirilmədi. İnsanlar susuz qaldı... Çünki ölkə ərazisinə "çaşıb" 5-10 sm. qalınlığında qar yağmışdı.
   
   Amma etiraf etmək lazımdı ki, bu bəyaz imtahanda əhalini tək qoymayanlar da var idi. Və hamı onlara "halal olsun" deyirdi.
   
   
   
   FÖVQƏLADƏ HALLAR NAZİRLİYİnin
   
   
   
   yüksək səviyyəli işini dəyərləndirməmək ən azı insafsızlıq olar. Onlar bu ekstremal situasiyada ölkənin hər yerində idilər. Hövsan yolunda "ilişib" çətin vəziyyətdə qalan neçə-neçə vətəndaşımız məhz onların köməyi ilə çovğunun pəncəsindən qurtulublar. Bakı-Şamaxı yolunda, Bakı-Aeroport trassında, Qaradağ rayonu istiqamətində, Günəşlidə... yüzlərlə vətəndaş, yüzlərlə avtomobil məhz FHN-nin əməkdaşlarının yardımları ilə müvafiq məntəqələrə çatdırılıb. Yoxuşlarda, enişlərdə irəliləyə bilməyən maşınların qurtulması yalnız FHN-çilərin səyi nəticəsində mümkün olub. Təkcə Şamaxı yolunda batıb qalmış 80-dən çox avtomobili mənzil başına çatdırıblar.
   
   
   
   "AZƏRİQAZ"
   
   
   
   da həmçinin. Bu qurum da FHN kimi insanları bu bəyaz kabusla tək qoymadılar. Mənzillərdən mavi yanacağı əskik eləmədilər. Nə təzyiqi azaltdılar, nə də qazın nəqlinə bir dəqiqə belə ara verdilər. Məhz onların fəaliyyətinin nəticəsində əhali kəskin şaxtaların qurbanına çevrilmədi. (spesfik səbəblər ucbatından qazı olmayan sakinlər ola bilər). Qazla işləyən çörək sexləri əhaliyə çörək çatdırmağı bacardılar. Amma...
   
   Belə demək mümkündürsə, biz cəmi iki gün çəkən "bəyaz imtahan"dan kəsildik. Amma ümid edirik ki, hökumət bu imtahanın bərbad tərəflərini tezliklə aradan qaldıracaq. Və insanlar növbəti dəfələr bu bəyaz kabusla "əliyalın" üz-üzə qalmayacaq. Bu sonuncu qış deyil axı...
   
   
   
   
BABƏK YUSİFOĞLU babekyusifoqlu@rambler.ru
Oxunub: 296
Baş Prokurorluqda kollegiya iclası
Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2009-cu ildə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
   
   Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib. Kollegiya iclasında vurğulanıb ki, digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərən respublika prokurorluğu orqanları tərəfindən 2009-cu ildə dövlətçiliyin maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlər görülmüş, prokurorluğun müasir məzmunda hərtərəfli inkişafını təmin edəcək mütərəqqi islahatlar davam etdirilib.
   
   Kollegiya iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Milli Məclisinin "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" 17 mart 2009-cu il tarixli qərarının vaxtında və dürüst icrası istiqamətində zəruri tədbirlərin görüldüyü, o cümlədən dövlət ittihamçıları tərəfindən öyrənilməklə 8679 məhkum barəsində amnistiya qərarının tətbiqinə razılıq verildiyi diqqətə çatdırılıb.
   
   "Son dövrlərdə havaların soyuması ilə əlaqədar qazdan istifadənin intensivliyinin artdığı bir şəraitdə qaz istehlakçılarının müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi ilə nəticələnən hadisələrin sayı mütəmadi olaraq artmaqda davam edir".
   
   Kollegiyada qeyd olunub ki, bu məsələ ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılmış araşdırma nəticələrindən asılı olaraq, səlahiyyətləri dairəsində zəruri işlər görülməsi məqsədi ilə Dövlət Neft Şirkətinin "Azəriqaz " İstehsalat Birliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərilib. Nəticələr və görülmüş tədbirlər barədə baş nazir məlumatlandırılıb.
Oxunub: 253
ÇOVĞUN
Faiq QİSMƏTOĞLU
Qar yağanda və yolları buz bağlayanda təbii ki, magistral, eləcə də şəhərdaxili yollarda nəqliyyat vasitələrinin hərəkəti dəfələrlə çətinləşir. Biz bu barədə Bakıya ilk qar yağanda öz fikirlərimizi və düşüncələrimizi yazmışdıq. Yazmışdıq ki, qarlı və buzlu hava şəraitində təcrübəsiz sürücülər yola çıxmasınlar və həyatların təhlükə qarşısında qoymasınlar.
   
