Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
ÇEMPİONLUQ UĞRUNDA MÜBARİZƏ
"QARABAĞ"DA HONDURASLI OYUNÇU
"QALATASARAY" İKİ LEGİONERLƏ VİDALAŞIR
"Xəzər Lənkəran" Martinslə müqavilə bağlayacaq
LUİS FİLİPENİN AYAĞI KƏSİLƏ BİLƏR
ADRİANO İDDİALIDIR
LENNON ÜÇ HƏFTƏ DƏ OYNAMAYACAQ
FERNANDEŞ "İNTER" YOLUNDA
Xoşbəxt ailənin səkkiz sirri
Şahnaz Haşımovadan sevənlərinə töhfə
""baycanın simfoniyası""
Natəvan Dubayda klip çəkdirəcək
İlhamə Qasımova ana olmaq istəyir
"Xeyir və Şər" bölgələrdə
PARTLAYIŞIN ÜNVANI DƏQİQLƏŞDİRİLDİ
QEYRƏT
GÜNÜN LƏTİFƏSİ
   
İmtahan Sinfi -2

(+13) Aşağıda oxuyacağınız məqalədə şiddətli və qanlı səhnələrin təsviri var. On üç yaşından aşağı uşaqların oxumamağı məsləhət görülür.
   
   " - General Villa, bundan sonrakı həyatımızda bizə çox kömək olacaq bir aləti sizə göstərmək üçün gəldim. Generalım, əmin olun bu icad ilə düşmən sıraları arasında çox böyük qorxu yaranmasına səbəb olacaqsınız. Bəylər, bu alətin adı gilyotindir. İnsan həyatına bir anda son qoyur. Onu sizə göstərməyi çox istəyirəm. Amma bunun üçün sizdən ölüm hökmü verilmiş bir neçə məhkum tələb edirəm." Məhkumlar onlara nə ediləcəyindən xəbərsiz idilər, fəqət keçmiş təcrübələrinə əsasən sonlarının yaxınlaşdığı hissinə qapılmışlar və tövlədəki heyvanlar kimi bir-birlərinə soxulmuşdular. Arıq və uca boylu kişi nə edəcəyini bilmədi və onu giyotinə doğru aparmalarına sakitcə razı oldu. Köməkçilər onu diz çökdürdülər və başını alətin üzərindəki yumru oyuğa yerləşdirdilər. İnsanlar qəribə bir şeyin olacağının fərqinə vararaq ətrafdakılara baxırdılar. Villa əllərini ovuşdurur və səbrsiz formada olacaqları gözləyirdi. Köməkçinin Generala uzatdığı ipi həvəslə əlinə aldı. " - İndi ipi çəkə bilərsiniz, General." Villa mexanikanı hərəkətə keçirtdi, böyük sürətlə məhkumun boğazına düşən bıçaq onun başını kəsdi. Toplaşmış xalqın arasındakı bir qadın qorxu içərisində qışqıraraq özündən getdi. Aləti Generala məsləhət görən adam onun yanına gələrək üzündəki sevinci gizlətməyərək gülümsədi. Villa, durduğu yerdən başı kəsilmiş vücudun son çırpınışlarını, fikirli-fikirli izləyirdi. Üzərinə sıçrayan qanlarla, gördüyünə inanmamış bir halı vardı. Köməkçilər başqa bir məhkumu daha gətirdilər. Ancaq bu gətirilən ikinci məhkum gücü çatdığı qədər müqavimət göstərir və qışqıraraq mərhəmət diləyirdi. " - Nə olar məni gülləliyin, mərmi ilə öldürün, belə ölmək istəmirəm." deyə boğazı cırılana kimi bağırırdı. Bu qanlı nümayişdən sonra yerlər başları uçurulmuş cəsədlərlə örtülmüşdü. Nümayişi izləyən izdiham - başlanğıcda özündən getmiş qadın da daxil - öz aralarında hadisə haqqında xəstə bihuşluğu və həyəcanla danışaraq günlük işlərinə geri döndülər."
   
