Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Aleksandr Xetaquri: "Gürcüstan Azərbaycan qazını Rumıniyaya ötürməyə hazırdır"
Misir Mərdanovla Məleykə Abbaszadə eyni mövqedə
Əvəz Temirxan "od püskürdü"
HƏRBYÖNLÜ TƏŞKİLATLARIN KOALİSİYASI BƏYANAT YAYDI
AŞPA qadınların müdafiəsinə qalxdı
Mövqesiz deputatlar kimlərdir?
DSMF-ə daxil olan müraciətlərin sayı artıb
Borcluların işığı kəsiləcək
Şagirdlər belə geyinəcək
Yuliya Timoşenkonun "sponsoru" "AST Telman"dı?
Cərimələr sərtləşdiriləcək
Ziyalı ömrünün 65-ci baharı
Uşaqlar arasında intiharın artması çox ciddi siqnaldır
ABŞ-IN MÜDAFİƏ SİSTEMİ ZAY ÇIXDI
Türk nazir: ""Şahdəniz" məsələsində anlaşılmazlıq yoxdur"
MKİ direktoru: "Əl-Qaidə terror hücumları hazırlayır"
Ağ kağızlara qara şeir yazan şair
Cavanşir Quliyev: "Fəxri adlar haqqında qanun qəbul edilməlidir"
"Məhəmməd Füzulinin qəzəllərinin şərhi" kitabının təqdimatı keçirilib
Xalq artisti Yaşar Nuri Musiqili Komediya Teatrının dəvətini qəbul edib
Qara Qarayevin doğum günü qeyd ediləcək
"Qarabağ" dünyanın ən güclü klubları sırasında
Kitabxanalarda elektron resurslar bazası yaradılır
Vaqif Cavadov da "lipa" çıxdı?
Elnur Əşrəfoğlu: "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik"
"Real" və "Barselona" xeyriyyə matçında
Azəri Günelin atası məhkəməyə üz tutacaq
"Olimpik-Şüvəlan"ın futbolçusu oyun satıb?
Bülənt Qorxmaz qeyripeşəkarlıqda ittiham edildi
Millimiz 3 yoldaşlıq görüşü keçirəcək
Aysel: "Qalibiyyət bizdən uzaqda deyil"
Bu həftə "Kurtlar vadisi"ndə nələr olacaq?
GÜNÜN LƏTİFƏSİ
   
Elnur Əşrəfoğlu: "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik"

"Klubumuzun prezidenti Sadıq Sadıqovun göstərişinə əsasən "Neftçi"də İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti yaradıldı. Hazırda departamentimizin 25-dək əməkdaşı var". Qol.Az-ın müxbirilə söhbətində bu sözləri "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəğoflu deyib.
   
   E.Əşrəfoğlu rəhbərlik etdiyi departamentin görəcəyi işlər barədə geniş məlumat verib: "Klubumuzun prezidenti Sadıq Sadıqov bizim üçün hər cür şərait yaradıb. İndi qalır yalnız bu diqqətin qarşılığını vermək. Hazırda yeni sayt üzərində işləyirik. Bir müddətdən sonra "Neftçi"nin yeni saytı azarkeşlərin ixtiyarına veriləcək. Saytımız fəaliyyətə başladıqdan sonra orada hər gün klubumuz haqda ən azı 5-6 informasiya yer alacaq. "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik. Eyni zamanda sabah "Qarabağ"a qarşı keçirəcəyimiz oyundan etibarən hər qarşılaşma üçün xüsusi bukletlər hazırlanacaq. Həmin bukletlər jurnalistlərə və qonaqlara tədim olunacaq. Bundan başqa növbəti oyunlardan etibarən xüsusi afişalar da hazırlanacaq və şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək. Eyni zamanda klubumuzun jurnalını da bundan sonra daha yüksək səviyyədə hazırlayacağıq. Jurnalımızda komandamızın üzvləri ilə yanaşı, eyni zamanda "Neftçi"yə qarşı əhəmiyyətli oyunlarda meydana çıxmış futbolçularla da müsahibələr, bir-birindən maraqlı yazılar yer alacaq. Avropa, eləcə də Türkiyə klublarından örnək götürməyə çalışırıq. Bir sözlə, işimizi Avropa standartlarına uyğun şəkildə qurmağa çalışırıq".
   
   Klub rəsmisi tezliklə "Neftçi"nin televeziya proektinin də fəaliyyətə başlayacağını söylədi: "Bundan başqa daha bir yenilik etmək fikrindəyik. "Neftçi" klubunun xüsusi televiziya proqramını hazırlamağa çalışırıq. Həmin proqram ayda bir dəfə yayımlanacaq. Hazırda danışıqlar gedir. Ona görə də indidən proqramın hansı kanalda yayımlanacağını dəqiq deyə bilmərəm. Verilişin adı "Flaqman" olacaq. Çalışacağıq ki, bu proqramda təkrarçılığa yol verməyək. Yəni, təkcə oyunlardan fraqmentlər göstərməklə kifayətlənməyəcəyik. Proqramın əyləncə tipli olmasını istəyirik. Verilişə komandamızın üzvləri dəvət olacaq. Legioner futbolçularla bağlı xüsusi reportajlar hazırlanacaq. Onların buradakı yaşayış səviyyələri, asudə vaxtlarını necə keçirmələri azarkeşlərə təqdim olunacaq. Çox güman ki, "Flaqman" mart ayından efirə çıxacaq".
   
   
   
   
V.Məmmədli
Oxunub: 137
Millimiz 3 yoldaşlıq görüşü keçirəcək (125)
Bülənt Qorxmaz qeyripeşəkarlıqda ittiham edildi (126)
"Olimpik-Şüvəlan"ın futbolçusu oyun satıb? (132)
"Real" və "Barselona" xeyriyyə matçında (137)
Elnur Əşrəfoğlu: "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik" (137)
Vaqif Cavadov da "lipa" çıxdı? (123)
"Qarabağ" dünyanın ən güclü klubları sırasında (130)