   Ancaq nə etmək olar ki, obyektiv və subyektiv səbəblər üzündən bir çox halda kimlərsə sükan arxasında əyləşmək istəyir, qarlı və buzlu yollarda nəqliyyat vasitələrini idarə etməyə səy göstərirlər. Bir çox halda ayrı-ayrı avtobus sürücülərini və sərnişin daşıyan digər nəqliyyat vasitələrini idarə edənləri heç də qınamaq olmaz. Çünki hava şəraitindən asılı olmayaraq, sərnişin daşıyan avtobus sürücüsü xəttə çıxmalı və sərnişinləri mənzil başına sağ-salamat aparmalıdırlar. Amma onların da bir günahı var ki, yollar qarlı və şaxtalı olanda nə avtomobillərin şinlərini dəyişirlər, nə də zəncirdən istifadə edirlər. Düzdür, bəzi hallarda ayrı-ayrı sürücülər ehtiyatlı tərpənərək nəqliyyat vasitələrinin təkərlərinə zəncir bağlamağı unutmurlar. Təbii ki, təkərlərində zəncir bağlanan avtobuslar və minik avtomobilləri qarlı, şaxtalı, buzlu yolları daha asanlıqla, təhlükəsiz qət edə bilir.
   
   Bölgələrə və Bakıya möhkəm qar yağarkən bir daha əmin olduq ki, nəinki ayrı-ayrı sürücülər, eləcə də yolları təmizləməli olan müxtəlif xidmət sahələri bu cür havaya heç də hazır deyilmiş. Hansı ki, hidrometroloqlar bir neçə gün əvvəl bölgələrdə, eləcə də Bakıda çovğunlu və qarlı hava şəraitinin olacağı barədə adiyyaitı təşkilatları xəbərdar eləmişdi. Bakıya və bölgələrə möhkəm qar yağdı, yollarsa keçilməz oldu.
   
   Ağsu aşırımlarında, Şamaxı yolunda və eyni zamanda Quba-Qusar yolunda yolların buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti iflic vəziyyətinə düşdü. Belə bir şəraitdə yolda nəqliyyat vasitələrini idarə etmək çox çətin və təhlükəli idi. Təbii ki, təhlükəli şəraitdə hər an avtomobillər toqquşa və yoldan çıxıb aşa bilər. Təəssüf ki, nə Ağsu, nə Şamaxı, nə də Quba-Qusar yol istismar idarələri hava şəraitini düzgün qiymətləndirib yolları vaxtında qardan təmizləyə, duzdan və qumdan istifadə edərək yolları aça bilməməmişdi. Yenə ümid qalmışdı gücləndirilmiş iş rejimində işləyən yol polislərinə. Qarlı-çovğunlu gunlərdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları istər Bakı şəhərində, istərsə də magistral yollarda nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edir, hətta maşınlar yoxuşları qalxarkən arxasından itələyirdilər. Bu cür hava şəraitində nəqliyyat vasitələrinin hərəkəti həddindən çox çətinləşmişdi. Birincisi ona görə ki, hər tərəf qarla örtülmüş və yollar buz bağlamışdı. Əlbəttə, ekstremal şəraitdə yol polsiləri bütün dövrlərdə öz işlərini yüksək məsuliyyət hissi ilə yerinə yetiriblər. Bölgələrə və Bakıya yağan son güclü qarsa bir daha digər xidmət sahələri ilə yanaşı, yol polisini də sınağa çəkdi. Bu sınaqdan demək olar ki, yol polisi üzü ağ çıxdı. Ona görə üzü ağ çıxdı ki, onlar hava şəratindən asılı olmayaraq, öz işlərini günün tələbləri səviyyəsində qurur və çətin vəziyyətdə necə işləməyin yolunu çox yaxşı bilirlər.
   
