Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
ÇEMPİONLUQ UĞRUNDA MÜBARİZƏ
"QARABAĞ"DA HONDURASLI OYUNÇU
"QALATASARAY" İKİ LEGİONERLƏ VİDALAŞIR
"Xəzər Lənkəran" Martinslə müqavilə bağlayacaq
LUİS FİLİPENİN AYAĞI KƏSİLƏ BİLƏR
ADRİANO İDDİALIDIR
LENNON ÜÇ HƏFTƏ DƏ OYNAMAYACAQ
FERNANDEŞ "İNTER" YOLUNDA
Xoşbəxt ailənin səkkiz sirri
Şahnaz Haşımovadan sevənlərinə töhfə
""baycanın simfoniyası""
Natəvan Dubayda klip çəkdirəcək
İlhamə Qasımova ana olmaq istəyir
"Xeyir və Şər" bölgələrdə
PARTLAYIŞIN ÜNVANI DƏQİQLƏŞDİRİLDİ
QEYRƏT
GÜNÜN LƏTİFƏSİ
   
XXI ƏSRDƏ HALALLIQ?

Bilirsənmi ürəyimdən nələr keçər, nələr keçər dərdimi al
   
   (Mahnının söz müəllifi məni bağışlasın, bunların dərdini almağa vaxtım və həvəsim yoxdu)
   
   Mən din haqda o qədər də güclü bilmirəm. Yazının başlığını iyirmibirinci əsrdə halallıq adlandırsam da, heç iyirminci əsrin yaşadığım illərində də, ondan qabaq oxuduqlarımda da başa düşdüyüm halallığı görməmişəm. Özü də elə çox istərdim ki, kaş halallıq olaydı, mən onu görməsəm də ziyanı yoxdur. Amma hələlik deyəsən olmayanı görmürəm...
   
   Necə bilirsiniz, düzgün duası oxunmuş, dəstəmazlı qəssab tərəfindən üzü qibləyə kəsilən oğurluq qoyun qurbanı halaldı? Ən pis odur ki, bizim halal adlandırdıqlarmızın əksəriyyəti bu gündədi. Mən bilmirəm Qafqaz Müsəlmanları İdarəsi hansı əsasla hansısa kolbasanın halallığına təminat verir, amma gördüyüm, bildiyim və məntiq onu deyir ki, aparatdan keçən şey dini mənada halal ola bilməz. Təmiz olar, gigiyenik olar, ziyansız olar, amma halal ola bilməz. Ən azından mollaların bizə təlqin eləməyə çalışdıqları kimi halal ola bilməz. Ona görə də, XXI əsrdə təcili olaraq halal kateqoriyasında köklü dəyişikliklər edilməlidi, yoxsa haramın içində itib-batırıq.
   
   O gün televizorda saysız-hesabsız mətbəx verilişlərindən birində bir xanım halva bişirirdi. İçərisinə bir çimdik duz atdı ki, bu halallıq üçündü. Yadıma xalq artisti Habil Əliyevin bir müğənniyə dediyi söz düşdü. Filarmoniya bağında Habil müəllimlə bir skamyada oturan adını çəkməyəcəyim müğənni dizlərini ovuşduraraq deyir:
   
   - Ay Habil, bu duz məni öldürür...
   
   Habil Əliyev gülümsəyib deyir:
   
   - Ay rəhmətliyin oğlu, doxdurunu dəyiş, səndə bir qram duz yoxdu, çox duzsuz adamsan, ağrın başqa şeydən olar...
   
   Əgər bir çimdik duzla halva halal olacaqsa, onda Masazır duz gölü halallığın paytaxtı olar ki...
   
   Qadınlar şikayətlənirlər ki, kişilər onların sükan arxasında olmaqlarına pis baxırlar. O gün yenə verilişlərin birində yaşı 20-22 olan bir rəngli xanım çox bahalı bir maşınını nümayiş elətdirərək böyük naz-qəmzə ilə kişiləri məzəmmətləyirdi:
   
   - Mən halal qazancımla aldığım bu maşını özümün oxuyub aldığım sürücülük vəsiqəsi ilə bir çox peşəkar sürücülərdən yaxşı idarə edirəm.
   
