Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Aleksandr Xetaquri: "Gürcüstan Azərbaycan qazını Rumıniyaya ötürməyə hazırdır"
Misir Mərdanovla Məleykə Abbaszadə eyni mövqedə
Əvəz Temirxan "od püskürdü"
HƏRBYÖNLÜ TƏŞKİLATLARIN KOALİSİYASI BƏYANAT YAYDI
AŞPA qadınların müdafiəsinə qalxdı
Mövqesiz deputatlar kimlərdir?
DSMF-ə daxil olan müraciətlərin sayı artıb
Borcluların işığı kəsiləcək
Şagirdlər belə geyinəcək
Yuliya Timoşenkonun "sponsoru" "AST Telman"dı?
Cərimələr sərtləşdiriləcək
Ziyalı ömrünün 65-ci baharı
Uşaqlar arasında intiharın artması çox ciddi siqnaldır
ABŞ-IN MÜDAFİƏ SİSTEMİ ZAY ÇIXDI
Türk nazir: ""Şahdəniz" məsələsində anlaşılmazlıq yoxdur"
MKİ direktoru: "Əl-Qaidə terror hücumları hazırlayır"
Ağ kağızlara qara şeir yazan şair
Cavanşir Quliyev: "Fəxri adlar haqqında qanun qəbul edilməlidir"
"Məhəmməd Füzulinin qəzəllərinin şərhi" kitabının təqdimatı keçirilib
Xalq artisti Yaşar Nuri Musiqili Komediya Teatrının dəvətini qəbul edib
Qara Qarayevin doğum günü qeyd ediləcək
"Qarabağ" dünyanın ən güclü klubları sırasında
Kitabxanalarda elektron resurslar bazası yaradılır
Vaqif Cavadov da "lipa" çıxdı?
Elnur Əşrəfoğlu: "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik"
"Real" və "Barselona" xeyriyyə matçında
Azəri Günelin atası məhkəməyə üz tutacaq
"Olimpik-Şüvəlan"ın futbolçusu oyun satıb?
Bülənt Qorxmaz qeyripeşəkarlıqda ittiham edildi
Millimiz 3 yoldaşlıq görüşü keçirəcək
Aysel: "Qalibiyyət bizdən uzaqda deyil"
Bu həftə "Kurtlar vadisi"ndə nələr olacaq?
GÜNÜN LƏTİFƏSİ
   
"Qarabağ" dünyanın ən güclü klubları sırasında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən güclü 350 klubunun reytinqini açıqlayıb. 1news.az saytında yer alan xəbərə görə, reytinqdə Azərbaycan əvvəlkitək bir klubla təmsil olunub. Bu, Ağdamın "Qarabağ" komandasıdır. Fevral ayı üçün açıqlanmış reytinqdə 234-cü yerdə qərarlaşmış Qurban Qurbanovun yetirmələri kifayət qədər adlı-sanlı klubları geridə qoya bilib.
   
   "Qarabağ"ın üstələdiyi komandalar arasında Moskvanın "Dinamo", Türkiyənin "Trabzonspor", İngiltərənin "Blökbern" və "Nyukasl", həmçinin Uruqvayın "Liverpul" və Argentinanın "Arsenal" klubları da var. Reytinq cədvəlinə 319 xal toplamış "Barselona" başçılıq edir. Onun ardınca "Çelsi" (296) və "Mançester Yunayted" (289) gəlir.
   
   
   
   
Vüsal
Oxunub: 131
Vaqif Cavadov da "lipa" çıxdı?
Milli komandamızın üzvü, Hollandiyanın "Tvente" klubunu oyunçusu Vaqif Cavadov "lipa" çıxıb. Bu barədə "Komanda" qəzetinin araşdırmasından sonra məlum olub. Belə ki, AFFA-nın rəsmi saytında və digər mənbələrdə V.Cavadovun 1989-cu ilin 25 mayında dünyaya gəldiyi göztərilib. "Facebook" sosial şəbəkəsində isə fərqli informasiya yerləşdirilb. V.Cavadov səhifəsində doğum tarixini "1987-ci il 25 may" olaraq göstərib.
   
   Xatırladaq ki, Vaqif Cavadov "Tvente"yə Ağdamın "Qarabağ" klubundan transfer olunub. Bu arada "Qarabağ" klubunun əvəzedici komandasının üzvü Sabir Ramazanovun da təvəllüdü ilə bağlı yanlış informasiya təqdim edildiyi təsdiqlənib. AFFA İntizam Komitəsi Ramazanovu 6 ay müddətinə federasiya bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıb. Məsələ ilə bağlı "Qarabağ" klubuna xəbərdarlıq məktubu göndəriləcək. Analoji hallar təkrarlanacağı halda İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.
Oxunub: 124
Elnur Əşrəfoğlu: "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik"
"Klubumuzun prezidenti Sadıq Sadıqovun göstərişinə əsasən "Neftçi"də İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti yaradıldı. Hazırda departamentimizin 25-dək əməkdaşı var". Qol.Az-ın müxbirilə söhbətində bu sözləri "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəğoflu deyib.
   
