ELDAR SABİROĞLU:
"SƏFƏR ƏBİYEV ALİ BAŞ KOMANDAN QARŞISINDA
HESABATLA ÇIXIŞ EDİR"

"Müdafiə Nazirliyi, ümumiyyətlə güc strukturları prezident qarşısında hesabatlıdır. Nazir Səfər Əbiyev mütəmadi olaraq ali baş komandan qarşısında hesabatla çıxış edir". Deputatların müdafiə naziri Səfər Əbiyevin parlamentə dəvət olunması təklifinə cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu belə deyib.
E.Sabiroğlu "Media forum"a açıqlamasında onu da vurğulayıb ki, hər bir deputat Milli Məclisin tribunasından müxtəlif təkliflə çıxış edə bilər: "Bu onların hüququdur".
Parlamentin yaz sessiyasının birinci iclasında yanvarın 28-də Daşkəsəndə baş vermiş qanlı hadisədən danışan bəzi deputatlar müdafiə naziri Səfər Əbiyevin parlamentə dəvət olunmasını və hesabat verməsini təklif ediblər.