Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
ÇEMPİONLUQ UĞRUNDA MÜBARİZƏ
"QARABAĞ"DA HONDURASLI OYUNÇU
"QALATASARAY" İKİ LEGİONERLƏ VİDALAŞIR
"Xəzər Lənkəran" Martinslə müqavilə bağlayacaq
LUİS FİLİPENİN AYAĞI KƏSİLƏ BİLƏR
ADRİANO İDDİALIDIR
LENNON ÜÇ HƏFTƏ DƏ OYNAMAYACAQ
FERNANDEŞ "İNTER" YOLUNDA
Xoşbəxt ailənin səkkiz sirri
Şahnaz Haşımovadan sevənlərinə töhfə
""baycanın simfoniyası""
Natəvan Dubayda klip çəkdirəcək
İlhamə Qasımova ana olmaq istəyir
"Xeyir və Şər" bölgələrdə
PARTLAYIŞIN ÜNVANI DƏQİQLƏŞDİRİLDİ
QEYRƏT
GÜNÜN LƏTİFƏSİ
   
XOŞ və HÜZNLÜ TƏSADÜFLƏR
Sağdan doktor İbrahim, xalq artisti Ağaxan Salmanov, dördüncü Tofiq Abdin

Bəli, Əli kişinin oğlu İbrahim!
   
   Daha doğrusu, doxtor İbrahim!
   
   Səni itirdiymiz gündən nə az, nə çox
   
   BİR İL keçdi!
   
   Etiraf edim ki, bu BİR İL ərzində heç yadımdan çıxmadın.
   
   
   
   Və indi düşünürəm ki...
   
   Mən səni bir neçə aspektdən sevirdim.
   
   Bunlardan bəzilərini sadalayım...
   
   
   
   Məndən çox gənc idin, amma səni itirəndə məndən yaşlı görünürdün. Bu sən deyən dünanın heyrətli gəlişmələrindən deyil, amma mənim bir vaxtlar sənin qarşında uşaq kimi ağlamağım təbii ki, möcüzə olmasa da, çox yandırıcı bir şey idi.
   
   
   
   Bax, mənim səni sevməyimin ən ulu səbəblərindən biri və başlıcası məhz mənim sənin qarşında uşaq kimi ağlamağım idi və indi də bilmirəm niyə məhz sənin evində, sənin qarşında ağlayırdım. Sənin mənim başımda olan ağır məqamla heç bir əlaqən yox idi, amma mən nədən məhz Azər Abdullanın yox vəya Azər Abdullanın başqa qohumalarının qarşısında yox,məhz sənin evində, sənin qarşında ağlayırdım ? Gör neçə illərdi bunu unuda bilmirəm. Bu o günlər idi ki, atam Məhərrəm kişi çox ağır... çox ağır... bir xəstəlikdən əlac tapmayacaq deyə Bakıdan kəndə aparılmışdı. Və mən bilirdim ki, o son günlərini yaşayır. O son günləri mən çox vaxt kəndə gedir və yenidən iş yerimə - "Qobustan" toplusuna qayıdırdım. Qayıdan kimi də sən məni qarşılayırdın çox vaxt və həmin günlərin ən acısında sən mənə təsəlli verə-verə nə edəcəyini bilmədən maddım-maddım üzümə baxır və mənim göz yaşlarımın,hıçqırıqlarımın durmayacağını görüb təsəlli vermək üçün danışmamağın ən gözəl yol olduğunu görüb susurdun.
   
   Susurdun və içinin ağrıları gözlərindən oxunurdu.
   
   O zaman sən Tibb İnstitununun tələbəsi idin.Mən isə artıq dediyim kimi "Qobustan" toplusunda xeyli zamandı çılışırdım və artıq tanınmış birisi idim o zamanın təbirincə desək.Amma ağlamağın məhşurluğa və populyarlığa dəxli yox idi,Əli oğlu İbrihim vəya doxtor İbrahim!
   
   
   
   Güman edirəm ki, mən səni bax o günlərdən, o acı günlərdən ta itirdiyim günə qədər sevdim.Səninlə tez-tez görüşməsək də, səni sevirdim və indi də bu sevgi içimdə arada bir baş qaldırır.
   
   Sənin itirdiyimiz artıq bir ildi.Bu bir ildə vallah heç yadımdan çıxmadın.Və həmişə də ağrılarla səni xatırladım,burada da əlacsız olduğumu görüb məğlub yaşamağa davam etdim.
   
   Və ən indi az da olsa başa düşürəm ki,bax o çətin günlərdə sənin qarşında ağlamağım,sənin susmağın bəlkə də ən böyük yardım idi mənə.Ağlamasaydım, necə olardı, bilmirəm?
   
