Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Aptekdən oğurluq edildi
Bələdiyyə binasında yanğın
GÖRÜN BALALARIMIZA KİMLƏR DƏRS DEYİR?
Oman rəsmisi Azərbaycandadır
"Azəriqaz"da struktur islahatları davam edəcək
ABŞ nüvə xərclərini artırır
AŞ PA həmməruzəçisi Azərbaycana gəlir
Naxçıvanda seçkilərin nəticələri bəlli oldu
ARDNŞ 100 tələbəyə təqaüd təyin etdi
Nazirlikdə struktur islahatları
"Bərəkət"in məhsullarına qadağa qoyuldu
Musa Musayev ağır dilemma qarşısında
YAP-çıların sayı yarım milyona çatdı
NAXÇIVAN SƏFƏRİNƏ ATƏT- İN MÜNASİBƏTİ
Lalə Şövkət: "İsa Qəmbər müxalifətə böyük zərbə vurdu"
Misir Mərdanovla Məleykə Abbaszadə orta məktəbə gedir
Həsən Qaşqavi: "Bakı iranlı tələbələr üçün ən münasib şəhərdir"
Rumıniya Azərbaycan qazına maraq göstərir
Avtobus qəzasının səbəbi müəyyənləşdi
Amerikalı ekspert TQDK-da
DTXK-da kollegiya iclası keçirildi
Rasim Musabəyov: "Uğursuzluq nəinki istisna deyil, tamamilə mümkündür"
ARAĞIN AD GÜNÜ
Anar: "Bir oyun qurdular, vaxtı gələndə açılacaq"
İCTİMAİ ŞURA ÖZÜNÜ DOĞRULDUR
ABŞ-dan Ankara və Yerevana növbəti çağırış
Obama Ermənistana 40 milyon dollar ayırmağa hazırdır
CIZIĞINIZDAN ÇIXMAYIN
Məşhur aktrisada ölümcül xəstəlik tapıldı
Ruhi: " Bilsəniz mənim nə qədər şəklim qəbiristanlıqlara aparılıb"
Güləşçilərimiz Ermənistana getməyəcək
Gövhər Həsənzadə klub açdı
Elnarə və "Next" konsert verəcək
Həmyerlimizin döyüşü ilin qarşıdurması seçildi
Dünya çempionatı Bakıda
"Xəzər Lənkəran" daha bir transfer reallaşdırdı
Uçan maşın artıq satışda!
Orhan Pamuk aşiq olub?
Ədalət Şükürov Dağıstana gedir
İradə Türkiyə şou-biznesində
"Olimpik-Şüvəlan" layiqli əvəzləyicilər tapdı
GÜNÜN LƏTİFƏSİ
   
BİR KƏNDİ AZAD EDƏ BİLƏCƏK ƏSGƏRLƏRİ ÖZÜMÜZ GÜLLƏLƏDİK!
(Qalxın! Şəhid atası gəlir!)

Daşkəsəndəki hərbi hissədə baş verən faciə hamını sarsıtdı.
   
   Ermənilər demək olar ki, hər gün Atəşkəsi pozurlar. Bu Atəşkəsin pozulması nəticəsində tez-tez şəhidlər də veririk. Amma cəbhə bölgəsindən gələn şəhid xəbərləri Daşkəsəndə baş verən hadisə kimi bizi sarsıtmır, ağrıdır. Niyə sarsıtmır, ağrıdır? Çünki şəhid olan o əsgər bu dövlətin, bu millətin şərəfi və namusu olan ana torpağı, müstəqilliyimizi qorumaq üçün sinəsini düşmən gülləsinin önünə verir ki, dövlətin və millətin sinəsinə güllə dəyməsin! Bu həmin şəhidlərin valideynləri üçün ölçüyəgəlməz bir itki olsa da, ömür boyu çəkiləcək bir ağrı olsa da o valideynlər sınmırlar. Bununla qürur duyurlar, fəxr edirlər, başlarını daha dik tuturlar!
   
   
   
   Təkcə onların valideynləri, ailələri deyil, millət də şəhidləri ilə qürur duyur, fəxr edir, öyünür.
   
   
   
   Nazim Hikmət yazır:
   
   
   
   Şəhidlərimizin
   
   Çiyninə qalxaraq yüksəliyoruz!
   
   Vaxtımız yox
   
   onları basdırmağa!
   
   
   
   Və ya başqa bir şeirində:
   
   
   
   Şəhidlərimizi
   
   bərəkət toxumu tək
   
   basdırırıq torpağa,
   
   gah Praqada,
   
   gah Varnada,
   
   gah İstanbulda!
   