   Qoy Dövlət Avtomobil Müfəttişliyi məndən inciməsin, mən heç bir qadına bütün qaydalara uyğun olaraq sürücülük vəsiqəsi verildiyinə qəti inanmıram. Ən azından qadınlığına görə güzəşt eləyirlər. Bu hələ bir yana, 20 yaşında xanım hansı halal qazancla 120 min dollarlıq maşın ala bilər? Mügənni deyil ki, həm də toydan qazansın, atasının puluna alsa halal qazandığımdan deməz, bəs onda hansı halallıqdan danışırsınız?...
   
   Deyirlər Həcc ziyarətinə ancaq halal qazancla gediləndə ziyarət qəbul olunmuş sayılır. Azərbaycanda bircə adamın da ziyarətinin qəbul olunub-olunmamasını ancaq Allah bilir, amma mənim çox böyük şübhəm var. Çünki bizə deyilən şərtlər çox ağırdı. Qonşunda ac varsa onu doyuzdurmalısan, ailənin bir illik azuqəsinin pulunu evdə qoymalısan, Filan qədər pul köçürməlisən, orada qurban kəsməlisən, buradakılara hədiyyə gətirməlisən... Bunları hansı halal qazancla edirsiniz. Sovet vaxtında ən çox maaş alan nazir 400 rubl alırdı. Deyəcəksiniz bəs neftçilər, poladəridənlər?.. Onlar indi simvolik pensiya alırlar və ziyarətə də getmirlər. Müstəqillik dövründə kimsə hansı yolla pul qazanıbsa, sağlıqla xərcləsin, amma o pulların halal olduğunu iddia edirsə, onun halallıq anlayışından xəbəri yoxdur. XXI əsrdə hansı halallıqdan danışırsınız?..
   
   İndi respublika üzrə 5-10 nəfər həqiqi halal yaşayan və ziyarətə gedə bilməyən, nəinki qonşusundakı acı, heç öz ailəsini əməlli-başlı doyuzdura bilməyən fağır və halallığı ancaq öz istədiyi kimi başa düşən kalanlar etiraz eləyəcəklər ki, sən hansı haqla bizim halallığımıza şübhə eləyirsən? Məni qınamayın, öyrədilən halallıq anlayışı belə deməyə imkan verir, kateqoriyasını dəyişin, susum oturum yerimdə.
   
   İndi deyəcəklərimin birbaşa bizim halal-haramlığımızla əlaqəsi yoxdur. Amma mən biləni dinindən, etiqadından asılı olmayaraq bütün insanların halallıq anlayışları və ona əməl etmə dərəcələri var. Məsələn, şokoladı halal sayanlar şokoladdan düzəldilmiş adam heykəlinin hər yerini halal kimi yeyə bilərlər, yoxsa bəzi yerləri "vsyo-taki" tam halal deyil? Boş yerə danışmıram, Rumıniyada Leninin şokoladdan heykəlini düzəldiblər. Gəlin əvvəlcə 7 sətirlik bu xəbəri olduğu kimi verim, sonra dalını danışaq:
   
   "Rumıniyada Leninə hündürlüyü 3 metr olan şokoladdan heykəl qoyulub. Heykəli rumın rəssamlardan biri, kommunist Nikolay Çauşeskinin (Rumıniyanın əsas kommunisti) ad günü münasibətilə hazırlayıb.
   
   Tərkibi şokolad, nabat, həmçinin konfetdən olan heykəl paytaxt Buxarestdə ucaldılıb.
   
   Rəssam bu əsəri ilə kommunizmin Rumıniyanın bir hissəsi olduğunu unutmamağa çağırıb.
   