   Mürəkkəb hava şəraitində hərəkət edə bilməyən bir çox nəqliyyat vasitələri magistral yollarda xidmət aparan ayrı-ayrı tağımların postlarına gətirilib. Yol polisi əməkdaşlarının sürücülərə göstərdikləri köməkdən onların özləri və avtomobildə olan sərnişinlər də razılıq edirlər. Məsələn, Qaradağ istiqamətində hərəkət edən bir neçə fərdi avtomobil sahibləri deyirlər ki, möhkəm qarın yağması və çovğunun güclənməsi maşınımızın hərəkətini dayandırdı. Avtomobildən yerə düşə bilmirdik. Bu vaxt Yol Polisi Alayının 6-cı tağımının əməkdaşları polis serjantları - Rövşən Məmmədov, İdris Hüseynov və Vaqif Rəhimov bizə yaxınlaşaraq öz köməkliklərini göstərdilər. Maşınımızı postun yaxınlığındakı dayanacağa qoydular. Özümüzü isə postdakı otaqların birinə gətirərək orda yerləşdirdilər və bizə isti çay verdilər. Bundan sonra yavaş-yavaş özümüzə gəldik.
   
   Yol Patrul Xidməti Alayının Bakı-Quba yolunda xidmət aparan 1-ci tağımın əməkdaşları da qarlı və çovğunlu hava şəraitində sürücüləri, sərnişinləri gözləyən mövcud təhlükəni aradan qaldırıblar. Belə ki, həmin istiqamətdə hərəkət edən bir neçə avtomobil çovğuna duşərək yolda qalıb. Elə onlara ilk növbədə yardım göstərən 1-ci tağımın komandiri, polis mayoru Süleyman Süleymanov olub. Çovğunlu və qarlı günlərdə həmin istiqamətdə bir neçə avtomobil sürücüsü, eləcə də sərnişin 1-ci tağımın əməkdaşları tərəfindən xilas edilərək posta gətirilib. Sözümüzün canı odur ki, bir çoxlarımız qarlı və çovğunlu havada isti evimizdə qızına bilmədiyimiz anlarda yol polisləri şaxtalı və soyuq hava şəraitində iş başında olaraq insanları donmaq təhlükəsindən xilas edirdilər.
   
   Təəssüf ki, belə qarlı və şaxtalı havada yolda xidmət göstərməli olan yol istismar sahələri öz vəzifə borclarını yerinə yetirməkdə yenə həmişə olduğu kimi acizlik göstəriblər. Əgər qarlı və buzlu yollar vaxtında yol idarələri tərəfindən təmizlənsəydi, mənzil başına getmək istəyən sürücülər və sərnişinlər olmazın müsibətləri ilə qarşılaşmazdılar. Heç olmasa belə xidmət sahələri Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından nümunə götürməlidilər.
   
   Təsadüfi deyil ki, qarlı və çovğunlu havada yol polisi əməkdaşlarının müsbət işinin bəhrəsidir ki, həmin günlər ağır qəzalar və ölümlə nəticələnən hadisələr baş verməyib. Bütün bunlara görə çoxları yol polisinə minnətdar olmalıdır.
   
   Əlbəttə, hər bir xidmət sahəsi bu cür ekstremal şəraitə hazır olsa, hər hansı qarlı və çovğunlu havada insanlar min bir əziyyətlə üzləşməz və mənzil başına gedərkən həyəcanlı anlar yaşamazlar.
   
   
Faiq QİSMƏTOĞLU
Oxunub: 233
SINAN BUDAQLAR
Bu qar bir öözggəə qardı...
Əbülfət MƏDƏTOĞLU
Deməli, ilk dəfə idi ki, qarın günahı ucbatında "Azərbaycan" nəşriyyatında çap olunan qəzetlər şənbə saylarını oxuculara təqdim edə bilmədi və buna görə yəqin ki, oxucular bizi üzürlü sayar. Çünki qəzetimizin şənbə sayını böyük həvəslə gözləyən oxucuların telefon zəngləri istər-istəməz məni bu yazıyla onlara üzürxahlıq etməyə həvəsləndirdi. Və elə o həvəslə də başladım yazmağa.
   
   Deməli, gözümü açandan dağlıq şərait də yerləşən doğulduğum ərazidə qışda həmişə ləzzətli qar görmüşəm. Və görmüşəm ki, o dağlarda qarın hündürlüyü bəzən 80-100 sm. olubdu və biz də bundan nə qorxmuşuq, nə də narahat olmuşuq. Hətta qarın belə çox yağmağına sevinmişik. İnanmışıq ki, ruzi çox olacaq, əkin-biçinə qar öz ağ yorğanını çəkib onu yaza sağ-salamat çıxaracaq. Axı, obrazlı şəkildə qarı qışın yorğanı sayıblar, hətta şairlərimiz onu bu cür də vəsf ediblər.
   
   Hə, deməli dağlıq rayonlara, dağətəyi ərazilərə qar yağanda bu çox adi qarşılanıb, amma... Amma Bakıya son bir-iki qışdır ki, qar yağır, aləm qarışır bir-birinə. Başlayaq ağaclardan...
   
