Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏN BİR XAHİŞ
DÜZ QƏRARDI, AMMA BİR AZ GEC QƏRARDI
Prezident sərəncam imzalayıb
Mahmud Məmmədquliyev: "İqtisadi Əməkdaşlıq Təşkilatı səmərəliliyi artırmalıdır"
Medvedev Polad Bülbüloğlunu təbrik etdi
"Aqo"nun formatı dəyişdirilə bilər
Səhiyyə nazirlərinin iclası keçirildi
Ərdoğana Peyğəmbər dedi, Allah cəzasını verdi
Valyuta ehtiyatımız azalıb
İSMAYIL HƏSƏNOVA "NOBEL" MÜKAFATI VERİLƏCƏKMİ?!
MM-in növbəti iclasının vaxtı bəlli oldu
Hökumətlərarası biznes-forumu keçiriləcək
NİZAMİ CƏFƏROV NIYƏ" SOYADINI DƏYİŞMİR?
BAŞ KONSUL JURNALİSTLƏRİN ÖDÜLÜNƏ LAYİQ GÖRÜLDÜ
Suyun keyfiyyəti getdikcə pisləşir
DİNİ İCMALAR YENƏ HƏDƏFDƏ
Xəzərdə zəlzələ təhlükəsi
İnternetin depressiyaya səbəb olduğu təsdiqləndi
Burak Özügərgin: "Bütün çarxlar eyni anda hərəkətə gəlməsə, Qafqazda sülh və sabitlik yaranmayacaq"
Rəsmi Tehran "Nabucco"ya maraq göstərir
MƏHKƏMƏ- HÜQUQ ŞURASINDA
BLEF, YOXSA...
MÜASİR MUSİQİMİZ YENİ VƏ DOĞMA KANALDA
Qırğızıstan nümayəndə heyəti Qubada oldu
Qar yağacaq, çovğun olacaq
Bolqarıstan Nabucco ilə bağlı sazişi təsdiqlədi
ÖTƏN GÜNLƏR BİR NAĞILDI...
Ağalar Bayramov: "İndi qatığı öz rəngində görən şairlər çox azdır"
""FƏRİD MANSUROV VƏ ZƏLİMXAN HÜSEYNOV DÜNYANIN ƏN GÜCLÜ GÜLƏŞÇİLƏRİ SEÇİLİB""
AYDI, GÜNDÜ, GƏLİR-GEDİR ÖMÜRDƏN, TƏLƏSİRİK GÖRƏK "KURTLAR VADİSİ"NƏ NƏ QALDI?
Ayan: "Şəxsiyyətimi təsdiq edən bütün sənədlərdə milliyyətim azərbaycanlıdır"
Rəqsanənin borcu tükənmir
Aygünün fanatları arasında müharibə
Adil Kərimli: "Bizim əvvəlcədən kimisə göndərmək məqsədimiz olsaydı, o zaman heç milli seçim keçirməzdik"
Pikassonun daha bir əsəri rekord qiymətə satıldı
Xəyyam Nissanov ABŞ-dan qayıtdı
Pişik Günel: "Nə sponsorum, nə də pulum var"
GÜNÜN LƏTİFƏSİ
   
Prezident Almaniyada işgggüüzar səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Almaniya Federativ Respublikasına işgüzar səfər edib. APA-nın məlumatına görə, Berlinin "Tegel" hava limanında dövlət başçısını Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.
   
   Qeyd edək ki, səfər AFR kansleri Angela Merkelin dəvəti ilə baş tutub. Azərbaycan prezidenti səfər çərçivəsində A. Merkel və Almaniyanın digər rəsmi şəxsləri ilə görüşəcək, Münhendə keçiriləcək 46-cı təhlükəsizlik konfransına qatılacaq.
Oxunub: 153
Prezident sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Əlibaba Balaəhməd oğlu Məmmədovun "İstiqlal" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
   
   APA-nın xəbərinə görə, Ə. Məmmədov Azərbaycan muğam sənətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə bu ordenə layiq görülüb.
Oxunub: 152
Mahmud Məmmədquliyev: "İqtisadi Əməkdaşlıq Təşkilatı səmərəliliyi artırmalıdır"
2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatında Baş Katiblik Azərbaycana keçəcək. APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın İƏT-ə münasibəti olduqca ciddidir: "İqtisadi Əməkdaşlıq Təşkilatının təmsil olunduğu region çox mühüm üstünlüklərə malikdir. İlk növbədə bu ölkələrin coğrafi yerləşməsi, ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olması, təbii sərvətlərlə zənginliyi mühüm əhəmiyyət daşıyır. Amma hesab edirik ki, bu təşkilatın effektliliyi hələ çox aşağı səviyyədədir".
   