   Qeyd edək ki, şokolad və nabat heykəl Leninin 1990-cı ildə uçurdulan heykəlinin yerinə qoyulub. Hökumət rəsmiləri heykəlin adıçəkilən yerdə qalmasına cəmi 1 gün icazə veriblər".
   
   Balam, Çauşevskinin ad günüdü, heykəli niyə Leninə qoyurlar? Deyir, bir dəfə Brejnev maşınla gedəndə bir heykəli göstərib köməkçisindən soruşur:
   
   -Bu kimin heykəlidi?
   
   - Qoqolun, Leonid İliç.
   
   - O "Mumu"nu yazan müəllifdi?
   
   -Xeyr, Leonid İliç, "Mumu"nu Turgenev yazıb.
   
   Brejnev fikrə gedir və deyir:
   
   - Maraqlıdı, "Mumu"nu Turgenev yazıb, amma heykəli Qoqola qoyublar...
   
   Yaxşı, bunu birtəhər başa düşmək olar, mənə maraqlı gələn odur ki, bu heykəli yəqin ki, gec-tez yeyəcəklər. Onda onun hər yeri halal sayılacaq, yoxsa?...
   
   Artıq daşınmaq isəmirəm, onsuz da deyəsən çox budaqları silkələdim axı. Amma hər yerdə olduğu kimi, dində də islahatlar aparmağa ehtiyac var. Xüsusən də halal məsələsində. Yoxsa, indiki travtovka ilə XXI əsrdə halallıq axtarmağın heç yeri yoxdur. Ya tak dumayu!..
   