   E.Əşrəfoğlu rəhbərlik etdiyi departamentin görəcəyi işlər barədə geniş məlumat verib: "Klubumuzun prezidenti Sadıq Sadıqov bizim üçün hər cür şərait yaradıb. İndi qalır yalnız bu diqqətin qarşılığını vermək. Hazırda yeni sayt üzərində işləyirik. Bir müddətdən sonra "Neftçi"nin yeni saytı azarkeşlərin ixtiyarına veriləcək. Saytımız fəaliyyətə başladıqdan sonra orada hər gün klubumuz haqda ən azı 5-6 informasiya yer alacaq. "Neftçi" haqda ən son xəbərləri operativ şəkildə oxuculara təqdim edəcəyik. Eyni zamanda sabah "Qarabağ"a qarşı keçirəcəyimiz oyundan etibarən hər qarşılaşma üçün xüsusi bukletlər hazırlanacaq. Həmin bukletlər jurnalistlərə və qonaqlara tədim olunacaq. Bundan başqa növbəti oyunlardan etibarən xüsusi afişalar da hazırlanacaq və şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək. Eyni zamanda klubumuzun jurnalını da bundan sonra daha yüksək səviyyədə hazırlayacağıq. Jurnalımızda komandamızın üzvləri ilə yanaşı, eyni zamanda "Neftçi"yə qarşı əhəmiyyətli oyunlarda meydana çıxmış futbolçularla da müsahibələr, bir-birindən maraqlı yazılar yer alacaq. Avropa, eləcə də Türkiyə klublarından örnək götürməyə çalışırıq. Bir sözlə, işimizi Avropa standartlarına uyğun şəkildə qurmağa çalışırıq".
   
   Klub rəsmisi tezliklə "Neftçi"nin televeziya proektinin də fəaliyyətə başlayacağını söylədi: "Bundan başqa daha bir yenilik etmək fikrindəyik. "Neftçi" klubunun xüsusi televiziya proqramını hazırlamağa çalışırıq. Həmin proqram ayda bir dəfə yayımlanacaq. Hazırda danışıqlar gedir. Ona görə də indidən proqramın hansı kanalda yayımlanacağını dəqiq deyə bilmərəm. Verilişin adı "Flaqman" olacaq. Çalışacağıq ki, bu proqramda təkrarçılığa yol verməyək. Yəni, təkcə oyunlardan fraqmentlər göstərməklə kifayətlənməyəcəyik. Proqramın əyləncə tipli olmasını istəyirik. Verilişə komandamızın üzvləri dəvət olacaq. Legioner futbolçularla bağlı xüsusi reportajlar hazırlanacaq. Onların buradakı yaşayış səviyyələri, asudə vaxtlarını necə keçirmələri azarkeşlərə təqdim olunacaq. Çox güman ki, "Flaqman" mart ayından efirə çıxacaq".
   
   
   
   
V.Məmmədli
Oxunub: 138
"Real" və "Barselona" xeyriyyə matçında
İspaniyanın "Real" və "Barselona" futbol komandaları Haitidəki zəlzələ zamanı zərərçəkənlərə yardım məqsədilə xeyriyyə matçı keçirmək istəyirlər. Artıq "Facebook" sosial şəbəkəsində bu ideyanı 80 mindən çox şəxs dəstəkləyib.
   
   Klub prezidentləri Florentino Peres və Joan Laporta məsələni müzakirə etmək məqsədilə görüşüblər. Lakin hələ yekun razılıq əldə olunmayıb. Hər iki klub bossu matç təqviminin gərginliyini, mövsümün sonluğunda futbolçuların zədə alma riskini əsas gətirməklə yanaşı, belə qarşılaşmanın yoldaşlıq görüşü kimi keçəcəyinə şübhə ilə yanaşıblar.
   
