Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
Aptekdən oğurluq edildi
Bələdiyyə binasında yanğın
GÖRÜN BALALARIMIZA KİMLƏR DƏRS DEYİR?
Oman rəsmisi Azərbaycandadır
"Azəriqaz"da struktur islahatları davam edəcək
ABŞ nüvə xərclərini artırır
AŞ PA həmməruzəçisi Azərbaycana gəlir
Naxçıvanda seçkilərin nəticələri bəlli oldu
ARDNŞ 100 tələbəyə təqaüd təyin etdi
Nazirlikdə struktur islahatları
"Bərəkət"in məhsullarına qadağa qoyuldu
Musa Musayev ağır dilemma qarşısında
YAP-çıların sayı yarım milyona çatdı
NAXÇIVAN SƏFƏRİNƏ ATƏT- İN MÜNASİBƏTİ
Lalə Şövkət: "İsa Qəmbər müxalifətə böyük zərbə vurdu"
Misir Mərdanovla Məleykə Abbaszadə orta məktəbə gedir
Həsən Qaşqavi: "Bakı iranlı tələbələr üçün ən münasib şəhərdir"
Rumıniya Azərbaycan qazına maraq göstərir
Avtobus qəzasının səbəbi müəyyənləşdi
Amerikalı ekspert TQDK-da
DTXK-da kollegiya iclası keçirildi
Rasim Musabəyov: "Uğursuzluq nəinki istisna deyil, tamamilə mümkündür"
ARAĞIN AD GÜNÜ
Anar: "Bir oyun qurdular, vaxtı gələndə açılacaq"
İCTİMAİ ŞURA ÖZÜNÜ DOĞRULDUR
ABŞ-dan Ankara və Yerevana növbəti çağırış
Obama Ermənistana 40 milyon dollar ayırmağa hazırdır
CIZIĞINIZDAN ÇIXMAYIN
Məşhur aktrisada ölümcül xəstəlik tapıldı
Ruhi: " Bilsəniz mənim nə qədər şəklim qəbiristanlıqlara aparılıb"
Güləşçilərimiz Ermənistana getməyəcək
Gövhər Həsənzadə klub açdı
Elnarə və "Next" konsert verəcək
Həmyerlimizin döyüşü ilin qarşıdurması seçildi
Dünya çempionatı Bakıda
"Xəzər Lənkəran" daha bir transfer reallaşdırdı
Uçan maşın artıq satışda!
Orhan Pamuk aşiq olub?
Ədalət Şükürov Dağıstana gedir
İradə Türkiyə şou-biznesində
"Olimpik-Şüvəlan" layiqli əvəzləyicilər tapdı
GÜNÜN LƏTİFƏSİ
   
VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS OLUNUB
Baş prokuror Zakir Qaralov danışdı
Baş prokuror Zakir Qaralov Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi ilə əlaqədar AzərTAc-a açıqlama verib.
   
   Baş prokuror deyib: "2010-cu il yanvarın 28-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
   
   Hadisə barədə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev dərhal məlumatlandırılmış və dövlət başçısının göstərişinə əsasən Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar. aktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla Respublika Hərbi Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir.
   
   Qeyd edilməlidir ki, dövlətimizin başçısının gündəlik nəzarətində olan və araşdırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilən bu faciəli hadisə barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən ictimaiyyətə ilkin məlumatlar çatdırılsa da, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən kütləvi informasiya vasitələrində obyektiv reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürülməklə ictimai rəy çaşdırılır, bununla da ağır itkilərə məruz qalmış zabit və əsgərlərin ailə üzvlərinin heysiyyatına toxunan hərəkətlərə yol verilir.
   
   Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.
   
   Məlumat üçün ictimaiyyətin diqqətinə çatdırılır ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini mayor Vələd Qurbanov və taqım komandiri baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabeçilikdə olan taqım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuş və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.
   
   Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq".
   
   
Anar
Oxunub: 77