   
   
   İndi bu Vətən şəhidlərimizin çiyninə qalxaraq yüksəlib. Və şəhidlərimizi də Laçında, Şuşada, Ağdamdag bərəkət toxumu tək basdırmışıq. Bir gün nar kimi çiçəkləyəcək, çinar kimi boy atacaq, bulaq kimi çağlayacaqlar.
   
   Bəs Daşkəsəndə baş verən faciədə həlak olanlar necə? Ondan bir az əvvəl həmin bölgədə öldürülən 4 əsgər necə?! İntihar edən əsgərlərimiz necə?! Öz əsgərlərimizin cinayəti nəticəsində həlak olan əsgərlərimiz necə?! Onlar da Laçında, Şuşada, Ağdamda... bərəkət toxumu tək basdırdığımız şəhidlərimiz tək nar kimi çiçəkləyə, çinar kimi boy ata, bulaq kimi çağlaya biləcəklərmi?! Onların ata-anaları, ailələri ilk hərbi təyyarəçimiz Vaqifin, Fəxrəddin Qəmbərovun, Allahverdi Bağırovun, Tərtərli Vəzirin... (minlərlə ad yaza bilərəm) ailələri kimi fəxr edə biləcəklərmi?! Qürur duya, öyünə biləcəklərmi?!
   
   Axı onlar da övladlarını bu Vətənə qurban deyib, boylarını sevə-sevə, toy-bayramla Orduya yola salmışdılar. Onların da qürur duymağa, öyünməyə, fəxr etməyə haqqı çatırdı! Kim və ya kimlər onların bu xoşbəxtliyini, bu hüququnu, bu haqqını əlindən aldı?!
   
   Əgər bu faciə bizləri belə sarsıtdısa, görün onların valideynləri, ailələri necə sarsılıb?! O ailələrin yarasına az da olsa məlhəm qoymaq, o yaranı sarımaq mümkündürmü? Bəli! Necə?..
   
   Bir maraqlı film var: "Bir neçə yaxşı adam". Baş rolları da Tom Kruz, Kifer Sazerlend, Demi Mur və Cek Nikolson ifa edirlər. Əslində bu qədər ulduzu bu filmə ona görə cəlb ediblər ki, sadə vətəndaş orduya diqqətlə yanaşsın.
   
   Sizi yorsam da, film haqqında qısaca bir informasiya vermək gərəkdir. Bu çox vacibdir və Daşkəsəndə baş verən hadisənin açılmasında önəmli rol oynaya bilər. Elə bu yazını da məhz buna görə qələmə aldım.
   
   ABŞ-ın Kubadakı hərbi hissəsində bir əsgər ölür. Hərbi hissə məsələni belə qoyur ki, guya Ölən Əsgər iki yoldaşı ilə dalaşıb və aldığı xəsarətdən həlak olub. İki əsgər məsuliyyətə cəlb edilir və əsil həqiqət ört-basdır edilməyə çalışılır.
   
   Məsuliyyətə cəlb olunmuş əsgərlərin müdafiəsini üç vəkil öz üzərinə götürür - yəni Bir Neçə Yaxşı Adam. Prokuror bu Bir Neçə Yaxşı Adamla danışığa girir: "Gəlin bir razılığa gələk, əsgərlərə yüngül cəza verək, bitsin getsin".
   
   Amma bu Bir Neçə Yaxşı Adam razılaşmır. Hadisəni ən incəliyinə qədər, kökünə qədər araşdırırlar.
   
   Dünyanın ən sivil ölkələrinin ordularında da, eləcə də ABŞ ordusunda da zelyonıy, salaqa, ded, dembil ( bu sözləri ona görə dırnağa almayıb tərcüməsiz yazıram ki, bunlar artıq terminləşib) var. İstəyirsən "Bibliya"ya and iç, istəyirsən "Tövrat"a, istəyirsən "Quran"a, istəyirsən Buddaya, istəyirsən partbiletə - bu belədi! Və ABŞ ordusunda yazılmamış bir qanun da var, buna "Qırmızı kod" deyirlər. Komandir tərəfindən verilən "Qırmızı kod" əmri əsgərlər tərəfindən sözsüz əməl edilməli və bu gizli saxlanılmalıdır. "Qırmızı kod" tətbiq edilən əsgər cəzalandırılmalıdı. Bu kodu tətbiq edən əsgərlər isə cinayəti öz üzərlərinə götürməli və yuxarıdan belə bir bir əmr aldıqlarını ölənədək açmamalıdırlar. Əks halda onların özlərinə "Qırmızı kod" tətbiq edilir.
   
