Ana səhifə   Açılış səhifəsi edin   Seçılmışlərə əlavə edin   Əlaqə  
  www.adalet-az.com
arxiv:
QƏZET 1990-CI İLİN İYUNUNDAN ÇIXIR                                    Bu bir xalq qəzetidi
Gündəm
Siyasət
Hadisə
Hüquq
Dünya
Müsahibə
Kriminal
Məmləkət
Mədəniyyət
İdman
Yazarlar
Be
Ça
Ç
Ca
C
Ş
B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Təsisçi:
Aqil Abbas

Baş Redaktor:
İradə Tuncay
ÇEMPİONLUQ UĞRUNDA MÜBARİZƏ
"QARABAĞ"DA HONDURASLI OYUNÇU
"QALATASARAY" İKİ LEGİONERLƏ VİDALAŞIR
"Xəzər Lənkəran" Martinslə müqavilə bağlayacaq
LUİS FİLİPENİN AYAĞI KƏSİLƏ BİLƏR
ADRİANO İDDİALIDIR
LENNON ÜÇ HƏFTƏ DƏ OYNAMAYACAQ
FERNANDEŞ "İNTER" YOLUNDA
Xoşbəxt ailənin səkkiz sirri
Şahnaz Haşımovadan sevənlərinə töhfə
""baycanın simfoniyası""
Natəvan Dubayda klip çəkdirəcək
İlhamə Qasımova ana olmaq istəyir
"Xeyir və Şər" bölgələrdə
PARTLAYIŞIN ÜNVANI DƏQİQLƏŞDİRİLDİ
QEYRƏT
GÜNÜN LƏTİFƏSİ
   
And əvəzinə ölüm hökmü
İki əsgər atəş açaraq 4 hərbçini, daha sonra isə özlərini öldürüblər
Yanvarsn 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib.
   
   Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.
   
   Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Nazirlik bildirir ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
   
   "Turan" agentliyinin məlumatına görə, hadisə Daşkəsən rayonu ərzaisində yerləşən hərbi hissələrdən birində baş verib. İlkin məlumatlara görə, əsgər komandir heyətini güllələyib. Yaralılar Gəncə şəhərindəki hərbi hospitala yerləşdirilib.
   
   Daşkəsəndəki digər mənbə Turana bildirib ki, həqiqətən hərbi hissələrdən birində əsgər komandirləri qətlə yetirib. "Rayonda hamı bu hadisədən danışır. Yerli camaat əsgərin həddindən artıq incidildiyindən xidməti silahı ilə komandirləri güllələdiyini deyir", - deyə mənbə qeyd edib.
   
   Digər mənbənin "Turan"a dediyinə görə, qətlə yetirilənlər arasında hərbi hissənin komandiri Rəşid Həsənov da var. Hadisə dünən axşam saatlarında hərbi hissənin komandir heyəti bir yerə yığıldığı vaxt baş verib. Əsgər bundan istifadə edərək komandir otağında olan zabitlərə, sonra isə hara gəldi atəş açıb.
   
   Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, Müdafiə Nazirliyinin Daşkəsəndəki "N" saylı hərbi hissəsində baş vermiş hadisə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə araşdırılır.
   
   "Media forum" xəbər verir ki, respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfaət İmranovun rəhbərliyi ilə yaradılmış, Ağır Cinayətlərə Dair Mühüm İşlər üzrə İstintaq İdarəsinin müstəntiqləri, Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət qrup hazırda hadisə yerindədir. Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılmaqla zəruri istintaq tədbirləri həyata keçirilir.
   
   Milli Məclis sədrinin müavini Bahar Muradova Daşkəsəndə hərbi hissədə baş verən qanlı hadisəyə münasibət bildirib.
   
   SİA-nın məlumatına görə, B.Muradova deyib: "Əlbəttə, bu bir faciədir. Bu məsələ ilə bağlı mən öz təssüfümü ifadə etmək istəyirəm. Düşünmürəm ki, burada hansısa başqa siyasi və ya digər məqamlar axtarmaq lazımdır. İstintaqa imkan vermək lazımdır ki, hadisəni araşdırsın".
   
   B.Muradova hesab edir ki, hadisəni törədənlərin psixoloji durumu yaxşı olmayıb: "Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm və arzu edirəm ki, bundan sonra belə hallar baş verməsin. İstənilən belə hal yaxşı deyil. Bilirsiniz, bu cür hallar mülki həyatda da baş verə bilər. Orduda nizam-intizama əməl olunması üçün nə qədər səy göstərilsə də, hərbi xidmətə hər ailədən, hər bir regiondan müxtəlif düşüncəli adamlar gəlirlər. Onların hansı psixoloji durumda olduğunu da əvvəlcədən bilmək çətindir. Əlində silah olan belə adamların hansı addımlar atacağını heç kəs proqnozlaşdıra bilməz".
   