   Deməli, Bakının küçə və meydanlarında, ətək-ətək pul bahasına alınıb gətirilmiş, ağaclar qarın ağırlığına dözmədi. Bakıdakı ağacların bəziləri demək olar ki, ya kökündən qopdu, ya da budaqları qırılıb töküldü. Özü də əksəriyyəti də maşınların üzərinə. Bu da bahalı ağacların Bakıya verdiyi "töhfə".
   
   İndi gələk işığa, qaza, suya. Buradakı durumu da yəqin hamı bilir. Yazmağa zənnimcə ehtiyac yoxdu. Lakin həmin mənzərəni dağlıq rayonlarda gözünüzün önünə gətirin. Şəxsən mən özüm şahidi olmuşam. Qar nə qədər qalın yağır yağsın, meşə ağacları çox nadir hallarda qarın ağırlığından qırılardı, çox nadir hallarda evlərin istisi, suyu qəhətə çəkilərdi. Hər kəsin də əlinin altında neft lampası ehtiyatda dayanardı. Hətta telefonu götürüb hara zəng vursan, mütləq telefona cavab verərdilər. Amma Bakıda tərsinə oldu.
   
   Bakıda ağaclar qol-budaq oldu... Bakıda işıq, su, rabitə problemə çevrildi... Nəqliyyat fəaliyyətindən qaldı... və ən vacibi Bakıda məmurların hamısının telefonu məşğul idi. Nə vaxt zəng vururdun, kimsə telefonu qaldırmırdı. Çünki dəstəyin o biri başında kimsə kiminləsə danışırdı...
   
   Mən ha fikirləşdim, əvvəl bir qərara gələ bilmədim. Sonra ağlıma gələn bu oldu ki, bunun səbəbi Bakıdakı məmurların qışa dözümsüzlüyü, hazırlıqsız olmasıdı. Heyf deyil, rayon rəhbərləri, rayon məmurları. Allah kömək olmuşlar qar yağdı, çovğun oldu dəxli yoxdu, öz işlərini görürlər, göstərişlərini verirlər, nəzarətlərini edirlər. Hərə də imkanı daxilində işin qulpundan tutur. Baş verən fəsadları bir günə də olmasa, iki günə aradan qaldırırlar. Nə heç kim səbirsiz olmur, nə də heç kim telefonunu yalandan məşğul eləmir. Uzaq başı telefonda bircə kəlmə söz eşidirsən:
   
   - Bəli, bilirik, məşğuluq, tədbir görürük!
   
   Bakıda isə nə "bəli" deyən var, nə "məşğuluq" deyən, nə də "tədbir görürük" deyən. Mənə elə gəlir ki, qış aylarında rayon rəhbərlərini Bakıya ezam eləmək lazımdı. Bakını qışdan çıxarsınlar. Özü də heç bir problemsiz. Bax, onda özünüz görəcəksiniz ki, mən şahidi olduğum həqiqəti sizə çatdırmışam. İnanmırsınız Lerikin, Yardımlının, Gədəbəyin, Şamaxının və digər dağlıq rayonların rəhbərləri ilə əlaqə saxlayın. Görün onlar qışı necə uğurla "yola verirlər".
   
   Deməli, Bakının bu qarı da bir çox mövzuları gündəmdən çıxarıb, adamları bir az siyasətdən uzaqlaşdırdı. Gündəm, güzəran, məişət keçdi birinci sıraya. Elə mən də həmin o birinci sırada olan məsələri müşahidə etdiyim üçün fikirləşdim ki, mütləq bu qarla bağlı konkret təkliflər irəli sürmək lazımdır. Bilmək olmaz, qar bir də təkrar olunar... Onda tədbir görmək məsələsində gecikərik. Amma o da həqiqtədir ki, biz gecikməyə adət etmişik.
Əbülfət MƏDƏTOĞLU abulfatmadatoglu@adalet-az.com
Oxunub: 236
Norveç nümayəndə heyəti Bakıdadır
Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Azərbaycana səfərə gəlib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, norveçli nazir dünən Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Knut Storberget ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.
   
   Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən F. Məmmədov iki ölkənin ədliyyə nazirlikləri arasında əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Azərbaycan və Norveç arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən Knut Storberget səfərindən məmnun qaldığını vurğulamış, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə əldə olunmuş nailiyyətləri təqdir edib.
   
