Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
ÇEMPİONLUQ UĞRUNDA MÜBARİZƏ
"QARABAĞ"DA HONDURASLI OYUNÇU
"QALATASARAY" İKİ LEGİONERLƏ VİDALAŞIR
"Xəzər Lənkəran" Martinslə müqavilə bağlayacaq
LUİS FİLİPENİN AYAĞI KƏSİLƏ BİLƏR
ADRİANO İDDİALIDIR
LENNON ÜÇ HƏFTƏ DƏ OYNAMAYACAQ
FERNANDEŞ "İNTER" YOLUNDA
Xoşbəxt ailənin səkkiz sirri
Şahnaz Haşımovadan sevənlərinə töhfə
""baycanın simfoniyası""
Natəvan Dubayda klip çəkdirəcək
İlhamə Qasımova ana olmaq istəyir
"Xeyir və Şər" bölgələrdə
PARTLAYIŞIN ÜNVANI DƏQİQLƏŞDİRİLDİ
QEYRƏT
GÜNÜN LƏTİFƏSİ
   
SEVGİLƏRİN VAXTI DEYİL...

gÖtən şənbədən sonra istədim Əbülfət Mədətoğlunun mobil telefonuna bir ismarıc göndərəm. Yazam ki, özünü çox üzmə, ay şair, bu dünya elə belə gəlib, belə də gedəcək. Daha dəyişməyə meyli olmayan bu dünyanın sevgilərindən və sevgisizliyindən yazmaqla həm özünün, həm də oxucuların ürəyini papiros kağızından da nazik eləmisən. Canını incidib qəzet oxuyan on-onbeş nəfəri nəzərdə tuturam, yoxsa qalanların umuruna da deyil. Ürəksiz də, sevgisiz də yaşamağı bacarırlar. Elə ağıllı işi də onlar görürlər. Bu dünyanın işdəkləri üstündə başını nə qədər çox sındırsan, qəlbin də o qədər yorulur, hər sözdən, hər eyhamdan sınıb çat-çat olur.
   
   Sonra da dedim ki, yaxşısı budu qəzetə yazım, elə oxucular da dərd-sərimizdən agah olsunlar. Elə bu yerdə ürəyimdən keçdi ki, keşkə, indi nə kompüter, nə də mobil telefonlar olaydı. Mən də oturub can üzə-üzə şairə bir namə yazaydım. O namə də üç-dörd günə gedib ünvanına çataydı. Şair də üç-dörd dəqiqə vaxtını sərf edib yazdıqlarımı oxuyaydı. Eh, bu texniki tərəqqi nə qədər işimizi irəli aparsa da, bir o qədər də zövqlərdən, isti münasibətlərdən məhrum elədi bizig
   
   
   
   ***
   
   
   
   Dünya elə əzəldən belədi. Sevgilər qarşılıqsız olur həmişə. Ən güclü adam da öz qəlbinə hökm eləməyi bacarmır. Bir də ki, buna nə ehtiyac var? Hisslərimiz ağılla idarə olunmur. Başımıza girən, ürəyimizdə doğan nə varsa, hamısı göylərin ərmağanıdı. Bizlik heç nə yoxdu. Sevəcəyimiz kəs həyatımıza girməmiş yuxularımızın qonağı olur. Yaşının altmışa yetən vədəsində özündən 22 yaş cavan bir qadına vurulan kişi danışırdı ki, yuxularıma tez-tez tanımadığım bir qadın girirdi. Amma nə baş verdiyini anlamırdım. Və günlərin birində o yuxular çin oldug
   
   Bizdə nə günah var ki,.. Doğal xislətimizdi bu. Əksərimiz bizi sevəni sevmirik. Hələ yeniyetməlik illərində bir dəfə bibim mənə demişdi: " Səndən ötrü öləndən ötrü ölg" Mənlik deyildi, axı. Bilirəm ki, qarşımdakı çox yaxşı adamdı. Xasiyyətimiz uyuşur, sözümüz-söhbətimiz tutur. Bəyəndiyim, arzuladığım çox keyfiyyətlər var onda. Amma neyləyim ki, ona başqa gözlə baxa bilmirəm. Açığı, bu adam məndə qadınlıq duyğuları oyatmır. Xətri əzizdi, əsl hörmətə layiqdi, ancaq qəlbə hökm eləmək olmur, axı. Ürəyi güclə döyündürmək mümkün deyil. Məqamında quş kimi sıçrayıb sinəndən çıxmaq istəyir, qalxıb düz boğazında döyünür. Bu gözəl duyğuların ömrü də, sonu, aqibəti də bizlik deyil. Kimsəni qınamağa da haqq etmirikg Əgər bacarsaydıqg Əgər əlimizdə olsaydı.. Onda yer üzü xoşbəxtlərin əlindən bezar olardıg
   