   Nazir müavini bildirib ki, təşkilatın effektiv fəaliyyət göstərməsi üçün mühüm layihələrin hazırlanmasına ehtiyac var: "Azərbaycan hökuməti bu təşkilatda ciddi islahatların aparılmasının tərəfdarıdır və bunu hər zaman açıq şəkildə bəyan edir. Təşkilat 20 ilə yaxındır, fəaliyyət göstərir. Əlbəttə ki, 20 il ərzində müəyyən işlər görülüb. Amma yenə də İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəliliyi artırılmalıdır. İnsanlar görməlidirlər ki, doğrudan da, belə bir təşkilat var və onun fəaliyyəti nəticəsində hansısa işlər görülür".
   
   
Oxunub: 146
Medvedev Polad Bülbüloğlunu təbrik etdi
Rusiya prezidenti Dmitri Medvedev bəstəkər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 65 illiyi münasibətilə təbrik edib.
   
   APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, prezidentin təbrik teleqramında Polad Bülbüloğlunun səfir kimi iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib: "Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi Siz ölkələrimiz və xalqlarımız arasında dostluq, tərəfdaşlıq əlagələrinin inkişafı üçün çox şey edir, MDB məkanında çoxtərəfli humanitar əməkdaşlığın genişləndirilməsinə böyük diqqət ayırırsınız. Bu cür məsuliyyətli işdə uğur qazanmaq üçün sizə böyük təcrübə, mürəkkəb məsələlərin həllinə yaradıcı yanaşmaq bacarığı və əlbəttə ki, sizin tanınmağınız kömək edir. Axı Sizi - istedadlı bəstəkar və müğənnini yalnız Rusiya və MDB ölkələrində yox, dünyanın bir çox ölkələrində tanıyırlar".
   
   
Oxunub: 134
"Aqo"nun formatı dəyişdirilə bilər
Dünən Avropa Şurası Nazirlər Komitəsinin 1076-cı iclası keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda AŞ Nazirlər Komitəsinin "Aqo" qrupunun 2009-cu ilin noyabrın 20-25-də Azərbaycan və Ermənistana səfərinə dair hesabatı dinlənilib. Avropa Şurası Nazirlər Komitəsi sədrinin müavini və "Aqo" qrupunun katibi Kristof Puarel məsləhətləşmələr başa çatdıqdan sonra hesabatın AŞ Nazirlər Komitəsinə təqdim olunacağını bildirib.
   
   Müzakirələr zamanı "Aqo" qrupuna daxil olan səfirlər Azərbaycandakı proseslərdən və irəliləyişlərdən məmnun olduqlarını bildiriblər. Azərbaycanla bağlı hesabat ümumilikdə müsbət qiymətləndirilib. Həmçinin iclasda qrupun gələcək fəaliyyəti ilə bağlı da müzakirələr aparılıb. Müzakirələrə görə, "Aqo" qrupunun formatının dəyişdirilməsi məsələsi gündəmdədir. İclasda Dağlıq Qarabağ probleminə dair aparılan danışıqların indiki mərhələsi ilə bağlı da müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycan hökümətinə müsbət irəliləyişləri inkişaf etdirmək barədə çağırış edilib.
   
   
Oxunub: 138
Nalbandyan çaşqınlıq işində
İslam Konfransı Təşkilatının Xocalı soyqrımını tanıması ermənilərin kürkünə birə salıb
"Xocalı hadisələri İslam Konfransı Təşkiatının iclası zamanı qəbul olunmuş bəyanata baxmayaraq, İKT-yə üzv ölkələr tərəfindən soyqırım kimi tanınmayacaq". Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.
   