   Milli Məclis sədrinin müavini vurğulayıb ki, orduda hərbi nizamnamə tələblərinə əməl olunması işi davam etdirilməlidir.
   
   "Dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycan ordusunda belə hadisələr baş verir. Bu çox xoşagəlməz hadisədir". Bu sözləri Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas Daşkəsəndə hərbi hissədə baş vermiş qanlı hadisəyə münasibətini "Media forum" saytına bildirərkən deyib.
   
   Deputat hesab edir ki, belə hadisələrin baş verməsi ilk növbədə nizam-intizam məsələləri ilə bağlıdır: "Orduda bu cür hadisələr baş versə də, onlara görə cəza alanlar haqda məlumat yoxdur. Əgər bir əsgər yoldaşını öldürürsə, bunu edəni cəzalandırırlar. Lakin qətl törədən əsgərin komandirinin cəzalandırılmasını hələ ki, görmürük. İstər taqım komandiri, istərsə də hərbi hissə komandiri olsun. Belə hadisələr birdən-birə baş vermir. Bunun köklü səbəbləri olur".
   
   A.Abbas qeyd edib ki, zabit heyəti ilə əsgərlər arasında olan münasibətlərin hansı səbəblərdən pozulduğu araşdırılmalıdır: "Əsgər dəli olmayıb ki, durduğu yerdə silahı götürüb polkovniki güllələsin. Bunun səbəbi ciddi araşdırılmalıdır. Hərbi Prokurorluq, Milli Təhlükəsizlik, Müdafiə nazirlikləri əsgər-zabit münasibətlərinin pozulmasının, əsgərlərin bir-biri yola getməməsinin kökünü araşdırılmalı, məsuliyyət daşıyanlara ciddi cəzalar verilməlidir".
   
   Deputat orduya ictimai nəzarəti xoşagəlməz hadisələrin qarşısını almaq üçün çıxış yolu hesab etmir. Onun fikrincə, müharibə şəraitində olan ölkədə vətəndaş, qeyri-hökumət təşkilatları orduya nəzarət edə bilməz: "QHT-nin nə ixtiyarı var ki, gedib ordunun içinə girsin. Orduya nəzarət edəcək dövlət qurumları var. Amma valideynlər adətən hərbi hissələrə gedib övladlarıyla görüşürlər. Əsgərlər həmin görüşlərdə öz problemlərini valideyninə deyirsə, onda valideyn məsələni lazımi qurumların qarşısında qaldıra bilər. Vaxtında belə hadisələrin qarşısını almaq olar. Əsgər bir hərbi hissədə qulluq etmək istəmir, onu orda yola vermirlər. Amma əsgərin başqa hərbi hissəyə köçürülməsi böyük problemə çevrilib. Mən ordu haqda məlumatların da ictimailəşdirilməsinin əleyhinəyəm. Çünki bu çox pis nəticələr verə bilər".
   
   Daşkəsəndəki "N" saylı hərbi hissədə baş vermiş hadisəni araşdıran istintaq qrupunun rəhbəri, respublika hərbi prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranov "Media forum" saytına açıqlama verib.
   
   Ş.İmanov bildirib ki, hadisəni törədən və özləri də həlak olan əsgərlərin meyitləri artıq valideynlərə təhvil verilib.
   
   Yaralanmış iki hərbçiyə gəlincə, istintaq qrupunun rəhbəri onların vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: "Hazırda hər iki hərbçi Gəncədəki hərbi hospitaldadır. Onlara güllə dəyib. Amma həyatları və səhhətləri ilə bağlı heç bir təhlükə yoxdur".
   
   Müdafiə Nazirliyinin məlumatında hərbi qulluqçuları gülləyə tutan əsgərlərin sonda bir-birilərini öldürdüyü deyilir. Ancaq Ş.İmranov "Media forum"a bildirib ki, bu barədə qəti fikir söyləmək hələ tezdir: "Biz bunun belə olduğunu indidən deyə bilmərik. Hələ istintaq gedir".
   
   Müdafiə Nazirliyi baş verən qanlı hadisə nəticəsində həlak olan və yaralananların ad-soyadlarını, nə vaxtdan hərbi xidmətdə olduqlarını açıqlayıb.
   
