Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Aleksandr Xetaquri: "Gürcüstan Azərbaycan qazını Rumıniyaya ötürməyə hazırdır"
Misir Mərdanovla Məleykə Abbaszadə eyni mövqedə
Əvəz Temirxan "od püskürdü"
HƏRBYÖNLÜ TƏŞKİLATLARIN KOALİSİYASI BƏYANAT YAYDI
AŞPA qadınların müdafiəsinə qalxdı
Mövqesiz deputatlar kimlərdir?
DSMF-ə daxil olan müraciətlərin sayı artıb
Borcluların işığı kəsiləcək
Şagirdlər belə geyinəcək
Yuliya Timoşenkonun "sponsoru" "AST Telman"dı?
Cərimələr sərtləşdiriləcək
Ziyalı ömrünün 65-ci baharı
Uşaqlar arasında intiharın artması çox ciddi siqnaldır
ABŞ-IN MÜDAFİƏ SİSTEMİ ZAY ÇIXDI
Türk nazir: ""Şahdəniz" məsələsində anlaşılmazlıq yoxdur"
MKİ direktoru: "Əl-Qaidə terror hücumları hazırlayır"
Ağ kağızlara qara şeir yazan şair
Cavanşir Quliyev: "Fəxri adlar haqqında qanun qəbul edilməlidir"
"Məhəmməd Füzulinin qəzəllərinin şərhi" kitabının təqdimatı keçirilib
Xalq artisti Yaşar Nuri Musiqili Komediya Teatrının dəvətini qəbul edib
Qara Qarayevin doğum günü qeyd ediləcək
"Qarabağ" dünyanın ən güclü klubları sırasında
Kitabxanalarda elektron resurslar bazası yaradılır
Vaqif Cavadov da "lipa" çıxdı?
Elnur Əşrəfoğlu: "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik"
"Real" və "Barselona" xeyriyyə matçında
Azəri Günelin atası məhkəməyə üz tutacaq
"Olimpik-Şüvəlan"ın futbolçusu oyun satıb?
Bülənt Qorxmaz qeyripeşəkarlıqda ittiham edildi
Millimiz 3 yoldaşlıq görüşü keçirəcək
Aysel: "Qalibiyyət bizdən uzaqda deyil"
Bu həftə "Kurtlar vadisi"ndə nələr olacaq?
GÜNÜN LƏTİFƏSİ
   
Yeni polis rəisləri təyin edildi
Azərbaycanın Şirvan şəhərinin və Qobustan rayonunun polis şöbələrinə yeni polis rəisləri təyin olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.
   
   Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrləri ilə Qobustan Polis Şöbəsinin rəisi işləmiş polis polkovniki Azər Muradov Şirvan şəhər Polis Şöbəsinə rəis təyin edilib. Nazirin digər əmri ilə bundan əvvəl Hacıqabul rayon Polis Şöbəsinin rəis müavini işləmiş, polis polkovnik-leytenantı Namiq Camalov Qobustan rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışacaq.
Oxunub: 101
Misir Mərdanovla Məleykə Abbaszadə eyni mövqedə
"Məzunların 30 faizdən çoxunun biliyi "2"yə layiqdir"
"Məktəb rəhbərləri nöqsanların aradan qaldırılması üçün yollar tapmalıdır"
Orta məktəblərdə təhsilin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakıda 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Zona müşavirəsində Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Bakının Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal rayonlarının, eləcə də Şuşa, Zəngilan, Xocalı, Xocavənd məktəblərinin direktor və müəllimləri iştirak edib.
   
   Lent.az-ın məlumatına görə, müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov ötən il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrindən narazı qaldığını söyləyib. Nazir deyib ki, TQDK-nın imtahandan sonra hazırladığı elmi-statistik təhlillər orta məktəblərdə təhsilin səviyyəsinin qənaətbəxş olmadığını göstərir. Nazir müşavirədə iştirak edən təhsil işçilərini, xüsusən də məktəb direktorlarını bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb.
   
   "Əsas narahatlıq doğuran məsələlərdən biri builki qəbul imtahanlarında bəzi göstəricilər üzrə nəticələrin ötən illərdən aşağı olmasıdır. Bunun səbəbləri araşdırılmalıdır. Biz hamımız istəyirik ki, Azərbaycanda təhsili yüksək səviyyədə olsun. TQDK və Təhsil Nazirliyi bir istiqamətə qulluq edən dövlət qurumlarıdır. Amma məktəb rəhbərləri də bu məsələyə ciddi fikir verməli, nöqsanların aradan qaldırılması üçün yollar tapmalıdır" -deyə, Misir Mərdanov qeyd edib.
   