   Hər halda, "Real" - "Barselona" matçının İspaniya Kubokunun növbəti mərhələsinin oyunlarının keçirildiyi gündə təşkili təklif olunub. Əzəli rəqiblər artıq ölkə kubokunda mübarizəni dayandırdıqları üçün həmin gün boş olacaqlar. Oyunu isə əcnəbi hakimi idarə etməsi variantı var.
Oxunub: 138
"Olimpik-Şüvəlan"ın futbolçusu oyun satıb?
Bakının "Olimpik-Şüvəlan" klubunun və Moldova Milli komandasının futbolçusu Sergey Laşenkovun adı oyun alqı-satqısında hallanır. Ukrayna mətbuatında yer alan xəbərlərə görə, bu haqda ölkənin ədalətli oyunlar komitəsinin rəhbəri İqor Koçetov açıqlama verib.
   
   O, bildirib ki, hadisə 2008-ci ildə Laşenkovun Lvovun "Karpatı" komandasında çıxış etdiyi vaxt baş verib. "Karpatı"nın "Metallist"lə keçirdiyi Ukrayna çempionatı matçı xarkovluların böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
   
   Bu yaxınlarda isə Lvov klubundan ədalətli oyunlar komitəsinə videokaset daxil olub. Həmin kasetdə "Karpatı"nın adı açıqlanmayan oyunçusu demək olar ki, bütün komanda üzvlərinin "Metallist" rəsmiləri və kluba yaxın şəxslərlə gizli danışıqlara getdiyini açıqlayıb. "Karpatı" "Metallist"ə uduzması qarşılığında böyük məbləğdə "mükafat" alıb. Qeyri-rəsmi olaraq, hazırda "Olimpik-Şüvəlan"da çıxış edən Laşenkov və digər oyunçuların hərəyə 10 min dollar aldıqları bildirilir.
   
   Məsələyə münasibət bildirən "Metallist"in və Ukrayna milli komandasının baş məşqçisi Miron Markeviç bu olayı səlahiyyətli orqanların araşdırmasının gərəkliliyini qeyd edib. Markeviç belə bir halın baş verdiyi təsdiqlənsə, gizli danışıqlara gedən bütün futbolçuların diskvalifikasiya olunmasını təklif edib. Qeyd edək ki, hazırda 30 yaşı olan Sergey Laşenkov "Karpatı"da 2008-2009-cu il mövsümündə çıxış edib. Bundan sonra isə Laşevkov "Olimpik-Şüvəlan"a transfer olub.
   
   
VÜSAL
Oxunub: 133
Bülənt Qorxmaz qeyripeşəkarlıqda ittiham edildi
"Qalatasaray"ın keçmiş prezidenti Faruk Sürən Türkiyə mətbuatına verdiyi müsahibədə "Bakı"nın baş məşqçisi Bülənt Qorxmaz haqda fikirlərini bildirib. Sürən "Qalatasaray"ın sabiq kapitanının peşəkar olmadığını deyib: "Qalatasaray"a uzun illər xidmət göstərən futbolçular daha yaxşı şəkildə yola salınmalı idilər. UEFA kubokunun finalında qırıq qolla formasını tərlədən Bülənt Qorxmaz peşəkar deyil. O həqiqi bir "Qalatasaray"lı. Amma həvəskar zehniylə oynayırdı".
   
   Keçmiş klub başqanı 2000-ci ili belə xatırlayır: "UEFA kubokunu qazandığımı ildəki "Qalatasaray"ın heyəti yüksək səviyyəli idi. Ancaq kuboku qazandıqdan sonra Fatih Terim komandanı atıb, "Fiorentina"ya getdi. Əmrə və Okan kluba pul qazandırmaq əvəzinə bir həvəs üçün bizi tərk etdilər. Daha sonra da mənim haqqımda pis danışmağa başladılar. 2000-ci ildən sonra irəli getmək əvəzinə geriyə getdik. Biz uğuru deyil, uğursuzluğu bölüşməyi sevən bir cəmiyyətik".
Oxunub: 127
Millimiz 3 yoldaşlıq görüşü keçirəcək
UEFA 2010-2011-ci il mövsümündə Avropa qitəsindəki ölkələrin yığma komandalarına yoldaşlıq oyunları keçirmək üçün ayrılan tarixləri açıqlayıb. Beynəlxalq futbol qurumunun rəsmi saytında yer alan məlumata görə, milli komandamız bu mövsüm 3 yoldaşlıq görüşündə qüvvəsini sınamaq imkanı əldə edəcək.
   
   Futbol üzrə milli komandamız 2010-cu il avqustun 11-də, noyabrın 17-də və 2011-ci il fevralın 9-da yoxlama matçında iştirak edəcək. Yoxlama görüşlərində rəqibimiz olacaq komandalar isə AFFA-nın müvafiq ölkə futbol federasiyaları ilə danışıqlarından sonra müəyyənləşəcək.
   
   
Vüsal
Oxunub: 126