   Bəzən öz hisslərini ayıra bilmirsən. Sevgini özgə duyğularla qarışdıranda nə qədər çaşqınlıqlar, özünüaldatmalar baş verir. Bir tələbə yoldaşım bu hissi mehrab qarşısında dizlərin əsməsiynən müqayisə edirdi. Bilmirəm, nə dərəcədə haqlıydı, bircə onu bilirəm ki, təkcə sevəndə insan yer üzünün genişliyini duya bilirg
   
   
   
   ***
   
   
   
   Əli qoynunda iş otağımın pəncərəsi ağzında dayanmışam. Alnımı soyuq, nəmli şüşəyə söykəyib küçədə sağa-sola gedənlərə baxıram. İşim nə qədər çox olsa da, bu dünyanın işdəkləri üstündə baş sındırmağa vaxt tapıram. Bu məni yormur, əksinə, dincəldir, zövq verir. Baxmayaraq ki, çox şeyləri anlamıram və elə bilirəm ki, son nəfəsimədək də anlamayacağam. Olsun! Ömür belə daha doyumsuz və şirindi. Qos-qoca dünya çox ağıl, zəka sahiblərini yola salıb. Hər biri də öz qısa ömürlərində bu dünyada nəyisə sahmana salacaqlarına inanıb, çabalar gösiəriblər. Sonunda heç nə dəyişməyib. Bəlkə forma dəyişib, amma məzmun, mahiyyət öz dəyişməzliyini zamanın sınaqlarından çıxarmağı bacarıb. Mən başımı sındırsam, nə olacaq? Cəzasını ürəyim, əsəblərim çəkəcək, vəssəlam. Onsuz da anlamadığım, mahiyyətinə vara bilmədiyim o qədər şeylərdən üzülmüşəm ki,g Qazancım ancaq ürək, baş ağrısı olubg
   
   
   
   ***
   
   
   
   Görəsən, bu tələsən, vurnuxan, can atan adamların sevgi tutumu nə qədərdi? Bəlkə heç yoxdu, elə bomboş ürəklə yaşayırlar. Beləsə, çox maraqsız, cansıxıcı olmalıdı hər biri. Tanrıya olan sevgimiz hər şeydən ucada dursa da, bizə insan sevgisi də gərəklidi. Bir-birimizi sevib qorumağa borclu olduğumuzu nə vaxt dərk edəcəyik? Doğrudanmı, yaşı minillərlə ölçülən dünyamız hələ sevgilərə hazır deyil? Yəqin ki, hazır deyil. Yoxsa, bu günə qalardımı?... Ağlım kəsəndən qəlbimin istəyi, umacağı ancaq sevgi olub. Ata-anadan, bacı-qardaşdan, qohum-qonşudan, dost-tanışdan, ən nəhayət, öz övladımdan gözlədiyim təkcə budu. Bunu tələb eləmirəm. Umuram, gözləyirəm. Hər şeyin başında o durur. Sevgi varsa, deməli, əlçatmaz, müşkül olan heç nə yoxdu bu dünyada. Hər şey gec-tez öz yerini tapacaq. Əgər yoxdusa, onun dərdini də çəkməyə dəyərgÇünki, dərd özü də bir sevgidig
   
   Hə, şair, bilirəm, sevgisiz dünya sıxır səni. Sinə dolusu, ciyər dolusu hava almaq bəs eləmir sənə. Ürək dolusu da sevgi istəyirsən. Tapa bilirsənmi? Çətin! Qələm dostun demişkən, " dünya köhnə dünyadı, sevgiləri təzədig" Bu təzə sevgilər doyuzdura bilməz səni. Sənlik deyil onlar. Qəlb bir şeyin acı oldumu, dünyanın bütün nemətləri gözdən düşürg
   
   Buludların qoynunda süzə-süzə qolu kəndirdə şairin böyründə ölümə gedən, bundan olmazın zövq duyan o gözəli xatırlayırsanmı?... " Məni vəsf elə, şair" deyib son anda olsa belə sevgi qanadlarında uçmaq, sevildiyinə özünü inandırmaq istəyir. Şahlara, bahadırlara baş əyməyən bu gözələ də sevdiyi kəs biganədi. Amma nə qədər biganə olsa da, bu yerdə sinəsindən od-alov qopur:
   
