Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏN BİR XAHİŞ
DÜZ QƏRARDI, AMMA BİR AZ GEC QƏRARDI
Prezident sərəncam imzalayıb
Mahmud Məmmədquliyev: "İqtisadi Əməkdaşlıq Təşkilatı səmərəliliyi artırmalıdır"
Medvedev Polad Bülbüloğlunu təbrik etdi
"Aqo"nun formatı dəyişdirilə bilər
Səhiyyə nazirlərinin iclası keçirildi
Ərdoğana Peyğəmbər dedi, Allah cəzasını verdi
Valyuta ehtiyatımız azalıb
İSMAYIL HƏSƏNOVA "NOBEL" MÜKAFATI VERİLƏCƏKMİ?!
MM-in növbəti iclasının vaxtı bəlli oldu
Hökumətlərarası biznes-forumu keçiriləcək
NİZAMİ CƏFƏROV NIYƏ" SOYADINI DƏYİŞMİR?
BAŞ KONSUL JURNALİSTLƏRİN ÖDÜLÜNƏ LAYİQ GÖRÜLDÜ
Suyun keyfiyyəti getdikcə pisləşir
DİNİ İCMALAR YENƏ HƏDƏFDƏ
Xəzərdə zəlzələ təhlükəsi
İnternetin depressiyaya səbəb olduğu təsdiqləndi
Burak Özügərgin: "Bütün çarxlar eyni anda hərəkətə gəlməsə, Qafqazda sülh və sabitlik yaranmayacaq"
Rəsmi Tehran "Nabucco"ya maraq göstərir
MƏHKƏMƏ- HÜQUQ ŞURASINDA
BLEF, YOXSA...
MÜASİR MUSİQİMİZ YENİ VƏ DOĞMA KANALDA
Qırğızıstan nümayəndə heyəti Qubada oldu
Qar yağacaq, çovğun olacaq
Bolqarıstan Nabucco ilə bağlı sazişi təsdiqlədi
ÖTƏN GÜNLƏR BİR NAĞILDI...
Ağalar Bayramov: "İndi qatığı öz rəngində görən şairlər çox azdır"
""FƏRİD MANSUROV VƏ ZƏLİMXAN HÜSEYNOV DÜNYANIN ƏN GÜCLÜ GÜLƏŞÇİLƏRİ SEÇİLİB""
AYDI, GÜNDÜ, GƏLİR-GEDİR ÖMÜRDƏN, TƏLƏSİRİK GÖRƏK "KURTLAR VADİSİ"NƏ NƏ QALDI?
Ayan: "Şəxsiyyətimi təsdiq edən bütün sənədlərdə milliyyətim azərbaycanlıdır"
Rəqsanənin borcu tükənmir
Aygünün fanatları arasında müharibə
Adil Kərimli: "Bizim əvvəlcədən kimisə göndərmək məqsədimiz olsaydı, o zaman heç milli seçim keçirməzdik"
Pikassonun daha bir əsəri rekord qiymətə satıldı
Xəyyam Nissanov ABŞ-dan qayıtdı
Pişik Günel: "Nə sponsorum, nə də pulum var"
GÜNÜN LƏTİFƏSİ
   
UTANIM YERİNƏ, AY TÜRKİYƏ!
(İran kosmosa canlı göndərdi)

Evdə 8 uşaq olmuşuq. Amma çox qəribədi ki, atam yalnız mənimlə ilgilənib. Hərçənd ki, böyüyəndə gördüm ki, atam o biri övladlarını məndən çox istəyir. Yəni balaca qardaşımın iki maşını olanda, mənim özüm Bakıda piyada gəzirdim, avtobuslarda gəzirdim. Hətta bir dəfə üzümə üz salıb atama dedim ki, o maşınların birini mənə ver, vermədi. Və mənə ilk maşını Məmməd Araz aldı.
   