   Tərkibində nazir müavini və nazirliyin baş katibi olan nümayəndə heyəti Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, Azərbaycan-Norveç münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olublar. Görüşdə Norveç Krallığının Azərbaycandakı səfiri də iştirak edib. Daha sonra norveçli nazir Azərbaycanın penitensiar sahədə aparılan islahatları ilə yaxından tanış olmaq üçün yeni Bakı istintaq təcridxanasına baş çəkib.
Oxunub: 266
SƏHİYYƏ, YOXSA SƏHVİYYƏ?
Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm bir gün soruşdu ki, ay bala, bu doxdurxanaların gül kimi adı var, ona niyə səhviyyə deyirlər ki...
Oqtay Salamov
Dünən Moskvadan bir verilşdə bir zabitin xəstəxanada SPİD-ə yoluxmağından danışırdılar. Appendikslə xəstəxanaya aparırlar, əməliyyatdan sonra özünü çox pis hiss eləyir, nə qədər çağırırsa tibb personalından yanına gələn olmur, axırda səsinə bezib gələn bir tibb bacısı zabitin ölüm ayağında olduğunu görür, təzədən əməliyyat stoluna qaldıranda məlum olur ki, daxili qanaxma nəticəsində adam o dünyanın lap astanasındadır. Sözsüz ki, xəstəxanada qan olmur, zabitin xidmət elədiyi hərbi hissədən bir neçə əsgəri gətirilər, onlardan qan alaraq birbaşa zabitə köçürürlər. Sonra məlum olur ki, əsgərlərin ikisində hepatit, birində isə SPİD var imiş... Söhbəti uzatmayım, müzakirə zamanı bir rus deputatı dedi ki, səhiyyə işçilərinin indiki maaşları ilə xəstəxanalara müraciət eləmək təhlükəlidir.
   
   Bu il yanvarın 20-də, əhalinin Şəhidlər xiyabanını ziyarəti vaxtı bir nəfərin ürək tutmasından elə oradaca, Xiyabanın qarşısında vəfat elədiyini xəbər verdilər. Guya təcili yardımın köməyi nəticəsiz olub və adam dünyasını dəyişib. Bu sonrakı xəbərlər idi. Hadisə vaxtı isə operativ xəbərdə deyildi ki, təcili yardım ilk köməklikdən sonra xəstəni yaxınlıqdakı Klinik xəstəxanaya aparıb və adam orada keçinib. Ola bilsin ki, o rəhmətliyinki orayacanmış. Amma uzun müddət həmin xəstəxananın pasiyenti olduğum və dəfələrlə şahidi olduğum üçün oradakı qaydaları söyləyim: Xəstənin hansı ağır vəziyyətdə olmasından asılı olmayaraq, lap gözlərinin qabağında qan aparıb ölsə belə, əməliyyatın pulu keçirilməsə ona yaxın gəlməyəcəklər. Və mən boynuma babal götürməkdən qətiyyən qorxmadan, əminliklə deyirəm ki, o gün həmin adam pulu çatdırılmadığından, həkimlərin ona baxmadığından ölüb. Adını çəkib çörəyinə bais olmaq istəmədiyim bir həkim danışır ki, iş yoldaşlarımızdan birini yolda maşın vurmuşdu. Gətirdilər bizim xəstəxanaya. Qan itirirdi, təcili əməliyyat olunmalı idi. Rəhbərlikdən tapşırıq gəldi ki, pulu ödənilməmiş əməliyyata başlamayın. Deyir biz həkimlər, tibb bacıları zamin durduq ki, pulunu verəcək, əməliyyat edək. Razılaşmadılar. Onda 20-ə qədər adam yazılı vəd verdik ki, əgər pulu verməsə bizim əməkhaqlarımızdan tutarsınız. Onda razılaşdılar və adam ölümdən qurtardı. Bu həmin xəstəxanada işləyən adamdır. Küçədən aparılan adama kim zamin duracaq?..
   
   Mənim Mərkəzi Klinik xəstəxanada yatmağım millət vəkili Elmira Axundovanın xoşuna gəlməmişdi. Demişdi ki, adi jurnalist niyə dövlət xəstəxanalarından birində pulsuz müalicə olunmur ki? Bir dəfə yazmışdım, bir də təkrar edim ki, mən həmin xəstəxanaya qədər ən ucuzlu (pulsuz yox a) dövlət xəstəxanası sayılan "kəndçi bolnisası"nda ( 4 saylı xəstəxana) 4 gün reanimasiyada qalandan, "Semaşko", "Respublikanski" xəstəxanalarında qəbul edilməyəndən sonra ölməmək üçün Mərkəzi Klinik Xəstəxanaya aparılmağa məcbur olmuşdum. Sağ olsunlar, Allahdan aşağı oranın həkimlərinin sayəsində indi bu yazını yazmağa əlim tutur. Özü də ginekoloqdan başqa demək olar ki, bütün həkimləri üstümə çağırıblar. Hamısının da xidmətinin haqqı işlənib və qəpiyinə qədər ödənilib. Tələffüzü çətin olan qastroentomoloq da, UZİ və rentgen həkimləri aparatları ilə, dializ, psixoloq, endokrinoloq, terapevt, ürək-damar cərrahları, travmotoloqlar, müxtəlif laboratoriyaların həkimləri, reanimatoloqlar, anestezioloqlar və peşə adlarını unutduğum daha hansı həkimlərin qəbulunda olmadım...
   
