ATƏT-in MONİTORİNQ MƏZƏLƏNMƏSİ
Mən "Tarixi Nadir" də, Yunis Oğuzun "Nadir şah" romanını da tamam-kamal oxumuşam, amma ATƏT-in cəbhə bölgəsində monitorinq aparmasında məqsədi nəmənədi qana bilmirəm. Üç gündən bir, beş gündən bir bunlar cəbhə bölgəsində nə sülənirlər və niyə sülənirlər? Hələ çox zaman ermənilər onları da atəşə tuturlar.
Bunlar ya bizimlə məzələnirlər, ya da casusluq yapırlar.
Srağagün bu kərtənkələlər manitorinq aparanda, ermənilər onların bir-iki kilometrliyində hərbi-təlim keçir, Ağdamı bombalayırdılar.