   Və bu Bir Neçə Yaxşı Adam bütün təzyiqlərə və çətinliklərə baxmayaraq, bu cinayətin üstünü açırlar. Məlum olur ki, Ölən Əsgər adi bir dava nəticəsində aldığı xəsarətdən ölməyib. Komandirin əmri ilə ona "Qırmızı kod" tətbiq edilib. Nəticədə qanunsuz "Qırmızı kod" əmrini yerinə yetirən əsgərlər azad edilir və bu əmri verən polkovnik - hərbi hissənin komandiri həbs edilir.
   
   Şükürlər olsun ki, bizim orduda belə bir şey yoxdur və ola da bilməz! Və mən bu yazımda baş verən faciədə belə bir izə də işarə vurmuram.
   
   Bəs niyə bu filmi misal gətirdim?
   
   Ortada çox ağır bir faciə var: bir hərbi hissədə 2 əsgər və yüksək rütbəli 4 zabit öldürülüb, 2 əsgər də ağır yaralanıb.
   
   Ortada bir köz (od) var. Bu közü siyasətçilər öz qabaqlarına, mətbuat öz qabağına, düşmən də öz qabağına çəkib qızınmaq istəyir və qızınır.
   
   Və indi Bir Neçə Yaxşı Adam ortaya çıxmalıdı, bu közün qalanma səbəblərini tapmalıdı və bu közü söndürməlidi! Çox yox, Bir Neçə Yaxşı Adam...
   
   Bir az əvvəl yazmışdım ha, faciədə həlak olanların ailələrinin yarasına məlhəm qoymaq mümkündür. Bu da məlhəm! Özü də təkcə ölənlərin ailələrinə deyil, millətə də, Orduya da!
   
   Və Bir Neçə Yaxşı Adamın da ortaya çıxıb bu közü söndürəcəyinə inanıram və əminəm.
   
   Sonda! Qələm dostlarımdan da xahiş edirəm, közün üstünə nöyüt əndərməyin.
   
   Ordumuzun üstünə yürüş etməyin! Bu Ordu yaxşısı ilə də, pisi ilə də bizimdi!
   
   Mətbuat Ordusunun Milli Ordumuzun (bu iki Ordunun say fərqi çox azdır) üstünə belə hücumu əsgərlərimizin və əsgərliyə getməyə hazırlaşan övladlarımızın ruhunu öldürür.
   
   Qardaş Türkiyə gözümüzün qabağındadır. Mətbuat Ordusunun Türk Silahlı Qüvvələrinə yönəlmiş total hücumu Türk Ordusunu elə bir vəziyyətə salıb ki, Genelkurmay başqanı İlkər Başbuğ bilmir ki, TSK-nı yönəltsin, PKK-a ilə mübarizə aparsın, yoxsa hər gün qəzetlərin Ordu ilə bağlı yazdıqlarına açıqlama versin. Mətbuat elə bir durum yaradıb ki, Genelkurmay başqanı İlkər Başbuğ artıq Genelkurmay başqanlığından daha çox Mətbuat Xidmətinin rəhbəri vəzifəsini yerinə yetirir.
   
   Milli Ordumuz haqqında yazanda ehtiyatlı və diqqətli olun. Qarşıda Ordumuzun aparacağı çox müqəddəs bir savaş var!
   
   Bəlkə yazıları saxlayaq...
   
   ...Və Bir Neçə Yaxşı Adamın son sözünü gözləyək?!
   
   
   
   P.S. Yazını çapa hazırlarkən "Azadlıq" qəzetində Azər Əlinin məlum faciə ilə bağlı bir məqaləsini oxudum. Məni düşündürən doğru çıxdı. Heç demə, Daşkəsəndə qətlə yetirilən Sadiq Məmmədovun qardaşı Rafiq Məmmədov Qarabağ savaşında qəhrəmancasına həlak olub. Azər Əli öz yazısında çox haqlı və ciddi bir sual qoyub: "Biri şəhid, biri kim?!"
   