   Sığortalı gələnlərə nələr "oformit" eləmirlər, ilahi... Sığorta demişkən, xəstəxananın işçiləri sığortalı sayılırlar. Amma pulsuz təkcə rentgen oluna bilərlər. Bir həkim and içir ki, adi kompüter tomoqrafiyasından keçməyimizə görə pul ödəməliyik. Amma elə həmin həkim gecə qolum altımda qaldığından ağrıdığı üçün məni rentgen çəkilişinə göndərmək istəyirdi, ilk və yeganə dəfə etiraz elədim ki, əlavə pul vermək istəmirəm...
   
   Bəli, yeni səhiyyə müəssisələri tikilir, olanlar təmir olunur, müasir avadanlıqlar gətirilir, xaricdə təhsil almış həkimlər gəlir (?- özümüzünkülərə it dəyib? Belə çıxır ki, dəyib, özümüzünküləri kəndlərə göndərirlər, onların da getdikləri yerdə ilk tanış və dost olduqları kəndin mollası olur, ikisi bir yerdə kənd qəbiristanlığını əməllicə genişləndirirlər)... Amma bütün bunlar adi vətəndaş üçün əlçatmazdı. Nə qədər raportlar versək də, tərifləsək də, bəzəsək də... adi vətəndaş ancaq az pulla poliklinikalarda məsləhət ala bilərlər. Pulsuz yox, nisbətən az pulla...
   
   Əgər Moskvada, deputat tibb işçilərinin indiki maaşları ilə xəstəxanaların təhlükəli bir yer olduğunu etiraf edirsə, gör bizdə əslində vəziyyət necədir. Amma raportlara baxın, hesabatlara baxın, təzə istifadəyə verilmiş müəssisələri görmürsünüz? Bəs onda bütün bunlar kimin üçündü? Amma ziyan yoxdu, hər şeyi Avropa standartlarına uyğunlaşdıraq, sonra sağ qalan olsa onların da maaşlarını, tibbi sığortalarını standartlarla verərlər. Onda sıfırdan başlamayacaqlar ki, bina var, avadanlıq var, xaricdə oxumuş həkim var, adi adam da adam kimi yaşayır. Daha onun müalicəsi niyə mümkünsüz olsun ki...
   
   Ölübsə, Allah sizin də nənənizə rəhmət eləsin, nənəm rəhmətlik düz deyirmiş, indiki səhiyyə döyül, səhviyyədi. Bacaran canını saxlasın... Yazını bəd notlarla bitirməyim deyən, sonda bir yumor parçası: Həkimlərin tətili davam edir. Artıq ilk nəticələr də əldə edilib, ölüm halları 20 faiz azalıb!..
   
   
   
   
Oqtay Salamov
Oxunub: 270
Əli Abbasov Belarus nümayəndə heyəti ilə görüşdü
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dünən Belarusun Yüksək Texnologiyalar Parkının (YTP) və Dövlət İnformatika və Radioelektronika Universitetinin rəhbərləri ilə görüşüb.
   
   RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov "APA-Economics"ə bildirib ki, Bakıda keçiriləcək İKT sahəsində I Azərbaycan-Belarus biznes forumunda iştirak etmək məqsədilə Belarus nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan Belarus YTP-nin direktoru Valeri Sepkalo ilə görüşdə nazir forumun iki ölkə arasında İT sahəsində əməkdaşlığa yeni təkan verəcəyini və münasibətləri daha yüksək səviyyəyə çatdıracağını bildirib. Ə.Abbasov qonağa son illər Azərbaycanın İKT sahəsindəki uğurlarından danışıb və dünyada maliyyə böhranı ilə yadda qalacaq 2009-cu ildə Azərbaycan iqtisadiyyatının, xüsusən də İKT sahəsinin stabil artım nümayiş etdirdiyini xüsusi vurğulayıb. Nazir qeyd edib ki, son illər ərzində Azərbaycanın İKT sahəsi ümumdünya artım tempini bir neçə dəfə geridə qoya bilib.
   