   O qeyd edib ki, İKT ölkələri ilə fəal diplomatik iş aparılır. "Tez-tez İKT çərçirvəsində bəzi nümayəndələr bu məsələ ilə bağlı tamamilə fərqli mövqe nümayiş etdirirlər və tamamilə başqa cür səs verirlər"-deyə Nalbandyan əlavə edib. Onun sözlərinə görə, İKT-yə üzv ölkələr ilə digər dövlətlər arasında münasibətlərlə bağlı bir sıra məsələlər bəzən hətta səsverməsiz qəbul olunur.
   
   Nalbandyan onu da əlavə edib ki, son iki il ərzində heç bir beynəlxalq və regional təşkilat Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqeyinə zidd bəyanatla çıxış etməyib.
   
   Xatırladaq ki, İKT Xocalı soyqırımı ilə bağlı xüsusi qətnamə qəbul edib. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. Qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilib.
   
   Qətnamədə "Xocalıya Ədalət " kampaniyasına tam dəstək ifadə olunaraq, quruma üzv olan 51 dövlətin parlamentindən qırğının "insanlığa qarşı cinayət" kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağıran bənd də öz əksini tabıb. Qətnamənin qəbul edildiyi toplantıda 10-dan artıq ölkənin parlament başçıları, 100-ə yaxın parlament üzvləri, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Ermənistanın da üzv oldugu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak ediblər.
   
   
Anar
Oxunub: 147
Polad Bülbüloğlunun etirafı
"Mən nazir olanda həmişə kəskin tənqidlərə məruz qalırdım. Həmişə deyirdim ki, heç bir halda Rusiya ilə əlaqələri kəsmək olmaz və mədəniyyətlərin yaxınlaşdırılması yolunu davam etdirmək lazımdır. Çünki biz yenə də eyni coğrafi məkanda yerləşirik".
   
   Bu gün 65 yaşını qeyd edən Azərbaycanın Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu "Rossiya-24" telekanalına müsahibəsində belə deyib.
   
   "Biz Avrasiyada yaşayırıq. Azərbaycan Avropa ilə Asiyanın, Qərblə Şərqin kəsişməsində yerləşir. Bu qəribə ölkədir, belə ki, geosiyasi və coğrafi cəhətdən elə yerləşir ki, hər ikisini özündə cəmləşdirir. Biz nəhəng ölkələrin əhatəsindəyik - İran, Türkiyə, Rusiya. Bunların hamısı bizim qonşularımızdır" deyən səfir deyib ki, eyni ökədə tərbiyə alan nəsil hələ yaşayır: "Biz ümumi dəyərlərlə, mədəniyyətə, həyata, böyüklərə, həqiqətə, yalana - insanın həyatının ibarət olduğu şeylərə qarşı eyni yanaşmalarla tərbiyə almışıq. Biz həyata başqa cür yanaşırdıq. Bizim üçün pul əsas deyildi. Bizim üçün hansısa əxlaqi prinsiplər vacib idi. Əlbəttə, pis şeylər də çox idi-onlardan qurtulmaq lazımdır. Amma insana təsir edən, impuls verən şeyləri saxlamaq lazımdır".
   
   
Anar İsaoğlu
Oxunub: 133
Partiya sədrinin həyatına qəsd etməyə cəhd olunduğu bildirilir
DİN: "Partiya sədrinin həyatına qəsd etməyə cəhd barədə deyilənlərsə, həddindən artıq şişirdilmiş və təəccüb doğuran məlumatdır"
"Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin əməkdaşı Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin həyatına qəsd etməyə cəhd edib". Bu məlumat Lent.az-a MMP-nin mətbuat xidmətindən verilib. Hadisə bu gün saat 10.30-da baş verib.
   
   Məlumata görə, polis mayoru Firdovsi Quliyev 10-BU-050 dövlət nömrə nişanlı "Cip"lə Azadlıq prospekti 189 ünvanında yerləşən partiya qərargahına gedən Hafiz Hacıyevin avtomobilinin qarşısını kəsib. Bu, qərargahın 50 metrliyində baş verib. Onların arasında mübahisə yaranıb. Partiyadan bildirilib ki, "Cip"dən düşərək H.Hacıyevin üzərinə hücum edən şəxs mülki paltarda olub. Lakin sonradan məlum olub ki, bu şəxs polis mayoru Firdovsi Quliyevdir.
   