   
   
   Daha sonra bir səbəb də var, düşünürəm : sən mənim itgin düşümüş əmimin adını daşıyırdın,çox gənc və hətta gözləri o zamanın, yəni müharibə illərinin traxoması ola-ola kiminsə yerinə davaya göndərilən və itgin düşən əmim İbrahimin adını daşıyırdın. İlahi, sən bir təsadüfə bax: sən doğulmuşdun Ermənistan Respublikasının Mehri rayonunun Vartanizor kəndində,
   
   Mənim əmim doğulmuşdu, Ərdəbildə,köçüb gəlmişdilər,Cəlilabada,ordan da Salyana.Amma Salyana gəlmək İbrahim əmimə qismət olmamışdı. Güman ki, Cəlilabaddan davaya getmişdi və qayıtmamışdı.O əmim ki,illər sonrası mən onun haqqında bir şeirimdə yazmışdım
   
   
   
   Müharibə itgini əmim İbrahim Səmədoğluya
   
   
   
    Salam əvəzi:
   
   Dünən anam yadıma düşdü.
   
    ağladım.
   
   Görüb gözyaşımı
   
   kövrəlməməkçün
   
    Gözlərimi bağladım.
   
   
   
   ***
   
   Biz də onlar kimi adamlar idik,
   
   uzun bir məftil
   
   adamlardan ayırdı bizi.
   
   Olduq əsir
   
   Onları adı ilə çağırırdılar,
   
   bizi nömrələrlə.
   
   Nömrələndik:
   
   təzə şəhərin binalarıtək,
   
   yeni alınmış maşınlartək,
   
   Onlar saqqalsız gəzirdilər,
   
   biz saqqallı.
   
   Üstümüz,başımız ölüm qoxuyurdu.
   
   ölüm qorxusu
   
   "İnternasional" oxuyurdu.
   
   Bir balaca kişiliyimizə
   
   şübhə yarandı özümüzdə,
   
   Əsirliyimizə səbəb olanlara
   
   nifrət var idi gözümüzdə.
   
   Azadlığımıza bənzəyirdi
   
   bizə verilən çörək.
   
   Vətənsizləşirdi get-gedə ürək.
   
   Vətənsizləşirdi, neyləyək.
   
   Yaşamaq ümidi
   
   fəsil dolusu deyildi,
   
   il dolusu deyildi,
   
    gün dolusu idi,
   
   dəqiqələr dolusu idi
   
   əsirlikdə yaşamaq.
   
   Bir yerə toplaşanda
   
   topa-topa ölüm idik.
   
   Neyləyək, bizi bezdirmişdi
   
   özümüzdə ölüm daşımaq.
   
   Bəziləri qorxusunda əsir düşdü.!
   
   Bəziləri elə-belə.
   
   Amma hamımız olduq əsir.
   
   Düşərgə rəhbərləri yaxşı bilirdi
   
   qəlbimizdə müharibə,
   
   onların ölümü gəzir.
   
   Bizə elə gəlirdi əsirlikdə
   
   bir ictimai quruluş var:
   
   quldarlıq cəmiyyətində yaşayır
   
   əsir alınanlar.
   
   İstər sosializm olsun,
   
   İstər kommunizm.
   
   
   
   ***
   
   İmza əvəzi:
   
   Sizin tərəflərdə
   
   müharibə çoxdan qurtarıb,
   
   Bizim tərəflərdə sizi görmək
   
   ümidilə müharibəyədək
   
   Siz, bizə əlvida deməyin,
   
   Biz də sizə əlvida demədik.
   
   
   
   Bəli, Əlioğlu İbrahim! Bu hələ harasıdı.Tale mənə ya əzab
   
   vermək üçün, ya da sevmək üçünmü bilmirəm,yenidən sənin və əmimin adıyla məni üz-üzə gətirdi.Vallah, bu o qədər xoş və bəlkə də acı bir təsadüf ki, bunun adını qoymaq çox zor.Bax ha...nə qədər illər sonra sənin adınla qarşılaşanda diksinmişdim, indi oğlum öz oğlunun adını İBRAHİM qoydu. Məndən heç soruşmadan və mənə heç nə demədən.Bu təsadüfün adını mən heç cür qoya bilmirəm.Və mən bir şeyi də etiraf edim: təkrar edirəm, nəvəmin adının İbrahim olmasında mənim heç bir imtiyazım olmayıb və hətta təsadüfü qoyulan bu adın məhz mənim əmimin xatirəsinə İbrahim adı qoyulub deyə bir iddiam da yox, amma uşağın adı İBRAHİM və əmimin də adı İBRAHİM!!!!!
   