   Öz növbəsində V.Sepkalo Ə.Abbasova YTP layihəsi barədə ətraflı məlumat verərək qeyd edib ki, Belarus bu istiqamətdəki təcrübəsi ilə bölüşməyə hazırdır. Qonaq Azərbaycan və Belarus arasında İKT sahəsi üzrə əməkdaşlığın möhkəmləndiriləcəyinə və gələcək inkişafına əminliyini bildirib.
   
   Dünən Əli Abbasov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin (DİRU) rektoru Mixail Batura ilə də görüşüb.
Oxunub: 256
XAQANİDƏN ÜZÜ BƏRİ...
Professor Xalid Əlimirzəyev klassiklərimzin ideal və poetik sənət dünyasını araşdırıb
Etibar CƏBRAYILOĞLU
"Elm və Təhsil" nəşriyyatının ədəbiyyatsevərlərə, oxuculara dəyərli hədiyyəsi var. Söhbət bu yaxınlarda işıq üzü görən "Klassiklərimizin ideal və poetik sənət dünyası" kitabından gedir. İki cilddə hazırlanan bu kitabı professor Xalid Əlimirzəyev yazıb.
   
   
   
   Zəruri olmayan giriş
   
   
   
   Xalid Əlimirzəyev görkəmli alim, dəyərli ziyalı kimi tanınır. Bu kitab imzası həmişə axtarılan müəllifin nə birinci kitabıdı, nə də onuncu. Ona görə də bu yazının girişinə bəlkə heç zərurət də yox idi.
   
   50 ildən çoxdu ki, elmimizin, ədəbiyyatımızın sözün həqiqi mənasında qeyrətini çəkən Xalid Əlimirzəyev "Cəlil Məmmədquluzadənin tənqidi görüşləri" mövzusunda namizədlik, "Cəlil Məmmədquluzadənin dramaturgiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bir zamanlar tələbə kimi əyləşdiyi Bakı Dövlət Universitetinin auditoriyalarına idni alim kimi daxil olur. 1973-cü ildən bu günə kimi ali təhsilimizin flaqmanı sayılan BDU-nun Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasının professorudu, onlarca kitabın, 500-dən çox elmi məqalənin müəllifidi. Tanınmış alimin çoxsaylı tələbələri sırasında olmasam da, şəxsi görüşlərimizdə, söhbətlərimizdə Xalid müəllimdən çox dəyərli fikirlər öyrənmişəm. Ona görə də Xalid Əlimirzəyevin imzası ilə çap olunan elmi və bədii əsərləri maraqla izləyir, həvəslə oxuyuram.
   
   Yeri gəlmişkən, Yazıçılar Birliyinin sıravi üzvü kimi Xalid Əlimirzəyevin qələmindən bədii əsərlər də çıxır. "Bələdçi" kitabı müəllifin yazıçılıq məharətinə əsl bələdçilik edə bilər. "Bələdçi" povesti, "Peşmançılıq", "İztirabın sonu", "Məhəbbət sorağında", "Qoşa məzar", "Qərib adam" və başqa hekayələri oxucu rəğbəti qazanıb. Xalid Əlimirzəyevin yazdığı pyeslər Akademik Milli Dram Teatrı da daxil olmaqla müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub.
   
   
   
   Mücahidin yeni əsəri
   
   
   
   Görkəmli alimin bədii əsərləri başqa bir yazının mövzusudu. Vəd etdiyim kimi bu dəfə Xalid Əlimirzəyevin "Klassiklərimizin ideal və poetik sənət dünyası" ikicildliyi barədə danışacam.
   
   Xalid müəllim ahıl yaşında da əsl gənclik enerjisi ilə çalışır. Təsadüfi deyil ki, son illər tanınmış alimin "M.F.Axundovun ideal və sənət dünyası", "Mənəvi borc" (Mir Cəlal haqqında xatirələr), "Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları" kitabları oxuculara, ədəbiyyatsevərlərə təqdim olunub. Belə görünür ki, görkəmli alim Mir Cəlal haqlı imiş. Hələ 1972-ci ildə özünün "Şəfəqdən qalxanlar" kitabını keçmiş tələbəsi, alim dostu Xalid Əlimirzəyevə bağışlarkən maraqlı avtoqraf yazıb: "İstedadlı alim dostum, ədəbiyyat cəbhəsinin fəal və qeyrətli mücahidi Xalid müəllim üçün kiçik xatirə!".
   