   İşə qarışan 4-cü polis bölməsinin rəhbərliyi məsələnin xətasız ötüşməsinə nail olub.
   
   Hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova məlumat verilib.
   
   Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə polis mayoru Firdovsi Quliyev arasında yaranmış mübahisə ilə bağlı DİN mətbuat xidməti məlumat yayıb.
   
   Məlumatda bildirilir ki, MMP-nin qərargahı ilə Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin inzibati binası yaxın məsafədə yerləşir. Bu sün səhər Firdovsi Quliyev avtomobilini park etdikdən sonra Hafiz Hacıyev də maşınını onun yaxınlığında saxlamaq istəyib. Bu zaman partiya sədri polis mayorundan "maşınının yerini bir qədər dəyişməsini", konkret olaraq bölmənin qabağında saxlamağını istəyib. Mayor isə onun bu istəyinə gec əməl edib. "Belə olan halda onlar arasında anlaşılmazlıq yaranıb". DİN mətbuat xidmətinin məlumatında belə deyilir. "Məsələdən xəbər tutan bölmə rəhbərliyi onların hər ikisini çağıraraq, söhbət edib. Beləliklə də anlaşılmazlıq aradan qalxıb və onlar sakitləşərək barışıblar. Partiya mətbuat xidmətinin guya polisin partiya sədrinin həyatına qəsd etməyə cəhd etməsi barədə deyilənlərsə, həddindən artıq şişirdilmiş və təəccüb doğuran məlumatdır".
   
   
Anar
Oxunub: 134
MM-in növbəti iclasının vaxtı bəlli oldu
Milli Məclisin növbəti iclası fevralın 12-də keçiriləcək. Milli Məclisin üzvü Nazim Məmmədov APA-ya açıqlamasında iclasda 6 məsələnin müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, deputatlar "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "Fərdi məlumatlar haqqında" qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.
   
   Bundan başqa, "Məlumat azadlığı haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında", "Orden və medalların təsis edilməsi haqqında" qanunlara, o cümlədən bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı məsələyə münasibət bildiriləcək.
   
   Hökumətlərarası biznes-forumu keçiriləcək
   
   
Oxunub: 138
Hökumətlərarası biznes-forumu keçiriləcək
Bu ilin fevral ayının 22-23-də Budapeştdə (Macarıstan) Macarıstan-Azərbaycan biznes-forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "APA-Economics"ə verilən məlumata görə, biznes-forum çərçivəsində hər iki ölkənin kənd təsərrüfatı və qidə sənayesi, tibb (əczaçılıq preparatları), logistika, turizm, İKT, alternativ enerji, tekstil, tikinti və maliyyə kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.
   
   Tədbir zamanı Azərbaycan və Macarıstan iş adamları arasında ikitərfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Oxunub: 138
BAŞ KONSUL JURNALİSTLƏRİN ÖDÜLÜNƏ LAYİQ GÖRÜLDÜ
Fevralın 4-də Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin sədri Yucəl Sezər və cəmiyyətin idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğuna gələrək Baş Konsul Həsən Zeynalova göstərdiyi xidmətlərə görə xüsusi plaket təqdim etmişdilər.
   
   Plaketdə əks olunmuş mətndə bildirilir ki, Baş Konsul Həsən Zeynalov fəaliyyət göstərdiyi müddətdən Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin diqqətini çəkərək, mətbuatla sıx əməkdaşlığına, Türkiyə-Azərbaycan ilişgilərinin möhkəmləndirilməsinə, iki qardaş xalqın keçmişi, bu günü və sabahı naminə səmərəli işinə görə mükafatlandırılmışdı. Həmçinin vurğulanır ki, Azərbaycanda, həm də Türkiyədə hər kəs üçün doğma olan "Bir millət, iki dövlət" çağrışını xidmətləri ilə təsdiq edən və
   
   göstərdiyi millətsevərlik, tarixi həqiqətlərə sayğı, Türkiyə-Azərbaycan birliyinin sabahına inamın nümayişi müqabilində , eləcə də bir diplomat kimi mətbuata, jurnalist peşəsi ilə məşğul olan hər kəsə sayğısına görə, Həsən Sultan oğlu Zeynalov Şimal-Qərb Jurnalistlər Cəmiyyətinin xüsusi ödülünə layiq görülməsi barədə 10.01.2010-cu ildə qərar qəbul edilmişdi.
   