   Necə olmuş bu, mən bilmirəm və heç soruşmaq da istəmirəm.
   
   Və dah sonrası sən mənim gəncliymin bir parçası idin.Özü də ən çox uzun sürən illərin bir parçası.Yuxarıda bir balaca bunu anlatdım,qonşuluq anlamında. 3-cü Alatava deyilən bir bir səmtdə sənin xalan oğlu yazar Azər Abdullanın köməkliyi ilə aldığım bir ev, sənin də atanın sənə aldığı evlə çox yaxındı, lap yaxındı.Biz demək olar ki,hər gün görüşürdük. Ta uzun illər belə oldu,Əli oğlu İbrahim! Sən mənim o illərimin ən canlı şahidi idin.Nə mən bir məhşur adam odum ki,birisi sənə yanaşıb, mənim haqqımda bir şeylər soruşsun səndən, nə də mən bu vaxta qədər o illər və o evdən yazdığım yazılarda sənin adını çəkdim.Halbu ki,sən və sənin ailən o illərdə mənə ən yaxın insanlar idi.
   
   Yox, sən bu dünyadan elə belə getmədin.Bunu mən bir il qabaq Sumqayıtda vəfatın münasibətiyilə keçirilən vida mərasimində gördüm.İstər 60 yaşlı o şəhərin rəsmi insanları,istərsə də sənin min əzabla ərsəyə gətirdiyin xəstəxananın personalları nə gündəydi bir bilsən.Həqiqətən sənə olan bu sevgi və bu hörmət şəxsən məni heyrətləndirirdi.Və vida anlarında olan çıxışlarda da bunu açıq-aydın görmək mümkündü.
   
   Bu adamlar nədən səni bu qədər sevirdilər,Əli oğlu İbrahim?
   
   Nədən,doxtor İbrahim?
   
   Nədən, ay əmimin adını daşıyan İbrahim?!
   
   Nədən, hələ nə qədər yaşayacağamsa, ən azından nəvəmə görə adını hər zaman anacağım Əli oğlu İbrahim?!
   
   Əli oğlu İbrahim KİM idi?!
   
   1952-ci ilin mart ayının 21-də Mehri rayonunda dünyaya göz açmışdı.1975-ci ildə Azərbaycan Dövlət Tibb İnsititunun müalicə-profilaktika fakültəsini bitirmişdi.İlk tibb fəaliyyətinə Təcili Yardım Stansiyasında başlamışdı.Sonra Sumqayıt 1 nömrəli şəhər xəstəxasında sahə həkimi,şöbə müdiri çalışmışdı.Məhz bu dövrlərdə istedadlı və bacarıqlı həkim,tələbkar təşkilatçı kimi kollektivin,səhiyə şöbəsi rəhbərliyinin diqqətini cəlb edir.İbrahim Səfərov 1989-cu ildə tikilməkdə olan Sumqayıt şəhər 2 sayılı şəhər xəstəxanasına baş həkim təyin olunur.Bu xəstəxananın istismarında,onun müasir tibbi texniki avadanlıqlarla təminində İbrahim Səfərovun çox böyük xidməti olmuşdu. Ali dərəcəli həkim,İ.Səfərov Moskva, Kiyev və digər böyük şəhərlərdə tibbi konfranslarda iştirak etmiş,Respublika Səhiyyə işçilərinin ali məclislərində nümayəndə kimi təmsil olunmuşdu. Dəfələrlə Fəxri fərmanlarla təltif olunmuşdu.
   
   Ailəli idi. Üç övlad atası idi.
   
   
   
   (Bilgilər xüsusi olaraq doxtor İbrihim Əlioğluna həsr olunmuş Sumqayıtda çıxan "Möhtəşəm Azərbaycan" müstəqil qəzetindən götürülmüşdür".
   