   Atam uşaqlıqdan həmişə mənimlə fəxr edərdi. Əvvəla, "5"lə oxuyardım, dərslərimi yaxşı bilərdim və sair və ilaxır. Və orta məktəbi bitirənədək atam o 7 uşaqdan heç birindən necə oxumaqlarını və ya niyə zəif oxuduqlarını sormadı. Həmişə məndən soruşardı, qiymətlərimi də, dərslərimi də. Və bilmirəm niyə? Və atam ömründə bir dəfə mənə sillə vurdu, nədi-nədi attestat alanda gördü ki, rus dilindən "4" almışam. Bu, atamın məni orta məktəbi qurtarmaq münasibətilə təbriki idi. Bunu niyə yazıram? Mən orta məktəbə gedəndə artıq nəinki kiril əlifbasını, həm latın, həm də ərəb əlifbasını bilirdim. Bunu mənə atam öyrətmişdi.
   
   Atam fars dilini çox gözəl bilirdi. Nizamini orijinaldan oxuyurdu. Və həmişə evimizdəki radiolardan biri İran dalğasının üstündə olardı. Nə vaxt açardım fars dilində danışardılar. Və mənə də fars dilini öyrətməyə çalışırdı. Və mən də çox vaxt atam evdə olmayanda radionu açardım İran musiqisinə qulaq asardım, İran verilişlərini dinləyərdim. Açırdın radionu: "İnco Tehran, sədaye İran. Bərnameyi..." Məndə farslara qarşı məhəbbət yaranmışdı. İran radio kanalları bizim evlərimizə girə bildiyi halda Türkiyənin radio kanalları girə bilmirdi, vururdular, çox çətinliklə eşidirdim: "Burası İstanbul. Sayın dinləyicilər..."
   
   Nədənsə Sovet hökuməti İrana qulaq asmağa bizə icazə versə də, Türkiyəyə qulaq asmağa icazə vermirdi.
   
   Və mən atamın xoşuna gəlmək üçün onun evə gəldiyi saatlarda dərhal radionu açardım. Kişi evə gələndə görürdü ki, İran radiosuna qulaq asıram.
   
   Bir gün atam dedi ki, oğlum, İrana az qulaq as. İndiki kimi yadımdadı, uşaq idim. Dedim, ata, bəs biz azəriyik, azərilər fars deyil? Dedi ki, oğul, biz azəri deyil, türkük. Soruşdum, bəs onda niyə həmişə İrana qulaq asırsan? Dedi, oğlum, mən fars dilini unutmamaq üçün məcburam buna qulaq asmağa. Çünki Ağcabədidə və ya Ağdamda mən kiminlə fars dilində danışım ki, dil yadımdan çıxmasın.
   
   Və atam mənə Fars rejiminin İrandakı azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan, Səttar xan hərəkatından, Xiyabani hərəkatından, Cənubi Azərbaycanda yaranmış Demokratik Respublikadan, Söhrab Tahirdən, Məhəmməd Biriyadan o qədər şeylər anlatdı ki... Və bu gün də Söhrab Tahir mənim gözümdə Nazim Hikmət qədər yüksəlmiş bir şairdi. Məhəmməd Biriya mənim gözümdə Məhəmməd Hadi taleyi yaşamış bir şairdi.
   
   Pişəvəri haqqında danışdı. Dedi ki, oğlum, Pişəvəri avtomobil qəzasına düşmədi, öldürüldü. Öldürülmə nədənlərindən danışdı. Bir dəfə danışmadı, dəfələrlə danışdı.
   
   Və atam bizə həmişə çox qəribə nağıllar danışardı. Mən ağlım kəsənədək elə bilirdim ki, bunlar nağıldı. Ağlım kəsəndən sonra gördüm ki, bunlar nağıl deyil, tarixdi. Atam bizə söylədiyi nağıllarda Boz Qurddan danışardı, Çingiz xandan danışardı, Arqun şahdan danışardı, Baburdan, Teymurləngdən danışardı, Fateh Məhəmməddən, Sultan Süleymandan, Sultan Səlimdən, Nadir şahdan, Qacardan danışardı.
   
   Və sonra mən böyüdüm, özüm də adam oldum, özümün də övladları oldu və mən də övladlarıma mənasız "Məlikməmməd" nağılı, "Ağ atlı oğlan" nağılı danışmadım, atamın danışdıqlarını danışdım. Və uşaqlarım da həmişə deyirdi ki, indi də deyir, biz Qurddan doğulduq, biz Çingiz xanın torunlarıyıq, İstanbul bizim paytaxtımızdı, Bakı ürəyimizdi, Ağdam, Şuşa da göz bəbəyimizdi.
   
