Qardaş bacısını öldürdü
Şamaxı rayonunda qardaş bacısını qətlə yetirib. Şamaxı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən səhər saat 07.30 radələrində rayonun Çuxuryurd kəndində baş verib. Kənd sakini, 25 yaşlı Murad Zeynalov bacısı-23 yaşlı İlahə Zeynalovanı bıçaqlayıb. İ. Zeynalova aldığı bıçaq zərbələrindən yerindəcə keçinib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən M. Zeynalov saxlanılıb. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.