   Doktor İbrahim qardaşı Firdovsi ilə
Tofiq Abdin atofig@hotmail.com www.tofigabdin.com
Oxunub: 800
ONLARIN DÜNƏNİ: ABBAS ABDULLA - 4 (17)
ONLARIN DÜNƏNİ: ABBAS ABDULLA - 3 (103)
ONLARIN DÜNƏNİ: ABBAS ABDULLA - 2 (134)
ONLARIN DÜNƏNİ: ABBAS ABDULLA - 1 (154)
ONLARIN DÜNƏNİ: HƏSƏN MƏMMƏDOV (139)
YAXŞI GÜNLƏR QABAQDADIR
ONLARIN DÜNƏNİ: ŞAHMAR HÜSEYNOV (204)
"HƏR ŞEY ÖZÜMÜZDƏN ASILIDIR"
ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ (231)
90 İLİN BİR NEÇƏ SAATI-2
ONLARIN DÜNƏNİ: AĞASADIQ GƏRAYBƏYLİ (230)
90 İLİN BİR NEÇƏ SAATI-1
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (247)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-4
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (282)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-3
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (291)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-2
ONLARIN DÜNƏNİ: R.İBRAHİMBƏYOV: (307)
"BU BİZİM NƏSİL ÜÇÜN SON İMKANDI"-1
ONLARIN DÜNƏNİ: RƏŞİD BEHBUDOV (334)
SADƏCƏ RƏŞİD BEHBUDOV
ONLARIN DÜNƏNİ: Vaqif Səmədoğlu (331)
KİM VƏ NƏLƏR NƏ QƏDƏR DƏYİŞİB
SORAĞI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMİRXANLI - 2 (398)
SORAĞI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMİRXANLI - 1 (393)
"YEDDİNCİ QATdakı Yaradıcılar (402)
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA - 4 (468)
RƏSUL RZA -100
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA - 3 (484)
RƏSUL RZA -100
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA (546)
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA (564)
BİRİNCİ BÖLÜM : RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ
BİZ NƏ QƏDƏR DƏYİŞMİŞİK (578)
KEÇƏN İLKİ KİMİ!!!!!!!!!!!!!! (663)
(Bir yazarın DOQQUZ istirahət günü necə keçdi)
Ömrün son Akkordları: VAQİF MUSTAFAZADƏ (698)
BİR YORUM (664)
AD(lar)ım və Soyad(lar)ım haqqında-2
BİR YORUM (656)
AD(lar)ım və Soyad(lar)ım haqqında-1
DANÜZÜ YUXULARI-3 (677)
Sizləri bilmirəm, mən son illərdə bütün yuxularımı Danüzü görürəm
DANÜZÜ YUXULARI-2 (634)
Sizləri bilmirəm, mən son illərdə bütün yuxularımı Danüzü görürəm
İki Siyasi Yazı (669)
XOŞ və HÜZNLÜ TƏSADÜFLƏR (800)
Sağdan doktor İbrahim, xalq artisti Ağaxan Salmanov, dördüncü Tofiq Abdin
DANÜZÜ YUXULARI (742)
Sizləri bilmirəm, mən son illərdi bütün yuxularımı
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 2 (772)
(Amma necə: buyurun tanış olun)
BAŞQA BİR ASLAN QƏHRƏMANLI - 1 (560)
(Amma necə: buyurun tanış olun)
ELÇİN SƏLCUQU XATIRLARKƏN... (276)
Tale elə gətirdi ki,2010-cu ili Sənsiz qarşıladıq, Elçin Səlcuq!!!!!!!
HƏYATİ AĞRILARDAN... ÜRƏK AĞRILARINA... (255)
Balaca Tuğay: Ağlım yorulub
ORTAQ TÜRKCƏ -4 (287)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ-3 (351)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ-2 (375)
(bu nə dərəcədə mümkündü)
ORTAQ TÜRKCƏ (385)
(bu nə dərəcədə mümkündü)
NƏ GÜNLƏR VARDI ... (332)
Ömürdən notlar
ƏSKİLƏRDƏN GƏLƏN BİR BƏLA (334)
QRAMMATİKA DƏRSİ (402)
ADİL QAÇAYOĞLUNUN RUHU İNCİDİ (418)
(Unudulmaz yazar Adil Qaçayoğlunun xatirəsinə bir az gec qalmış FUTBOL İMPROVİZƏLƏRİ)
SÜMSÜKLƏR ƏDƏBİYYATI (374)
GÜNDƏM YARATMAQ MODELİ (481)
O BİR GÜN... (435)
YAŞAM MÖVZUSUNDA ƏDƏBİ İMPROVİZƏ (446)
MƏN BAĞIRMIRAM, YOLDAŞLAR... (545)