   Uşaqlar Məmməd Arazın torunu olduqlarını anlayandan sonra ürək sözünün yerini dəyişib dedilər ki, Naxçıvan bizim ürəyimizdi. Bilmirəm bunu babalarının xoşuna gəlmək üçün deyirdilər, yoxsa elə belə də düşünürdülər. Artıq yekə kişidilər, mən onlara dərs verə bilmərəm. Naxçıvan da bizim ürəyimizdi, Gəncə də, Qazax da, Lənkəran da və sair və ilaxır.
   
   Niyə belə bir ön söz yazdım? Atam məni ağlımın ilk kəsimində bir türk kimi böyütdü, mənə Ziya Göyalpın kim olduğunu anlatdı, Atatürkü anlatdı, Türkeşi anlatdı, Nazim Hikməti anlatdı, Mehmet Akif Ərsoyu anlatdı, Yunis Əmrəni anlatdı, Rəşad Nuri Güntəkini oxutdu, Yaşar Kamalı oxutdu, Əziz Nesini oxutdu və sair və ilaxır.
   
   Və mən görmədiyim Türkiyəni heç vaxt görə bilməyəcəyim Tanrı qədər sevdim. Türkiyə adı gələndə dodağım beş yerdən parçalandı. Çətinliklə olsa da "Burası İstanbul. Burası Ankara..." dinləməyə başladım. Və bu gün də Nazim Hikməti Səməd Vurğunun şeirləri qədər bilirəm, Nəsiminin, Füzulinin şeirləri qədər bilirəm. Mirzə Cəlil, Sabir kimi bilirəm.
   
   Hərdən Rəşad Məcidlə səfərə çıxırıq. 4-5 saat avtomobildə gedirik. Və bu 4-5 saatda Nazim Hikmətdən, Mehmet Akifdən, Yunis Əmrədən, Fazil Hüsnü Dağlarcadan və sair və ilaxırdan şeirlər oxuyarıq və yarışarıq. Adətən mən uduzuram, bəlkə Rəşad Məcid məndən cavandı, ona görə. Bəlkə də Rəşad Məcid məndən çox onları sevir, ona görə! Fərq etməz!
   
   24 saatın təxminən 5-6 saatını Türk televizyonlarındakı xəbərləri və ya mübahisəli proqramları izləyirəm. Artıq evdə mənə Türk televizyonlarındakı xəbərləri izləməyi yasaq ediblər. Bu xəbərlərdə Tükiyəni aşağılayan, Türkiyəni nüfuzdan salan, Türkiyəni gözümüzdən salan o qədər informasiyalar verilir ki, Türkiyəyə nifrət eləməyə başlayırsan. Başlayırsan yox, başlamışıq. Ölkənin bütün problemləri qalıb kənarda, elə sorunlardan konuşurlar ki, elə sorunları gündəmə gətirirlər ki, Türkiyəni o qədər aşağılayırlar ki, dəhşətə gəlirsən.
   
   Ermənistan 1 milyard para xərcləsə də Türkiyəni dünyanın gözündən Türkiyənin "Habertürk", "CNNtürk", "Show", "ATV" "Star" telekanalları kimi (bunlar Türkiyənin ən çox izlənən telekanallarıdı) gözdən sala bilməz.
   
   Düz üç gündür Türkiyənin bütün telekanalları Böyük Millət Məclisində baş verən bir davanı gündəmdən çıxartmır. Və XXI əsrin 10-cu ilində yenə Türkiyədə türban davası gedir. Ayıb! Ayıb! Ayıb!
   
   Tanrının 500 kilometrə vura biləcək bir fuzesini (raketini) yarada bilməyən bir Türkiyədə baş örtüyü davası aparılan zaman, türban davası aparılan zaman, türbanlı İran uzaya (bizim yazıları Türkiyədə oxuduqlarına görə də müəyyən terminləri qardaşlarımızın anlayacağı dildə yazmağa məcburuq) bir peyk göndərdi və içində də canlı vardı.
   
   Bizim sevmədiyimiz və söydüyümüz İran uçaqlarını da özü yapır, sualtı qayıqlarını da, esminoslarını da, avianosiçlərini də özü yapır. Türkiyə isə bunu ya patent kimi hazırlayır (necə İranın adını bilmədiyim bir avtomobilini, deyəsən "Samand"ı gətirib Bakıda yığırlar, guya biz avtomobil yapırıq), ya da xaricdən alır.
   