   Qoy yenə bu suala Bir Neçə Yaxşı Adam cavab versin!
Aqil ABBAS aqilabbas@rambler.ru
Oxunub: 706
DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ (546)
(Mübariz İbrahimovun ruhuna)
BURA ZİBİL TÖKƏNİN ATASINA LƏNƏT (763)
(Birinci yazı)
KOLANILARIN ƏMİOĞLU DAVASINI MİLLİ DAVA KİMİ TƏQDİM EDİRLƏR (540)
TÜRKİYƏDƏ LİDERLƏRİN ÇÖMƏLMƏ DAVASI (447)
(Day ermənilər demir türklərin sonrakı ağlı)
RƏQQASLARIMIZ ƏRƏBLƏRİ DƏLİ ELƏDİ (686)
(Elə məni də)
İT YERİNƏ QOYULMAYAN BMT, PAN Gİ MUN... (598)
(Pan Gi Mundan simpatiçni Naxırçı Hüseynə Allah rəhmət eləsin)
BU, DÖVLƏT BAYRAĞIDIR, CEHİZ XALÇASI DEYİL (630)
(Bayrağımıza sayğısızlıq göstərənlərə...)
KILIÇDAROĞLU AKP-ni KILIÇLAYA BİLƏCƏKMİ?! (362)
TANRI DEYƏSƏN DAY QƏDİR RÜSTƏMOVUN DA SƏSİNƏ QULAQ ASMIR... (595)
TÜRK SİYASƏTİNİN DEVİ DƏNİZ BAYKALA QURŞAQDAN AŞAĞI ZƏRBƏ (579)
Türkiyə açıla-açıla əldən gedir
GÜL BAYRAMI (509)
BAYRAMI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ KEÇİRİR, MƏKTƏBLƏR YOX
TUĞİ-LƏNƏT RADARLARDI, YOXSA SÜRÜCÜLƏR?! (491)
BİLMƏDİM GÜLÜM, YOXSA AĞLAYIM! (462)
(Hüseynqulu müəllimə dediyimiz düz çıxdı)
"YENİ MÜSAVAT" HAKİMİYYƏT QƏZETİ, XALİD KAZIMLI DA HAKİMİYYƏT JURNALİSTİDİR?! (624)
DAĞLAR OĞLU (454)
MEHMET ALİ BİRANDIN BAŞINDAN BÖYÜK QƏLƏTİ (937)
SƏRKİSYANDAN OBAMAYA BİR TƏYYARƏ NÜVƏ BOMBASI (709)
(Allahdan başqa Allah yoxdur, Obama da onun Yer üzündə səkkiz illik dəccalıdı)
BİR ŞAHMAR ƏKBƏRZADƏ... (632)
EŞŞƏK VƏ İNSAN (611)
HƏM BİZİM, HƏM DƏ MÜƏSSİSƏLƏRİN TƏHLÜKƏSİZLİYİ NECƏ QORUNUR? (540)
YOLLARA DƏMİR-BETON ÇƏKSƏK DƏ XEYRİ YOXDU (472)
AKİF İSLAMZADƏ, MƏNİ AD GÜNÜMƏ BAĞIŞLA! (668)
(Siz doğrudanmı Tanrı səsini eşitmisiniz?)
AZƏRBAYCANIN TÜRKİYƏYƏ DƏSTƏYİ ABŞ-ı ÇİLƏDƏN ÇIXARIR (749)
(Prezidentimizə çamur atmağın kökündə nə dayanır?)
ŞEYTAN ÖVLADLARINA KAMİKADZE DEMƏK GÜNAHDI (686)
(Namərdi elə namərd adıyla çağırın)
QƏBƏLƏDƏ PİANO FABRİKİNİN TİKİLMƏSİNƏ NİYƏ DİLXOR OLURSUNUZ? (776)
BAŞINI DİK TUT, TÜRKİYƏ (688)
(Türk min illərin gün işığıdı, nə qədər basdırsan, yenə torpağın üstündə qalar)
GÖRƏN İNSANLAR NİYƏ CİDDİ SÖZƏ İNANMIR? (670)
(Bakıda Qış bulvarı salınmır)
YAZANLAR İTTİFAQI, YOXSA YAZIÇILAR İTTİFAQI? (487)
Bütün yollar Romaya getməsə də Roma elə Romadı
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ BİR ZİBİLDİ (687)
(ATƏT-in 20 illiyinə həsr olunmuş yazılmayacaq povestdən bir parça)
