Obama Ermənistana 40 milyon dollar
ayırmağa hazırdır
ABŞ-ın 2011-ci il üçün büdcə proqramı açıqlanıb. Tert.am saytının məlumatına görə, orada Ermənistana 40 milyon dollar maddi yardımın ayrılması nəzərdə tutulur. Bu, 1 il əvvəllə müqayisədə 10 milyon dollar çoxdur. Xəbərdə göstərilir ki, ABŞ-ın erməni təşkilatları bu məbləğin 70 milyon dollar olacağını gözləyirlərmiş.
Məlumatda o da bildirilir ki, sənəddə Azərbaycan və Ermənistana eyni həcmdə hərbi yardımın ayrılması nəzərdə tutulub - 3,5 milyon dollar. Beynəlxalq hərbi təhsil və hazırlıq üçün isə Azərbaycan və Ermənistana ayrılacaq yardımlar fərqlidir - Azərbaycana 900 min, Ermənistana isə 450 min dollar.
Vüsal