   Bəli, Türkiyə parlamentində türban üstə dava düşəndə türbanlı İran uzaya peyk göndərdi, içində də canlı.
   
   
   
   Görkəmli şairimiz Şahmar Əkbərzadə necə yazır:
   
   
   
   Utanım yerinə, ay utanmayan!
   
   
   
   Utanım yerinə, ay Türkiyə!
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 311
ŞEYTAN ÖVLADLARINA KAMİKADZE DEMƏK GÜNAHDI (42)
(Namərdi elə namərd adıyla çağırın)
QƏBƏLƏDƏ PİANO FABRİKİNİN TİKİLMƏSİNƏ NİYƏ DİLXOR OLURSUNUZ? (149)
BAŞINI DİK TUT, TÜRKİYƏ (106)
(Türk min illərin gün işığıdı, nə qədər basdırsan, yenə torpağın üstündə qalar)
GÖRƏN İNSANLAR NİYƏ CİDDİ SÖZƏ İNANMIR? (176)
(Bakıda Qış bulvarı salınmır)
YAZANLAR İTTİFAQI, YOXSA YAZIÇILAR İTTİFAQI? (99)
Bütün yollar Romaya getməsə də Roma elə Romadı
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ BİR ZİBİLDİ (197)
(ATƏT-in 20 illiyinə həsr olunmuş yazılmayacaq povestdən bir parça)
UTANIM YERİNƏ, AY TÜRKİYƏ! (311)
(İran kosmosa canlı göndərdi)
BİR KƏNDİ AZAD EDƏ BİLƏCƏK ƏSGƏRLƏRİ ÖZÜMÜZ GÜLLƏLƏDİK! (231)
(Qalxın! Şəhid atası gəlir!)
""ÇÖRƏK VƏ ŞOKOLAD"", YAXUD FATMANİSƏNİ ÇƏRLƏDƏN SERİALLAR (208)
GÖZÜ ŞAMİLDƏN QORXMUŞDU ÇARIN İNANMIRDI SƏDAQƏTİNƏ MÜSƏLMANLARIN (142)
(Medvedev heç vaxt erməni ola bilməz)
BİZ TÜRKİYƏNİ ONUN BÖYÜKLƏRİNDƏN AZ SEVMİRİK (234)
Seymur Baycanın bügunki yazısına ön söz əvəzi
MİRCƏFƏR BAĞIROVU İKİNCİ DƏFƏ GÜLLƏLƏYƏCƏYİK?! (222)
UNUTDUĞUMUZ AYDIN SƏLİMZADƏ (227)
TÜRKİYƏ İLƏ RUSİYA SƏRHƏDLƏRİ AÇIR (232)
(Ərdoğanın Moskvaya uğurlu səfəri)
"MƏSCİDİ MƏKTƏBİNDƏN BÖYÜK OLAN ÖLKƏNİN AXIRI YOXDU" (159)
HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK (224)
(Divlərin əlindəki işığı almaq ağlımıza gəlməyib)
ABŞ 2010-da SSRİ KİMİ DAĞILACAQ (120)
İMAM HÜSEYN BİZİM GÖZ YAŞLARIMIZ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI (171)
YUNAN PATRİKİ TÜRKİYƏYƏ KƏLLƏ ATDI (208)
(Gör nə günlərə qaldın, Balaş?!)
NİYƏ İVANOVKADAKILAR YAŞAYA BİLİR, BİZİM KƏNDDƏKİLƏR YOX?! (224)
(Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil)
BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ (240)
ANALARIMIZ QOYUN YOX, OĞULLARINI QURBAN KƏSDİLƏR! (324)
(Bəs üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan həmin şəhid analarının Qurban bayramı nə vaxt olacaq?!)
BİZ HƏLƏ HEYDƏR ƏLİYEVDƏN ÇOX ŞEY ÖYRƏNMƏLİYİK (224)