UTANIM YERİNƏ, AY TÜRKİYƏ! (864)
(İran kosmosa canlı göndərdi)
BİR KƏNDİ AZAD EDƏ BİLƏCƏK ƏSGƏRLƏRİ ÖZÜMÜZ GÜLLƏLƏDİK! (706)
(Qalxın! Şəhid atası gəlir!)
""ÇÖRƏK VƏ ŞOKOLAD"", YAXUD FATMANİSƏNİ ÇƏRLƏDƏN SERİALLAR (709)
GÖZÜ ŞAMİLDƏN QORXMUŞDU ÇARIN İNANMIRDI SƏDAQƏTİNƏ MÜSƏLMANLARIN (541)
(Medvedev heç vaxt erməni ola bilməz)
BİZ TÜRKİYƏNİ ONUN BÖYÜKLƏRİNDƏN AZ SEVMİRİK (739)
Seymur Baycanın bügunki yazısına ön söz əvəzi
MİRCƏFƏR BAĞIROVU İKİNCİ DƏFƏ GÜLLƏLƏYƏCƏYİK?! (717)
UNUTDUĞUMUZ AYDIN SƏLİMZADƏ (706)
TÜRKİYƏ İLƏ RUSİYA SƏRHƏDLƏRİ AÇIR (687)
(Ərdoğanın Moskvaya uğurlu səfəri)
"MƏSCİDİ MƏKTƏBİNDƏN BÖYÜK OLAN ÖLKƏNİN AXIRI YOXDU" (515)
HƏMİŞƏ İT HÜRƏN TƏRƏFƏ GETMİŞİK (379)
(Divlərin əlindəki işığı almaq ağlımıza gəlməyib)
ABŞ 2010-da SSRİ KİMİ DAĞILACAQ (257)
İMAM HÜSEYN BİZİM GÖZ YAŞLARIMIZ ÜÇÜN ŞƏHİD OLMAMIŞDI (327)
YUNAN PATRİKİ TÜRKİYƏYƏ KƏLLƏ ATDI (377)
(Gör nə günlərə qaldın, Balaş?!)
NİYƏ İVANOVKADAKILAR YAŞAYA BİLİR, BİZİM KƏNDDƏKİLƏR YOX?! (388)
(Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil)
BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ (427)
ANALARIMIZ QOYUN YOX, OĞULLARINI QURBAN KƏSDİLƏR! (488)
(Bəs üzərlərində göz yaşlarından başqa heç nəyi olmayan həmin şəhid analarının Qurban bayramı nə vaxt olacaq?!)
BİZ HƏLƏ HEYDƏR ƏLİYEVDƏN ÇOX ŞEY ÖYRƏNMƏLİYİK (400)
(Bir daha bayraq haqqında)
NİYƏ ŞAGİRDLƏRİN SAYI AZALIR?! (366)
DONUZUN HƏSƏNQULUYA MƏKTUBU (293)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (434)
(Hamıya və heç kimə)
CAHANGİR ƏSGƏROVUN TƏYYARƏLƏRİNİN İTMƏKLİYİ (316)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (409)
(Hamıya və heç kimə)
MƏMMƏDHƏSƏN ƏMİNİN CAHANGİR ƏSGƏROVA MƏKTUBU (360)
QARDAŞ OLUR HAYASTAN-AZƏRBAYCAN?! (385)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (427)
II-ci yazı
HANSI KİŞİNİN DUXU ÇATAR Kİ, (421)
ABŞ-dan icazəsiz narkoticarətlə məşğul olsun?!
BU İL "DONUZ", GƏLƏN İL "EŞŞƏK QRİPİ" (317)
BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ KAN DEYİL, MİLLƏTDİR (413)
BƏLİ, BU AXMAQ SÖZLƏRİ MƏNİM ATAM SÖYLƏMƏYİB (447)
ŞAİR XALQIN XALQSIZ ŞAİRLƏRİ (427)
(Hamıya və heç kimə)
TÜRKİYƏNİN TÜRK OLMAYAN TELEVİZİYA KANALLARI (481)
ALLAHI BU QƏDƏR UCUZLAŞDIRMAYIN (551)
TÜRKİYƏYƏ NÖVBƏTİ FUTBOL TƏLƏSİ: YUNAN KİPRİ (521)
BƏLKƏ ƏSGƏRLƏRDƏ ZƏHƏRLƏNMƏYƏ QARŞI İMMUNİTET YARATMAQ İSTƏYİRLƏR?! (308)