   Həmin qərara əsasın da fevralın 4-də mükafat sahibinə, yəni Azərbaycanın Qarsdakı baş konsulu Həsən Sultan oğlu Zeynalova təqdim edilmişdi.
   
   Biz də Baş konsulumuzu layiq görüldüyü mükafat münasibəti ilə təbrik edirik.
Oxunub: 147
Millət vəkillərimiz "donuz qripi"nə qarşı peyvənd olunubmu?
Milli.Az xəbər portalı millət vəkillərinə ""donuz qripi"nə qarşı peyvənd olunmusunuzmu" sualı ilə müraciət etdi. Maraqlı cavablar aldıq...
   
   Cəmil Həsənli: "Peyvənd olunmamışam, heç olunmayacam da. Bu, fırıldaq bir şeydi..."
   
   Eldar İbrahimov: "Olunmamışam, ancaq olunmaq fikrim var. İş başımı elə qatıb ki, peyvənd olunmaq da yaddan çıxıb. Virusa qarşı Azərbaycanda təhlükə görməsəm də, düşünürəm ki, profilaktika üçün peyvənd olunmaq insanların xeyrinədir".
   
   Lalə Abbasova: "Bu, hansısa "ağıllı"nın insanların avamlığından istifadə edərək pul qazanmaq istəyidir. Nə özümü, nə də uşaqlarımı peyvənd etdirməmişəm, vətəndaşlarımıza da məsləhət görərdim ki, peyvənd etdirməsinlər".
   
   Aqil Abbas: "Mən donuzam ki, "donuz qripi"nə qarşı da peyvənd olunam? "Donuz qripi" söhbəti çıxan gündən deyirəm və yazıram ki, bu, dünyanın böyük dərman mafiyasının süni şəkildə yatardığı şoudur. Lakin millətimiz başa düşmür, o cümlədən məmurlarımız. Bu qripə ancaq donuzlar yoluxa bilərlər. Azərbaycana gətirilən vaksinlər xalqı impotent etmək üçündür. Vaksinasiyanı da qəbul etmirəm. Dünya artıq vaksinlərdən imtina edir, yaxın qonşumuz olan Türkiyə aldığı vaksinlərin əlində qalıb, biz isə yenidən sifariş veririk".
   
   Nazim Məmmədov: "Bu, süni şəkildə yaradımış problemdir. Çağdaş dünyada pul qazanmaq üşün süni şəkildə müəyyən xəstəliklər uydurulur. Məsləhətləşmələrdən sonra qərara gəldik ki, peyvənd olunmayaq. Bu qripin olmasına daxili inamım yoxdur".
   
   Nəsib Nəsibli: "Olunmamışam. Beynimdə dəyişik fikirlər var. Son günlər virusun fırıldaq olması barədə deyilənlər fikirlərimi təmiz dəyişdirib".
   
   Zahid Oruc: "Olunmamışam, heç olunmaq istəmirəm də. Virusun mövcudluğuna şübhə etmirəm, ancaq bioloji baxımdan təhlükə də hesab etmirəm".
   
   Pənah Hüseyn: "Olunmamışam, elə bir niyyətim də yoxdur. Çünki ölkədə virusa qarşı ümumi fikir aşılanması yoxdur və ona görə mənim də firkrim yoxdur".
   
   İqbal Ağazadə: "Virusla bağlı heç bir təhlükə görmürəm, ona görə də peyvənd olunmağa əsas yoxdur".
   
   Asim Mollazadə: "Artıq belə bir təhlükə hiss etmirəm. Əgər hər hansı təhlükəli bölgəyə getməli olsam, onda yəqin peyvənd olunaram".
   
   Fəzail Ağamalı: "Hələ virusun böyük dərman şirkətlərinin uydurması olması ilə bağlı fakt aşkar olunmamışdan əvvəldən mən bunu güman edirdim. İndi isə nə mən, nə də ailəm peyvənd olunacaq".
   
   Qüdrət Həsənquliyev: "Buna ehtiyac görmürəm. Dünyanın mötəbər informasiya qurumları virus təhlükəsinin şişirdildiyini bildirdilər. Ancaq dövlət səviyyəsində təklif olunsa, etiraz etmərəm".
   
