Tikintidə ölüm
hadisəsi
Bakıda tikintidə ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan məlumat verilib. Hadisə fevralın 2-si, axşam saat 19.30 radələrində "Paşa İnşaat"a məxsus, tikilməkdə olan 17 mərtəbəli binada qeydə alınıb.
Tikintidə quraşdırılmış dəmir lövhələrin uçması nəticəsində həmin binada fəhlə işləyən, 1981-ci il təvəllüdlü Rəfael Əmirağa oğlu İsrafilov dəmir konstruksiyaların altında qalaraq dünyasını dəyişib. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.