   TQDK sədri Məleykə Abbaszadə isə məruzəsində ötən qəbul imtahanlarının nəticələri barədə geniş məlumat verib. O, qeyd edib ki, ötən il Bakının orta ümumtəhsil məktəblərini 25244 şagird bitirib, onların 23005 nəfəri attestat alıb. Attestat alanların 93,48 faizi qəbul imtahanlarında iştirak edib. İmtahanın nəticələrinə əsasən paytaxtın 9030 məzunu (imtahanda iştirak edən məzunların 41,99 faizi) tələbə adını qazanıb.
   
   Məleykə Abbaszadə bildirib ki, ötən il keçirilən qəbul imtahanlarında abituriyentlərin çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Onun sözlərinə görə, Bakı məktəblərinin məzunlarının qəbul imtahanlarında topladığı ota bal 241.044 olub. Bu isə ölkə üzrə orta göstəricidən 13,7 faiz yuxarıdır.
   
   Bununla belə, ötən ilki imtahanlarda Bakının attestat qiymətləri "əla" olan abituriyentlərindən 9,74 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. Məleykə Abbaszadənin fikrincə, məzunların 30 faizdən çoxunun biliyi ənənəvi qiymətləndirmə ilə "2"yə layiqdir.
Oxunub: 121
HƏRBYÖNLÜ TƏŞKİLATLARIN KOALİSİYASI BƏYANAT YAYDI
"Daşkəsəndə yerləşən "N" saylı hərbi hissədə zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi Azərbaycan ordusu və xalqı üçün faciədir"
Fevralın 3-də mətbuat konfransı keçirən "Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət" koalisiyası bəyanat qəbul edib.
   
   "Media forum" saytının məlumatına görə, bəyanatda deyilir ki, 2010-cu il yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsəndə yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi Azərbaycan ordusu və xalqı üçün faciədir: "İstər qətlə yetirilənlər, istər də cinayəti törədənlər bu faciənin qurbanlarıdır. Araşdırmalar göstərir ki, odlu silahın tətbiq edilməsi ilə baş verən cinayət hadisələri ayrı-ayrı bölmə, hissə, birlik və birləşmələrdə tez-tez baş verir. Təkcə 2009-cu ildə silah tətbiq etməklə 20-dən çox cinayət hadisəsi törədilib, onlardan əksəriyyəti ölümlə, 4-ü isə iki və daha çox hərbi qulluqçunun qətlə yetirilməsi ilə nəticələnib.
   
   Bütün hadisələri Respublika Hərbi Prokurorluğu araşdırır və cinayəti törədənlər cəzalandırılıblar.
   
   Digər dövlət orqanları isə baş vermiş hadisələrin araşdırılması nəticəsində ortaya çıxan problemlər, rəylər və təkliflər barədə ictimaiyyətə heç bir açıqlama verməyiblər. Hadisələrin tez-tez təkrar olunması ona dəlalət edir ki, cavabdeh dövlət orqanları və vəzifəli şəxslər belə hadisələrin qarşısının alınması üçün müvafiq profilaktik tədbirlərin həyata keçirilməsini təmin edə bilmirlər.
   
   Baş vermiş hadisələr təkcə ordunun deyil, həm də cəmiyyətin çox ciddi sosial problemidir. Bu problemlərlə birgə mübarizə aparılmalıdır. Son olayla bağlı təkcə hüquq mühafizə orqanlarının araşdırmalar aparması və cinayətkarların cəzalandırılması ilə kifayətlənmək olmaz. Bu problemlər ciddi ictimai müzakirəyə çıxarılmalı, müvafiq dövlət orqanları dərindən araşdırma aparmalı və problemlərin qarşısının alınması üçün daha ciddi tədbirlər həyata keçirilməlidir".
   
   "Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət" Koalisiyası 2005-ci ildə yaradılıb. Koalisiyaya "Ehtiyatda və İstefada olan Zabitlər", "Hərbi Jurnalistlər", "651 saylı hərbi hissənin veteranları", "Müharibə Veteranları Qadınlarına Sosial Yardım", "Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi", "NATO-ya İnteqrasiya", "Demokratik Cəmiyyət və Ordu", "Gizir və Miçmanlar", "Əfqanıstan Veteranları", "Silahlı Qüvvələr Veteranları", "Veteran Topçular", "Zabitlərin Diskussiya Klubu", "Əsgər və Əsgər Ailələri", "Şəhid Ailələrinə Sosial Yardım" ictimai birlikləri, Hərbçilərin Hüquqlarını Müdafiə, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar, "Orduya İctimai Nəzarət", "Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə", İctimai Maraqları Araşdırma, "Manevr" Jurnalist Araşdırmaları mərkəzləri, "MilAz" İnformasiya Agentliyi və www.milaz.info saytı daxildir.
   