   
   
   Səni bu hüsni-camal ilə, kamal ilə görənlər,
   
   Qorxdular haqq deməyə, döndülər insan dedilərg
   
   
   
   Adama elə gəlir ki, sevənlərin ürək, can yanğısı torpağın altında da sönmür. Bir xırda çiçəkdə, bir zərif yarpaqda torpağın üstünə çıxıb dünyanın əbədi alovuna-Günəşə can atırg
   
   
   
   ***
   
   
   
   Hava soyuqdu. Seyrək-seyrək, xırda-xırda qar yağır. Dənələr elə yüngül, elə kövrəkdi ki, heç yerə düşməkləri də bilinmir. Belə havalarda ürək bir az da tənhalaşır. Kiminsə qoluna girib sakit, adamsız bir cığırla getmək istəyirəm həmişə. Qar güclənir, külək saçlarımızı qarışdırır, üz-gözümüzü yalayır, boyun-boğazımızdan içəri soxulub canımızı üşüdür. Amma qəlbimizi üşüdə bilmir. Qəlbimiz istidi, doludu. Biz heç onun varlığını da hiss eləmirik. Deyəsən, heç döyünmür dəg Dinib-danışmağımıza da ehtiyac yoxdu. Bizim əvəzimizə külək danışır, ağappaq, saf qar dənəcikləri danışır. Onların dediklərini biz deyə bilmərik. Nə əl-ələ tutmuşuq, nə qol-qola girmişik. Sadəcə, bu dünya var, bu dünyada külək əsir, qarı sovurur, üzümüzə, sinəmizə çırpır. Bizsə irəli gedirik. Nə qədər gedə bilsək. Onu bilmirəm, mənimçin Onun var olması yetərlidi. Bilirəm ki, O varg
   
   Amma bilirəm ki, O yoxdu. Heç kim yoxdu. Bir zaman bir Gözəl Oğlan vardıg O da yoxdu.. Var olsaydı, indi O da bir qızın qoluna girib gedəcəkdi. Mən də arxadan bəxtəvərliklə onlara baxacaqdımg
   
   
   
   ***
   
   
   
   Alnımı şüşədən ayıranda qar kəsmişdi. Yerdə heç nə yoxdu. Hava da ilıqlanmışdı. Bu əsl qar deyilmiş. Uzaq-uzaq yerlərə yağan əsl qarın artıq-urtuğuymuş, küləklər gətirirmiş ki, biz də qış sevinci, qar sevinci yaşayaqg İndi sevgilərimiz də belədi. Yandırıb-yaxan cavanlıq eşqimizin qırıq-qırıq xatirələriynən könül ovundururuq ki, ürəyimiz donmasıng
   
   Hə, şair, sevgisiz dünyamızda səninçin bir sevgi lövhəsi yaratmaq istədim. Bəyəndinsə, qəbul eləg
   
