
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin strukturunda növbəti dəyişikliklərin aparılması planlaşdırılır. "APA-Economics"in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. "ARDNŞ beynəlxalq standartlarla işləyir və bu gün dünyada heç bir yerdə 4 pilləli idarəetmə sistemi yoxdur. Ona görə, idarəetmə struktrunu dəyişirik. ARDNŞ, "Azəriqaz" və qaz idarələri qalacaq. Bu üç pillə normal idarəetmə sistemidir", - deyə R.Abdullayev vurğulayıb.
ARDNŞ prezidenti qeyd edib ki, növbəti mərhələdə "Azəriqaz" İB-nin Magistral Qaz Kəmərləri İdarəsinin və "Qaz" MMC-nin ləğvi planlaşdırılır.