   
Anar
Oxunub: 112
Borcluların işığı kəsiləcək
"Bakıelektrikşəbəkə" ASC fevralın 5-dən borclu abonentlərin enerji təchizatını dayandıracaq. Bu barədə "APA-Economics"ə "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Səhmdar cəmiyyəti bəyan edib ki, borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı fevralın 5-də saat 15:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
   
   Məlumatda o da bildirilib ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet sayt (www.bes.az) vasitəsilə onlayn rejimdə həyata keçirilə bilər.
Oxunub: 109
Şagirdlər belə geyinəcək
Növbəti dərs ilində Bakının bütün məktəblərində vahid məktəbli geyimi tətbiq olunacaq
2008-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya, artıq vahid məktəbli formasına keçidlə nəticələnir. İki il əvvəl təhsil ictimaiyyəti, şagird və valideynlər tərəfindən dəstəklənən bu ideya hazırda Azərbaycanın bütün məktəblərində tətbiq olunur.
   
   Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, 2010-2011- ci tədris ili Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyiminin tətbiqi ili olacaq. Onun sözlərinə görə, hazırda geyimlərin tikiş prosesi gedir. Vahid məktəbli geyiminin tətbiqinə isə bu ilin may ayından start veriləcək.
   
   Zəminə Əliqızı bildirib ki, ilkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I - IV siniflər) vahid formaya keçəcəklər. Növbəti mərhələlərdə isə V - IX və X - XI siniflər üçün hazırlanan geyimlərə keçiləcək. Onun sözlərinə görə, geyimlər Bakının hər bir rayonunda təşkil olunan satış mərkəzlərində satılacaq.
   
   Məktəblərin I - IV siniflərində tətbiq olunacaq geyimlər şəkillərlə təqdim olunur.
   
   
   
   
Anar
Oxunub: 105
Uşaqlar arasında intiharın artması çox ciddi siqnaldır
Milli Məclisin deputatı Gülər Əhmədova isə APA-ya bildirib ki, Azərbaycanda uşaq ombudsmanının yaradılması ideyasının ciddi müzakirələrə ehtiyacı var. G. Əhmədova deyib ki, uşaq problemlərinin həlli ilə uşaq psixologiyasını bilən, pedaqoji, psixoloji məqamlara bələd, praktik bir insan lazımdır.
   
   Həllini gözləyən digər məsələ isə informasiya məsələləri üzrə ombudsmanın yaradılmasıdır. Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı APA-ya bildirib ki, informasiya məsələləri üzrə ombudsmanın yaradılması "İnformasiya əldə etmək haqqında" qanunda nəzərdə tutulub. R. Hacılının fikrincə, informasiya məsələləri üzrə ombudsmanın Azərbaycana lazım olub-olmaması artıq müzakirə mövzusu deyil: ""Lazımdır, ya yox" sualına artıq qanun cavab verib. Qanun qəbul olunub, bu isə o deməkdir ki, müvəkkil bizə lazımdır".
   
   "Yeni nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, informasiya məsələləri üzrə ombudsmanının yaradılması qanunun tələbidir. A. Əliyevin sözlərinə görə, son vaxtlar medianın özünün sosial institut kimi zəifləməsi jurnalist təşkilatlarının da fəaliyyətinin zəifləməsinə səbəb olub. A. Əliyevin sözlərinə görə, Azərbaycanda real jurnalistlərin sayı nə rəsmi qurumların səsləndirdiyi kimi 30-50 min, nə də həddən artıq az deyil.
   
   Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da APA-ya bildirib ki, Azərbaycanda informasiya məsələləri üzrə ombudsmanın yaradılması "İnformasiya əldə edilməsi haqqında" qanunun sonuncu bəndində əksini tapıb.
   
   Lakin İnformasiya Ombudsmanının səlahiyyətlərinin bir hissəsini Mətbuat Şurası həyata keçirir: "İnformasiya məsələləri üzrə ombudsmana ehtiyac var, ya yox, bu gərək ciddi müzakirələrdən keçsin. Amma bu məsələ qanunvericilikdə əksini tapıb. 2006-cı ilin axırına qədər informasiya məsələləri üzrə ombudsman yaradılmalı idi. O vaxtdan 4 ilə yaxın müddət keçib. Həmin səlahiyyətlərin bir hissəsi Mətbuat Şurasındadır.
   
   Xarici təcrübəyə fikir versək, bir sıra ölkədə Mətbuat Şurası demək olar ki, ombudsmanın səlahiyyətlərini həyata keçirir. Onlar bəzi məqamlarda bir-birlərini əvəz edir. Lakin ombudsmanın elə səlahiyyətləri də var ki, Mətbuat Şurasının səlahiyyətindən kənardır. Bu, xüsusən ilk mənbədən informasiya əldə edilməsinə nəzarətlə bağlıdır".
Oxunub: 112