Müslüm Maqomayevin
abidəsinin özül daşının
qoyulması təxirə salındı
SSRİ xalq artisti Müslüm Maqomayevə Moskvada ucaldılacaq abidənin yerində özül daşının qoyulması mərasimi təxirə salınıb. "RİA Novosti" agentliyinin yaydığı məlumata görə, Moskvanın mədəniyyət departamentindən tədbirin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıblar.
Maqomayevə qoyulacaq abidənin özül daşının qoyulması fevralın 3-nə təyin olunmuşdu. Plana görə, abidə Yeliseyev və Voznesensk döngələrinin kəsişməsində quraşdırılmalıdır. Amma indi tədbir gözlənilmədən təxirə salınıb. Moskva meriyası bunun səbəbini açıqlamayıb.