ABŞ PREZİDENTİNƏ NOBEL MÜKAFATI?! MÜSƏLMANLARI QIRDIĞINA GÖRƏ! (362)
BU KÖŞƏ YAZISINI ATATÜRKÜN VƏ TÜRKEŞİN RUHUNA BAĞIŞLADIM (634)
"O bir millətin bayrağıdır, qaldırın!" (540)
ƏRDOĞAN, SƏRKİSYAN VƏ ALA-BULA BOZ KEÇİ... (400)
RAMİZ MEHDİYEV TELEKANALLARA "DUR" DEDİ (520)
XALQ MAHNILARIMIZI MƏHV ETMƏK YARIŞI (374)
HAMININ VƏ HEÇ KƏSİN OLMAYAN ""QARABAĞ"" (401)
(Və hamının və heç kəsin olmayan Qarabağ)
MÜQƏVVASI YANDIRILAN FÜZULİ ƏLƏKBƏROV HAQQINDA BİR NEÇƏ KƏLMƏ (392)
METYUSUZ ATƏT, FOQTSUZ MİLLİ KOMANDA KİMİ ŞEYDİ (423)
ƏHMƏD DAVUDOĞLUNUN QARŞISINA AZƏRBAYCAN BAYRAĞI ÇIXARTDILAR (541)
MÜQƏVVA YANDIRANLARA MÜQƏVVASI YANDIRILANLARIN CAVABI (465)
(Əsgərlərimizin görməli olduğu işi hələ ki idmançılarımız yapdı)
HÜLUSİ KILIÇ REDAKTORLARA RÜŞVƏT VERİB?! (506)
(kiçik bir açıqlama)
JURNALİSTLƏRİN HƏMKARLAR TƏŞKİLATI VARMI?! (400)
Dar gündə tanınan dostlar
AZƏRBAYCANLA TÜRKİYƏNİ KİMSƏ QARŞI-QARŞIYA QOYAMAZ! (571)
TÜRKİYƏNİ DAĞITMAĞA AKP-nin GÜCÜ ÇATMAZ (511)
JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ ÖDƏMƏK ÜÇÜN ! (501)
(Sözünü o kəslərə de ki, onlar 50 manatlıq xanımlara 500 min dollarlıq villa bağışlayırlar)
HƏJAR BƏY, MƏN ELƏ DƏ DEMOKRAT DEYİLƏM (603)
MTN ERMƏNİLƏRƏ SƏS VERƏNLƏRİ GÜLLƏLƏYİR?! (584)
TÜRKİYƏDƏ KİTAB QULDURLARI PEYDA OLUB (601)
(Ən xoş xəbər)
HƏSƏNQULUNUN ATƏT-in BAŞ DONUZUNA CAVABI (427)
DONUZUN BİZİM HƏSƏNQULUYA MƏKTUBU (445)
"EY TÜRK! BİR MİLLƏT KİMİ BÜTÜNLƏŞ, SƏN BÜTÜNLƏŞƏNDƏ BÖYÜK OLURSAN!" (800)
NAZİRLƏR QƏZETLƏRDƏN VƏ MÜXALİFƏTDƏN İCAZƏ ALMALIDIRLARMI?! (585)
(Məzuniyyətə gedərkən)
O UŞAQLARI AĞLATMAYIN, QARDAŞLAR! (470)
"Göz yaşının ən acısı içəriyə axanıdı"
TÜRKİYƏNİN MİSTER PİTKİNLİYİ (447)
DÖVLƏT ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL PULSUZ OLMALIDIR (489)
ÇİNDƏ XOCALI QƏTLİAMI (502)
(Ərdoğan Çinə "one minute" dedi)
ÇİNDƏ ÇİNLİLƏR TÜRKLƏRİ QIRIR... (519)
TÜRKİYƏDƏ DƏ TÜRKLƏR BİR-BİRİNİ
GƏLƏN İL TAXIL ƏKMƏYƏ BİLƏRLƏR (467)
Bu yazını İsmət Abbasovun oxuması məsləhət deyil
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (631)
BAYRAQ MƏSƏLƏSİNDƏ ÖZ GÖZÜMÜZDƏKİ TİR (434)
19770 UŞAQ NİYƏ ATTESTATSIZ QALDI? (681)
ÇALXALANDIQCA İRAN... (589)
(Nə yağı yağ, nə ayranı ayranlıq olacaq)
EŞŞƏK ZARAFATI (680)
DOLU (644)
(Romandan bir parça)
AZƏRBAYCANLI OLMAQ, HƏLƏ AZƏRBAYCANÇI OLMAQ DEYİL (569)
OBAMA ALLAH DEYİL, ABŞ-dan GƏLƏNLƏR DƏ ALLAHIN BAYISSI OĞLANLARI (699)