"Xəzər Lənkəran" daha bir transfer reallaşdırdı
Müdafiəçilər - Elvin Beqiri ilə Tixon Şişovun ardından "Xəzər Lənkəran" daha bir futbolçu - braziliyalı Kristian Martins Kabralla anlaşıb. Lənkəran klubunun rəsmi internet saytında yer alan məlumata görə, bu gün 30 yaşlı cənubi amerikalı ikiillik müqaviləyə imza ataraq, karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.
Hücumçuların arxasında - pleymeyker mövqeyində oynayan Kristian daha öncə Braziliya çempionatının "A" seriyasında ünlü "Palmeyras"ın şərəfini qoruyub. "Parana", "Nautiko" və "Vitoria"nın heyətində də çıxış edən təcrübəli futbolçu son altı ayı Braziliyanın "B" seriyasında yarışan "Fortaleza"nın heyətində keçirib.
Kristianın gəlişi ilə "Xəzər Lənkəran"dakı braziliyalıların sayı dördə çatıb. Ona qədər "ağ-yaşıl" formanı Mario Souza, Junior Osvaldo və Dieqo Souza da daşıyırdı.
VÜSAL