İnternetin depressiyaya
səbəb olduğu təsdiqləndi
İnternetdən çox istifadə ilə dərin depressiya arasında əlaqə var. Bu nəticəyə İngiltərədə aparılan araşdırmadan sonra gəlinib. "Leeds" Universitetində aparılan təcrübədə 1319 nəfər iştirak edib.
Onlardan 1,2 faizinin daim internet istifadəçi olduğu və məhz onların əksəriyyətinin dərin depressiyaya düşdüyü müəyyən edilib. Amma mütəxəssislər onların hansının digərinə səbəb olduğunu hələlik dəqiqi tapa bilməyiblər.
Araşdırmaya rəhbərlik edən Katriona Morrisonun sözlərinə görə, internet modern həyatda önəmli rol oynayır. Amma onun zərəri də çoxdur. "Bir çoxumuz internetlə hesablarımızı ödəmək, email yazışmalar, alış-veriş etmək üçün istifadə edirik. Amma bütün bunları həyata keçirərkən nə qədər vaxt itirdiyimizin fərqinə varmırıq. Tədricən həyatımızda önəmli yer tutan bəzi şeylərdən isə uzaqlaşmış oluruq".