   Qətlə yetirilən hərbi qulluqçular:
   
   Gümayev Yusif Sadəddin oğlu, 1973-cü il təvəllüdlü, 1990-cı ilin avqustundan hərbi xidmətdə olub, Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
   
   Sadıxov Vasif Miraləm oğlu, 1974-cü il təvəllüdlü, 1992-ci ilin iyulundan hərbi xidmətdə olub, Ağdaş Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
   
   Quliyev Anar Ələddin oğlu, 1985-ci il təvəllüdlü, 2002-ci ilin iyulundan hərbi xidmətdə olub, Lənkəran Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
   
   Səmədov Elgün Loğman oğlu, 1989-cu il təvəllüdlü, 2007-ci ilin avqustundan hərbi xidmətdə olub, Hacıqabul Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
   
   Yaralananlar:
   
   Babayev Valeh Məhəmməd oğlu, 1975-ci il təvəllüdlü, 1993-cü ilin avqustundan hərbi xidmətdə olub, Göyçay Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
   
   Abbasov Samir Eyvaz oğlu, 1985-ci il təvəllüdlü, 2008-ci ilin oktyabrından hərbi xidmətdə olub, Daşkəsən Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
   
   Hadisəni törətmiş və axırda özlərini öldürmüş əsgərlər:
   
   Əzizov Elxan Bəyalı oğlu, 1990-cı il təvəllüdlü, 2009-cu ilin yanvarından hərbi xidmətdə olub, Bakının Yasamal Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb;
   
   Məmmədov Sadiq Etibar oğlu, 1991-ci il təvəllüdlü, 2009-cu ilin oktyabrından hərbi xidmətdə olub, Bakının Nəsimi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
   
   
Anar
Oxunub: 158
Mirvari Qəhrəmanlı: "İşçilərin əmək hüquqlarını lazımi səviyyədə qoruya bilmilər"
"2009-cu ildə də istər xarici, istərsə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan fəhlələrin hüquqlarının pozulması halları qeydə alınıb. Bunların arasında ən çox işçilərlə qanunsuz bağlanmış əmək müqaviləsinə xitam verilməsi olub". Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin Mirvari Qəhrəmanlı "Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti" üzrə illik hesabatın təqdimatındakı çıxışında belə deyib.
   
   Onun sözlərinə görə, ötən il ARDNŞ-də işləyən və pensiya yaşına çatmış işçilərin 95 faizi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 16, 68 və 69-cu maddələrinin tələbləri pozulmaqla xitam verilib. Belə ki, Əmək Məcəlləsində pensiya yaşına çatmış işçilərlə bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi əsası olmadığından ARDNŞ-nin idarə və təşkilatlarının rəhbərləri tərəfindən işçilərə "öz xahişləri ilə" ərizə yazmaqla işdən getmək tələb olunur. Mirvari Qəhrəmanlı deyib ki, bu təkliflə razılaşmayan işçilərə ştatlarının ixtisar olunacağı, tibbi yoxlamaya göndərilməklə işə yararsız olmaları barədə rəylərin alınacağı, attestasiyadan attestasiyadan keçirilməklə işdən azad olunacaqları və digər vasitələrlə təsir edirlər. Bundan başqa, işçilər peşə və vəzifələrinin öhdəsindən gəlmədikləri və ya əmək intizamını pozma əsası ilə işdən azad olunurlar. Onun sözlərinə görə, ARDNŞ-də çalışan fəhlələrin sosial problemlərinin həll olunmamasının əsas səbəblərindən biri onların hüquqlarını müdafiə etməli olan Həmkarlar İttifaqları Təşkilatlarının azad olmamasıdır.
   
   "Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir. Lakin Azərbaycanın neft sənayesindəki müəssisələrin tərkibində yaradılan Həmkarlar Təşkilatı müstəqil fəaliyyət göstərmək imkanından məhrumdur. Neft və Qaz sənayesi işçilərinin Respublika Həmkarlar Komitəsi isə bu qurumun filialları kimi fəaliyyət göstərirlər. Ona görə də işçilərin əmək hüquqlarını lazımi səviyyədə qoruya bilmilər" - deyə, Mirvari Qəhrəmanlı bildirib.
   
   O, qeyd edib ki, 2009-cu il ərzində neftçilərin hüquqlarının müdafiəsi məqsədilə bir neçə məhkəmə araşdırması da aparılıb. Ötən il ərzində NHMT tərəfindən edilən hüquqi yardım nəticəsində 36 nəfər iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Onlardan 22 nəfərin iddiası təmin edilib, 4 nəfərin qismən təmin edilib, 5 nəfərin təmin edilməyib, 7 nəfərin işi üzrə məhkəmə prosesləri davam edir.
   
   
   
   
V.Məmmədli
Oxunub: 149