RAŞİT DEMİRTAŞA UĞURLU YOL (500)
YAZAR OQTAY SALAMOVUN SƏSSİZ ÜSYANLARINDAN BİRİ (506)
(bu həm də bir çoxlarının üsyanıdır)
YAYIN SON NOTLARI ... (431)
OĞLUM, BU YAZINI OXU!!!!!!!!!!!! (497)
Məhərrəm kişi
BU DA MƏNİM YAZIM (537)
GEDƏN, GETMƏ... (551)
RƏŞAD MƏCİDİN TƏXMİNLƏRİ (605)
(AH BU İSTİLƏR...BU İSTİLƏR...)
BİR CÜMLƏ DƏ CÜMLƏDİ... HA... (668)
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT
KİNO SƏNƏTİMİZİN TƏDQİQATÇISI (661)
ƏLİSƏFTƏR HÜSEYNOV - 2
KİNO SƏNƏTİMİZİN TƏDQİQATÇISI (507)
ƏLİSƏFTƏR HÜSEYNOV - 1
ORALARDA KİMLƏR VAR: MƏN ÖZÜM,QAN TURALI,ZAHİR ƏZƏMƏT (507)
MƏN KEYFİMDƏN YAZMIRAM, DOSTLAR
YAZARLAR NEYÇİN DOST OLA BİLMİR... (523)
ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM (526)
ƏDƏBİYYATSEVƏR BİR ZİYALI HAKİM - 1 (477)
UĞURSUZ BAŞLAYAN YAY MÖVSÜMÜ (559)
VAQİF SƏMƏDOĞLU - 70 (574)
Doğuldum otuz doqquzuncu ildə Otuz yeddinci ildə tutuldum. Vaqif Səmədoğlu
VAQİF SƏMƏDOĞLU - 70 (582)
Doğuldum otuz doqquzuncu ildə Otuz yeddinci ildə tutuldum. Vaqif Səmədoğlu
ORXAN ARAS BAKIYA GƏLDİ... VƏ GETDİ (613)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (560)
SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI? - 2
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (605)
SİZ OSMANLIYA MƏKTUB YAZMISINIZMI?
HƏR ŞEYİN BİR MUSTAFASI MÜTLƏQ VAR (642)
HƏR AÇILAN SABAHA ŞÜKÜR, ALLAHIM!!!!!!!!!! (600)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (623)
ELÇİN TƏZADLARIN FACİƏSİ - 2
URA... BİR HƏFTƏDİ İŞ BAŞLAYIB!!!!!!!!!!!!!! (617)
(Əzablı DOQQUZ istirahət gününün ardından)
MƏN RAYONA GEDƏCƏM... (764)
(Variasiyalar...)
YAZAR QALİB TOĞRULUN TEATR MACƏRASI (656)
ŞANSMI, ŞANSSIZLIQMI? (701)
DANÜZÜ YAZILARI
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 4 (678)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
"QOBUSTAN" toplusu - 40 (1969-2009) (710)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 3
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? - 2 (698)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
ORDA DARIXMIRSAN Kİ, QƏDİR? -1 (768)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
YADDAŞI ZORLAYAN ANLAR (755)
YADDAŞI ZORLAYAN ANLAR (721)
"QOBUSTAN" toplusu - 40 (1969-2009)
BİLƏCƏRİDƏN O YANA... (733)
MƏDƏTOĞLU SEVİNİRMİ, QƏMLƏNİRMİ?.. (780)
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) - 3 (756)
DANÜZÜ YAZILARI
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) - 2 (750)
Bizim təqdimatımızda:
SADƏCƏ ELÇİN MUXTAR ELXAN (Aslanov) (820)
DANÜZÜ YAZILARI
"NƏ XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH" (854)
MƏNİM ÜÇÜN DUA EDİN (811)
ARTIQ BU SÖZ DƏ MƏNİ İNCİDİR (895)
DANÜZÜ YAZILARI
BU HARAY HEÇ ZAMAN KƏSİLMƏYƏCƏK (870)
NECƏ YAŞAYIRSINIZ, ARİF BABAYEV? - 2 (849)
Arif Babayev-80
NECƏ YAŞAYIRSINIZ, ARİF BABAYEV? - 1 (854)
ARXİV
TANIŞ VADİYƏ DÖNÜŞÜN BƏLALARI (828)
CƏNNƏTDƏKİ CƏHƏNNƏM (917)
Yazar Orxan Arasın SON CƏNNƏT romanıyla cənnət axtarışı
RAŞİD BƏYİN "VƏFA"sı (828)
DANÜZÜ YAZILARI
İNTERNETDƏ ƏN ÇOX OXUNAN İKİNCİ YAZIM : 338 dəfə oxunub (867)
"...ÖLMƏYİN MƏNDƏN QABAQ"
İNTERNETDƏ ƏN ÇOX OXUNAN ÜÇ YAZIDAN BİRİNCİSİ (875)
VİDA GÜNLƏRİNİN QEYDLƏRİ (849)
SÖZ VƏ ONUN TƏSİRİ (838)
Tofiq Abdin
atofig@hotmail.com
www.tofigabdin.ws.tc
RASİM QARACANIN ƏDƏBİ DİRƏNİŞİ (847)