"Xəzər Lənkəran" Martinslə müqavilə bağlayacaq
Elvin Beqiri və Tixxon Şişovu heyətinə qatan "Xəzər Lənkəran" daha bir futbolçu ilə müqavilə bağlayacaq. Fanat.az xəbər verir ki, Lənkəran klubununu növbəti transferi də əcnəbi olacaq.
Fanat.az-ın əldə etdiyi məlumata görə, komandanın Antalya toplanışına qatılan Kristian Martins Kabral məşqçilər korpusu tərəfindən bəyənilib. Baş məşqçi Ağasəlim Mircavadov "Saturn"la oyunda şans verdiyi braziliyalını komandada saxlamaq qərarına gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.