   (Guillermo Arriaga, "Gilyotin Tağımı", Phoenix Mətbəəsi, Ankara 2008, s.6-11.)
   
   Yuxarıda oxuduğunuzu göz önündə tutaraq insanların ölüm qarşısında duyduğu qorxu ilə necə öləcəkləri haqqında duyduqları qorxunun arasındakı fərqin siyasi bir fərq olduğunu irəli sürən və qəbul edən bir yazının sizcə "olmazsa olmaz" on cümləsini yazın. (Nə 9, nə də 11!)
   
   Keçən imtahanda olduğu kimi əlbəttə bu imtahanda da bütün kitab və dəftərlərdən istifadəyə icazə vardı. Belə suala hansı kitabdan hansı cavabı tapmaq olar ki?! Əvvəlcə hamı elə başa düşdü ki, bu on cümləni yuxarıdakı abzasdan seçmək lazımdı. Amma heç də elə deyildi. Hər tələbənin bu hadisəyə yazacağı bir məqalənin "olmazsa olmaz" on cümləsi lazım idi. Üstəlik bu məqalə sərbəst deyildi ki, hər kəs rahatlıqla beynindəkiləri yazsın ora. Bu məqalədə iki qorxu arasındakı fərqin siyasiliyindən bəhs etmək lazım idi. Bu yazının yaradıcılıqla da heç bir əlaqəsi yox idi. Yaradıcılığa çərçivə qoyuldusa yaradıcılıq sayılmır. On cümlə qəfəsin dəmir kənarlarına bənzəyirdi. Bu qəfəsdən çıxmaq istəyini baltalayan dəmir barmaqlıqlar. Çıxmaq olardı bu qəfəsdən, kağıza iyirmi hətta əlli cümlə də yazmaq olardı amma bunun sonu nə olardı bilmirəm. Həmişəki kimi bu imtahanın da necə keçdiyini heç kim əvvəlcədən bilmirdi.
   
   Bir hadisə yadıma düşdü. Türkiyədəki universitetlərdən birində hansısa bir dərsdən imtahan olur. Müəllim sinifə girir və deyir ki, hərə bir ağ kağız çıxartsın. Hamı ağ kağızı çıxarır və müəllimin deyəcəyi sualları gözləyir. Müəllim deyir ki, bu gün sizə bir sual verəcəm və kim nə qədər istəsə cavab yaza bilər. Sual "Risk nədir?" olur. Bir müddət keçdikdən sonra imtahanın cavabları açıqlanır və cəmi bircə nəfər tam bal alır. Bu bir oğlandı və imtahanda sinfi ən birinci tərk edən o olmuşdu. Kağızının üstündə isə cəmi bir cümlə yazılmışdı. "Risk, bu kağızı sizə boş verməkdir."
   
   
Fərhad Şabanov, Ankara farhhad.shabanov@gmail.com
Oxunub: 361
AZƏRBAYCAN GƏNCİ (219)
Xocalı Ankarada anıldı (181)
Söz uçar, yazı qalar (167)
İmtahan Sinfi -2 (361)
İmtahan Sinfi (243)
Şamı-şama tutuşdurmaqla, işığı itməz (404)
Çipli İnsanlar Dövrü (312)
"Ədalət"in ədalətsiz yazarı (342)
Yarımçıq hisslər şəhəri (366)
Bahar şənlikləri (348)
Bilərkən susmaq, bilmədiyin zaman danışmaq qədər çirkindir (494)
Türkiyədə tələbəlik (515)
Bir tələbənin gündəliyi -3 (463)
Günün dəmi bir az tünddü bu aralar...
Bir tələbənin gündəliyi -2 (499)
...təqvim yarpaqları üçün fəsil həmişə payızdı
Söz uçar, yazı qalar (59)