   
Oqtay SALAMOV ogtaysalamov@rambler.ru
Oxunub: 234
ADDIMLAR (135)
QIRIQ-QIRIQ FİKİRLƏR (148)
AĞILLARI BAŞDAN ÇIXARAN ŞƏKİL (149)
MƏN BİLDİM, SİZ DƏ BİLİN (183)
XXI ƏSRDƏ HALALLIQ? (234)
ATHAATDI (209)
BUQƏLƏMUNLAR (148)
ÖKÜZ GETDİ, PƏLƏNG GƏLİR (112)
Və ya dəqiqənin hökmü
MUZ, YOXSA MIZ? (107)
Səbrsizlər yazını aşağıdan oxumağa başlaya bilərlər
SOYMAQ, SOYUNDURMAQ SÖZLƏRİNİN KÖKÜ SOY DEYİLMİŞ (183)
HARDA MÜSƏLMAN GÖRÜRƏM... (154)
BARMAĞIN TALEYİNİ GÖSTƏRİRMİ? (171)
OLANDA BELƏ DƏ OLUR (230)
ÖZÜNÜZÜ ALDADA BİLİRSİNİZMİ? (182)
DEYƏSƏN DÜNYA DÜZƏLİR AXI (315)
BU NƏYDİ, ƏƏ?.. (338)
DADI QAÇAN SÖHBƏTLƏR (246)
SAĞSAĞAN ÇIĞIRTMASI (244)
"DİFFAMASİYA" QANUNU QƏBUL OLUNSAYDI... (210)
Yazının adını "SƏRSƏMLƏMƏLƏR" qoyardım
ORDU SƏNİN, ORDU MƏNİM, ORDU ...HEÇ KİMİN? (269)
QAYĞINIZA ... ÇOŞQA KƏSİM (289)
Və ya sındırın o güzgggünü ki, sizi eybəcər göstərir
TƏZƏ BAZARIN KÖHNƏ NIRXI (304)
Tərəqqi dala olur, yoxsa qabağa?
KİM NƏYİ BACARIR? (294)
PANİKA (336)
"YÜZ YAŞAMAQ" MÜMKÜN DEYİL (287)
Allah yazsa da, bəndə imkan vermir
"NÖMRƏ 775, NA VIXOD" (315)
Çıxmayanı doğrayıb çıxarırlar
MİNİMUM, MAKSİMUM VƏ ELƏ AYAĞINDAN (330)
AŞAĞI SAQQAL, YUXARI BIĞ (379)
Bəlkə heç tüpürmək məsləhət deyil?
QULAQARDI (359)
Əgər başqa replikalar olmasaydı sondakı ciddi mövzuya daha ciddi başlıq verərdim. Qurban olsun and içənlərə və "lı"lılara
WEEKEND (374)
Ermənilər bunu da aldadırlar
TÜRKSÜZ VƏ MƏSƏLSİZ (534)
"Əslini danan zatıqırıq olar" məsəlini mən də bilirəm, bəs əsil bizi danırsa?..
QURTDANQUŞ (348)
El arasında hər şeylə maraqlanan, hər işə burun soxan, "əkilməyən yerdə bitən" adama belə deyirlər
DEYİR YAZ GƏLDİ, YAZ GƏLDİ (452)
QARAVƏLLİ (386)
Gələn sözü deməməklə ömürlük kəko qalmaq olar Pəltək ataların sözü
"AH QADINLAR, QADINLAR"... (437)
Arvadı Şekspirə bu cümləni tamamlamağa imkan verməyib
QAPQARA QUTU (419)
Əslində, qutu bəhanədir, məsələləri qutuya salanlar haqda yazı
HAQQ-ƏDALƏT GEC DƏ OLSA ÖZ YERİNİ TAPIR (450)
ALLAHIM, BU MİLLƏTİ ÖZÜN QORU! (460)
ETİRAF (455)
DƏM OLMUŞUQ HAMIMIZ (456)
Əzraili gücləndirilmiş iş rejiminə keçməyə məcbur eləmişik
GƏL-GƏL ÖKÜZ GÜNLƏRİ (531)
Siçandan gül dərmişdik, öküzdən gülab çəkərik
DÜŞÜNMƏYƏ DƏYƏN MƏSƏLƏ (463)
TERAPİYA (525)
BAZARDA NƏ UCUZ?.. (535)
CƏZANIN DOZASI (561)
Cəza verənin kim olması da şərtlərdəndir
İSTİSMAR MÜDDƏTİ (556)
Səninki nə qədərdi, oxucu?
HANSI SAATLA İŞLƏYƏK? (610)
QATIQDAN ZƏHƏRLƏNƏNLƏR VƏ YA QATIQ MƏSƏLƏLƏR (604)
ANLAMAZLIQ MƏRƏZİ (581)
KƏŞFİYYAT MƏSƏLƏSİ (596)
XORUZUN QUYRUĞU (580)
XIRDACA PROBLEMLƏR (617)
Əzizləmə mənasında bunlara problemciklər də deyə bilərik
"MƏNİYNƏN MƏZƏ ÇIRTDADIRSAN?" (584)
Son vaxtlar məzə sözünü çox hallandırırıq
NADANLIQ (568)
Bu, təkcə Nəriman Nərimanovun əsərinin adı deyil