   
Vəsilə USUBOVA vəsilə-usubova@mail.ru
Oxunub: 246
"DƏMİR LEDİ", YOXSA MƏLƏK?! (106)
BOŞLUQ (142)
DÜNYANIN VİCDANI (126)
"BİZ QALİBİN QƏDRİNİ BİLMİRİK" (177)
SEVGİLƏRİN VAXTI DEYİL... (246)
GÜNƏŞİN GÖZ YAŞLARI (221)
SARI ÇİÇƏKLƏR (240)
KARVAN GETDİ... (145)
Gəlimli-gedimli dünya (124)
... OYATDI MÜRGÜLÜ XATİRƏLƏRİ
YUXU KİMİ... (104)
DARIXANDA... (153)
İMTAHAN (161)
QUYU (146)
PEYĞƏMBƏRLƏR QƏRİB OLUR?!... (132)
TORPAQ PİLLƏKƏN (165)
(Hekayə)
NƏYİ QALIB BU DÜNYANIN?!... (172)
DOĞRUDANMI, ÜRƏYİMİZ BİR DEYİL?!. (210)
"Siyasətsiz düşüncələr" silsiləsindən
ELDƏN AYRI... (237)
GÖZÜ YOLDA... (203)
TARAZLIQ (217)
Onu pozanda bəlkə də Nuhun tufanını yaxınlaşdırırıq?!
...YALVARMA! (231)
İLĞIM (257)
BİR STƏKAN ÇAY (317)
O, bəzən ciyərimiz yananda yox, söz ürəyimizi deşəndə gərəyimiz olur
ÖMRÜN AXDIĞI YERDƏ... (294)
QIRMIZI (365)
SƏKKİZ SAAT (422)
RƏNGİNİ DƏYİŞƏN (403)
MƏNİM O DAĞLARA DÖNMƏYİM GƏLİR... (296)
AĞIRLIQ (270)
CAZİBƏDAR XƏYALLAR (296)
OÜLANLAR ƏSGƏR GEDƏNDƏ... (325)
"BU DA KEÇƏR..." (287)
GÖZÜN, KÖNLÜN UMDUÜU (344)
GƏLƏCƏYƏ MƏKTUB (369)
QORXDUÜUM SÖZ-"HALAL" (355)
ZAMANIN DONDUĞU MƏKAN (383)
18 May - Muzeylər gününə
ONLAR AYRI, BİZ AYRI... (489)
TÖVBƏ EDİRƏMSƏ... (421)
SIĞINACAQ (428)
BU NƏ "TOP" OYUNUDU?!. (488)
SÖZ VAXTI (448)
HƏR ŞEYƏ RƏÜMƏN... (422)
ÇİT DONLU KƏND QIZLARI (468)
BU, QÜRUR YERİ DEYİL... (464)
YAŞAMAQ VƏ ÖLMƏK ŞƏRƏFİ (469)
- Hökmdarım, sənin yanında ölmək mənimçün şərəfdi. - Mənimçün sənin yanında yaşamaq şərəf idi... ("300 spartalı" filmindən)
ÜÇÜNCÜ YOLÇU (478)
EVEREST, VİLSON VƏ... TÜRK DİLİ (519)
BİXƏBƏR (488)
QIRMIZI VƏ QARA (512)
BAŞQA ADAM (545)
3 SAATLIQ NƏFƏS (541)
QUM SAATI (600)
Və... üç nöqtədən sonra
İBTİDAİ DÜŞÜNCƏ (594)
QURBANSIZ (600)
ÜÇ QADINDAN BİRİ... (648)
ÜRKÜŞÜB SONASI, BOŞ QALIB GÖLÜ... (647)
CİDDİ MÖVZU (679)
ÜMİD VƏ QORXU (648)
DÜNƏNİN KÖLGƏSİNDƏ (661)
AĞ YOL (655)
"LUÇANO" - GÖZƏGÖRÜNMƏZ ŞÜA DEMƏKDİR... (639)
AG VƏ QARA (659)
KÜTLƏ (688)
"SƏDAQƏTLİ OLMAQ QANIMIZDADI..." (632)
KİTABXANAYA GETMİŞDİM... (661)
TƏSƏLLİ (646)
DÜNYA ƏZƏLDƏN BELƏYMİŞ... (662)
YAZIQLIQ (687)
KƏNDİMİZİN "RUSDİLLİ" QARILARI (680)
ATA EVİ (655)
(nisgil)
ÇAY PULU (677)
ALLEN DALLESİN NƏVƏLƏRİ (686)
YADDAŞ AĞRISI (690)
YOLUMUZ HAYANADI?! (684)
BİR CƏBHƏDƏ İKİ TALE (695)
ÇƏRÇİVƏ (685)
DÜNYA, MƏRHƏMƏTLİ OL!.. (677)
KƏNDİMİZƏ DÖNƏK... (671)
KÜÇƏMİZİN BAYRAMI (666)
NƏ QƏDƏR Kİ, O DAŞ UÇUR,.. (679)
YERİNİ TAPMAYANDA... (673)
SÖZ ARDINCA... (684)
ÇÖRƏK VƏ FƏLSƏFƏ (660)
YALANLA BAŞLANAN AY (732)
İRƏVANLILAR (691)
YAZA ÇIXDIQ... (721)
ÖMÜRDƏN UZUN KƏDƏR (677)
UTANCAQ (721)
Hekayə
TƏZƏ BÜLBÜLLƏR (758)
BOZ AY (761)
TÜRBAN, YOXSA "TORBA"?!... (803)
ADAMLI, ADAMSIZ MÖVZULAR (944)
BİR DƏSTƏ GÜL ƏVƏZİNƏ (970)
FATEH, YOXSA XİLASKAR?!... (922)
"BAĞIŞLAMAQ OLAR SOYUQLUĞUNU...." (916)
SİÇAN İLİ?!... (1047)
DARIXAN ADAMLAR (212)
BAŞIMIZI İŞLƏTSƏK... (238)
BİZƏ QALSA... (232)
İŞIQSIZ DÜNYA (196)