Misir Mərdanovla Məleykə Abbaszadə
orta məktəbə gedir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Bakı şəhər 1 saylı orta məktəbdə zona müşavirəsi keçirəcək.
Müşavirədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Təhsil Naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, eləcə də paytaxtın ayrı-ayrı rayonlarının qabaqcıl məktəblərinin direktorları və müəllimlərinin iştirakı nəzərdə tutulub.
Müşavirə Bakı şəhəri abituriyentlərinin 2009-10 cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin elmi-statistik təhlilinə həsr olunub.
Gültəkin