   Məlahət Həsənova: "Hesab edirəm ki, mənə qarşı təhlükə yoxdur. Allah tərəfindən sığorta olunmuşam".
   
   Əli Məsimli, Həvva Məmmədova və Vahid Əhmədov da "donuz qripi"ndən qorxmayanlar sırasındadırlar.
Oxunub: 129
Rasim Musabəyov: "Ermənilər qorxur ki, bu gün çərçivə müqaviləsinə imza atsalar, sabah da onları konkret addımlar atmağa məcbur edəcəklər"
Politoloq Rasim Musabəyov "Stratfor" Araşdırma Mərkəzinin və ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbərinin Dağlıq Qarabağda silahlı münaqişənin yenidən alovlana biləcəyi barədə açıqlamalarını şərh edib. Politoloq bildirib ki, "Sratfor" Amerika kəşfiyyatına yaxın bir tədqiqat mərkəzi sayılır. Ona görə də onların yaxın mövqedən çıxış etməsi gözləniləndir. "O ki qaldı ABŞ Dövlət katibinin müavini Ceyms Steynberqin Cənubi Qafqaza səfərinə, bunun hansısa müharibə ehtimalının gündəlikdə dayanması ilə bağlı olduğunu düşünmürəm. Çünki Steynberq həm Ermənistanda, həm Gürcüstanda görüşlər keçirəcək. Regionla bağlı müzakirə olunası çoxlu məsələlər var" - deyə politoloq bildirib.
   
   "Bir tərəfdən biz həmişə narahatıq və böyük dövlətlərə deyirik ki, Qarabağın işğalı ilə əbədiyyən barışacağımızı düşünməsinlər. Çalışırıq ki, Minsk Qrupunun həmsədr ölkələrində bir narahatlıq yaransın, hərəkətə keçsinlər. Onlar hərəkətə keçəndə isə fikirləşirik ki, görəsən, bunun arxasında nə dayanır?" - deyə R.Musabəyov əlavə edib. Politoloq Milli.Az xəbər portalına açıqlamasında söyləyib ki, əvvəllər elə başa düşülürdü ki, Azərbaycan rəhbərliyinin müharibə ilə bağlı sərt açıqlamaları daxili auditoriyaya hesablanan ritorikadır: "Amma sonra ordu quruculuğundakı ciddi işləri, müəyyən sistemli hazırlıqları görəndə, bu açıqlamaları ciddiyə almağa başladılar. Anladılar ki, doğrudan da Azərbaycan Qarabağın işğalı ilə barışmayacaq" - politoloq əlavə edib.
   
   R.Musabəyovun fikrincə, həmsədr ölkələr Ermənistanı özlərinə daha yaxın hesab edirlər, ona görə də özümüzü aldatmaq lazım deyil: "Həmsədrlər danışıqlarda ermənilərin bütün iddialarının olmasa da, əksəriyyətinin təmin olunmasına, bu münaqişədən onların daha qazanclı çıxmasına nail olmağa çalışırlar. Azərbaycan da razılaşmır deyə, münaqişə bu günə qədər həllini tapa bilmir".
   
   Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son günlərdə həmsədr ölkələrin ünvanına sərt ittihamlarını şərh edərkən politoloq bildirib ki, Ermənistanın cılız və dilənçi bir dövlət olduğu hamıya bəllidir: "Həmsədr ölkələr bir tərəfdən işğalçı Ermənistana maliyyə yardımı edir, silah verir. Digər tərəfdən deyirlər ki, biz Ermənistana təzyiq edə bilmərik. Türkiyənin də, Azərbaycanın da tələbi budur ki, böyük dövlətlər regionda daha pis nəticələrin yaranmasını istəmirlərsə, əllərində olan bütün təzyiq imkanlarından istifadə edib Ermənistanı öz yerində oturtmalıdırlar. Əks halda, onların arzulamadıqları ən pis variantlar baş verə bilər və bundan hamı zərər görəcək".
   
   Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların son raundu barədə fikirlərini bölüşən R.Musabəyov bildirir ki, hazırda söhbət çərçivə müqaviləsindən gedir və burada detallar yox, ümumi məsələlərin razılaşdırılması gündəmdədir: "Yəni, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi bildirilir, amma bunun nə vaxt, necə və hansı formada olacağı göstərilmir. Bu isə məsələnin daha da uzadılması deməkdir. Ermənilər isə qorxur ki, bu gün çərçivə müqaviləsinə imza atsalar, sabah da onları konkret addımlar atmağa məcbur edəcəklər. Odur ki, imzalamırlar. Belə vəziyyət böyük dövlətlərin maraqlarına cavab verir. Amma münaqişənin həlli prosesinin uzadılması Azərbaycana sərf etmir. Bizə işğal olunmuş torpaqlarımız lazımdır, kağız parçası yox!" - deyə Musabəyov qeyd edib.
   
   
V.Məmmədli
Oxunub: 146
Dağlıq Qarabağ münaqişəsi Almaniyada müzakirə edildi
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirin məqsədi bir daha Dağlıq Qarabağ münaqişəsi barədə alman ictimaiyyətini məlumatlandırmaq, reallıqları davamlı şəkildə təbliğ etmək olub.
   
   Toplantıda AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova "Sülhə ümid və ya siyasi-coğrafi məngənə. Dağlıq-Qarabağ münaqişəsi 2010-cu ildə" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Dağlıq-Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqı ərazisində baş verən və qurbanların sayına görə birinci yerdə duran münaqişədir. S. Patzer-İsmayılova bildirib ki, Qarabağ müharibəsi 30 mindən çox azərbaycanlının ölümünə, 1 milyon azərbaycanlının ata-baba yurdundan didərgin düşməsinə səbəb olub.
   
   AAKM-in icraçı direktoru öz çıxışında münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan dövlət başçılarının apardığı danışıqlar, beynəlxalq birliyin bu məsələyə dair mövqeyi, Ermənistanın münaqişənin həllinə qeyri-konstruktiv yanaşması və özu özunu elan etmiş qondarma Dağlıq Qarabağ rejimini himayə etməsi və dəstəkləməsi, Azərbaycanın Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verməyə hazır olması, eləcə də Cənubi Qafqazdakı digər münaqişəli ocaqlar barədə də danışıb.
   
   Tədbirdə iştirak edən tanınmış siyasətşünas Hayko Langner isə Dağlıq-Qarabağ münaqişəsinin həlli yolları, Qafqazın geosiyasi vəziyyətinin aktuallığı və bu amilin münaqişənin həllinə təsir imkanları barədə çıxış edib.
Oxunub: 135
Qırğızıstan nümayəndə heyəti Qubada oldu
Azərbaycanda səfərdə olan Qırğızıstanın əmək, məşğulluq və miqrasiya nazirinin müavini Nurida Coldaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti dünən Qubadakı kütləvi məzarlığı ziyarət edib. APA-nın şimal bürosunun xəbərinə görə, N. Coldaşova ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınların əyani nişanəsi olan kütləvi məzarlıqda gördüklərindən dəhşətə gəldiyini bildirib.
   
   O, ermənilərin müsəlmanlara qarşı törətdiyi bu soyqırım hadisəsinin dəhşətli cinayət olduğunu və faktla bağlı beynəlxalq qurumların məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Oxunub: 146
Azay Quliyev: "Keçən illə müqayisədə bu il daha çox layihə təqdim edilib"
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 489 layihə daxil olub. APA-nın xəbərinə görə, bu barədə sözügedən şuranın sədri Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq müsabiqəyə sənəd qəbulu baş çatıb və texniki ekspertiza keçirilib: "80-dən artıq təşkilatın təqdim etdiyi layihələr ekspertizadan keçməyib. Bu o deməkdir ki, onların sənədlər geri qaytarılacaq".
   
   A. Quliyev hazırda ikinci mərhələnin başa çatmaqda olduğunu bildirib: "Hesab edirik ki, biz nəticələri martın 10-dək açıqlayacağıq. Ötən il biz 1 milyon 868 min manatın müqabilində 569 layihə almışdıqsa, bu il 903 min manatın müqabilində 489 layihə almışıq. Büdcəni nəzərə alsaq, keçən illə müqayisədə bu il daha çox layihə təqdim edilib".
Oxunub: 120