   Xalid Əlimirzəyevin yeni nəşrə hazırladığı ikicildlik "Klassiklərimizin ideal və poetik sənət dünyası" monorafiaysının elmi redaktoru MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyevdi. Tanınmış professorlar Tofiq Hüseynoğlu, Vaqif Sultanlı və Sənan İbrahimov kitaba rəy veriblər.
   
   "Ön söz əvəzi"nin müəllifi çox haqlı olaraq qeyd edir ki, xalqımızın ədəbi və tükənməz mənəvi sərvəti olan ədəbiyyat hələ XII əsrdən başlayaraq bəşəri məzmununa görə, dünya ədəbi-ictimai fikir tarixinə daxil olub, onun ən güclü, orijinal qollarından biri kimi yaşayıb, inkişaf etmiş, sənət aləminə Xaqani, Nizami, Füzuli, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun kimi nəhəng söz korifeyləri bəxş edib: "Bizim böyük əbədiyyatımız təkcə əbədi hadisə, sırf bədii təxəyyülün nişanəsi olaraq qalmır. O, yüksək poetik istedadın, bədii idrakın məhsulu olmaqla yanaşı, həm də dərin elmi- fəlsəfi təfəkkürün, elmi idarkın məhsuludu. Təsadüfi deyildi ki, Füzuli vaxtı ilə bu həqiqəti etiraf edərək yazırdı: "Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur"... Monoqrafiya müəllifi adları çəkilən sənətkarların bədii əsərləri ilə yanaşı, həm də onların söz və sənət, yaradıcılıq qanunları haqqındakı fikir və mülahizələrinin, elmi-nəzəri görüşlərinin təhlilinə xüsusi yer ayırıb".
   
   "Klassiklərimizin ideal və poetik sənət dünyası" ikicildliyində Xaqanidən başlayaraq ötən əsrdə yaşamış görkəmli şair, yazıçı və alimlərimizin yaradıcılığ ətraflı təhlil olunur. "Nizaminin poetik görüşləri", "Füzuli poeziyasında dünyəvilik", "Vaqif poeziyasının lirik qəhrəmanı", "M.F.Axundovun şəxsiyyəti, ədəbi, ictimai-fəlsəfi görüşləri", "C.Məmmədquluzadə dramaturgiyasının sənətkarlıq xüsusiyyətləri", "Sabir satiralarında müsbət ideal", "H.Cavid dramaturgiyasında ictimai-estetik ideal və məhəbbət fəlsəfəsi", "C.Cabbarlı dramaturgiyasında ideal və romantik qəhrəman", "S.Vurğunun ədəbi-nəzəri görüşləri" və başqa bölümlər maraqla oxunur. Sadə dildə yazıldığından ikicildlik təkcə ədəbiyyat mütəxəssislərinin deyil, sıravi oxucuların da rəğbətini qazanacaq.
   
   
   
   Nikbin sonluq
   
   
   
   Xalid Əlimirzəyevin qələmə aldığı bu ikicildlik bir məsələyə görə də əlamətdar hadisə sayıla bilər. Hər iki kitab ziyalı iş adamları Seyid Sabiroğlunun və Maarif Qurbanoğlunun maddi-mənəvi dəstəyi ilə işıq üzü görüb. Müəllif səbəbkarlara təşəkkürünü belə bildirir: "Qoy Tanrı müxtəlif peşə sahibi olmasına baxmayaraq, Azərbaycan ədəbiyyatını, klassik irsimizi, mədəniyyətimizi ürəkdən sevən, onun öyrənilməsi, geniş intişarı üçün təmənnasız qayğı, böyük vətəndaşlıq qeyrəti göstərən ziyalı iş adamlarımıza əbədi yar olsun!".
   
   Tanrı alimin dualarını eşitsin!.
   
   
Etibar CƏBRAYILOĞLU
Oxunub: 264
Azərbaycan səfirliyi etiraz etdi
ABŞ-ın "Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyinin müvafiq göstərişi əsasında Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib, həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib.
   
   Cavab məktubunda R. Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlər görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.
Oxunub: 273
GÜNÜN LƏTİFƏSİ
Bakıdakı yataqxanaların birində məskunlaşan on nəfərdən ibarət ailəsi olan ağdamlının mənzilinə telefon açılır.
   
   - Xoşbəxt burda yaşayır?
   
   - Xoşbəxtin harda yaşadığını bilmirəm, amma burda on bədbəxt yaşayır.
Oxunub: 262