Həsən Qaşqavi:
"Jurnalistlər üçün viza ləğv olunmur"
"İran Azərbaycan ərazi bütövlüyü və suverenliyinə hörmət edir". APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi söyləyib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir müavini bildirib ki, bölgədə olan problemlər ancaq regional güclər tərəfindən həll oluna bilər: "Kənar güclər bu məsələdə yalnız öz maraqlarını güdürlər".
Nazir müavininin sözlərinə görə, viza rejiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcək: "Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdır". H. Qaşqavi İranın səhiyyə naziri xanım Dəscidinin gələn həftə Bakıya gələcəyini deyib.
O, həmçinin qeyd edib ki, gələn ay Azərbaycan və İran parlament rəhbərlərinin görüşü olacaq.