(Bir daha bayraq haqqında)
NİYƏ ŞAGİRDLƏRİN SAYI AZALIR?! (210)
DONUZUN HƏSƏNQULUYA MƏKTUBU (150)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (281)
(Hamıya və heç kimə)
CAHANGİR ƏSGƏROVUN TƏYYARƏLƏRİNİN İTMƏKLİYİ (141)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (250)
(Hamıya və heç kimə)
MƏMMƏDHƏSƏN ƏMİNİN CAHANGİR ƏSGƏROVA MƏKTUBU (229)
QARDAŞ OLUR HAYASTAN-AZƏRBAYCAN?! (236)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (256)
II-ci yazı
HANSI KİŞİNİN DUXU ÇATAR Kİ, (265)
ABŞ-dan icazəsiz narkoticarətlə məşğul olsun?!
BU İL "DONUZ", GƏLƏN İL "EŞŞƏK QRİPİ" (182)
BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ KAN DEYİL, MİLLƏTDİR (246)
BƏLİ, BU AXMAQ SÖZLƏRİ MƏNİM ATAM SÖYLƏMƏYİB (278)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (276)
(Hamıya və heç kimə)
TÜRKİYƏNİN TÜRK OLMAYAN TELEVİZİYA KANALLARI (297)
ALLAHI BU QƏDƏR UCUZLAŞDIRMAYIN (402)
TÜRKİYƏYƏ NÖVBƏTİ FUTBOL TƏLƏSİ: YUNAN KİPRİ (363)
BƏLKƏ ƏSGƏRLƏRDƏ ZƏHƏRLƏNMƏYƏ QARŞI İMMUNİTET YARATMAQ İSTƏYİRLƏR?! (155)
ABŞ PREZİDENTİNƏ NOBEL MÜKAFATI?! MÜSƏLMANLARI QIRDIĞINA GÖRƏ! (215)
BU KÖŞƏ YAZISINI ATATÜRKÜN VƏ TÜRKEŞİN RUHUNA BAĞIŞLADIM (473)
"O bir millətin bayrağıdır, qaldırın!" (360)
ƏRDOĞAN, SƏRKİSYAN VƏ ALA-BULA BOZ KEÇİ... (267)
RAMİZ MEHDİYEV TELEKANALLARA "DUR" DEDİ (346)
XALQ MAHNILARIMIZI MƏHV ETMƏK YARIŞI (207)
HAMININ VƏ HEÇ KƏSİN OLMAYAN ""QARABAĞ"" (213)
(Və hamının və heç kəsin olmayan Qarabağ)
MÜQƏVVASI YANDIRILAN FÜZULİ ƏLƏKBƏROV HAQQINDA BİR NEÇƏ KƏLMƏ (221)
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ ŞEYDİ (299)
ƏHMƏD DAVUDOĞLUNUN QARŞISINA AZƏRBAYCAN BAYRAĞI ÇIXARTDILAR (397)
MÜQƏVVA YANDIRANLARA MÜQƏVVASI YANDIRILANLARIN CAVABI (334)
(Əsgərlərimizin görməli olduğu işi hələ ki idmançılarımız yapdı)
HÜLUSİ KILIÇ REDAKTORLARA RÜŞVƏT VERİB?! (385)
(kiçik bir açıqlama)
JURNALİSTLƏRİN HƏMKARLAR TƏŞKİLATI VARMI?! (234)
Dar gündə tanınan dostlar
AZƏRBAYCANLA TÜRKİYƏNİ KİMSƏ QARŞI-QARŞIYA QOYAMAZ! (436)
TÜRKİYƏNİ DAĞITMAĞA AKP-nin GÜCÜ ÇATMAZ (377)
JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ ÖDƏMƏK ÜÇÜN ! (362)
(Sözünü o kəslərə de ki, onlar 50 manatlıq xanımlara 500 min dollarlıq villa bağışlayırlar)
HƏJAR BƏY, MƏN ELƏ DƏ DEMOKRAT DEYİLƏM (420)
MTN ERMƏNİLƏRƏ SƏS VERƏNLƏRİ GÜLLƏLƏYİR?! (462)