İCTİMAİ QINAQ (576)
Onu nə ilə yeyirlər?
WHO IS WHO? (601)
Yəni, kim kimdir?
TƏCRÜBƏ DOVŞANLARI VƏ DÖZÜMLÜLÜK POLİQONU (612)
BİŞMİŞ TOYUĞUN GÜLMƏYİ (628)
- Bazarda nə ucuz? - Mis ucuz, küncüt ucuz İndi fantastik görünən yanıltmac
NORMAL MÜNASİBƏT NECƏ OLUR? (611)
Söhbət təkcə ünsiyyətdən yox, həm də baxışdan gedir
KEÇMİŞİK QARPIZA (615)
Allah axırını xeyir eləsin
DAŞ-DAŞA, DIRNAQ DAŞA (639)
Biz savaşa, siz tamaşa
KAMPANİYA (610)
... DÜZÜR BOYLANA-BOYLANA (586)
Aşıq mahnısında "üzür", "süzür" ifadələri də var
BU NƏ DEMƏKDİR? (588)
ƏSLİNDƏ SƏRXOŞ YAXŞI SÖZDÜR (599)
"Sər" başa deyirlər, xoş da elə xoşdu. Yəni xoş baş. Boş yox a, xoş baş, bunun nəyi pisdi?
TOY, YAS, XAOS, QURBAĞA, DİNOZAVR (586)
Pah atonnan, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun əhatəsi nə qədər böyük imiş...
YAŞAYANDA EHTİYATLI OLUN (595)
QƏLİZDİ, QAQAŞ, QƏLİZDİ (610)
Stol başından reportaj
DƏQİQLİK (544)
Bizim üçün bu "das in fantastiş"dir
BİHƏYA... BİHƏYA... (619)
Qoymusan ortaya
BİRİ BAZLIQDA, QALANLAR DA... (666)
Qaradan bəd rəng də varmış
AZ VERİRSƏN ARIQLAYIR, ÇOX VERİRSƏN... (687)
Bakıda yaşıl boyanın qiyməti qalxacaq
MƏN ÖZ FİTİMİ TANIYIRAM (672)
"BU SEVGİYƏ İNANIMMI"? (706)
İnana bilmədiyimi danımmı?..
YAZ VAR, QIŞ VAR (827)
Nə tələsik iş var?..
İKİ OD ARASINDA (786)
Soruşurlar ki, niyə tərləmisən
ŞƏBƏDƏ (778)
ZOĞALLAMA (854)
GİRƏVƏ (808)
AĞ QARIN ÜZ QARASI (871)
SOYUQ BAŞIN DÜŞÜNCƏSİ QRİP OLUR (504)
Özü də ən yüngül halda, hələ menengit təhlükəsi də var
QARDAŞ OLUR HAYASTAN - AZƏRBAYCAN? (380)
BU MİLLƏTİN HEYSİYYƏTİ İLƏ OYNADIĞINIZ YETƏR! (388)
GÖRƏK KİM KİMƏ ATDI (311)
BİZƏ YARDIM LAZIMDIRMI? (223)
Və yaxud nikbinlər düz deyir, yoxsa bədbinlər?
BUDUR GƏLDİ BAYRAM FƏSLİ (206)
QANUN KİMƏ ŞAHDIR (211)
Ancaq ona nökər olana, yoxsa...
ADAMI ÇÖRƏKLƏ DƏ SINAYARLAR, LAP ACLIQLA DA (203)
XƏSTƏ TƏXƏYYÜLÜN MƏHSULLARI (222)
-Alə, belə mismar olar? Hamısının başı xərəbdir ki!.. -Başıxərəb demişkən, paxanın necədü? İki "dost"un söhbətindən
BAŞIMIZA HARANIN PULUNU TÖKƏK? (234)
Yox da bizə ziyandır, çox da, hanı bunun ortası?
QIŞ QARPIZI (224)
SÖY MƏNİ, SEVİM SƏNİ (220)
Yəni doğrudan da diffamasiya haqda qanun bunu deyir?
LİMİTİ BİTMİŞ İNAM (200)
Müzakirələri ləğv etməyi müzakirə edəkmi?..
QARAVƏLLİ - 5 (225)
QİYMƏT QİYAMƏTİ (244)
Mən qurban de(yəm)mirəm dünya malından Deyəsən, özüm olacam qurbanın, qiymət...
BİZ HARADAYIQ? (198)
"Ortadan aşağı"da, yoxsa?..
QONAQ GƏRƏK QONAQ YERİNİ BİLƏ (213)
Bülənt Ərsoyun məhəbbətini qəbul eləməməklə bizi dilxor edən kişi ilə müsahibə
"SƏN MƏNİ SEVMƏLİSƏN" (217)
SMS-in bir açılışı da belə ola bilərdi
YENİ İL LAYLALARI (239)
BİZİ SAYIRLAR, YOXSA SAYMIRLAR (187)
Bəlkə elə düşünürlər ki, onlar səfirdi, biz sıfır?