TÜRKİYƏDƏ KİTAB QULDURLARI PEYDA OLUB (450)
(Ən xoş xəbər)
HƏSƏNQULUNUN ATƏT-in BAŞ DONUZUNA CAVABI (258)
DONUZUN BİZİM HƏSƏNQULUYA MƏKTUBU (273)
"EY TÜRK! BİR MİLLƏT KİMİ BÜTÜNLƏŞ, SƏN BÜTÜNLƏŞƏNDƏ BÖYÜK OLURSAN!" (649)
NAZİRLƏR QƏZETLƏRDƏN VƏ MÜXALİFƏTDƏN İCAZƏ ALMALIDIRLARMI?! (461)
(Məzuniyyətə gedərkən)
O UŞAQLARI AĞLATMAYIN, QARDAŞLAR! (312)
"Göz yaşının ən acısı içəriyə axanıdı"
TÜRKİYƏNİN MİSTER PİTKİNLİYİ (303)
DÖVLƏT ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL PULSUZ OLMALIDIR (334)
ÇİNDƏ XOCALI QƏTLİAMI (379)
(Ərdoğan Çinə "one minute" dedi)
ÇİNDƏ ÇİNLİLƏR TÜRKLƏRİ QIRIR... (365)
TÜRKİYƏDƏ DƏ TÜRKLƏR BİR-BİRİNİ
GƏLƏN İL TAXIL ƏKMƏYƏ BİLƏRLƏR (342)
Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (468)
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (302)
19770 UŞAQ NİYƏ ATTESTATSIZ QALDI? (553)
ÇALXALANDIQCA İRAN... (466)
(Nə yağı yağ, nə ayranı ayranlıq olacaq)
EŞŞƏK ZARAFATI (518)
DOLU (504)
(Romandan bir parça)
AZƏRBAYCANLI OLMAQ, HƏLƏ AZƏRBAYCANÇI OLMAQ DEYİL (436)
OBAMA ALLAH DEYİL, ABŞ-dan GƏLƏNLƏR DƏ ALLAHIN BAYISSI OĞLANLARI (550)
"EŞŞƏK" SÖZÜNÜN ÇALARLARI (534)
EŞŞƏYİN İTMƏMƏKLİYİ (583)
(Ballada)
QIZIM, UĞUR DÜNDARLAR ERMƏNİDƏN PİSDİLƏR (670)
İRAN ERMƏNİSTANA YANACAQ, BİZƏ MOLLA, TƏSBEH VƏ NARKOTİKA... (476)
O DÜNYADAN QAYIDAN MƏZAHİR QARDAŞIMA (621)
ROMAYA VƏ MƏBƏDƏ APARMAYAN YOLLAR (533)
(Şuşaya apara bilərmi?!)
4-CÜ DALĞA. "KURTLAR VADİSİ" ("ERGENEKON") AKP-nin PUSUSUMU? (598)
3-CÜ DALĞA. "KURTLAR VADİSİ" ("ERGENEKON") AKP-nin PUSUSUMU? (595)
"KURTLAR VADİSİ" ("Ergenekon") AKP-nin PUSUSUMU?! (681)
(II seriya)
GÜL BAYRAMI... (637)
(Bu, H.Abutalıbovun yox, Ulu Öndərin bayramıdır)
"QURDLAR VADİSİ" AKP-nin PUSUSUMU?! (612)
OBAMA "SOYQIRIM" DEDİ, AMMA ERMƏNİCƏ (619)
TÜRKİYƏNİN SİNƏSİNƏ ÇƏKİLƏN DAĞ (980)
AY ALLAH, MƏNİ OBAMANIN PİŞİYİ ELƏ (661)
Avropa Atatürkün ölüsündən də qorxur (742)
SABİR ƏHMƏDLİ CƏBRAYILA HƏSRƏT QALDI (668)
İRAN İSLAM DÖVLƏTİDİRMİ?! (704)
BİR NEÇƏ KƏLMƏ FUTBOL HAQQINDA (631)
(Yox, bu gün Türkiyədən deyil, özümüzdən yazıram)
PREZİDENT ELƏ SÖZ DEMƏYİB (655)
ƏRDOĞAN YOX HA, HADİSƏ OXUYACAQ (960)
TÜRKİYƏDƏN İLHAM ƏLİYEVƏ BÖYÜK DƏSTƏK (801)
(Həsən Ünal: "Ərdoğan İlham Əliyevi kürəyindən bıçaqladı")
VƏFA QULUZADƏYƏ BİR NEÇƏ KƏLMƏ (653)
(Uman yerdən küsərlər)
MÖHSÜN YAZIÇIOĞLUNU DA ÖLDÜRDÜLƏR! (808)